Məhkəmə qərarları › İş №2(107)-114/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-114/2020

23.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-114/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlərMəlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı ona məxsus 0453BH186 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobilə qarşı xx xxxxxx 2018-ci il tarixdə Qax şəhər sakini Cavabdeh2 tərəfindən idarə etdiyi velosipedlə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində maşına vurulmuş ziyanla əlaqədar dəymiş 1430 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-681/2018 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-681/2018 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia tələbi təmin edilmiş, Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş maddi ziyana görə 1430 (bir min dörd yüz otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus 0453BH186 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail markalı avtomobilə qarşı xx xxxxxx 2018-ci il tarixdə Qax şəhər sakini Cavabdeh2 tərəfindən idarə etdiyi velosipedlə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində maşına vurulmuş ziyanla əlaqədar ona dəymiş 1430(bir min dörd yüz otuz) manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxx 2018-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh2 yetkinlik yaşına çatmamasını nəzərə alaraq maddi ziyanla əlaqədar onun vurduğu ziyanın Cavabdeh2 və valideyni Cavabdeh1 birgə qaydada tutulmasını xahiş etmişdir. Mülki işin birini instansiya məhkəməsinin baxışı iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə İddiaçı özünə məxsus 0453BH186 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobillə Qax şəhərindən çıxaraq Qum kəndi istiqamətində hərəkət edərkən Qax şəhər sakini Cavabdeh2 idarə etdiyi velosiped yol hərəkəti qaydalarını kobud surətdə pozaraq manevr etmə qaydasını pozmaqla iddiaçının avtomobilinin sol yan güzgüsünü sındırmış və nəticədə avtomobilə 1430(bir min dörd yüz otuz) manat məbləğində maddi zərər dəymişdir. Qax rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Nicat Məhərrəmovun qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda Cavabdeh2 əməlində Azərbaycan Respublikasınını İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi olduğu müəyyən olunmuş, lakin onun 16 yaşı tamam olmadığı üçün İXM-nin 16.1-ci maddəsinə əsasən barəsində inzibati tədbir görülməmiş, barəsində profilaktiki iş açılması üçün qəbul edilmiş qərarın surəti Qax RPŞnin YYÇİTQ-na göndərilmişdir. Cavabdeh2 törətdiyi əməl nəticəsində ona 1430(bir min dörd yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyanın könüllü ödənilməsi təklif olunmuş, lakin ziyan ödənilməmişdir. Cavabdeh2 yetkinlik yaşına çatmamışdır və onun vurduğu zərərin əvəzin ödəmək üçün yetərli gəliri və başqa əmlakı olmadığı təqdirdə vurduğu ziyanı valideyni Cavabdeh1 ödəməlidir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən İddiaçı məxsus 0453BH186 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail markalı avtomobilə xx xxxxxx 2018-ci il tarixdə Qax şəhər sakini Cavabdeh2 tərəfindən idarə etdiyi velosipedlə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində dəymiş 1430(bir min dörd yüz otuz) manat məbləğində maddi ziyanın cavabdehlər Cavabdeh1 İrahim oğlu və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş təhqiqatçının “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki,Cavabdeh2 əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işini başlanması rədd edilmiş, İddiaçı dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarxili 82 saylı ziyan aktının surətindən görünür ki, hadisə zamanı İddiaçı məxsus “X-Trail” markalı avtomobilə dəymiş ziyanla bağlı xərc ümumilikdə 1430 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh2 idarə etdiyi velosipedlə yol hərəkəti qaydalarını pozaraq manevr etmə qaydasını pozmaqla Qax şəhərindən çıxaraq Qum kəndi istiqamətində hərəkət edərkən İddiaçı məxsus 0453BH186 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobilin sol yan güzgüsünü sındırmış, və nəticədə avtomobilə 1430(bir min dörd yüz otuz) manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh2 əməlində Azərbaycan Respublikasınını İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi olduğı üçün Qax rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Nicat Məhərrəmovun xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən cinayət işinin başlanılması rədd edilmiş Cavabdeh2 16 yaşı tamam olmadığı üçün İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmamış, iddiaçıya dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materialları ilə iddiaçıya İddiaçı Cavabdeh2 təqsiri ucbatından maddi ziyan dəydiyi sübuta yetirilmişdir. Həmçinin xx xxxxxx 2018-ci il tarxili 82 saylı ziyan aktı ilə hadisə zamanı İddiaçı məxsus “X-Trail” markalı avtomobilə dəymiş ziyanla bağlı xərcin ümumilikdə 1430 manat təşkil etdiyi müəyyən olunmuşdur. Ona görə də, məhkəmə mülki iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə iddia tələbinin sübuta yetirilməsi qənaətinə gəlir. Cavabdeh2 hazırda 16 yaşında olduğu üçün və yetkinlik yaşına çatmadığına görə və dəymiş ziyanı ödəmək üçün onun yetərli gəliri və ya başqa əmlakı olmadığı üçün iddiaçı dəymiş ziyanı digər Cavabdeh1 da tələb etməkdə haqlı olmuşdur. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Cavabdeh X6Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)- 681/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh X6 apelyasiya şikayətində göstərmişdir ki, Qax rayon məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə işə baxarkən prosesual qanunun tələblərinə əməl etməmiş və qeyri- peşəkar səviyyədə ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, Qax rayon PŞ-nin TQ təhqiqatçısı Nicat Məhərrəmovun xx xxxxxx 2018-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən oğlu Murad Məmmədovun əməlində cinayət tərkibi olmadığı üçün Az. Res-nın İXM-nin 327.1-ci maddəsininin tərkibi aşkar edilmiş və İXM-nin 16.1-ci maddəsi ilə inzibatə məsuliyyətdən azad edilmişdir. Qax rayon məhkəməsi işə baxarkən uşağın inzibati məsuliyyətdən azad olmasınını nəzərə almamış, işə baxarkən İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik şöbəsinin rəyi alınmamış , işə cavabdeh qismində məni cəlb etməkdə haqlı olmamışdır. Nəticədə Qeyri-peşəkar səviyyədə ədalətsiz qərar qəbul edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mülki Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilinəsi ilə bağlı tələnin həcmının müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Ona görədə Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(024)-681/2018 saylı, qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Apelyasiya instansiya məhkəməsinin iclasında cavabdeh X6 аpelyаsiyа şikаyətini müdafiə edərək bildirdi ki, Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(024)- 681/2018 saylı, qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni qismən düzgün həll etmişdir. Apelyasiya şikayətinin dəlilərində görünür ki, cavabdeh X8 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(024)-681/2018 saylı, qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, o, iddia tələbinin ona və oğlu Cavabdeh2 münasibətdə təmin edilməsinin əsasız olduğu dəlilləri ilə çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsinin qətnaməsi apelyasiya dəlilləri həddində yoxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh X3 apelyasiya dəlilləri ilə qismən razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Аzərbаycаn Respublikаsı MPM-nin 14-ci maddəsində məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Respublikаsı MPM-nin 77-ci maddəsində hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh2 hazırda 16 yaşında olduğu üçün və yetkinlik yaşına çatmadığına görə və dəymiş ziyanı ödəmək üçün onun yetərli gəliri və ya başqa əmlakı olmadığı üçün iddiaçı dəymiş ziyanı digər Cavabdeh1 da tələb etməkdə haqlı olsa da digər Cavabdeh2 münasibətdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1104.1-cü maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Birinci instansiya məhkəməsində 18 yaşı tamam olmayan Cavabdeh2 vurulmuş zərərin əvəzinin ödənilməsi üçün əmlak və digər gəlirinin olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə olduğu halda hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Lakin iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1104.2-ci maddəsinin tələbinə əsasən digər Cavabdeh1 münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası ona görə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və X6 oğlundan 1430 manat maddi zərərə görə pulun alınaraq İddiaçı verilməsi qərarına gəlməkdə qismən haqlı olmuşdur. Apelyasiya məhkəməsi mərhələsində əldə edilmiş Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 26651 saylı məhkəmə-texniki ekspertizаsının rəyi ilə müəyyən edilmişdir ki, 0453BH186 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail markalı avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1280 (bir min iki yüz səksən) manat müəyyən olunmuşdur. Odur ki, Məhkəməkollegiyası hesab edir ki, iddia tələbi 1280 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallaın aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Məhkəmə kollegiyası nəticəyə gəlir ki, cavabdeh X3 аpelyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)- 681/2018 saylı qətnamsəi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş maddi ziyana görə cavabdeh X2 1280 (bir min iki yüz səksən) manat tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qət etdi: CavabdehX6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-681/2018 saylı qətnaməsin ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş maddi ziyana görə cavabdeh X2 1280 (bir min iki yüz səksən) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Elçin Hüseynov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar