Məhkəmə qərarları › İş №2(107)-1137/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1137/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1137/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X10 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı X10 Dəmir Bank ASC-nin nümayəndəsi X2, Cavabdeh Məmmədova Səbuhi Çingiz oğlunun iştirakı ilə, İddiaçı X10 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-317/2023 saylı qətnaməsindən iddiaçı X10 Dəmir Bank ASC tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X10 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 15806.07 (on beş min səkkiz yüz altı manat, 07 qəpik) AZN-bundan 5991.39 (beş min doqquz yüz doxsan bir manat, 39 qəpik) AZN əsas, 3543.19 (üç min beş yüz qırx üç manat, 19 qəpik) AZN faiz, 5426.55 (beş min dörd yüz iyirmi altı manat, 55 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 844.94 (səkkiz yüz qırx dörd manat, 94 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 137.42 (yüz otuz yeddi manat, 42 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X10 "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 27 % dərəcəsi ilə ödəmək şərtilə 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01/15 saylı əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 9638.77 (doqquz min altı yüz otuz səkkiz dollar, 77 sent) ABŞ dolları hesablanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 USD=1.55 AZN) hesablanmış faizlər kapitallaşdırılaraq 8656.01 (səkkiz min altı yüz əlli altı manat, 01 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********217 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 15806.07 AZN təşkil edir. Bundan 5991.39 AZN əsas, 3543.19 AZN faiz, 5426.55 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 844.94 AZN faiz borcu təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı və Cavabdeh2 məhkəməyə gəlməmiş, lakin iddiaçının nümayəndəsi Coşqun İbrahimxəlilov ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Məmmədova Səbuhi Çingiz oğlu iddia tələbini qismən əsas borc hissəsində qəbul etdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu və hər ay hissə-hissə ödəniş etməklə bank qarşısında öhdəliyini icra edə biləcəyini bildirmişdir. O, iddia tələbində qeyd edilən faiz və cərimə borcunun silinməsini xahiş etmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-317/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Məmmədova Səbuhi Çingiz oğlundan 5981,68 (beş min doqquz yüz səksən bir manat altmış səkkiz qəpik) manat məbləğində əsas borcun tutularaq iddiaçı X10 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh1 79,82 (yetmiş doqquz manat səksən iki qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı X10 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, 57,6 ( əlli yeddi manat altmış qəpik) manat dövlət rüsumunun iddiaçı X10 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun özünə aid edilməsi, cavabdeh Məmmədova Səbuhi Çingiz oğlundan 100 (bir yüz) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ41NABZ**********00000003944 nömrəli hesabına keçirilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ASC ilə Məmmədova Səbuhi Çingiz oğlu arasında 16 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 həmin tarixdə 10000 ABŞ dolları kredit verilmişdir. Məmmədova Səbuhi Çingiz oğlu kredit məbləğini qəbul edərək ondan istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və borcalan Məmmədova Səbuhi Çingiz oğlunun İddiaçı ASC qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. 18 may 2015ci il tarixdə və 01 fevral 2017-ci il tarixlərdə Məmmədova Səbuhi Çingiz oğlu ilə iddiaçı arasında 16 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə sazişlər bağlanaraq kredit məbləği restrukturizasiya edilmiş və 01 fevral 2017-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən cavabdehin iddiaçı qarşısında həmin tarixə 8656,01 manat borcu olması, müqavilə üzrə illik faiz dərəcəsinin 18 faiz olması və kredit müddətinin xx.xx.2020-ci il olması tərəflər arasında razılaşdırılmışdır. Zamin-Cavabdeh2 ilə iddiaçı arasında 16 fevral 2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsinə 18 may 2015-ci il tarixdə və 01 fevral 2017-ci il tarixli əlavə sazişlər bağlanmış və 01 fevral 2017-ci il tarixli saziş üzrə də restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il kimi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə etmişdir. Cavabdeh Məmmədova Səbuhi Çingiz oğlu iddia tələbini yalnız əsas borc hissəsində qəbul etmiş və iddia ərizəsinin cərimə və faiz borcu hissəsində rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2023-cü il tarixli 9/2710 nömrəli ekspert rəyi ilə 16 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 LPO İddiaçı ASC qarşısında 1 fevral 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 5981.68 manat, faiz borcu üzrə 1284.80 manat və 27 yanvar 2023-cü il tarixə (iddia ərizəsi tarixə): əsas borc üzrə 5981.68 manat, faiz borcu üzrə 1284.80 manat, faiz borcu üzrə (5%lə) 893.92 manat borcu olması müəyyən edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2023-cü il tarixli 9/2710 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 5981,68 manat əsas borc məbləği cavabdeh Məmmədova Səbuhi Çingiz oğlundan alınaraq iddiaçıya qaytarılmalıdır.

9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin əsas borca hesablanmış 3543,19 manat faiz borcunun, 5426,55 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 844,94 manat borcun tutulması hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən iddia verilənədək tutulmalı olan faizin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. X7 üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman cavabdeh Məmmədova Səbuhi Çingiz oğluna münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 manat və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər.

13. Göründüyü kimi, İddiaçı ASC tərəfindən Məmmədova Səbuhi Çingiz oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh Məmmədova Səbuhi Çingiz oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, İddiaçı ASC qalıq qalmış əsas kredit borcunun ödənilməsini cavabdeh Məmmədova Səbuhi Çingiz oğlundan tələb etməkdə haqlıdır.

14. Bundan başqa, işdən göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar.

15. Məhkəmə hesab etmişdir ki, 16 fevral 2015-cü il tarixli zaminlik müqaviləsi şərtlərinə görə zamin-Cavabdeh2 iddiaçı qarşısında borcalan cavabdeh Məmmədova Səbuhi Çingiz oğlu ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.

16. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Məmmədova Səbuhi Çingiz oğlu arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki müqavilə 24 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin son icra tarixi müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafikə əsasən xx.xx.2017-ci il kimi müəyyən edilmişdir. Həmin müqavilənin restrukturizasiya edilməsi ilə bağlı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişlə restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il kimi müəyyən edilmişdir. İddiaçı X10 "xxxx" ASC hazırki iddia ərizəsi ilə zamin-Cavabdeh2 qarşı 31 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edərkən zaminə qarşı iddia irəli sürülməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Həmin müddətin qurtardığı gündən isə 3 ilə yaxın müddət keçmişdir. Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Qeyd olunan müddət ərzində isə iddiaçı tərəfindən zaminə qarşı iddia irəli sürülməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, zamin Cavabdeh2nın zaminliyinə xitam verilməlidir.

17. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, zaminlik müqaviləsində qeyd edilən və qanunverici tərəfindən müəyyən edilmiş 1 ilik müddət başa çatdığından Cavabdeh2nın zaminliyinə xitam verilməli və iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun cavabdeh Məmmədova Səbuhi Çingiz oğlu ilə yanaşı Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir.

18. İddia tələbi əsas borca hesablanmış 3543,19 manat faiz borcunun, 5426,55 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 844,94 manat borcun tutulması hissəsində təmin edilməməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, iddia qismən təmin edildiyindən cavabdeh Məmmədova Səbuhi Çingiz oğlundan 79,82 manat dövlət rüsumu tutularaq iddiaçı X10 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməli, iddiaçı X10 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ödədiyi 137,42 manat dövlət rüsumunun 57,6 manatı özünə aid edilməlidir.

20. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Məmmədova Səbuhi Çingiz oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 445.7, 448.1, 448.2 458.1, 465.2, 467, 470.1, 477.0 və 477.0.4, 472.1-472.2, 739, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 76.2 77.1, 107, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan iddiaçı LPO DəmirBank ASC apellyаsiyа şikаyəti vermişdir.

23. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmür. Belə ki, Cavabdeh1 adına “Problemli kreditlərin kompensasiyasına dair” çıxarış mövcuddur. (Hazırkı şikayətə qoşma kimi əlavə edilir). Lakin çıxarışa nəzər yetirdikdə məbləğ olaraq orda yalnız “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsinin” 2678.48 manat olduğu görünür. Qeyd edilən məbləğ isə devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərqdir ki, həmin fərq kredit təşkilatı tərəfindən, yəni İddiaçı ASC tərəfindən Palataya təqdim edilmişdir. Çünki həmin məbləğlərə (güzəşt məbləğləri) dair məlumatların siyahısının Plataya təqdim edilməsi AR Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu iltarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 3.3-cü bəndində nəzərdə tutulmuşdur.

24. Respublika üzrə xx.xx.2015-ci il və xx.xx.2015- ci il tarixlərdə baş vermiş 1-ci və 2-ci devalvasiya hadisəsindən sonra Banklar tərəfindən müştərilərə güzəştlər tətbiq edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-cü il tarixdə ********* nömrəli Kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Bank tərəfindən Cavabdeh1 oluna illik 27 % olmaqla, 24 ay müddətinə 10.000 ABŞ Dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixdə Kredit müqaviləsi üzrə 01 nömrəli Əlavə saziş bağlanılaraq borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.55AZN) 8656.1 AZN təşkil etmişdir.

25. İddiaçı ASC də öz müştərisi olan hazırkı mülki iş üzrə Cavabdeh1 ilə xx.xx.2015-cü il tarixdə bağlanmış Kredit müqaviləsi üzrə xx.xx.2017-ci ildə güzəşt edərək Əlavə saziş bağlamışdır. Əlavə saziş bağlanılan günün məzənnəsi həmin dövr üçün 1 dollara görə 1.92 manat dəyərində olmuşdur. Bunu təsdiq edən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2017-ci il tarixə olan AZN Məzənnələri üzrə çıxarış apellyasiya şikayətinə əlavə edilir. (Azərbaycan Respublikasının Mərkəzi bankının – AZN məzənnələrinə dair xx.xx.2017-ci il tarixə olan çıxarışın surəti şikayətə əlavə edilir). Belə ki, bank tərəfindən cavabdehə güzəşt edilərək 1 dollar 1.55 AZN dəyərində hesablanılaraq kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 8656.01 AZN müəyyən edilmişdir.

26. Əgər Bank tərəfindən cavabdehə güzəşt edilməsəydi xx.xx.2017-ci il tarixə olan məzənnə nəzərə alınsa cavabdehin borcu 13899.14 AZN ((5584.52+1654.62) USD * 1.92= 13899.14 AZN) təşkil edərdi. Lakin Bankın müvafiq Kreditin restruktruzasiya edilməsində məqsədi cavabdehə güzəştin edilməsi, faiz dərəcəsinin aşağı salınması və kredit müqaviləsinin müddətinin uzadılması olmuşdur ki, bununla da 1 ABŞ dolları 1.55 AZN ilə hesablamış ((5584.52+1654.62) USD * 1.55= 11220.66 AZN) və nəticədə cavabdehə 2678.48 AZN ( 13899.14 – 11220.66 = 2678.48) güzəşt etmişdir. Bank tərəfindən cavadehə güzəşt edilən 2678.48 AZN hazırda “Problemli kreditlərin kompensasiyasına dair” çıxarışda “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi” kimi göstərilmişdir.

27. Göründüyü kimi, məhkəmə cavabdehin adına Mərkəzi Bankın səhifəsində “Problemli kreditlərin kompensasiyasına dair” çıxarışın möcud olduğunu özlüyündə təsdiq etməklə, səhvən həmin kreditin Prezidentin Fərmanın təsiri altına düşdüyü qənaətinə gəlmiş və yalnız əsas borc məbləğini ekspertin rəyini nəzərə almaqla 5981.68 manat məbləğində təmin etmişdir.

28. “Problemli kreditlərin kompensasiyasına dair” çıxarışa nəzər yetirdikdə görünür ki, Cavabdeh1 cəmi hesablanmış kompensasiya hissəsində xx.xx.2015-ci il tarixinə xarici valyutada əsas kredit borclarına hesablanmış kompensasiya məbləği “0” göstərilir. Eyni zamanda xx.xx.2015-ci il tarixə xarici valyutada əsas kredit borclarına hesablanmış kompensasiya məbləği də “0” göstərilir. Bu da bir daha onu sübut edir ki, sözügedən kredit öhdəliyi Prezidentin Fərmanın təsiri dairəsinə düşməmişdir. Çünki Fərmanın 8.1-ci bəndində göstərilir ki, fiziki şəxslərin xarici valyutada 10000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Fərmanda aydın şəkildə qeyd edilir ki, fiziki şəxlərin bütün banklara və ləğvetmə prosesində olan banklarda mövcud olan əsas kredit borclarının qalıq məbləğinin cəmi 10000 ABŞ Dollara və ya milli valyutada 17.000 manatadək olmalıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsi 1-ci devalvasiyanın baş verdiyi tarixdən, yəni xx.xx.2015-ci il tarixdən 5 gün əvvəl xx.xx.2015-ci il tarixdə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 10000 (on min) USD məbləğində kredit verilmişdir. Bu da onu göstərir ki, Cavabdeh1 əsas kredit borclarının qalıq məbləği tək ləğvetmə prosesində olan İddiaçı ASC-də xx.xx.2015-ci il tarixə 10000 ABŞ Dolları təşkil etmişdir. Digər banklarda olan əsas kredit borclarının qalıq məbləğini öyrənmək üçün isə məhkəmə gedişatı zamanı Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR)çıxarış əldə etmək və digər bank və bank olmayan kredit təşkilatlarında mövcud olan cəmi əsas kredit borclarının qalığını müəyyən etmək lazım idi. Məlum olduğu kimi MKR hüquqi və fiziki şəxslərin məbləğindən və müddətindən asılı olmayaraq bütün kreditlərin reyestridir. Məhkəmə isə həqiqətin müəyyən edilməsi istiqamətində tam və hərtərəfli araşdırma aparmağa cəhd etməmiş, Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) əldə edilməsi üçün tərəfindən nə sorğu ilə Mərkəzi Banka müraciət etmiş, nə də ki, həmin sənədin təmin edilməsini cavabdehdən tələb etmişdir. Məlumdur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarışın iddiaçı tərəfindən təqdim edilməsi iddiaçının imkan xaricindədir. Bu səbəbdəndir ki, hazırkı şikayətlərinə Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarışı sübut növü kimi əlavə edə bilmirlər.

29. Göründüyü kimi, məhkəmə tərəfindən yuxarıda qeyd edilən bu kimi xüsusatlar araşdırıldıqdan sonra məsələyə tam şəkildə aydınlıq gətirilməklə tam və obyektiv qərar verilə bilərdi. Göründüyü kimi, məhkəmə qətnaməsi işin hallarına və konkret sübutlara istinad edilməklə, ətraflı tədqiq edilməklə əsaslandırılmayıb. Bildirilir ki, iş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddələrinə əsasən iddiaçıya kreditor olaraq bir çox hüquqlar verilmişdir. Bu hüquqlara istinad edərək cavabdehdən faiz, cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc tələb olunmuşdur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 hazırki vaxtadək banka olan borcu ödəmək üçün heç bir tədbir görməmişdir. Buradan da görünür ki, cavabdeh açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə isə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehin bundan sonra bank qarşısında olan öhdəliklərinin tam həyata keçirməmələrinə şərait yaratmışdır.

31. Zaqatala Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara düzgün şəkildə diqqət yetirməmiş, cavabdehin adına Mərkəzi Bankın səhifəsində “Problemli kreditlərin kompensasiyasına dair” çıxarışın möcud olduğunu özlüyündə təsdiq etməklə, səhvən həmin kreditin Prezidentin Fərmanın təsiri altına düşdüyü qənaətinə gəlmiş və yalnız əsas borc məbləğini ekspertin rəyini nəzərə almaqla 5981.68 manat məbləğində təmin etmişdir.

32. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır.

33. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-317/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-317/2023 saylı qətnaməsini ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-317/2023 saylı qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir.

37. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

40. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

41. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri

43. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

46. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. İddiaçı X10 "xxxx" Açıq Səhmdar Cəmiyyəti Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-317/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator iddianın Cavabdeh1 qarşı təmin edilməyən hissəsində təmin edilməsini xahiş etmişdr. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh1 qarşı təmin edilməmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın Cavabdeh1 qarşı rədd edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

51. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin bəzi hissələrində Səbuhi Çingiz oğlunun soyadı Məmmədova kimi qeyd edilməsinhə baxmayaraq, işdə olan həmin şəxsə aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səbuhi Çingiz oğlunun soyadı Məmmədovdur. Bu səbəbdən də məhkəmə kollegiyası həmin halı texniki səhvlik kimi qəbul edir.

52. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 16 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 həmin tarixdə 10000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 kredit məbləğini qəbul edərək ondan istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. 16 fevral 2015ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və borcalan Cavabdeh1 İddiaçı ASC qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. 18 may 2015-ci il tarixdə və 01 fevral 2017-ci il tarixlərdə Cavabdeh1 ilə iddiaçı arasında 16 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə sazişlər bağlanaraq kredit məbləği restrukturizasiya edilmiş və 01 fevral 2017-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən cavabdehin iddiaçı qarşısında həmin tarixə 8656,01 manat borcu olması, müqavilə üzrə illik faiz dərəcəsinin 18 faiz və kredit müddətinin xx.xx.2020-ci il olması tərəflər arasında razılaşdırılmışdır. Zamin-Cavabdeh2 ilə iddiaçı arasında 16 fevral 2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsinə 18 may 2015-ci il tarixdə və 01 fevral 2017-ci il tarixli əlavə sazişlər bağlanmış və 01 fevral 2017-ci il tarixli saziş üzrə də restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il kimi müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırda mübahisələndirilən kredit öhdəliyinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin növbəti dəlili həmin dəlili təkzib etmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətinin növbəti dəlilində Cavabdeh1 adına “Problemli kreditlərin kompensasiyasına dair” çıxarışa nəzər yetirdikdə məbləğ olaraq orda yalnız “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsinin” 2678.48 manat olmasının göründüyünü, qeyd edilən məbləğin isə devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq olmasını qeyd etmişdir.

54. Beləliklə Cavabdeh1 iddiaçı bankdan götürdüyü kreditin devalvasiya nəticəsində manatla artmış hissəsi ilə bağlı sonuncuya 2678.48 manat kompensasiya məbləği ödənilmişdir.

55. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı X10 "xxxx" ASC ilə cavabdeh Məmmədova Səbuhi Çingiz oğlu arasında 16 fevral 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşdüyündən, bankın problemli kreditlər üzrə faiz və cərimə borclarını tələb edə bilməməsi və yalnız əsas kredit borcunun tələb edilə bilməsinə dair gəldiyi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almamışdır.

56. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli fərmanında göstərilmişdir;

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

57. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 2.1.10-cu bəndinə əsasən kompensasiya dedikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ başa düşülür.

58. Həmin Qaydaların 4.3.1-ci bəndinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir.

59. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir.

60. Yuxarıda şərh edilən normaların tələblərindən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Fərmanın və Qaydanın tələblərini səhv təfsir edərək, bankla cavabdeh arasında bağlanmış müqavilə münasibətinin bütünlükdə Fərmanın təsiri dairəsinə düşməsi nəticəsinə gəlmişdir. Belə ki, sadalanan normaların tələblərindən göründüyü kimi şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya verilməsi ilə kredit borcunun restrukturizasiya edilməsi fərqləndirilməlidir. Kompensasiya verilməsi üçün vacib olan hal şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manata nisbətdə artmasıdırsa, restrukturizasiya isə şəxsin vaxtı keçmiş kreditlərə hesablanmış faizlərin silinmsəsindən sonra əsas kredit borclarının ödənilməsi məqsədi ilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsini ehtiva edir. Bir sözlə kreditin devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya ödənilməsinə baxmayaraq, şəxsin 01 yanvar 2012-ci il tarixdən Fərmanın qüvvəyə mindiyi günədək kredit müqaviləsi üzrə əsas məbləğdə və (və ya) faiz borcunun ödənilməsində 360 gündən çox gecikdirilmə halı yoxdursa həmin müqavilə münasibəti üzrə restrukturizasiyanın tətbiqi əsası da mövcud olmur.

61. Bundan başqa mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

62. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2023-cü il tarixli 9/2710 nömrəli ekspert rəyi ilə 16 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 LPO İddiaçı ASC qarşısında 1 fevral 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 5981.68 manat, faiz borcu üzrə 1284.80 manat və 27 yanvar 2023-cü il tarixə (iddia ərizəsi tarixə): əsas borc üzrə 5981.68 manat, faiz borcu üzrə 1284.80 manat, faiz borcu üzrə (5%lə) 893.92 manat borcu olması müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 5991.39 AZN əsas, 3543.19 AZN faiz, 5426.55 AZN cərimə, kredit müqaviləsinin bitməsindən sonra hesablanmış 844.94 AZN faiz borcunu tələb etməsinə baxmayaraq, ekspertiza tədqiqatı ilə Cavabdeh1 LPO İddiaçı ASC qarşısında əsas borcunun 5981.68 manat, faiz borcunun 1284.80 manat, müqavilə müddətinin bitməsindən sonra illik 5%lə hesablanan məbləğin 893.92 manat olması müəyyən edilmişdir.

64. Kollegiya qeyd edir ki, məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli 9/2710 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehin əsas kredit borcunun məbləğinin müəyyən edilməsində ekspertiza rəyinə istinad etməkdə doğru nəticəyə gəlmişdir.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin faiz borcunun silinməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən kredit müqaviləsi üzrə faiz borcunun məbləğinin müəyyən edilməsində də Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli 9/2710 nömrəli ekspert rəyi əsas götürülməlidir. Ekspertiza tədqiqatı ilə kredit müqaviləsinin müddətinin bitməsindən sonra cavabdehin illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun 893,92 AZN təşkil etməsi müəyyən edilməsinə baxmayaraq, iddiaçı həmin məbləği məhz 844,94 manat həddində tələb etmişdir. İddianın ekspert rəyinə əsaslanmaqla iddia ərizəsində göstərilən məbləğdən daha yüksək həddə təmin edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir.

66. Məhkəmə kollegiyası mübahisələndirilən cərimə borcuna münasibətdə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırda tələb olunan cərimə məbləği tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən çoxdur. Göründüyü kimi, iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun məbləğinə yaxın bir məbləğ olmaqla tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Bu səbəbdən də, cərimə ağlabatan və ədalətli həddə azaldılmaqla 200 manat həddində müəyyən edilməlidir.

67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 faiz və cərimə borclarının tutulmasına dair hissədə tələbin tam rədd edilməsində doğru nəticəyə gəlmədiyindən cavabdehdən məhkəmə kollegiyası tərəfindən müəyyən ediləcək məbləğə mütənasib olaraq dövlət rüsumu tutulmalıdır.

68. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X10 LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-317/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın Cavabdeh1 qarşı rədd olunmuş 1284,80 manat faiz borcu, kredit müqaviləsinin bitməsindən sonra hesablanmış 844,94 manat faiz borcu, 200 manat cərimə, 23,30 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh1 qarşı 1284,80 manat faiz borcu, kredit müqaviləsinin bitməsindən sonra hesablanmış 844,94 manat faiz borcu, 200 manat cərimə, 23,30 manat dövlət rüsumuna aid hissələrdə təmin edilərək, Cavabdeh1 1284,80 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitməsindən sonra hesablanmış 844,94 manat faiz borcu, 200 manat cərimə, 23,30 manat dövlət rüsumu alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilməli, qətnamə iddiaçı X10 "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı X10 Dəmir Bank” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-317/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın Cavabdeh1 qarşı rədd olunmuş 1284,80 manat faiz borcu, kredit müqaviləsinin bitməsindən sonra hesablanmış 844,94 manat faiz borcu, 200 manat cərimə, 23,30 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 qarşı 1284,80 manat faiz borcu, kredit müqaviləsinin bitməsindən sonra hesablanmış 844,94 manat faiz borcu, 200 manat cərimə, 23,30 manat dövlət rüsumuna aid hissələrdə də təmin edilərək, Cavabdeh1 1284,80 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitməsindən sonra hesablanmış 844,94 manat faiz borcu, 200 manat cərimə, 23,30 manat dövlət rüsumu da alınaraq iddiaçı LPO "xxxx" ASC ödənilsin. Qətnamə iddiaçı X10 "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar