Məhkəmə qərarları › İş №2(107)-1138/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1138/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1138/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Tələbkar İddiaçı ASC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması ilə bağlı verilmiş məhkəmə əmrinin ləğv edilməsinə və iddia icraatına keçilməsinə dair etiraz ərizəsinin təmin edilməməsi ilə bağlı Ağsu Rayon Məhkəməsinin 5 aprel 2021-ci il tarixli 2(016)-2904/2016 nömrəli qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq MÜƏYYƏN E T D İ: Ağsu Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(016)-2904/2016 nömrəli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2.412,63 ABŞ dolları əsas, 685,68 ABŞ dolları faiz, 184,32 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 3.282,63 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli 2(016)- 2904/2016 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçilməsinə dair etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(016)-2904/2016 nömrəli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 2.412,63 ABŞ dolları əsas, 685,68 ABŞ dolları faiz, 184,32 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 3.282,63 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. O, əmr barəsində icra işi ilə əlaqədar icra şöbəsində olmağına dair bildiriş aldıqdan sonra məlumatlı olmuşdur. O, məhkəmə əmrinin surətini məhkəməyə müraciət edərək 18 mart 2021-ci il tarixdə almışdır. Məhkəmə əmrinin mahiyyəti ilə tanış olduqdan sonra belə hesab edir ki, həmin tələb və eləcə də, tələb üzrə verilmiş məhkəmə əmri tamamilə ədalətsizdir. Tələb üzrə bəzi xüsusatlar tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən, Ağsu Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir. Məhkəmə etirazın dəlillərini araşdıraraq hesab etmişdir ki, borclu Cavabdeh1 etirazı qanunda göstərilmiş prosessual müddət ötürülməklə verilmişdir. Ağsu Rayon Məhkəməsinin 5 aprel 2021-ci il tarixli 2(016)-2904/2016 nömrəli qərardadı ilə etiraz təmin edilməmişdir. Borclu Cavabdeh1 nəticədən narazı qalaraq Ağsu Rayon Məhkəməsinin 5 aprel 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Ağsu Rayon Məhkəməsi 17 aprel 2021-ci il tarixli qərardadı ilə borclu Cavabdeh1 tərəfindən verilmiş şikayət rədd edilmiş, Ağsu Rayon Məhkəməsinin 5 aprel 2021-ci il tarixli qərardadından verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, şikayət üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 5 aprel 2021-ci il tarixli 2(016)-2904/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. İş materiallarından görünür ki, məhkəmə əmri borclu Q.Cavabdeh1 09 sentyabr 2016-cı il tarixdə göndərilmişdir. Ağsu Rayon İcra Şöbəsi tərəfindən “Tələbin könüllü icrası barədə” Bildirişi və “İcraata başlamaq haqqında” Qərarı borclu Cavabdeh1 06 oktyabr 2016-cı il tarixdə imza edərək qəbul etmişdir. Həmçinin, Ağsu rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icra sənədində göstərilən tələbin vaxtında icra edilməsi üçün borclu Cavabdeh1 izahatı vardır. O, həmin izahatda göstərmişdir ki, iş üzrə-icra vərəqəsindən 06 fevral 2017-ci il tarixdə xəbəri olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Tələbkar İddiaçı ASC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması ilə bağlı verilmiş məhkəmə əmrinin ləğv edilməsinə və iddia icraatına keçilməsinə dair etiraz ərizəsinin təmin edilməməsi ilə bağlı Ağsu Rayon Məhkəməsinin 5 aprel 2021-ci il tarixli, 2(016)-2904/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar