Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-112/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh (bundan sonra - cavabdeh) qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2011ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1717/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı1 xx.xx.1992-ci ildə cavabdehin oğlu Sahib Əliyevlə rəsmi nikah bağlamaqla ər-arvad olmuşlar. İddiaçılar İddiaçı2 və İddiaçı3 digər İddiaçı1 övladları, cavabdehin isə nəvələridir. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evi cavabdehin, həmin evin yerləşdiyi 0,06033 ha torpaq sahəsinin 1/7 hissəsinə cavabdehin, 1/7 hissəsinə X2, 1/7 hissəsinə X5, 1/7 hissəsinə X6, 1/7 hissəsinə X3, 1/7 hissəsinə X4 və 1/7 hissəsinə X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı1 əri, iddiaçılar İddiaçı2 və İddiaçı3 ataları, eyni zamanda cavabdehin oğlu X15 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən, cavabdehin mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, onlar bir ailənin üzvləridir. İddiaçı1 ana, İddiaçı2 və İddiaçı3 isə onun övladlarıdır. Onların ailəsinin başçısı X15 xx.xx.2016cı il tarixdə vəfat etmişdir. X15 ilə İddiaçı1 21 oktyabr 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmiş və birgə nikahlarından İddiaçı2 və İddiaçı3 adlı iki övladları anadan olmuşdur. O, mərhum Sahib Əliyevlə ailə həyatı dövründə, yəni iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi hazır olan vaxtdan həmin ünvanda yaşamış, həmin fərdi yaşayış evi 1992-ci ilin sonlarında hazır olmuşdur. Övladlarının hər ikisi həmin ünvanda dünyaya gəlmişlər. 1992-ci ildən hal-hazıradək fasiləsiz və mübahisəsiz olaraq həmin fərdi yaşayış evində yaşamışlar. Hazırda cavabdeh onlara qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq evdən çıxarılmağını tələb edir. Cavabdeh onlara qarşı iddia tələbinə Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1301/2022 saylı mülki iş var, həmin iddiaya qarşı qarşılıqlı iddia tələbi irəli sürməmişlər. Həmin ünvan onların əsas və daimi yaşayış yeridir. Başqa yaşayış yerləri yoxdur. Onlar hesab edirlər ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onu da xüsusi olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə mərhum Sahib Əliyev başda olmaqla onların ailəsinin maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) onlarla bağlanmış və ödənişlərlə bağlı bildirişlər onların adlarına gəlir. Mübahisə predmeti olan fərdi yaşayış evi 1992-1993-cü illər arası inşa olunmuşdur. 1992-ci ilin sonlarından onların ailəsi həmin ünvanda yaşamış və Cavabdeh razılığı ilə köçüb orada yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi tam onun mülkiyyətindədir. Bu barədə rəsmi çıxarış var. Hazırki iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 onun gəlini və nəvələridir. Mülkiyyət onun olduğundan bu şəxslərin evində yaşamasını istəmir. Nəvəsi İddiaçı2 Yevlax rayonu Aran 1 qəsəbəsində fərdi yaşavış evi vardır. İddiaçı3 Bakı şəhərində mənzili var və Yevlax rayon Aran 1 qəsəbəsində adına 0,7 sot torpaq sahəsi vardır. Ancaq buna baxmayaraq onun evində yaşayırlar və evindən çıxmaq istəmirlər. İddiaçıların hər biri evində qeydiyyatda deyillər. Çünki onları evinə müvəqqəti yerləşdirmiş, o, bütün bu prossesləri sülh yolu ilə həll etməyə çalışmışdır. Mülkiyyət hüquqları qanunla qorunur. Heç kəsə ixtiyar verilmir ki, başqasının mülkiyyətində qanunsuzluq etsin. İddiaçı1 2006-cı ildə müvəqqəti olaraq onun evinə gəlib. Bu müddətə qədər öz evlərində yaşayıblar. Bu səbəbdən də onun mülkiyyətində keçmiş gəlini və uşaqlarının heç bir hüquqları mövcud deyildir. Bundan başqa bildirir ki, iddiaçıların fərdi yaşayış evi vardır. DƏDRX-nin 17 saylı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, hazırkı iddiaçıların ataları X9 adına Aran qəsəbəsində 0,12 ha həyətyanı torpaq sahəsi olmuş, xx.xx.2011-ci il tarixində onlar tərəfindən satılmışdır. Eynilə hazırki iddiaçının həyat yoldaşı, digər iddiaçıların atası olmuş X9 adına Yevlax rayonu Aran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,30 kv.m olan fərdi yaşayış evi mövcuddur. Mərhum oğlu X9 hazırki iddiaçılarla birlikdə 3,60 ha torpaq sahəsində payı mövcud olmuşdur ki, onu da oğlu Sahib öldükdən sonra İddiaçı2 öz adına keçirmişdir. Bundan başqa həmin torpaq sahəsi üzərində İddiaçı1 da mülküyyət hüququ tanınmışdır. Digər İddiaçı2, Aran qəsəbəsində mülkiyyətində həm pay torpağı, həm də həyətyanı olan 0,0535 ha torpaq sahəsi üzərində daşınmaz əmlakı mövcuddur. Bu barədə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli reyestr qeydiyyatı mövcuddur. Bu, qeyd etdiyi halları məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq edir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 1717/2022 nömrəli iş üzrə qəbul etdiyi 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əliyev) iddia tələbi təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh, həmin evin yerləşdiyi 0,06033 ha torpaq sahəsinin 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X2, 1/7 hissəsi X5, 1/7 hissəsi X6, 1/7 hissəsi X3, 1/7 hissəsi X4 və 1/7 hissəsi X8 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində rəsmi sənədlərə əsasən 2004-cü ildə mübahisəli ev inşa edilmişdir. İddiaçılardan İddiaçı1, iş üzrə cavabdehin oğlu mərhum X15 ilə 1992-ci ilin oktyabr ayının 21-ci günündə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və toydan sonra mübahisəli evə deyil başqa evə gəlin köçmüşdür (bu hal İddiaçı1 izahatı ilə təsdiq edilir). İddiaçılar hazırki vaxtadək həmin evdə yaşayırlar. İddiaçı1 və cavabdehin mərhum oğlu Sahib Əliyev arasında nikah qeydə alındığı zaman ev dövlət qeydiyyatına alınmamış, mübahisəli ev xx.xx.2011-ci il tarixdən Cavabdeh tam, evin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında sonuncunun və onun digər ailə üzvlərinin adına qeydə alınmış əmlak olmuşdur (iddiaçılar və mərhum Sahib Əliyevin həmin sahədə mülkiyyət hüququ olmamışdır). İddiaçılarlar ilə cavabdeh arasındakı mülki münasibətlər, mübahisəli ev xx.xx.2011-ci il tarixdən dövlət qeydiyyatına alındıqdan sonra yarandığından (əmlak sözügedən vaxtadək özbaşına tikinti sayılır və mülki qanunvericilik özbaşına tikili üzrə heç bir hüquq tanımır) hazırki mübahisə həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasının – Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Çünki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü olduğu üçün (cavabdehin mərhum oğlunun arvadı və uşaqları olmuşlar) mübahisəli evdən istifadə hüququ yaransa da, ailə münasibətlərinə X15 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən xitam verildiyi üçün iddiaçıların mübahisəli mənzildə istifadə hüququ itirilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Bununla da, aydın olur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü və ya digər qohumu olmadığından yuxarıda qeyd edilən normalara əsasən həmin mənzilə hər hansı hüququ yoxdur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 180.1, 180.2 və 180.3, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, 30.1, 30.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçılar apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-289/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(039)-1717/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə, 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X2, 1/7 hissəsi X5, 1/7 hissəsi X6, 1/7 hissəsi X3, 1/7 hissəsi X4 və 1/7 hissəsi X8 ümumi birgə mülkiyyətinə verilmişdir. Göründüyü kimi, iddiaçıların köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də sakinlərə yaşayış evlərinin tikintisi məqsədi ilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən Cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, Cavabdeh ona sahiblik etməsinə (ailəsi ilə birlikdə orada yaşamasına) indiyə kimi etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi Cavabdeh həmin əmaka “gözlənilən mülkiyyət hüququ” olmuşdur ki, həmin hüquq əsasında da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla Yevlax rayonu, Aran-1 qəsəbəsində yerləşən 0,0603 ha həyətyanı torpaq sahəsi və orada inşa olunmuş ümumi sahəsi 180,52 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyesterində tam Cavabdeh, torpaq sahəsinin isə 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X2, 1/7 hissəsi X5, 1/7 hissəsi X6, 1/7 hissəsi X3, 1/7 hissəsi X4 və 1/7 hissəsi X8 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir." X7 Məhkəməsinin Plenumu hüquq münasibətlərinin 2001-ci ildə yox, köçürülməsi tələb olunan ev üzərində hüquqların qeydiyyata alındığı 2011-ci ildə qüvvədə olan maddi hüquq normasının tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. Kollegiya hesab etmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun analogiyası qaydasında Mənzil Məcəlləsinin “Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia təmin olunmamalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə aydın olur ki, cavabdeh iddiaçıları ailə üzvü olaraq daimi olaraq öz evinə köçürməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Yevlax rayonu, Aran qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən X1 adına olmuş ümumi sahəsi 60.30 kv.m olan fərdi yaşayış evi Yevlax şəhər İHB Aran qəsəbə sovetliyi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 145 reyestr nömrəli müqaviləsi əsasında X9 adına rəsmiləşdirilmiş, lakin vətəndaş müraciət etmədiyi üçün fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən evin hansı əsaslarla özgəninkiləşdirilməsi barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiaçı tərəfin özlərinə məxsus evləri olmuş və İddiaçı1 da öz izahatında mübahisəli evə deyi, həmin evə gəlin köçdüyünü bildirmişdir. Daha sonra işdə olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Yevlax rayon Aran qəsəbə sakinləri olan İddiaçı2, İddiaçı3 və İddiaçı1 Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin 04 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 294 şəxsi hesab nömrəsi ilə qeydiyyatdadırlar və ayrı təsərrüfatdırlar. İddiaçı3 adına Aran qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsi var, lakin həmin torpaq sahəsində heç bir tikili yoxdur, həmçinin Aran qəsəbəsində İddiaçı2 məxsus yarımçıq tikili fərdi yaşayış evi vardır. Hal-hazırda həmin mənzildə yaşayış yoxdur. İddiaçı2, İddiaçı3 və İddiaçı1 hal-hazırda Aran qəsəbəsində Cavabdeh məxsus olan mənzildə yaşayırlar. Kollegiya onu da qeyd etmişdir ki, hazırda iddiaçılar cavabdehə məxsus evdə yaşayırlar. Yəni mənzilə olan tələbatlarını ödəyirlər. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri başa düşülən deyildir. Belə ki, cavabdeh tərəf onların evdən çıxarılmasına dair hər hansı bir tələblə çıxış etməmişdir. Yekunda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları mövcud deyildir. İddiaçılar kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-2734/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Abbasov və V.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən ona da əsaslanmışdır ki, “iddiaçılar cavabdehə məxsus evdə yaşayaraq mənzilə olan tələbatlarını ödəyirlər, iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmələri başa düşülən deyil. Belə ki, cavabdeh tərəf onların evdən çıxarılmasına dair hər hansı bir tələblə çıxış etməmişdir”. Halbuki, cavabdeh iddaya qarşı verdiyi yazılı etirazında mübahisəli evin mülkiyyətçisi olduğundan evində iddiaçıların yaşamasını istəmədiyini və çıxarılmalarına dair işin məhkəmə icraatında olduğunu açıqca bildirmişdir. Belə olan halda iddiaçıların hazırkı iddianı qaldırmalarının başa düşülən olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. Bundan əlavə, qanuna əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya kollegiyası mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, mübahisə predmeti olan daşınmaz əşya ilə bağlı tərəflər arasındakı hüquq münasibətlərinin 1993-cü ildən başlaması (evin bu illərdə tikilməsi və İddiaçı1 ailəsi ilə birgə həmin vaxtdan orada yaşaması) barədə iş materiallarında çoxlu sayda məlumatlar mövcuddur. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Kassasiya kollegiyası bildirir ki, işin müəyyən olunmuş faktiki hallarının qeyd edilən hüquq normalarının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalı, bu barədə sübutlar mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən qiymətləndirilməli, iddiaçıların sözügedən yaşayış sahəsindən istifadə etmək hüquqlarının yuxarıda göstərilən əsaslarla yarandığı müəyyən edildiyi halda iddiaya həmin maddi hüquq normaları əsasında qiymət verilməlidir. O da nəzərə alınmalıdır ki, ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüquqları qanuni əsaslarla yarandıqdan sonra daşınmaz əşyanın bu hüquqlarla yüklü olduğunu bilərək əmlakı dövlət reyestrində öz adına rəsmiləşdirən şəxsin bu yüklülüyü nəzərə almadan özünün mülkiyyət hüquqlarına istinad etməsi, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələblərinə uyğun gəlmir. Həmin normaya əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun qanuni əsaslarla aradan qalxması halı da mümkündür. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdi. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. Kollegiya hesab edir ki, bu hallar hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh öz etirazında iddiaçıların başqa yaşayış sahəsinə malik olduqlarına dair bir neçə faktiki hala istinad edir (iddiaçıların fərdi yaşayış evinin olması, ataları Sahib Əliyevin adına Aran qəsəbəsində 0,12 ha həyatyanı torpaq sahəsinin olması və xx.xx.2011-ci ildə satılması, sonuncunun adına Yevlax rayonu Aran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,30 kvm olan fərdi yaşayış evinin mövcudluğu, iddiaçıların 0,0535 ha həyətyanı və 3,60 ha pay torpaq sahəsinə malik olmaları və s.). baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən məlumatları lazımi şəkildə yoxlamamış, iddiaçıların mənzil tələbatlarını ödəmək üçün başqa yaşayış sahəsinə malik olub-olmamalarını müəyyənləşdirməmişdir. Kollegiya bildirir ki, iddiaçıların mübahisəli evdən istifadə hüquqları müəyyən edildiyi halda, cavabdehin də yuxarıda qeyd edilən dəlilləri tam və hərtərəfli şəkildə araşdırlmalı, nəticəsindən asılı olaraq iddiaçıların cavabdehin mülkiyyətində olan evə iddia etdikləri hüquqlarının başqa yaşayış yeri olması səbəbindən aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçılar bir ailənin üzvüdürlər. İddiaçı1 və mərhum Sahib Əliyev 21 oktyabr 1992ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər və birgə nikahlarından iki övladları İddiaçı2 və İddiaçı3 anadan olmuşlar. İddiaçı1 mərhum Sahib Əliyevlə ailə həyatı dövründə, yəni iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi hazır olan vaxtdan həmin ünvanda yaşamış (həmin fərdi yaşayış evi 1992-ci ilin sonlarında hazır olmuşdur). Övladlarının hər ikisi həmin ünvanda dünyaya gəlmişlər. 1992-ci ildən hal-hazıradək fasiləsiz və mübahisəsiz olaraq həmin fərdi yaşayış evində yaşamışlar. Hazırda isə, cavabdeh onlara qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq evdən çıxarılmaqlarını tələb edir. Hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən Cavabdeh mülkiyyəti altında olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Qeyd edilən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə onların maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) onlarla bağlanmışdır və ödənişlərlə bağlı bildirişlər onların adına gəlir. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1992-1993-cü illər arası inşa olunmuşdur. Fərdi yaşayış evinin inşası onların ailə üzvülərinin maddi vəsaiti hesabına başa gəlmişdir. 1992-ci ilin sonlarından onlar həmin ünvanda yaşamışlar. Onlar Cavabdeh razılığı ilə köçüb orada yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır. Hazırda mülkiyyətçi hesab edilən İddiaçı2 Abbas oğlu mübahisəli fərdi yaşayış evinin mülkiyyətçi olaraq öz razılığı ilə oğlu və gəlini həmin evə köçürülməsi təmin edilmişdir. Tərəflər arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərini uyğun olaraq qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı işi üzrə gəldiyi nəticəni rəhbər tutaraq hesab edirlər ki, yaşayış evinin əsas inşası onların maddi vəsaiti hesabına əldə edilmişdir, lakin cavabdehin həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Həmin evin sonradan Cavabdeh adına edilməsi də buna dəlalət edir. Məhkəmə işə baxarkən MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh tərəflə onların arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Məhkəmə tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işə birtərəfli və səthi yanaşmışdır. Cavabdeh tərəfin mənafeyi müdafiə edilmişdir. Evin inşa və təmirində iştirak etmiş əsas ustalar məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməmişlər. Məhkəmə həmin şahidlərin iştirakının təmin edilməsi üçün məhkəmə baxışı iclasını təxirə salmamış, eyni zamanda həmin şahidlərin, yekun məhkəmə iclasında başqa şahidlərlə əvəz edilməsinə şərait yaratmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçılar 1992-ci ildən hal-hazıradək mübahisəli evdə fasiləsiz yaşayıblar və onların həmin evə ehtiyacları aradan qalxmayıb. Belə ki, iddiaçılardan Aydının adına torpaq sahəsi var və həmin torpaqda kredit götürərək ev tikir. Dürdanə və Farizin isə yaşayış evi yoxdur. İddiaçılar həmin evə öz vəsaitləri ilə yaxşılaşdırmalar ediblər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, mübahisəli evi 2003-cü ildə tikdirməyə başlamış və 2004-cü ildə evin tikintisi başa çatmışdır. Mərhum oğlu Sahib Dürdanə ilə 1992-ci ildə ailə qurduqdan sonra bu evə deyil, onun başqa evinə gəlin köçmüşdür. Orda da bir müddət yaşadıqdan sonra ailəliklə Rusiya Federasiyasına getmişlər. Ordan qayıtdıqdan sonra Bakı şəhəri Xocasən kəndində fermada yaşayıb və işləmişlər. 2006-cı ildə oğlu Sahib qayıtmış və ondan xahiş etmişdir ki, onlara evində yaşamağa icazə versin. O da oğluna və onun ailəsinə mübahisəli evdə yaşamağa icazə vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına və tərəflərin bildirdiklərinə əsasən işin müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı1, cavabdehin övladı Sahib Əliyev ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra İddiaçı1 və Sahib Əliyev başqa yaşayış sahəsinə, daha sonra isə mübahisəli fərdi yaşayış evinə köçmüşlər. Həmin vaxt ev dövlət qeydiyyatına alınmamış tikili olmuşdur. Sözügedən fərdi yaşayış evi və ev üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı1 əri, cavabdehin isə övladı Sahib Əliyev xx.xx.2016-cı il tarixdə vəfat etmiş, iddiaçılar bundan sonra da mübahisəli evdə yaşamağa davam etmişlər. Hazırda tərəflər arasında mübahisə doğuran hal, iddiaçı tərəfin hansı vaxtdan həmin evə köçüb yaşamaları və onların bu yaşayış sahəsinə istifadə huququnun yaranıbyaranmamasıdır. Hazırki iş üzrə məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan yalnız xx.xx.2011-ci ildə keçmişdir. İddiaçı tərəfin məhkəmələrə verdikləri yazılı və şifahi qaydada verdiyi məlumatlara görə, İddiaçı1 Sahib Əliyevlə rəsmi nikaha daxil olduqdan sonra, mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və həmin vaxtdan bu evdə ailə üzvləri ilə birlikdə fasiləsiz yaşamışdır. Bunları bildirən iddiaçılar, öz dəlillərinin təsdiq edilməsi üçün şahid ifadələrinə istinad etmişlər. İdddiaçı tərəfin təşəbbüsü ilə Rayon Məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, 1985-ci ildəqəsəbəyə gəlmişdir. Mübahisəli ev 1993-cü ilədək mövcud olmamışdır, həmin ev 1993-cü ildə yaşayış üçün hazır olduqdan sonra iddiaçılar bu evə köçüb yaşamışlar. İddiaçılar həmçinin Bakıda da yaşamışlar. İddiaçı tərəfin təşəbbüsü ilə Rayon Məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 1986-cı ildən Aran qəsəbəsində yaşayır. Bütün Aran qəsəbəsi mübahisəli evin sahibi kimi Cavabdeh tanıyır. İddiaçı1 qaçırılandan sonra Cavabdeh qəsəbədə yerləşən başqa evinə aparılmış, toy da həmin evdə olmuş, Dürdanə o evə gəlin köçmüş və orada yaşamışdır. Sonradan isə Dürdanəni mübahisəli evə gətirmişlər. Çünki İddiaçı1 toyu olan zaman, mübahisəli ev olmamış, bir hörgü olmuşdur. Cavabdehlə birlikdə iddiaçılar da mübahisəli evdə yaşamışlar. Lakin sonuncular bu evdə fasiləsiz yaşamamış, arabir başqa yerlərdə, o cümlədən Bakı şəhərində də yaşamışlar. İdddiaçı tərəfin təşəbbüsü ilə Rayon Məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, 1987-ci ildə həmin kəndə gəlmiş, həmin vaxt Aydın kişi evlərini təzə tikməyə başlamışdı, onun mərhum oğlu Sahib də o evdə 1987 və 1988-ci illərdə fəhləlik edirdi, 1993-cü ildə Dürdanə evə gəlin gəlmişdir. Həmin evdə mərhum Sahib qalırdı, yoldaşı ilə Aydın kişi fermada yaşayırdı, həmin ev tək otaq olub, sonradan gəlingil evin seyvanını hördürmüş, başdan bir otaq, ayaqdan bir mətbəx tikdirmiş, sonra gəlin işləmək üçün Bakıya getmiş, bir müddət sonra qayıdıb gəlmiş, təzə hasar çəkdirərək bağ və darvaza salmışlar, Sahib rəhmətə gedəndən sonra 2-3 il bundan qabaq uşaqlar kombi çəkdirmişlər, onların başqa evləri olmamış, qaçqınların binası olub, ola bilər orda müvəqqəti yaşamışlar. Göründüyü kimi, iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlər mübahisəli fərdi yaşayış evinin 1993-cü ilədək yaşayış evi kimi mövcud olmadığını, ev yaşayış üçün yararlı vəziyyətə gətirilərək tikildikdən sonra sonra İddiaçı1 ailə üzvləri ilə birlikdə evə köçüb yaşamasını, lakin iddiaçıların bu evdə yaşayışının davamlı olmadığını, iddiaçıların başqa ünvanlarda da yaşadıqlarını göstərmiş, bununla da iddiaçı tərəfin məhkəmələrə verdiyi məlumatları (evin inşa edilmə vaxtı və iddiaçıların evə köçmələri vaxtı) təkzib etmişlər. DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş və **********85-10301 reyestr nömrəsi ilə qeydə alınmış texniki pasportda aparılmış qeydlərdən görünür ki, mübahisəli ev 2004-cü il tarixdə inşa edilmişdir. DƏDKR-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubda bildirilir ki, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla rəsmiləşdirilmiş fərdi yaşayış evinə dair texniki pasportda qeyd olunan evin tikildiyi 2004-cü il tarixi Yevlax şəhəri İHB-nın Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışına və mütəxəssis tərəfindən yenidə invertarlaşdırma işləri aparılarkən ev sahibinin evin tikilməsi ilə bağlı şifahi bildirişinə əsasən müəyyən olunmuşdur. Ərazi İdarəsinin arxiv materiallarında sözügedən fərdi yaşayış evinin 1992-ci ildən 2011-ci ilədək olan müddətdə hüquqi statusu barədə məlumat aşkarlanmamışdır. Evin inşa edilməsi və iddiaçıların həmin evə köçüb yaşaması vaxtı ilə bağlı təqdim olunmuş sübutlara qiymət verən Məhkəmə bildirir ki, iş üzrə tərəflərin izahatları, şahid qismində dindirilmiş şəxslərin ifadələri yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Lakin evin 1992-ci ildə tikilməsi və elə həmin vaxt İddiaçı1 əri ilə birlikdə mübahisəli evə köçüb yaşamaları barədə iddiaçı tərəfin bildirdikləri və ya evin 1993-cü ildə inşa edilərək iddiaçıların həmin evə köçmələri barədə məlumatlar, işdə olan yazılı sənədlərlə - evə dair səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilmiş və dövlət qeydiyyatına alınmış texniki pasport ilə təkzib edilir. Qeyd olunan yazılı sənəddə evin 2004-cü ildə inşa edildiyi göstərilmişdir. İddiaçılar bu halı təkzib edən daha mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə həmçinin onu da qeyd edir ki, evin dövlət qeydiyyatına alınması ilə bağlı sənədləşdirilmə işləri aparıldığı vaxt (2011-ci il) cavabdehin övladı Sahib Əliyev sağ olmuş, iş üzrə tərəflər arasında hər hansı mübahisə, o cümlədən fərdi yaşayış evi ilə bağlı mübahisə, münaqişə olmamış, onların münasibətləri normal olmuşdur. Başqa sözlə desək, mübahisəli evin inşası vaxtı və evin əsl sahibi ilə bağlı Cavabdeh dövlət orqanlarına həqiqətə uygun olmayan məlumat verməsi üçün heç bir əsas olmamışdır. Beləliklə də işdə olan sübutlara Məhkəmə hüquqii qiymət verərək belə nəticəyə gəlir ki, mübahisəli fərdi yaşayış evi 2004-cü ildə inşa edilmiş və iddiaçılar bu evə ev inşa edildikdən sonra(cavabdehin bildirdiyinə görə 2006-cı il) köçmüşlər. İddiaçılar mübahisəli fərdi yaşayış evinə köçdükləri zaman ev dövlət qeydiyyatına alınmamış, Cavabdeh evin mülkiyyətçisi olmamış, ev onun sahiblik və istifadəsində olmuşdur. Ev xx.xx.2011-ci il tarixdən Cavabdeh tam mülkiyyət hüququ əsasında, evin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında sonuncunun və onun digər ailə üzvlərinin adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə onu da qeyd edir ki, mübahisəli ev cavabdehin və hazırki iş üzrə tərəf olmayan ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa edilmişdir. Hansı ki, həmin torpaq sahəsi cavabdehin mülkiyyətinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 58 saylı qərarı ilə verilmişdir(Torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 90100016 saylı Şəhadətnamə). Göründüyü kimi cavabdeh mübahisəli evə gözlənilən mülkiyyət hüququna malik olmuş və bu huququnu 2011-ci ildə dövlət qeydiyyatına aldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçılar mübahisəli fərdi yaşayış evində fasilərlə halhazıradək yaşasalar da, həmin ev dövlət qeydiyyatına alınanadək iddiaçılar yaşayış sahəsindən istifadə hüququ qazanmamışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaklara dair bütün hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması M.Bəylərovun mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, tərəflər arasındakı mövcud mülki mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Çünki artıq qeyd olunduğu kimi, mübahisəli fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ 2011-ci ildə dövlət qeydiyyatına alınmışdır. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbindən göründüyü kimi İddiaçı1 Cavabdeh mərhum oğlu Sahib Əliyevin arvadı, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 isə mərhumun övladlarıdır. Mübahisəli fərdi yaşayış evi və Cavabdeh həmin ev üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra iddiaçılar mülkiyyətçinin ailə üzvləri kimi yaşayış sahəsindən istifadə hüququ qazanmışlar. Lakin cavabdehin övladı Sahib Əliyev xx.xx.2016-cı ildə ölmüş və onun ölümü ilə hazırki iş üzrə tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir. Bunun nəticəsi olaraq isə iddiaçılar mübahisəli fərdi yaşayış evinə olan istifadə hüququnu itirmişlər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinə istifadə hüququ yoxdur. Bu hüquq olmadığına görə, iddianın təmin edilməsi üçün əsas da yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, iddiaçıların istifadə hüququnun yaranıb-yaranmaması ilə yanaşı, həmçinin iddiaçılara məxsus başqa yaşayış sahələrinin olub-olmamasının araşdırılmasının zəruri oldğunu qeyd etmişdir. Ali Məhkəməsinin həmin göstərişinin icrası ilə bağlı Məhkəmə tərəfindən iddiaçıların adına daşınmaz əmlakların olub-olmaması barədə DƏDKR-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müvafiq sorğu göndərilmişdir. DƏDKR-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2- 4374/2023 saylı məktubunda aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı2 Yevlax rayonu, Aran qəsəbəsində yerləşən həyətyanı 0,0535 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İddiaçı3 Yevlax rayonu, Aran qəsəbəsində yerləşən həyətyanı 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3,60 ha torpaq sahəsi üzərində İddiaçı2 2/4 hissə, İddiaçı3 1/4 hissə, İddiaçı1 1/4 hissədə olmaqla mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Aran qəsəbə sovetliyinin 2 saylı reyestr kitabının 9-cu səhifəsinə əsasən Yevlax rayonu Aran qəsəbəsində yerləşən ümumi sahəsi 60,3 kv.m olan fərdi yaşayış evi xx.xx.1992-ci il tarixində 34 a reyestr nömrəsi ilə X25 (iddiaçıların atası və əri) oğlunun adına qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçıların adlarına Aran qəsəbəsi ərazisində pay torpağı ilə yanaşı, İddiaçı3 və İddiaçı2 ayrı-ayrılıqla həyətyanı torpaq sahələrinin məxsus olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Aran qəsəbə sovetliyi tərəfindən mərhum Sahib Əliyevin adına Aran qəsəbəsində yerləşən ümumi sahəsi 60,3 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Başqa sözlə desək, iddiaçılar İddiaçı3 və İddiaçı2 mülkiyyətində həyətyanı torpaq sahələri, İddiaçı3 məxsus torpaq sahəsi üzərində fərdi yaşayış evi, eyni zamanda İddiaçı1 əri, iddiaçılar İddiaçı2 və İddiaçı3 mərhum ataları Sahib Əliyevin adına yaşayış evi vardır ki, bu hal iddiaçıların yaşayış sahəsinə ehtiyaclarının qarşılanmasına imkan verir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşıyr, dəlillər əsassızdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2022ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-112/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-112/2024
09.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver