Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1124/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, e-2(046)-958/2023 saylı qətnаməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları
1. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-290/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Göyçay Rayon İHB-nın Bığır kənd nümayəndəliyində 23 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 İddiaçı yanında saxlanılması müəyyən edilmiş və xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilmişdir.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci il tarixdə X3 anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır.
3. AZEMİS məhkəmə elektron informasiya sistemindən çıxarışa görə Cavabdeh X2 ilə nikahdadır.
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
I. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, cavabdehin gəlirlərinin artması və onun azyaşlı uşağın saxlanılması üçün artan tələbatlarını təkbaşına ödəyə bilməməsi nəzərə alınmalı, cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Belə ki, Cavabdeh işləyir, yüksək məbləğdə gəlir əldə edir. Özü isə heç bir yerdə işləmir və uşağını maddi cəhətdən tam təmin edə bilmir. Cavabdehlə birgə yaşadığı müddətdə azyaşlı uşağa qulluq etməklə məşğul olduğundan müstəqil qazancı olmamışdır. Lakin cavabdeh faktiki ayrıldığı vaxtdan bu günə kimi uşağın yaşayış şəraiti ilə maraqlanmamış, onun saxlanılmasına heç bir maddi yardım göstərməmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir, bundan başqa atasının təsərrüfatı var, oradan da gəlir əldə edir. İddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, təmsil etdiyi cavabdeh əvvəl gəmidə işləmiş, hal-hazırda heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşqul olur. İkinci dəfə ailə qurmuş, müəyyən olunmuş alimentin miqdarının 10 manat artırılmasına, yəni alimentin 150 manat məbləğində müəyyən edilməsinə etiraz etmir.
8. Göyçay Rayon Məhkəməsinin (hakim Elçin Qurbanov) 11 iyul 2023-cü il tаrixli, e- 2(046)-958/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-290/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh 44 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməsi, qalan hissədə iddianın təmin edilməsi qət edilmişdir.
9. İş üzrə qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir.
II. Apellyasiya instansiya məhkəməsində icraat a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddət işsizdir. Həmçinin ailəlidir. Heç bir yerdən gəliri yoxdur. Məhkəmə prosesində iddiaçı bildirmişdir ki, guya Cavabdeh taksi fəaliyyəti ilə məşğuldur. Lakin bu faktların yalan olması və cavabdehin hazırda işləməməyi ilə bağlı məşğullq idarəsindən rəsmi sənəd təqdim etməsinə baxmayaraq hakim bu faktlara qiymət verməmişdir. Bununla da, məhkəmə verilmiş iddia ilə bağlı araşdırma aparılmadan qanuna zidd qətnamə çıxarmışdır. Məhkəmə cavabdehin evli və işsiz olmağını, atasının himayəsində qalmağını nəzərə almamışdır. Məhkəmə iddiaçının ifadəsinə əsaslanaraq və heç bir sübut olmamasına baxmayaraq iddianı qismən təmin etmişdir. Qətnamədə cavabdehin taksi fəaliyyəti ilə məşğul olması göstərilsə də, bununla bağlı heç bir sübuta istinad edilməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş işsizliklə bağlı arayış qətnamədə göstərilməmişdir. Bu faktlar araşdırılmadığından qanuna zidd qətnamə çıxarılmışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək, alimentin miqdarını 150 manat məbləğində müyyən edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti müdafiə edərək göstərdi ki, hazırda alimentin birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş məbləğdə deyil, hər ay uşaq üçün 150 manat həddində artırılmasına etiraz etmir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, e-2(046)-958/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
17. Maddə 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
19. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. Maddə 112.1. Alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
22. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir.
24. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
V. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin hər uşaqa görə 200 manat müəyyən edilməsi hissəsində işin hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nihaklarından xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 iddiaçının himayəsindədir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-290/2021 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilmişdir.
37. Bundan sonra iddiaçı alimentin artırılması tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciər etmiş, və həmin məhkəmənin 11 iyul 2023-cü il tаrixli, e-2(046)-958/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-290/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi müəyyən edilmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
40. Alimentin tutulması barədə saziş olmadıqda məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər (bax 21-ci bənd).
41. Lakin iş materialları ilə cavabdehin maddi vəziyyətində yaxşılığa doğru bir dəyişikliyin olması müəyyən olunmur, iddiaçı da bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lakin uşağın əvvəlki təminatında dəyişikliklərin baş verdiyi aşkardır.
42. Məhkəmə kollegiyası hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsini də nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə aliment miqdarının artrılmasına zərurət yaransa da, həmin məbləğin 200 manat müəyyən edilməsi ağlabatan olmamaqla əsaslı da deyildir. Həmin məbləğin 170 manat müəyyən edilməsi daha məqsədə müvafiq və işin hallarına uyğundur.
43. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır.
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, e-2(046)-958/2023 saylı qətnaməsi dəyişdirilməli, 03 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.
45. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tаrixli, e-2(046)-958/2023 saylı qətnaməsi dəyişdirilərək 03 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı verilən sabit pul məbləğində aliment 170 (bir yüz yetmiş) manat müəyyən edilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov