Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1124/2020 04.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-605/2020 nömrəli qərardadından İddiaçı və onun nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Prosessual Məcəllənin 31.2, 36.11, 36.13-cü maddələrinin tələbləri əsasında iddiası qəbul edilmədiyindən və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əməl olunmadığından şikayətlənərək Prezidentin Fərmanını tətbiq edərək 4957 nk SHEK/14 saylı, xx.xx.2014-cü il tarixli mövcud olan kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin bağlanmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-605/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh “xxxx” KB ASC-nə qarşı “kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmçinin iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək və həmin qərardaddan 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət vermək hüquqlarının olması izah edilmişdir. xx xxxx 2020-ci il tarixdə İddiaçı və nümayəndəsi məhkəməyə vəsatət verərək, iddia ərizəsinin dolayı yollarla rədd edilməsini deyil, aidiyyəti üzrə baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” KB ASC-nə qarşı “kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə İddiaçı və onun nümayəndəsi X1 verdiyi vəsatət geri qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadlarından iş üzrə İddiaçı və onun nümayəndəsinin şikаyəti (vəsatəti) xx xxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(075)-605/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-605/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddia tələbi hüquqi şəxs olan “xxxx” KB ASCnə yönəlmişdir. Cavabdeh “xxxx” KB ASC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55dir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi “xxxx” KB ASC hüquqi şəxsdir və onun hüquqi ünvanı Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55-dir. “xxxx” KB ASC-nin Şəki flialı onun törəmə müəssisəsidir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar da həmçinin müəssisənin yəni, “xxxx” KB ASC-nin ünvanının olduğu yerə görə verilir. Buna görə də iddiaçıya hazırkı tələbi ilə bağlı Şəki rayon məhkəməsinə deyil, cavabdehin hüquqi ünvanın yerləşdiyi və aid olduğu müvafiq rayon məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin İddiaçı bundan əvvəl də eyni tələb üzrə, eyni tərəfə qarşı və eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-536/2020 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Lakin iddiaçı sözügedən qərardadda göstərilən nöqsanları aradan qaldırmaq və ya həmin qərardaddan şikayət vermək əvəzinə eyni formada iddia ərizəsi ilə yenidən Şəki rayon məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X2rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı və onun nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-605/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və onun nümayəndəsi Abdullayev Müzəffər Ələkbər oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-605/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1124/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1124/2020
04.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver