Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1131/2023 31.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evə köçürülmə, istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili, həmçinin nümayəndəsi Nümayəndə ilə, İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1074/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı evə istifadə hüququnun tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onun həmin evə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X3 ilə 24 oktyabr 2013- cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 487 nömrə ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 27 dekabr 2014-cü il doğumlu Uğur Nəriman oğlu və 08 mart 2018-ci il doğumlu Onur Nəriman oğlu adlarında iki oğlan övladları olmuşdur. Ailə qurduqdan sonra ünvan 1 ünvanındakı ərazidə fərdi həyət evi inşa etdirərək köçüb həmin evdə yaşamağa başlamışlar. Qeyd olunan ünvanda onlarla birlikdə heç kim yaşamamışdır. Çünki hər kəsin özünün şəxsi ev-eşiyi olmuş, orada yaşamış, əri ilə xoşbəxt həyatları olmuşdur. X3 2020-ci ilin iyul ayında vəfat etmiş, onun sağlığında ailə daxilində və qohumları ilə arasında xoşagəlməyən hansısa hadisə və münaqişə olmamışdır. X3 ailəcanlı olmuş və uşaqlarını sevmiş, onlara maddi və ya mənəvi sıxıntı yaşatmamışdır. Əri vəfat etdikdən bir müddət sonra onun valideynləri – iş üzrə cavabdehlər evi tərk etməyi üçün o, və uşaqları narahat etməyə, istifadəsində olan evdən qovmaq üçün müxtəlif hiylələr işlətməyə başlamışlar. Cavabdehlər nəvələri olan azyaşlı uşaqların həssas dönəmində diqqət və qayğı göstərmələri bir yana, maddi yardımsız qoymaları bir yana, mərhum həyat yoldaşının yas mərasimi pandemiya səbəbindən qadağan olduğundan və keçirilmədiyinə görə mərhumun qardaşı siyahı tutaraq yığılan pulları ona verəcəyini vəd edərək bu pulları cavabdehlərə vermişdir. Beləliklə, cavabdehlərin qanunsuz və əsassız təzyiqlərindən onları qorumaq üçün valideynləri onları öz yanlarına aparmışlar. Ailə qurduqdan və evi inşa etdikdən sonra həmin ünvana rəsmi pasport qeydiyyatına alınmış və hazırda da bu ünvanda qeydiyyatdadırlar. Onun himayəsində olan azyaşlı uşaqlara baxmağa maddi imkanı yoxdur və yerləşdiyi ev şəraiti uşaqların ataları vəfat edənə qədər yaşadıqları şəraitlə eyni deyil. Kirayə tutub yaşamağa maddi imkanı da yoxdur. Bu şərtlərlə onların yaşamaqları hər birinə çətilnlik yaradır. Bunlar isə cavabdehlərin hüququları olan evə buraxmaması və evdən qanunsuz qovması nəticəsində baş vermişdir. Ona görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir.
3. Cavabdeh 07 may 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı o, və X9 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 saylı evə istifadə hüquqlarının tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun kirayə tutub yaşamağa şəraiti yoxdur. Lakin iddiaçı məhkəməni aldadır. Belə ki, iddiaçının mülkiyyətində Şəki şəhəri, 118-ci kvartalda fərdi yaşayış evi vardır və iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Belə ki, məhkəməyə tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 15 dekabr 2021-ci il tarixli 9157 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Şəki şəhəri, 118-ci kvartalda fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Hazırda sözügedən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından sonra yaranmışdır. Belə ki, İddiaçı 2013-cü ildə evlənmişdir. Tərəflər arasındakı münasibətlər hal-hazıradək davam etdiyindən, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan mənzil məcəlləsinə uyğun həll edilməlidir. İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi onun yaşayış yeridir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən onun azyaşlı övladlarının yaşayış yeridir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prossusual Məcəlləsinin 154.1 ci maddəsini rəhbər tutaraq, İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində məzmunudan əalvə olaraq izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanın mülkiyyətçiləri Süleyman Mustafayev qaynatası Telaman Mustafayevin əmisi Firozə Mustafayeva isə anasıdır.Hazırda yaşamağa yerləri olmadığından həmin evə köçürülərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehlər Cavabdeh və X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
7. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdehlər Cavabdeh və X6 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1074/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh və X9 qarşı “ünvan 1 saylı evə istifadə hüququnun tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onların həmin “evə köçürülmələri” tələbinə dair iddiasının rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı X11 ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və iddiaçı əri Nəriman Mustafayevin atası olan Cavabdeh faktiki olaraq məxsus olan Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 83 ünvanına gəlin kimi köçərək orada yaşamışdır. X11 06 iyul 2020-ci il tarixdə elektrik cərəyanının təsiri nəticəsində ölmüşdür. Bundan sonra iddiaçı övladları ilə birlikdə həmin evdən çıxmışdır. Hazırda cavabdehlər tərəfindən iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına isnad edərək, qeyd olunan evə köçürülməsini tələb edir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdə X11 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ iddiaçının qaynatası cavabderh Cavabdeh əmisi Süleyman Mustafayevin və anası Firozə Mustafayevanın adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2013-cü ildən ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir.
12. Məhkəmə hesab etmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh münasibətdə onun ailə üzvü hesab olunmur.
13. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014- cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1- ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
14. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu.
15. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir.
16. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Cavabdeh faktiki olaraq məxsus yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz.
17. Bundan başqa məhkəmə qeyd etmişdir ki, yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
18. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, iddiaçının uşaqları ilə birlikdə cavabdehə məxsus yaşayış sahəsi üzrə qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, 30.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 53-cü maddəsinin məzmununa nəzər yetirməmiş və yalnız cavabdehlərin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. İşin faktiki hallarına nəzər yetirəndə görünür ki, iddiaçı mərhum X3 ilə 24 oktyabr 2013- cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 487 nömrə ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 27 dekabr 2014-cü il doğumlu Uğur Nəriman oğlu və 08 mart 2018-ci il doğumlu Onur Nəriman oğlu adlarında iki oğlan övladları olmuşdur. Ailə qurduqdan sonra ünvan 1 ünvanındakı ərazidə fərdi həyət evi inşa etdirərək köçüb həmin evdə yaşamağa başlamışlar. Qeyd olunan ünvanda onlarla birlikdə heç kim yaşamamışdır. Çünki hər kəsin özünün şəxsi ev-eşiyi olmuş, orada yaşamış, əri ilə xoşbəxt həyatları olmuşdur. X3 2020-ci ilin iyul ayında vəfat etmiş, onun sağlığında ailə daxilində və qohumları ilə arasında xoşagəlməyən hansısa hadisə və münaqişə olmamışdır. X3 ailəcanlı olmuş və uşaqlarını sevmiş, onlara maddi və ya mənəvi sıxıntı yaşatmamışdır. Əri vəfat etdikdən bir müddət sonra onun valideynləri – iş üzrə cavabdehlər evi tərk etməyi üçün o, və uşaqları narahat etməyə, istifadəsində olan evdən qovmaq üçün müxtəlif hiylələr işlətməyə başlamışlar. Cavabdehlər nəvələri olan azyaşlı uşaqların həssas dönəmində diqqət və qayğı göstərmələri bir yana, maddi yardımsız qoymaları bir yana, mərhum həyat yoldaşının yas mərasimi pandemiya səbəbindən qadağan olduğundan və keçirilmədiyinə görə mərhumun qardaşı siyahı tutaraq yığılan pulları ona verəcəyini vəd edərək bu pulları cavabdehlərə vermişdir. Beləliklə, cavabdehlərin qanunsuz və əsassız təzyiqlərindən onları qorumaq üçün valideynləri onları öz yanlarına aparmışlar. Ailə qurduqdan və evi inşa etdikdən sonra həmin ünvana rəsmi pasport qeydiyyatına alınmış və hazırda da bu ünvanda qeydiyyatdadırlar. Onun himayəsində olan azyaşlı uşaqlara baxmağa maddi imkanı yoxdur və yerləşdiyi ev şəraiti uşaqların ataları vəfat edənə qədər yaşadıqları şəraitlə eyni deyil. Kirayə tutub yaşamağa maddi imkanı da yoxdur. Bu şərtlərlə onların yaşamaqları hər birinə çətilnlik yaradır.
22. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə qanunverciliyin tələblərini də nəzərə almamış və iddiaçının və onun azyaşlı övladlarının hüquqlarının bərpasına yönələn normanı tətbiq etməmişdir.
23. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehlərin mövqeyinə münasibətdə icraedərək əsassız nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır.
24. Odur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1074/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdehlər: Cavabdeh və X13 apellyasiya şikayətinə qarşı etirazlarını onunla əsaslandırmışlar ki, İddiaçı apelyasiya şikayəti tamamilə əsassızdır. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli e-2(075)- 1074/2023 saylı qətnaməsi tam qanuni, əsaslı və ədalətlidir.
26. Belə ki, iddiaçı apellyasiya şikayətini əsaslandırarkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə və «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına istinad etmişdir. Halbu ki, iddiaçı mübahisəli evə 2013-cü ildə gəlin gəlmişdir ki, həmin dövrdə artıq yeni Mənzil Məcəlləsi qüvvədə idi və hazırki münasibətlər 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri ilə tənzimlənə bilməz.
27. Yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından sonra yaranmışdır. Belə ki, İddiaçı 2013-cü ildə evlənmişdir. Tərəflər arasındakı münasibətlər hal-hazıradək davam etdiyindən, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir.
28. Göründüyü kimi İddiaçı “digər qohumlar” dairəsinə daxil deyil və buna görə də cavabdehlərin onu saxlamaq vəzifəsi olmamaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsir dairəsinə düşmür.
29. Göründüyü kimi İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi onun yaşayış yeridir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən onun azyaşlı övladlarının yaşayış yeridir.
30. Həmçinin qeyd edir ki, iddiaçı apelyasiya şikayətində yerləşdiyi ev şəraitinin uşaqların ataları vəfat edənə qədər yaşadıqları şəraitlə eyni olmamasını qeyd etsə də iddiaçının hazırda yaşadığı ev yeni tikili olmaqla bir neçə il əvvəl inşa edilmiş və bütün müasir standartlara cavab verir. Lakin iddiaçının köçüb yaşamaq istədiyi ev isə 19-cu əsin ortalarında inşa edilmiş köhnə evdir və həmin evdə yaşamaq üçün normal şərait belə mövcud deyil.
31. Beləliklə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi mülki işin materiallarını tam və düzgün araşdıraraq, tərəflərin izahatlarını dinləyərək qanuni, əsaslı və ədalətli qətnamə qəbul etmişdir.
32. Odur ki, qeyd edilənləri nəzərə alaraq, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli e- 2(075)-1074/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
33. İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1074/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatına əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində və apellyasiya şikayətində ünvan 1 ünvanındakı ərazidə fərdi həyət evi inşa etdirərək köçüb həmin evdə yaşamağa başladıqlarını qeyd etsə də ünvan 1 ünvanındakı ərazidə fərdi həyət evi inşa etdirmələrinə dair fikir iddia ərizəsində və apellyasiya şikayətində yanlış olaraq əksini tapmışdır. Belə ki, onlar həmin ərazidə fərdi yaşayış evini inşa etdirməmişlər. O, ailə qurduqdan sonra hazır fərdi yaşayış evinə gəlin köçmüşdür. Onun köçdüyü ünvan 1 ünvanındakı fərdi yaşayış evi tir altı, yəni eyni dam örtüyü altında iki hissədən ibarətdir. Belə ki, həmin evin bir hissəsi Cavabdeh əmisi X7 aid hissədir. Süleyman Mustafayevə məxsus hissənin cavabdehlərə aidiyyəti yoxdur. Digər hissənin mülkiyyətçisi olan Cavabdeh anası X15 isə onun həmin evə gəlin köçməsinədək artıq vəfat etmişdir. Bundan əlavə mübahisə predmeti olan evin yerləşdiyi Şəki şəhəri, D.Bünyadzadə küçəsinin adı dəyişdirilmiş və həmin küçə hazırda Şəki şəhəri Çingiz Mustafayev küçəsi adlanır. Cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərdə onun adına fərdi yaşayış evinin olması qeyd olunsa da həmin ev faktiki olaraq ona məxsus olmamışdır. Bu səbəbdən də 22 may 2022-ci il tarixdə onun adına olmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qardaşı Eldəniz Cəfərova bağışlanmasına dair müqavilə imzalamışdır. 34 İddiaçının vəkili, həmçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1074/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh, X13, üçüncü şəxs X1 və mümkünsüzlüyü barədə məhkəməyə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
37. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 9.4-cu maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci mаddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Qərarlar:
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 2(075)-1074/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin 2(075)-1074/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdehlərin yaşadıqları Şəki şəhəri D.Bünyadzadə küçəsi ev 83 (sonradan Şəki şəhəri Çingiz Mustafayev küçəsi 83, yeni qaydalarla isə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlərdən Cavabdeh mərhum anası X10 və Cavabdeh əmisi X4 xüsusi mülkiyyətlərindədir. Mülkiyyətçilərdən X15 19 mart 2010-cu ildə vəfat etmiş, Cavabdeh evin anasından miras qalmış, digər mülkiyyətçi olan üçüncü şəxs X12 isə eyni dam örtüyü altında olan evin digər hissəsində yaşayırlar. İddiaçı xx.xx.2013-cü il tarixdə cavabdehlərin mərhum övladı X11 ilə nikaha daxil olmuş və mübahisəli evə gəlin köçmüş, X3nun vəfatınadək həmin evdə yaşamış, əri Nəriman Mustafayevin 06 iyul 2020-ci il tarixdə vəfatından sonra tərəflərin münasibətləri pisləşmiş və iddiaçı həmin evi tərk etmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə hüquq münasibətləri xx.xx.2013-cü il tarixdə, yəni İddiaçı mərhum X3 ilə nikaha daxil olmalarından sonra yaranmışdır.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
51. Hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından hüquqi qiymət verilməlidir.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
53. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
54. Hazırkı iş üzrə mübahisələndirilən fərdi yaşayış evi cavabdehlərdən Cavabdeh anası X10 və məhkəmə kollegiyasının üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh əmisi X4 mülkiyyətləri kimi adlarında qeydiyyatda olmaqla iddiaçı, Cavabdeh və X2 özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiyindən onun mübahisəli fərdi yaşayış evindən istifadə etmək, istifadə qaydasını müəyyən edilməsini, həmçinin evə köçürülməsini tələb etmək səlahiyyəti yoxdur.
55. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum əri tərəfindən onlar ailə qurduqdan sonra inşa etdirildiyini göstərsə də, məhkəmə kollegiyasının iclası zamanı həmin fərdi yaşayış evinin mərhum X3 ilə ailə qurmamışdan əvvəl inşa etdirildiyini bildirmişdir.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal müşahizələrdən ibarətdir və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
57. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)- 1074/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1074/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.