Məhkəmə qərarları › İş №2(107)-114/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-114/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-114/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı ASC "xxxx"ının nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qətnaməsindən iddiaçı ASC "xxxx" tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qətnaməsi ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"ın (bundan sonra iddiaçı və ya ASC "xxxx") Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı «03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 250,82 (iki yüz əlli dollar 82 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı ASC "xxxx"ın xeyrinə ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadı ilə iddiaçı ASC "xxxx"ın iddiasının Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" qarşısında 5714,92 (beş min yeddi yüz on dörd dolları 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun Cavabdeh iddiaçı ASC "xxxx"ın xeyrinə tutulması hissəsinə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.05.2021-ci il tarixli 2(107)- 1111/2021 nömrəli qərardadı ilə iddiaçı ASC "xxxx"ın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 18 fevral 20121-ci il tarixli 2(039)- 119/2021 nömrəli qərardadının ləğv edilməsi, iddiaçı ASC "xxxx"ın Cavabdeh qarşı «03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair mülki işin sonrakı hərəkətlərin edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 29 iyun 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli əlavə qətnaməsi ilə iddiaçı ASC "xxxx"ın iddiası təmin təmin edilərək, Cavabdeh 03 noyabr 2015-ci il tarixli, **********40715 nömrəli kredit müqaviləsi üzrə 5714,92 ABŞ dolları məbləğində əsas borcun ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı ASC "xxxx"ın xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı ASC "xxxx" Cavabdeh qarşı «03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" qarşısında 5714,92 (beş min yeddi yüz on dörd dollar 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 9576,23 (doqquz min beş yüz yetmiş altı dollar 23 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 250,82 (iki yüz əlli ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020- ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 5244,31 (beş min iki yüz qırx dörd dollar 31 sent) ABŞ dolları məbğləğində 17 sentyabr 2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya, cəmi 20786,28 (iyirmi min yeddi yüz səksən altı dollar 28 sent) ABŞ dolları məbləğində pul vəsaiti, 17 sentyabr 2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC "xxxx"ın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" qarşısında 5714,92 (beş min yeddi yüz on dörd dollar 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 9576,23 (doqquz min beş yüz yetmiş altı dollar 23 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 250,82 (iki yüz əlli dollar 82 sent) ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 5244,31 (beş min iki yüz qırx dörd dollar 31 sent) ABŞ dolları məbğləğində 17 sentyabr 2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya, cəmi 20901,37 (iyirmi min doqquz yüz bir dollar 37 sent) ABŞ dolları məbləğində pul vəsaiti, 17 sentyabr 2020-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC "xxxx"ın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" ilə Cavabdeh arasında bağlanmış 03 noyar 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % ödənilməsi şərtilə, 17000 (on yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə bank ilə X7 (ipoteka qoyan) arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m. təşkil edən 12 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 03 noyabr 2015-ci il tarixli **********40715/ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 26 may 2017-ci il tarixli 2(039)-1899/2017 saylı qətnaməsi ilə 03 noyabr 2015-ci il tarixli **********40715/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və X4 mülkiyyət hüququ əsasında məxsus Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m. təşkil edən 12 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və 03 noyabr 2015-ci il tarixli **********40715 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında 16742,92 ABŞ dolları məbləğində əsas borcunun, 4275,77 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 07 aprel 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 39 ABŞ dolları məbləğində penyanın, cəmi 21057,69 ABŞ dolları və 07 aprel 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən bankın xeyrinə tutulması qət edilmişdir. Yuxarıda göstərilən qətnamədən narazı qalan cavabdehlər Cavabdeh və digərləri Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(107)-2537/2017 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh və digərlərinin apellyasiya şikayəti təmin edilmədən qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən cavabdehlər Cavabdeh və X6 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 16 aprel 2018-ci il tarixli, 2(102)-2660/2018 nömrəli qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı hərrac təşkilatçısı, Yevlax Rayon İcra şöbəsi və bank tərəfindən imzalanmış hərracın nəticələri haqqında Y-76 nömrəli protokol və bank ilə hərrac təşkilatçısı arasında 04 fevral 2019-cu il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 17850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında 5714,92 (beş min yeddi yüz on dörd dollar 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi 03 noyabr 2019-cu il tarixədək hesablanmış və ödənilməmiş 9576.23 (doqquz min beş yüz yetmiş altı dolları 23 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (34%-19%=15%) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 17 sentyabr 2020-ci il tarixə bu məbləğ 5244,31 (beş min iki yüz qırx dörd dollar 31 sent) ABŞ dolları təşkil etmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» 15 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetrilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ASC "xxxx"ın nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ASC "xxxx" ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi onların evi girov qoyulmuşdur. Azərbaycan manatı iki dəfə devalvasiyaya uğradığından borclarını vaxtında ödəyə bilməmişdir. Bankın iddiası əsasında evləri hərrac yolu ilə satılmış və borcun ödənilməsinə yönəlmişdir. Hazırda evləri də satılmış və götürdükləri kreditdən də artıq məbləğində bank onlardan pul tələb edir. İddia tam əsassızdır. İş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadı ilə iddiaçı ASC "xxxx"ın iddiasının Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" qarşısında 5714,92 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun Cavabdeh iddiaçı ASC "xxxx"ın xeyrinə tutulması hissəsinə xitam verilmişdir. Həmin qərardaddan iddiaçı ASC "xxxx"ın nümayəndəsi tərəfindən verilmiş şikayət Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli 2(107)- 1111/2021 nömrəli qərardadı ilə iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 18 fevral 20121-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadının ləğv edilməsi, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı «03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair mülki iş sonrakı hərəkətlər edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 29 iyun 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli əlavə qətnaməsi ilə iddiaçı ASC "xxxx"ın iddiası təmin təmin edilərək, Cavabdeh 03 noyabr 2015-ci il tarixli, **********40715 nömrəli kredit müqaviləsi üzrə 5714,92 ABŞ dolları məbləğində əsas borcun ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı ASC "xxxx"ın xeyrinə tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qətnaməsindən iddiaçı ASC "xxxx" apellyаsiyа şikаyəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ASC "xxxx" tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, bankın iddiasının yuxarıda qeyd olunan hissələrdə rədd edilməsinin əsaslandırılması üçün məhkəmə tərəfindən qətnamədə bir sıra faktiki və hüquqi əsas göstərilmişdir. Lakin həmin faktiki əsaslar iş materialları ilə təsdiq olunmurlar, hüquqi əsaslar isə hazırkı işə tətbiq edilməli olmayan hüquq normaları ilə bağlıdırlar. Bundan əlavə, məhkəmə gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bəzi halları məhkəmə iclasında müzakirə etməmiş, onlar barədə tərəflərin fikirlərini öyrənməmiş və yalnız özünün gətirdiyi dəlilləri qətnamədə qeyd etməklə kifayətlənmişdir. Məhkəmənin gətirdiyi dəlillərin bir hissəsi penyanın, digər hissəsi isə adi faizlər üzrə borcun Bank tərəfindən tələb olunmasının əsassız olması ilə bağlıdır. Bank tərəfindən penyanın tələb olunmasının əsassız olması ilə bağlı qətnamədə qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində penyanın konkret olaraq hansı məbləğin hansı müddətə gecikdirilməsinə görə tələb etdiyini əsaslandırmamışdır. Halbuki, bankın iddia ərizəsindən və təqdim etdiyi borc arayışından tam aydın görünür ki, bankın tələb etdiyi penya məbləği 5244,31 ABŞ dolları təşkil etmişdir və həmin məbləğ 03.03.2016-cı il tarixdən 17.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmışdır. İşə baxan hakim bu məsələnin aydınlaşdırılması üçün yuxarıda adı çəkilən sənədlərə diqqət yetirməməklə yanaşı, həm də həmin məsələni məhkəmə iclasında müzakirə etməmiş, bankın həmin iş üzrə məhkəmə prosesində iştirak etmiş səlahiyyətli nümayəndəsindən bu barədə izahat almamış və penyaya aid hissədə hər hansı əsası olmayan, işin hallarına uyğun gəlməyən, mötəbər sübutlarla təsdiq edilməyən özünün irəli sürdüyü yuxarıda qeyd olunan dəlilinə əsaslanmışdır. Bu hal MPM-nin 9.3-cü maddəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bu halda Məhkəmə işə baxılmasında tərəflərin iştirakını formal olaraq təmin etsə də, yuxarıda qeyd edilən məsələdə gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasmda onların fikrini öyrənməmiş, həmin məsələdə qərarını yalnız özünün gətirdiyi dəlil ilə əsaslandırmışdır. Qətnamədə qeyd edilir ki, faiz borcunun gecikdirilməsinə görə penya müqavilə şərtlərinə uyğun deyil. Bildirirlər ki, kredit müqaviləsinin 6.2-ci bəndində, penyanın ödənilməsi faiz borcunun gecikdirilməsinə görə deyil, əsas borcun tam məbləğinin və ya müvafiq hissələrinin qaytarılması müddətlərinin gecikdirilməsinə görə nəzərdə tutulmuşdur. Həmin bənddə nəzərdə tutulmuş şərtə uyğun olaraq, bank tərəfindən yuxarıda göstərilən müddətdə və məbləğdə penya hesablanmışdır. Penya məbləğinin faiz borcunun gecikdirilməsinə görə deyil, əsas borcun tam məbləğinin və ya müvafiq hissələrinin qaytarılması müddətlərinin gecikdirilməsinə görə hesablanması bank tərəfindən təqdim olunmuş borc arayışı ilə təsdiq edilir. Bununla bağlı əgər Məhkəmənin şübhələri mövcud olmuşdursa, müvafiq ekspertiza təyin etməklə həmin şübhələri aradan qaldıra bilərdi. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ASC "xxxx"ın nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 10 sentyabr 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx xxxxxx 1974-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Ərəş küçəsi mənzil 72-də qeydiyyatdadır. 03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsindən görünür ki, ASC "xxxx" ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yevlax Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(039)-1899/2017 saylı qətnaməsindən məlum olur ki, 03 noyabr 2015-ci il tarixli **********040715/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m. təşkil edən 12 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması, Cavabdeh iddiaçı ASC "xxxx" qarşısında 16742,92 ABŞ dolları məbləğində əsas borc, 4275,77 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 07 aprel 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 39 ABŞ dolları məbləğində penya, cəmi 21057,69 ABŞ dolları məbləğində və 07 aprel 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddianın, tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 15 faiz hesabı ilə hesablanan penya tələbi hissəsinin rədd edilməsi, məhkəmə xərcləri hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər X7, Cavabdeh və X3 müştərək qaydada alınaraq iddiaçı ASC "xxxx" Bankına qaytarılması, fərdi yaşayış evi satıldıqdan sonra fərdi yaşayış evində yaşayan cavabdehlər X7, Cavabdeh və X6, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin satış qiymətinin 28000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli 9/8199 saylı Məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh illik 19%-lə hesablanmaqla 03.11.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu 10.972,28 ABŞ dolları məbləğində və illik 5%-lə hesablanmaqla 17.09.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu 253,44 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: Cavabdeh ilə ASC "xxxx" arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş Cavabdeh hesabdan çıxarış məlumatlarında bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə penya hesablanması müəyyən edilmir. Bu səbəbdən hazırkı tədqiqatla 03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə penya hesablanmadı. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin həqiqi halları ilə müəyyən edilir ki, ASC "xxxx" ilə Cavabdeh aralarında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m. təşkil edən 12 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavadeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən ASC "xxxx" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(039)-1899/2017 saylı qətnaməsi ilə 03 noyabr 2015-ci il tarixli, **********040715 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri Ərəş küçəsində 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m. təşkil edən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması, Cavabdeh iddiaçı ASC "xxxx" Bank qarşısında 16742,92 ABŞ dolları məbləğində əsas borc, 4275,77 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 07 aprel 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 39 ABŞ dolları məbləğində penya, cəmi 21057,69 ABŞ dolları məbləğində və 07 aprel 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddianın, tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 15 faiz hesabı ilə hesablanan penya tələbi hissəsi rədd edilməsi, məhkəmə xərcləri hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ASC "xxxx"a qaytarılması, fərdi yaşayış evi satıldıqdan sonra fərdi yaşayış evində yaşayan cavabdehlər X7, Cavabdeh və X6, onların ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin satış qiymətinin 28000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsi tərəfindən qətnamə 07 aprel 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hissəsi ləğv edilərək baxılmamış saxlanılmış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavadehlər tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmişdir. Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m. təşkil edən 12 nömrəli fərdi yaşayış evini açıq hərracdan ASC "xxxx" Bankı 17850 manata almışdır. İddiaçı ASC "xxxx" Bankı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 5714,92 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 9576,23 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 250,82 ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 5244,31 ABŞ dolları məbğləğində 17 sentyabr 2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya, cəmi 20901,37 (iyirmi min doqquz yüz bir dollar 37 sent) ABŞ dolları məbləğində pul vəsaiti, 17 sentyabr 2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Kollegiya qeyd edir ki, ASC "xxxx" apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılması, apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadı ilə iddiaçı ASC "xxxx"ın iddiasının Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 №li kredit müqaviləsi üzrə ASC "xxxx" qarşısında 5714,92 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsinə xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli 2(107)-1111/2021 nömrəli qərardadı ilə iddiaçı ASC "xxxx"ın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 18 fevral 20121-ci il tarixli qərardadının ləğv edilməsi, mülki işin sonrakı hərəkətlər edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 29 iyun 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli əlavə qətnaməsi ilə ASC "xxxx"ın iddiası təmin təmin edilərək, Cavabdeh 03 noyabr 2015-ci il tarixli, **********40715 nömrəli kredit müqaviləsi üzrə 5714,92 ABŞ dolları məbləğində əsas borcun ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı ASC "xxxx"ın xeyrinə tutulması qət edilmişdir. Belə olan halda, iddia tələbində qeyd edilmiş əsas borcla bağlı qanuni qüvvəyə minmiş qətnamə mövcüd olduğundan kollegiya iddianın bu hissəsinə artıq toxunmur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ASC “XalqBankı”nın xeyrinə cavabdehdən 250,82 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzini tutmaqda haqlı olmuşdur. Belə ki, tərəflər аrаsındа bаğlаnmış kredit və ipoteka müqаvilələri iddiа tələbi üzrə cаvаbdehin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərlmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3 və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.” Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin 250,82 ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi tələbi hissəsi ilə bağlı məhkəmə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyi rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh ipoteka predmeti olan əmlakları təhvil versə də, eyni zamanda ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcdan çıxıldıqdan sonra qalan məbləğin ödənilməsini də təmin etmədiyindən Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməmiş qalan əsas borcun illik 5 % məbləğini iddiaçıya ödəməlidir. Bundan başqa kollegiya hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən kredit borcunun məbləği ilə razılaşmayaraq həmin məbləği mübahisələndirdiyindən, iddiaçı ASC "xxxx" ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə, Cavabdeh kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 17 sentyabr 2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penyanın məbləği müəyyən edilməlidir. Ona görə də kollegiya iddiaçı ASC "xxxx" ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə, Cavabdeh kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 17 sentyabr 2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penyanın məbləğinin nə qədər olmasını müəyyən etmək üçün 14.10.2021-ci il tarixli qərardadı ilə Məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2022-ci il tarixli 9/8199 saylı Məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh illik 19%-lə hesablanmaqla 03.11.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu 10.972,28 ABŞ dolları məbləğində və illik 5%-lə hesablanmaqla 17.09.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu 253,44 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: Cavabdeh ilə ASC "xxxx" arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş Cavabdeh hesabdan çıxarış məlumatlarında bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə penya hesablanması müəyyən edilmir. Bu səbəbdən hazırki tədqiqatla 03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə penya hesablanmadı. MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, baxmayaraq ki, ekspert rəyində Cavabdeh illik 19%-lə hesablanmaqla 03.11.2019-cu il tarixə banka olan faiz borcu 10.972,28 ABŞ dolları və illik 5%-lə hesablanmaqla 17.09.2020-ci il tarixə banka olan faiz borcu 253,44 ABŞ dolları təşkil edir, iddiaçı Bank daha az məbləğ- müvafiq olaraq 9576,23 və 250,82 ABŞ dolları tələb etmişdir. Ona görə də kollegiya hesab edir ki, illik 19%-lə hesablanmaqla banka olan faiz borcu və illik 5%-lə hesablanmış faiz borcu iddia tələbindən kənara çıxmamaq şərtilə iddia ərizəsində qoyulan məbləğdə, yəni 9576,23 və 250,82 ABŞ dolları həcmində təmin olunmalıdır. Çünki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh 9576,23 (doqquz min beş yüz yetmiş altı dollar 23 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 250,82 (iki yüz əlli ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə borc məbləği alınaraq iddiaçı ASC "xxxx"a verilməli, iddia qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin digər hissəsi əsassızdır. Belə ki, iddiaçı tərəf apellyasiya şikayətinin penya ilə bağlı dəlillərini təsdiq edəcək sübutlarını təqdim etməmiş, ekpert rəyində isə Cavabdeh hesabdan çıxarış məlumatlarında bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə penya hesablanmasının müəyyən edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qərarın 10-cu bəndinə görə, qətnamədə alnması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı, mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı ASC "xxxx" tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh 9576,23 (doqquz min beş yüz yetmiş altı dollar 23 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 250,82 (iki yüz əlli ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, habelə sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 45 (qırx beş) manat borc məbləği alınaraq iddiaçı ASC "xxxx"a verilməli, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 15 fevral 2022-ci il tarixli 9/8199 saylı məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın 100 manatı iddiaçı ASC "xxxx"dan, 100 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 (30+15) manat isə Cavabdeh tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın və iddia qismən təmin edilsin. Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 nömrəli kredit müqaviləsi üzrə 9576,23 (doqquz min beş yüz yetmiş altı dolları 23 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 250,82 (iki yüz əlli dollar 82 sent) ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, habelə sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 45 (qırx beş) manat borc məbləği alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"ın hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 15 fevral 2022-ci il tarixli 9/8199 saylı Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"dan, 100 (bir yüz) manatı isə Cavabdeh qızından tutularaq Büdcə təsnifatının kodu, 142595. Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar