Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-114/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun alınması” və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-kredit müqaviləsi üzrə borc tələbi, əsas və faiz borcu, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun alınması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqda əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(051)-123/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənilməmiş qalan 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6545.06 manat faiz pulu olmaqla, cəmi 22890.69 manat və 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu olmaqla, cəmi 8891.41 manat, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması üçün bank tərəfindən ödənilmiş 41.42 manat dövlət rüsumu xidmət haqqının tutulması, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğin, xx.xx.2014-cü il tarixli və 11 fevral 2015-ci il tarixli ipoteka müqavilələrinə əsasən, ipoteka predmeti olan, Cavabdeh2 məxsus, ünvan 1-də yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətləri müəyyən edilməklə açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə hesablanmaqla, 17.000 (on yeddi min) manat məbləğində kredit və 11 fevral 2015-ci il tarixli, kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6.000 (altı min) manat kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixli və 11 fevral 2015-ci il tarixli ipoteka müqavilələri bağlanmış və onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqavilələrinin şərtlərini pozaraq, əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilələr ilə müəyyən olunmuş qaydada ödəməmişdir. Bank tərəfindən cavabdehə kreditlərin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmiş və filial tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 16345.63 manat əsas, 6545.06 manat faiz pulu olmaqla, cəmi 22890.69 manat, 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə banka 5913.25 manat əsas, 2978.16 manat faiz pulu olmaqla, cəmi 8891.41 manat borc təşkil edir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi kredit borclarının və kreditlərə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 borc öhdəliyini icra etmir, ona görə də borcun təminatı kimi Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş əmlak qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Eyni zamanda, ipotekaya qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, çünki ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(051)-123/2022 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 (on altı min üç yüz qırx beş manat, altmış üç qəpik) manat əsas, 6545.06 (altı min beş yüz qırx beş manat, altı qəpik) manat faiz borcu olmaqla, cəmi 22890.69 (iyirmi iki min səkkiz yüz doxsan manat, altmış doqquz qəpik) manat və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 (beş min doqquz yüz on üç manat, iyirmi beş qəpik) manat əsas, 2978.16 (iki min doqquz yüz yetmiş səkkiz manat, on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 8891.41 (səkkiz min səkkiz yüz doxsan bir manat, qırx bir qəpik) manat məbləğində pulun Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC–yə verilməsi, tələbin, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********05- 05101-093001 reyestr nömrəli və xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********05-05101-093001 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi, ev 13/1, mənzil 3-də yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin hesabına cəmi 31782.1 (otuz bir min yeddi yüz səksən iki manat, on qəpik) manat məbləğində pulun alınıb "xxxx" ASC-yə verilməsi, ipoteka predmeti satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 mənzildən çıxarılması, onun istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 41.42 (qırx bir manat qırx iki qəpik) manat xidmət haqqının alınıb "xxxx" ASC-yə verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumun cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun alınıb "xxxx" ASC-yə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə xərcinin alınıb, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə hesablanmaqla, 17.000 (on yeddi min) manat məbləğində kredit və 11 fevral 2015-ci il tarixli, kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6.000 (altı min) manat kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixli və 11 fevral 2015-ci il tarixli ipoteka müqavilələri bağlanmış və onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqavilələrinin şərtlərini pozaraq, əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilələr ilə müəyyən olunmuş qaydada ödəməmişdir. Bank tərəfindən cavabdehə kreditlərin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmiş və filial tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 16345.63 manat əsas, 6545.06 manat faiz pulu olmaqla, cəmi 22890.69 manat, 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə banka 5913.25 manat əsas, 2978.16 manat faiz pulu olmaqla, cəmi 8891.41 manat borc təşkil etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021–ci il tarixə 16345.63 manat əsas, 6545.06 manat faiz borcu olmaqla, cəmi 22890.69 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə xx.xx.2021–ci il tarixə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu olmaqla, cəmi 8891.41 manat kredit borcu qalmışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6545.06 manat faiz borcu olmaqla, cəmi 22890.69 manat və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu olmaqla, cəmi 8891.41 manat pul alınıb iddiaçı banka verilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi Cavabdeh2 tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4, 295, 297, 319.4, 385.1, 427.3, 442.1, 448.2, 470.1, 472.1, 472.2-ci, maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 4, 59.3,-cü madələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 117.1 və 124.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmədiyindən xx.xx.2014-cü il tarixli və xx.xx.2015ci il tarixli kredit müqavilələri üzrə onun banka olan borcu düzgün hesablanması ilə bağlı araşdırma aparılmamışdır. Əlavə girov kimi qoyulmuş yaşayış evinin ilkin qiyməti 24500 manat qeyd edilsədə, həmin qiymət reallığa uyğun deyil. Evin real qiyməti 35000 (otuz beş min) manatdır. Məhkəmənin kredit müqavilələri üzrə kredit borcun hesablanması ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin etməməsi işin obyektiv baxılmasına mane olmuşdur. Mülki işdə kredit borcun hesablanmasına dair ekspertiza rəyi yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 123/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, iddiaçı "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.06 manat əsas, 1545.06 manat faiz borcu olmaqla, cəmi 18890.69 manat və xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu olmaqla, cəmi 8891.41 manat məbləğində pul ondan alınıb iddiaçı "xxxx" ASC-yə verilsiməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdeh2 məhkəməyə teleqram göndərərək qeyd etmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasını başqa vaxta təyin edilməsini xahiş etmişdir. Cavabdeh2 qeyd edilən halı təsdiq edəcək sübut təqdim etmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-123/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, iddiaçı "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.06 manat əsas, 1545.06 manat faiz borcu olmaqla, cəmi 18890.69 manat və xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu olmaqla, cəmi 8891.41 manat məbləğində pul ondan alınıb iddiaşı "xxxx" ASC-yə verilsiməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(051)-123/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni tutulan pulun məbləğinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi əsas və faiz borc hissəsində səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(051)-123/2022 saylı qətnaməsinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6545.06 manat faiz borcu və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu hissəsi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6524.63 manat faiz borcu və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2522.99 manat faiz borcu şəklində dəyişdirilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə hesablanmaqla, 17.000 (on yeddi min) manat məbləğində kredit və 11 fevral 2015-ci il tarixli, kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6.000 (altı min) manat kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixli və 11 fevral 2015-ci il tarixli ipoteka müqavilələri bağlanmış və onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-cü mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqavilələrinin şərtlərini pozaraq, əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilələr ilə müəyyən olunmuş qaydada ödəməmişdir. Hazırda cavabdehin banka olan borcu xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6524.63 manat faiz borcu və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2522.99 manat faiz borc təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apelyator şikayətinin ilk dəlilində bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmədiyindən xx.xx.2014-cü il tarixli və xx.xx.2015ci il tarixli kredit müqavilələri üzrə onun banka olan borcu düzgün hesablanması ilə bağlı araşdırma aparılmamışdır. Kollegiya şikayətin həmin dəlili ilə qismən razılaşır. Məhkəmə Kollegiyası tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 mart 2023-cü il tarixli, 9/9289 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 26 dekabr 2017-ci il tarixinə əsas borcu üzrə-16345.63 manat, faiz borcu üzrə 6524.63 manat və 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11 fevral 2018-ci il tarixinə əsas borc 5913.25 manat, faiz borcu üzrə 2522.99 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas və faiz borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, girov kimi qoyulmuş yaşayış evinin ilkin qiyməti 24500 manat qeyd edilsədə, həmin qiymət reallığa uyğun deyil. Evin real qiyməti 35000 (otuz beş min) manatdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilləri ilə də razılaşmır. Belə ki, iş materiallarında olan 26 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi, ev 13/1, mənzil 3-də yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2ci mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilin bazar dəyəri 26000 manat, likvid dəyəri isə 23000 manat müəyyən edilmişdir. İş materiallarında olan 11 fevral 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ünvan 1-də yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilin bazar dəyəri 26000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2022–ci il tarixli 08 nömrəli rəyindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 26.500 manat, likvid dəyəri isə 24.500 manat təşkil etmişdir. Göründüyü kimi, ipoteka müqaviləsində ipoteka predmetinin tərəflərlərin razılaşdığı qiyməti ilə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymət arasında hər hansı bir ciddi fərq yoxdur. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(051)-123/2022 saylı qətnaməsinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6545.06 manat faiz borcu və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu hissəsi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6524.63 manat faiz borcu və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2522.99 manat faiz borcu şəklində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti cavabdehdən tutulacaq əsas və faiz kredit borcuna münasibətdə qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(051)-123/2022 saylı qətnaməsi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6524.63 manat faiz borcu və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2522.99 manat faiz borcu şəklində dəyişdirilsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(051)-123/2022 saylı qətnaməsi mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat pulun 50 (əli) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 manatı isə "xxxx" ASC-dən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-114/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-114/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver