Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1120/2024 09.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2 iyul 2024cü il tarixli 2(014)-256/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Ağdaş rayon İHB-nın 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə X6 499,67 kv.m həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X4 ölümündən sonra onun qızı İddiaçı həmin torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayiş evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Ağdaş Rayon Notariat Ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X6 məxsus daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün həmin ünvanda olmuş, lakin yerində baxış keçirilən zaman Cavabdeh ilə mübahisənin olması aşkar edildiyindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı süni maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona Ağdaş rayonu İHB-nın xx.xx.2006-cı il tarixli 01 nömrəli sərəncamı ilə Ağdaş şəhərində A328221 nömrəli plan-ölçü sənədinə əsasən 499,67 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyatyanı torpaq sahəsi ilə bağlı plan-ölçü sənədi verilmişdir. Həyatyanı torpaq sahəsinin planı və ölçüsü X11 kitabında xx.xx.2011-ci il tarixdə 3/736 nömrə ilə uçota alınmışdır. Hazırda həmin həyatyanı torpaq sahəçi üçün A328221 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi zərurəti yaranmışdır. Ona görə də, A328221 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi üzrə Çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinə müraciət etmiş və A328221 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi üzrə Çıxarışın verilməsini xahiş etmişdir. Həmin torpaq sahəsini, yəni Ağdaş şəhərində yerləşən fərdi yaşayış evi üçün xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X3 miras qalmış torpaq sahəsi vərəsəlik qaydasında rəsmiləşdirmək istəyir. Ağdaş şəhərində yerləşən 499.67 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi ona anası X3 miras qalmışdır. Mərhum anası X4 adına Ağdaş rayonu İHB-nın 05 yanvar 2006-cı il tarixli 01 nömrəli Sərəncamı ilə tərtib edilmişdir. X11 kitabında xx.xx.2011 -ci il tarixdə 3/736 nömrə ilə uçota alınmışdır. Anası vəfat etmiş və vərəsəliklə bağlı məsələni həll etmək üçün evə dair çıxarış alınmalıdır. O, Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 499,67 kv.m ölçülü həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, qeyd olunan həyatyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə idarənin mütəxəssisi qeyd olunan ünvana getmiş, lakin cavabdeh X7 tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmiş və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Qısası torpağın sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də mübahisə olduğu, yəni cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və mənim reyestr xidmətinə müraciətimin cavablandırılması mümkün olmamışdır. Buna görə də Ağdaş şəhərində yerləşən 499.67 kv.m həyətyanı torpaq sahəsi üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh tərəfindən maneçilik törədilən suni maneələrinə və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Məhkəməyə Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh və 3-cü şəxs qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş şəhərində yerləşən 499.7 kv.metr həyətyanı torpaq sahəsi üzərindəki hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh tərəfindən maneçilik törədən süni maneələrinə və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə bildirişini və iddia ərizəsinin surətini almışdır. İddia ərizəsini qəbul etmir və aşağıda göstərdiyi əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi qeyd edir ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 01 saylı sərəncamı ilə iddiaçının mərhum anası X6 fərdi yaşayış evi tikmək üçün Ağdaş şəhəri, Məşəd küçəsində 499.7 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində torpaq sahəsinin plan ölçüsü verilmiş və plan ölçüsü xx.xx.2011-ci il tarixdə X11 kitabında 3/736 nömrə ilə qeydiyyata alınmışdır. Mərhum anasının ölümündən sonra vərəsəlik işinin açılması ilə bağlı vərəsə kimi, həmin torpaq sahəsini üçüncü şəxsdə mülkiyyət hüququ əsasında qeydə alınması üçün 3-cü şəxsə müraciət etmişdir. Həmin torpaq sahəsinə baxış keçirilərək müəyyən inventarlaşdırma işi aparmaq məqsədi ilə üçüncü şəxsin mütəxəssisi həmin ünvana getmiş, lakin cavabdeh mütəxəssisə müayinə işlərinin aparılmasına mane törətmişdir. Ona görə də həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə reyestrdə qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Bildirir ki, o fərdi yaşayış evi tikdirmək üçün 1990-cı ildə o vaxt mövcud olmuş Ağdaş rayon XDS İK-nə müraciət etmişdir. Ağdaş rayon XDS İK-nin müvafiq qərarı ilə ona Ağdaş şəhəri, Məşəd küçəsindən fərdi yaşayış evi tikdirmək üçün 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir və mütəxəssislər tərəfindən həmin torpaq sahəsi seçilmiş, qərarda göstərilən miqyasda ölçülərək döngə nöqtələri müəyyən edilməklə naturada ona tanıdılaraq təhvil verilmişdir. Bundan sonra o həmin torpaq sahəsinin dörd bir tərəfini hasara aldıraraq orada fərdi yaşayış evi tikdirmiş, bağ salmış və torpağa və əmlaka görə vergini vaxtlı-vaxtında ödəməklə həmin 0.12 hektar həyətyanı torpaq sahəsindən 33 ildir ki, fasiləsiz və etirazsız təyinatı üzrə özüm istifadə edir. Mübahisələndirilən torpaq sahəsinin hasara aldığı torpaq sahəsinin daxilində yerləşməsi adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”hdən də aydın görünür. Torpaq islahatı zamanı “İslahat haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq həmin 0.12 hektar torpaq sahəsinin ona həmin ölçüdə verilməsi barədə ilkin hüquqmüəyyən edici sənəd hesab edilən Ağdaş rayon XDS İknin qərarı tələb olundu. Həmin qərarı evdə tapa bilmədiyinə və bir nüxsəsi saxlanılan Ağdaş şəhər İcra nümayənmdəliyinin yerləşdiyi inzibati binası məlum 1999-cu il tarixdə Ağdaş rayonunda baş vermiş zəlzələ zamanı yandığından tapmaq mümkün olmadığına görə onun adına şəhər üzrə normaya uyğun 0.05 hektar hissəsinə sənəd verilmiş, qalan 0.07 hektar isə istifadədə saxlanılmaqla bələdiyyənin balansına qeydə alınmışdır. Torpaq sahəsini aldığı vaxtdan 3-cü şəxsin mütəxəssisi həyətinə gələn günədək həmin torpaq sahəsi heç kim, o cümlədən şəhər bələdiyyəsi və ya başqaları tərəfindən mübahisələndirilməmişdir. O, həmin torpaq sahəsindən aldığı vaxtdan qeyd edilən tarixədək bir müddətdə yəni 33 il müddətdən artıq müddətdə maneəsiz istifadə etmişdir. Bələdiyyə balansında saxlanılmış hissəni də almaq istəməyi barədə bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə tərəfindən həmin torpaq sahəsinin ona verilməsi ilə bağlı müəyyən sənədləşdirmə işləri aparaq müəyyən sənədlər toplamış, bu zaman onlar həmin torpaq sahəsinin ona satılmasına dair müsbət rəy bildirmişlər. Bütün toplanmış sənədləri aidiyyati üzrə DƏDKR PHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsinə göndərmişlər. Lakin bu günədək həmin torpaq sahəsinin ona satılması ilə əlaqədar torpaq sahəsinin bələdiyyənin adna qeydə alınıb-alınmaması barədə ona məlumat verilməmişdir. İddia ərizəsindən və mülki işdə olan sənədlərdən aydın görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi onun mərhum anasına Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı ilə verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 347 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyət başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimaf’ın icrası ilə bağlı “Rayon İcra Hakimiyyəti başçısının aparatında 2005-ci (düzəliş 2007) iş üçün Nomenkulaturunun təsdiq edilməsi üçün verilmişdir. Həmin sərəncamda vətəndaşlara torpaq sahəsinin ayrılıb verilməsi nəzərdə tutulmamışdır. Ona görə də hesab edir ki. iddiaçının mərhum anasına həmin torpaq sahəsi tamamilə qanunsuz' verildiyindən həmin torpaq sahəsi Dövlət Kadastr kitabında qeydiyyata alınsa da belə, mərhumun adna işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilməklə ilkin hüquqmüəyvənedici sənəd kimi qəbul edilə bilməz. İkincisi, Azərbaycan Respublikası Dövlət və X15 Komissiyaları Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 saylı Fərmanı ilə ləğ edilmişdir. Belə olduğu halda iddiaçının mərhum anasına qeyd edilən torpaq sahəsinin rayon X2 sədri olmuş Ağdaş RİH başçısı tərəfindən satılması tamamilə qanunsuzdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü bəndinin 3-cü yarım bəndinə əsasən hazırlanmış və Prezidentin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin (hazırda qüvvədən düşüb) 1-ci bəndinə görə həmin Qanun və Əsasnamə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olan torpaqlar istifadəyə və ya icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq onları mülkiyyətinə verilir. Qanunvericiliyin yuxadıda qeyd edilən tələblərinə görə həmin qnunvericilik aktları qəbul edilənədək vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri əvəzsiz onların mülkiyyətinə verilir. Dövlət və yerli (rayon) islahat komissiyaları ləğv edildikdən sonra torpaqlar dövlətə, bələdiyyəyə və xüsusi mülkiyyətə verildiyindən dövlət, bələdiyyə və fiziki və ya hüqiuqi şəxslər yalnız özlərinin balansında və mülkiyyətində olan torpaqlar üzərində sərəncam vermək hüququna malikdirlər. Belə olduğu halda, əgər Ağdaş Rayon İcra Hakimiyyəti başçısının qeyd edilən sərəncamında vətəndaşlara torpaq verilməsi bəndi qeyd edilsəydi belə, əsassız və qanunsuz hesab olunmalıdır. Çünki vətəndaşın mübahisələndirdiyi torpaq sahəsi dövlətin torpaq fonduna deyil, bələdiyyənin torpaq fonduna aid torpaq sahəsidir. Torpaq sahəsi bələdiyyəyə məxsus olduğuna görə həmin torpaq sahəsi üzərində yalnız bələdiyyənin sərəncam vermək hüququ vardır. Rayon İcra Hakimiyyətinin başçısı yalnız dövlət fonduna aid torpaq sahəsini mülkiyyətə, icarəyə və ya istifadəyə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin; 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. 3. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Göstərdiyi qanunvericilik aktlarının tələbindən və işin faktiki hallarından göründüyü kimi iddiaçının mərhum anasına verilmiş torpaq sahəsi qanunvericiliyin həmin tələbləri kobud şəkildə pozulmaqla verildiyindən və buns görə də mərhumun adına işlənmiş “torpaq sahəsinin planı və ölçüsü” etibarsız sənəd hesab edildiyindən şəxsin ölümündən sonra vərəsəlik işinin açılması ilə bağlı ilkin hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Bunun əksi olaraq o həmin torpaq sahəsindən 30 ildən artıq müddətə həmin torpaq sahəsindən fasiləsiz və etirazsız istifadə etdiyinə görə həmin mübahisələndirilən torpaq üzərində onun mülkiyyət hüququ yaranmış və gözlənilən hüquqdur. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir subyektiv hüquq yoxdur. Bildirir ki, Torpaq Məcəlləsinin müvafiq maddələrinin tələblərinə görə bələdiyyə torpağının satılması məqsədi ilə ayrılan torpaq sahəsi ilk növbədə yerinə baxış keçirilməklə ayrılan torpaq sahəsinin döngə nöqtələri (koordinatları) müəyyən edilməli, naturada ayrılmalı, bundan sonra sonrakı prosessual hərəkətlər edilməlidir. Ona həmin həyətdə və orada inşa etdirdiyi yaşayış evində yaşadığı müddətdə bu məqsədlə həyətə heç kim gəlməmişdir. Qeyd etdiyi qanunvericilik aktlarının tələblərindən, işin faktiki hallarından və iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin əsasını təşkil və təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 01 saylı Sərəncamı aparatın nomenklaturasının təsdiq edilməsi üçün verildiydən həmin Sərəncamla mərhum anasına qeyd edilən torpaq sahəsinin verilməsi barədə adma işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” qanunsuz verildiyinə görə ilkin hüquqmüəyyən edici sənəd kimi və iddianın əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz.Göründüyü kimi, iddiaçınin ona qarşı belə bir tələblə məhkəməyə müraciət etməsinə heç bir hüquqi əsasları yoxdur. Ona görə də iddianı əsasssız olduğundan rədd edilməlidir. Odur ki, yuxarıda göstərdiklərini və iddia tələbinə qarşı etirazını və etirazın əsaslarını təşkil edən işin faktiki hallarını nəzərə alaraq təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, düzgün araşdırılaraq hüquqi qiymət verilməsini və iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağdaş rayon İHB-nın 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə X6 499,67 kv.m həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş, eyni zamanda həmin torpaq sahəsinə dair əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. X4 ölümündən sonra onun qızı İddiaçı Ağdaş rayon Notariat Ofisinə müraciət edərək, həmin torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayiş evinə dair vərəsəlik qaydasında rəsmiləşdirmək istədiyini bildirmiş, Ağdaş rayon Notariat Ofisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məktub ünvanlanaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində olan sənədlərə və İddiaçı təqdim etdiyi sənədlərə əsasən E.Alışovanın ölümünədək daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən Çıxarış verilməsi xahiş edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X6 məxsus daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün həmin ünvanda olmuş, lakin yerində baxış keçirilən zaman mübahisənin olması aşkar edildiyindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Eyni zamanda Cavabdeh iddia tələbinə dair verdiyi etirazında özü də etiraf edir ki, fərdi yaşayış evi tikdirmək üçün 1990-cı ildə o vaxt mövcud olmuş Ağdaş rayon XDS İK-nə müraciət etmiş, Ağdaş rayon XDS İK-nin müvafiq qərarı ilə ona Ağdaş şəhəri, Məşəd küçəsindən fərdi yaşayış evi tikdirmək üçün 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir, sonradan Ağdaş rayon XDS İK-nin qərarını tapa bilmədiyinə görə onun adına şəhər üzrə normaya uyğun 0,05 hektar hissəsinə sənəd verilmiş, qalan 0,07 hektar isə istifadədə saxlanılmaqla bələdiyyənin balansına qeydə alınmışdır. Həmin torpaq sahəsindən aldığı vaxtdan qeyd edilən tarixədək istifadə etmişdir. Bununla da iddiaçının özünə məxsus torpağından istifadə hüquqlarının pozulmasına səbəb olur.
6. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması deyil, 3-cü şəxs tərəfindən hüquqlarının qeydə alınmasına, yəni ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması ilə bağlıdır.
7. Ağdaş Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(014)-256/2024 nömrəli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) iddia təmin olunmuş, Ağdaş rayon İHB-nın 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə iddiaçının anası X4 mülkiyyətinə verilmiş, Ağdaş şəhərində yerləşən A328221 nömrəli plan-ölçü sənədinə əsasən 499,67 kv.m həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə reyetsrdən Çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılması üçün Cavabdeh tərəfindən yaradılan suni maneələrin aradan qaldırılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152 və 158-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ağdaş rayon Notariat Ofisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış məktub Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 dekabr 2023-cü il tarixli, 3-21-3- 35/2-4995/2023 saylı məktub Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi Torpağın mülkiyyətə verilməsinə dair JN – 336A, KOD 90301004 nömrəli şəhadətnamə Ağdaş rayon bələdiyyəsinin 13 fevral 2024-cü il tarixli 49 saylı Cavabdeh ünvaladığı məktubu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 22 aprel 2024-cü il tarixli məktubu 17 iyun 1992-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİ-ЖГ № 404136 saylı doğum haqqında şəhadətnamə 28 aprel 2011-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 453799 saylı ölüm haqqında şəhadətnamə
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazının dəlilləri ilə əsaslandıraraq, əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin əsasını təşkil edən torpaq sahəsinin planı və ölçüsündən aydın görünür ki, həmin planölçü sənədi Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamına əsasən hazırlanmışdır. Halbuki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 347 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyət başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın icrası ilə bağlı “Rayon İcra Hakimiyyəti başçısının aparatında 2005-ci il üçün Nomenkulaturunun təsdiq edilməsi üçün verilmişdir. Həmin sərəncamda vətəndaşlara, o cümlədən də iddiaçının mərhum anasına torpaq sahəsinin ayrılıb verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının mərhum anasına həmin torpaq sahəsinin verilməsinə əsas olan belə bir Sərəncam yoxdur və mövcud olmayıb. Ona görə də hesab edir ki, iddiaçının mərhum anasına həmin torpaq sahəsi tamamilə qanunsuz verildiyindən həmin torpaq sahəsi Dövlət Kadastr kitabında qeydiyyata alınsa da belə, mərhumun adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilməklə ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.
12. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(014)- 256/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(014)-256/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(014)-256/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası iddia tələbi üzrə birinci instansiya məhkəməsinin hazırki qərarın 5-6-cı bəndlərində əks edilən hüquq dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdən görünür ki, birinci instansiya məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ apellyasiya şikayətinin dəlilləridir.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya verilmiş Ağdaş rayon İHB-nın 05 yanvar 2006cı il tarixli, 01 nömrəli Sərəncamı və həmin sərəncam əsasında verilmiş müvafiq hüququmüəyyənedici sənədlər məhkəmə qaydasında mübahisələndirilməmişdir və halhazırda qüvvədədir. Həmin sənədlərin etibarlılığının araşdırılması hazırki iddia tələbi üzrə məhkəmə baxışının predmeti deyildir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(014)-256/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(014)-256/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.