Məhkəmə qərarları › İş №2(107)-1130/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1130/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1130/2023 18.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Benikoyeviçə və Cavabdeh2 Zurabiyeviçə qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Benikoyeviçə və Cavabdeh2 Zurabiyeviçin iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Benikoyeviçə və Cavabdeh2 Zurabiyeviçə qarşı 3500 manat dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(024)-368/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Tərəflər Qax rayonu Qaxingiloy kəndində yaşayırlar. Cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç 06 aprel 2022-ci il tarixdə səhər saatlarında pul müqabilində kəndin mal-qarasını, o cümlədən İddiaçı məxsus 7 baş iri buynuzlu heyvanı otarmağa aparmışlar. İnəklər cavabdehlərin nəzarətində olduğu zaman iddiaçıya məxsus qırmızı rəngli “simenta” cinsli ana inək ölmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviçdən ona dəymiş 2500+1000 manat ziyan və onun iddia qaldırmaq üçün ödədiyi 56 manat dövlət rüsumunun, cəmi 3556 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə etmiş, cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç isə iddianı qəbul etməmişlər.

4. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayonu Qaxingiloy kəndində yaşayır. Cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç 06 aprel 2022-ci il tarixdə səhər saatlarında ona məxsus 7 iri buynuzlu heyvanı otarmağa aparmışlar. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Cavabdeh1 Benikoyeviç öz yeznəsi Omari Otaraşviliyə zəng edib, ona məxsus qırmızı cins iri buynuzlu inəyin yıxıldığını, dura bilmədiyini və gəlib onu aparmasını demişdir. Omari Otaraşvili ona xəbər verdikdən sonra həmin otlaq sahəsinə getmiş, təxminən 20 dəqiqəyə oraya çatanda inəyi ölmüş vəziyyətdə görmüşdür. Cavabdeh1 onun qarşısında diz çökərək günahkar olduğunu demişdir. Həmin günü axşam inəyi həyətə gətirmiş, xx.xx.2023-cü il tarixdə baytar həkimlər tərəfindən inək müayinə olunmuş, nümunə götürüb laboratoriyaya göndərmişlər. İnəyə baxdıqda sol qol, bud nahiyyəsində və baş nahiyəsində xəsarətlar olduğu aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixdə Qax rayon Baytarlıq idarəsinin həkimləri Vüqar Məmmədov, Firuz Okrocanaşvili və Dato Lomaşvili tərəfindən heyvana baxış keçirilmiş və nümunə götürülmüşdür. Götürülən nümunənin cavabında inəyin heç bir infeksiyadan ölmədiyi göstərilmişdir. Cavabdehlər mal növbəsində olarkən hər ikisi sərxoş olmuş və inəyi vurmuşlar. Ölən iri buynuzlu inəyin 3 (üç) aylıq balası var. Simental sort inəyin balası ən azı 6 ay süd içməlidir. O, inəyin balasına hər gün 5-6 litr süd verir. 1 lt südün qiyməti 1.50 man edir. Hardasa hər gün 10 manatlıq süd alır. Ən azından 3 ay süd verməlidir. Həmkəndlisi Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviçdən ona dəymiş olan 2500 manat və 1000 manat ziyanın ona ödənilməsini tələb edir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 56 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviçdən ona dəymiş 2500+1000 manat ziyan və onun iddia qaldırmaq üçün ödədiyi 56 manat dövlət rüsumunun, cəmi 3556 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdeh1 Benikoyeviç məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı onun həmkəndlisidir. O, Daniel Baçalaşvili ilə birlikdə pul müqabilində kəndin mal-qarasını otarırlar. xx.xx.2023-cü il tarixdə digər cavabdeh Daniellə kəndin mal növbəsində olmuş, iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanın vəziyyəti pisləşmiş və heyvan ölmüşdür. Onlar həmin heyvana xəsarət yetirməmişlər. İnəyin ölümündə onların heç bir günahı olmamışdır. İddianın rədd edilməsini xahiş etdi.

7. Cavabdeh Baçaliaşvili Daniel Zurabiyeviç məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax rayonu Qax-ingiloy kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə mal növbəsinə getmiş, həmin günü iddiaçıya məxsus bir baş iribuynuzlu heyvan ölmüşdür. İnəyin ölümü onların təqsiri ucbatından baş verməmişdir. İddianın rədd edilməsini xahiş etdi.

8. X3 məhkəmə iclasında ifadəsində göstərdi ki, o sahə həkimidir. İddiaçı məxsus iribuynuzlu mal ölən günü onu müayinə etmiş, daxili orqanlarını Xviçaya Qida təhlükəsizliyi idarəsinə aparması üçün təhvl vermişlər. Uzun illərdir ki, baytar həkimi işləyir və qəflətən malın öldüyünü görməmişdir. Müayinə edən zaman inəyin baş nahiyyəsində laxta qan olmuşdur. İnəyin ölüm səbəbini bilmir.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Daniel Zurabaşvili kəndin mal növbəsində olarkən İddiaçı məxsus bir baş iribuynuzlu mal ölmüşdür. İddiaçının Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu MBL-nin X9 müraciəti əsasında inəyin daxili orqanları müayinə olunmuş və sınaq nəticəsində infeksiya törədicisinə rast gəlinməmişdir. Məhkəmə iclasında ifadə verən şahid Vüqar Məmmədov iribuynuzlu heyvanı müayinə edən zaman heyvanın baş nahiyyəsində qan laxtasının olduğunu, lakin ölümünün səbəbini aşkar edə bilmədiyini göstərmişdir. Zaqatala rayonu Əliabad Qəsəbə həftəlik mal bazarının müdirinin verdiyi Arayışla müəyyən edilmişdir ki, 1 baş iribuynuzlu (Simenta) sort ana inəyin qiyməti 2500-3000 manat arası dəyişir. Məhkəmə mübahisənin ədalətli yolla həll edilməsi üçün iddiaçıya məxsus bir baş iribuynuzlu malın dəyərini 2500 manat qiymətləndirərək və işin faktiki hallarına, şahidin ifadəsinə və işdə olan əsaslı və mötəbər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən, yəni 2500 manata dair hissədə təmin edilməlidir. Tələbin qalan hissəsi ilə bağlı isə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İddiaçı məhkəmədə 56 (əlli altı) manat dövlət rüsumu ödəmişdir. İddia qismən sübuta yetirildiyi üçün iddiaçının ödədiyi dövlət rüsumunun 45 manatı cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya verilməlidir.

10. Qax Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(024)-368/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviçdən vurulmuş maddi ziyana görə 2500 (iki min beş yüz) manat və 45 (qırx beş) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İşə əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu MBL-nin X9 Sınaq protokolundan görünür ki, sınaq nəticəsində infeksiya törədicisinə rast gəlinməmişdir.

13. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qax-ingiloy kəndində qeydiyyatdadır

14. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X1 Qax rayonu Qax-ingiloy kəndində qeydiyyatdadır.

15. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2 Zurabiyeviç Qax rayonu Qax-ingiloy kəndində qeydiyyatdadır.

16. İşə əlavə edilmiş Zaqatala rayonu Əliabad Qəsəbə həftəlik mal bazarının müdirinin verdiyi Arayışdan görünür ki, 1 baş iribuynuzlu (Simenta) sort ana inəyin qiyməti 2500-3000 manat arası dəyişir.

17. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün xidmət haqqı ilə birlikdə 56 (əlli altı) manat məbləğində dövlət rüsumu ödəmişdir

18. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi İnistutu MBL-nın X9 protokoluna əsaslanaraq hazırkı qərarı qəbul etmişdir. Lakin həmin protokolla məhz inəyin onların tərəfindən vurularaq öldürülməsini təsdiq edən heç bir hal mövcud deyil. Həmin protokolla müəyyən olunur ki, sınaq nəticəsində inəkdə infeksiya törədicisinə rast gəlinmir. Bundan əlavə məhkəmə iş üzrə şahid qismində X5 dindirmiş və V.Məmmədov ifadəsində sahənin baytar həkimi olduğunu, mal ölən günü onu müayinə etmiş, heyvanın daxili orqanlarını Xiviçaya qida təhlükəsizliyi agentliyinə aparması üçün vermiş, uzun müddət baytar həkim işləmiş və malın qəflətən öldüyünü görməmiş, müayinə edən zaman inəyin baş nahiyyəsində laxda qan olduğunu və inəyin ölüm səbəbini bilmədiyini göstərmişdir. Göründüyü kimi inək ölən günü heyvanı baytar həkim müainə etmişdir və onun ölüm səbəbini müəyyən edə bilmədiyini qeyd etmişdir. İnəyin başında olan laxta qanın isə nə zaman və hansı şəraitdə əmələ gəlməsini göstərməmiş, heyvanın onların tərəfindən vurulmasını qeyd etməmişdir. Məhkəmə isə heç bir əsaslı və mötəbər sübut olmadan iddianı qismən təmin etmişdir. Həmçinin onlar tərəfindən məhkəməyə təqdim olunmuş videolar və digər sübutlar məhkəmə tərəfindən qəbul edilməmişdir. Eyni zamanda hadisənin bilavasitə şahidlərini dindirməmişdir.

20. Ona görə də, Qax Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(024)-368/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(024)-368/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Cavabdehlər Qax Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(024)-368/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsələr də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, inəklərin otarıldıqları müddətdə onlara nəzarət edilməsinin cavabdehlərin üzərində olması, o cümlədən heyvanlar səhər sahiblərindən götürülərək naxıra qoşularkən sağlam olduqları işin mübahisə edilməyən hallarındandır. Ölən inəkdə hər hansı infeksiya və xəstəliyin olmadığı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu MBL-nin X9 Sınaq protokolu ilə sübut edildiyindən, inəklər cavabdehlərin nəzarətində olarkən başlarına gələ biləcək hadisələrə məsuliyyəti də cavabdehlər daşımışdır. Heyvanın başında olan qan laxtasının onlardan asılı olmayan səbəbdən əmələ gəlməsi halı varsa əgər, bunu sübut etmə yükü cavabdehlərin üzərinə düşdüyündən və onlar da bu barədə hər hansı sübut və ya dəlil təqdim etmədiklərindən birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.

30. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(024)-368/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(024)-368/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar