Məhkəmə qərarları › İş №2(107)-1141/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1141/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1141/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 və Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli 2(075)–577/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli 2(075)–577/2021 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, 19 dekabr 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli, 2(009)-2115/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı birgə nikahından dünyaya gəlmiş 19.12.2005-ci il təvəllüdlü X1 üçün aliment məbləğini artıraraq hər ay üçün 175 manat (bir yüz yetmiş beş) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı ilə Cavabdeh 10.12.2004- cü ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahından 19.12.2005-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. Aralarında olan narazılıqlar səbəbindən tərəflərin nikahı Səbail Rayon Məhkəməsinin 27.09.2007-ci il tarixli, 2-893/07 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə nikah pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş 19.12.2005-ci il təvəllüdlü X15 anası İddiaçı yanında saxlanılmış, onun saxlanması üçün Cavabdeh hər ay 40 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Uzun müddət sonra İddiaçı təkrar olaraq aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiçının ərizəsinə Səbail Rayon Məhkəməsində baxılaraq 2(009)-2115/2011 saylı, 02.08.2011-ci il tarixli qərarı ilə aliment məbləği artırılaraq, X1 üçün Cavabdeh hər ay sabit pul 76 (yetmiş altı) manat məbləğində aliment tutulması qət edilmişdir. Uşaqlar böyüdükcə onların xərcləri də artmaqdadır. Eyni zamanda ölkədə hər il üçün infiliyasiya artmaqdadır. Bundan başqa hər il yaşayış minimumu artır. Aliment kəsilərkən ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 76 manat təşkil edirdi. Həmin müddətdən sonra 10 ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 izahat verərək göstərdi ki, İddiaçı ilə Cavabdeh 10.12.2004-cü ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahından 19.12.2005-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. Tərəflər arasında olan narazılıqlar səbəbindən tərəflərin nikahı Səbail Rayon Məhkəməsinin 27.09.2007-ci il tarixli, 2-893/07 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə nikah pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş 19.12.2005-ci il təvəllüdlü X15 anası İddiaçı yanında saxlanılmış, onun saxlanması üçün Cavabdeh hər ay 40 manat miqdarında alimentin tutularaq X11 verilməsi qət edilmişdir. İddiaçı təkrar olaraq aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiçının ərizəsinə Səbail Rayon Məhkəməsində baxılaraq 2(009)- 2115/2011 saylı, 02.08.2011-ci il tarixli qərarı ilə aliment məbləği artırılaraq, X1 üçün Cavabdeh hər ay sabit pul 76 (yetmiş altı) manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin onlar 19.12.2005-ci il təvəllüdlü X12 uzun müddətdir ki, görmürlər. Belə ki, onlar Nurlanı 2-3 yaşlarında görmüşlər. Aliment təyin edildikdən sonra uşağı görməmişlər. Alimenti vaxtı vaxtında ödəyirlər. Göstərmişdir ki, övladı Cavabdeh sonradan nikaha girmişdir. Həmin nikahdan da cavabdehin 21.10.2009-cu il təvəllüdlü X17 və 10.07.2012-ci il təvəllüdlü X16 adlı uşaqları vardır. Cavabdeh hazırda fəhlə işləyir və aylıq gəliri təxminən 280 manat civarında təşkil edir. Maddi vəziyyəti olduqca aşağıdır. Ailəsini və uşaqlarını çətinliklə dolandırır. Nurlana görə təyin edilmiş aliment miqdarının artırılaraq 100 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Aşağıdakı səbəblərə görə Şəki rayon məhkəməsinin qətnaməsi ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, buna görə də ləğv edilməlidir. İş materiallarından göründüyü kimi, ilk dəfə 2011-ci ildə aliment məbləği artırılarkən Cavabdeh 2009-cu il təvəllüdlü 1 usagı vardır. Eyni zamanda həmin vaxt həyat yoldası hamilə olmıısdur. 2011-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 76 manat məbləğində müəyyən edilmişdir. Tərəfələrin nikahı pozulduğu vaxt, 2007-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 52,4 manat məbləğində müəyyən edilmişdir. O zaman Şəbail rayon məhkəməsi işə obyektiv yanaşaraq aliment məbləğini yaşayış minimumu həcmində artırmışdır. Səbail rayon məhkəməsi qərar verərkən cavabdehin himayəsində bir azyaşlı uşağın olmasını və həyat yoldaşının hamiləliyini nəzərə almışdır. Amma buna baxmayaraq Şəki rayon məhkəməsi eyni hallar üzrə, tərəflərin yaşayış şəraitində dəyişiklik olmadığı halda tam fərqli bir qərar çıxarmışdır. Sanki məhkəmə tərəflərin birgə nikahından dünyaya gəlmiş uşaqlarını yad bir ailənin uşağı kimi nəzərə almışdır. 2011-ci ildə Cavabdeh lıeç bir yerdə işləmədiyi halda aliment yaşayış ıııiııiınumun yuxarı son həddində təyin edilmişdir. Bu gün isə Cavabdeh faktiki əmək müqaviləsi üzrə işlədiyi halda aliment tam aşağı məbləğdə kəsilmişdir. Bildiyiniz kimi son dövrlər məhkəmələrə vahid məhkəmə təcrübəsinin yaradılması istiqamətində göstərişlər verilmişdir. Artıq bir sıra məhkəmə mübahisələri üzrə vahid məhkəmə təcrübəsi formalaşmışdır. Aliment məbləğləri son dövrlər bir uşaq üçün 140-150 manat təyin edilməkdədir. Lakin Şəki rayon məhkəməsi işə tam fərqli yanaşaraq ədalətsiz bir qərar çıxarmışdır. Uşaqlar böyüdükcə onların xərcləridə artmaqdadır. Eyni zamanda ölkəmizdə hər il üçün infiliyasiya ən azı 15-17 % artmaqdadır. Bunda başqa hər il yaşayış minimumu artır. İlk dəfə aliment kəsilərkən ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 52,4 manat, 2011-cı ildə aliment məbləği artırılarkən isə yaşayış minimumu uşaqlar üçün 76 manat olmuşdur. Sonuncu müddətdən sonra 10 ilə yanın vaxt keçib. Azərbaycan Respublikasında 2021- ci il üçün yaşayış minimumu haqqında Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan bu məbləğ bir uşağın 1 ay ərzində qida tələbatını ödəmək üçün müəyyənləşdirilmiş məbləğdir. Hər bir uşağın əlavə xərcləri də mövcuddur. Cavabdeh bu günə kimi bir dəfə də olsun uşağın digər xərclərində iştirak etməmişdir. Bu günə kimi pis-yaxşı anası etmişdir. Hər uşaq kimi bu uşaq da məktəbə gedir. Onların paltarı, kitab-dəftəri, nəqliyyat xərcləri və s. kimi xərcləri mövcuddur. Bunları nəzərə aldıqda bu gün Şəki rayon məhkəməsinin məüyyən etdiyi 100 manat aliment məbləği çox aşağı bir məbləğdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli 2(075)–577/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və aliment barədə iddiasının tam təmin edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli 2(075)–577/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh ilə İddiaçı birgə nikahından 19.12.2005-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin 02 avqust 2011ci il tarixli, 2(009)- 2115/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 120 manat müəyyən edilməli, hər ay sabit pul məbləğində 120 (bir yüz otuz) manat aliment Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli, 2-893/07 saylı qətnaməsinin surətindən görünür ki, X14 və İddiaçı arasında 10.12.2004-cü il tarixdə bağlanmış və Səbail rayon VVADQ şöbəsində 308 № ilə qeydə alınmış nikaha xitam verilməsi, 19.12.2005- ci ildə anadan olmuş X7 anası İddiaçı Drşad qızının yanında qalması, İddiaçı aliment barədə qarşılıqlı iddiasının tələbi qismən təmin edilməsi, 19.12.2005-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmas üçün 10.09.2007-ci ildən başlayaraq Cavabdeh hər ay 40 (qırx) manat (AZN) miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmşdir. İşdə olan Səbail Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli, 2(009)-2115/2011 saylı icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 06 iyun 2011-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 76 (yetmiş altı) manat aliment alınaraq 19 dekabr 2005-ci ildə anadan olmuş X7 yetkinlik yaşna çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 426418 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünürki, Cavabdeh ilə X2 arasında 20 avqust 2008-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 267 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 375222 və AZ-İİ 895646 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünürki, 21.10.2009-cu il təvəllüdlü X17 və 10.07.2012-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası isə X3r. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarına istinad etmişdir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin Səbail Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli, 2(009)-2115/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 19 dekabr 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan onun 2 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi halhazırda cavabdehin himayəsində 3 azyaşlı uşaq, ikinci nikahdan olan arvadı və yaşlı valideyinləri vardır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 19 dekabr 2005-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli, 2(009)- 2115/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 100 (yüz) manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Göründüyü kimi təyin edilmiş 100 manat iddianın illik dəyəri 500 manatdan çox edir. Buna görə də Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, alınıb verilməsi qət edilmiş artırılmış məbləğdə alimenti hər ay bir uşaq üçün sabit pul məbləğində 100 manat miqdarında müəyyən etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. (Həmin məbləğ 2021-ci ildə artırılaraq 175 manat müəyyən edilmişdir) Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 175 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğdə 100 manatdan daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmaması barədə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli 2(075)–577/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh ilə İddiaçı birgə nikahından 19.12.2005-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli, 2(009)- 2115/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 120 manat müəyyən edilməli, hər ay sabit pul məbləğində 120 (bir yüz otuz) manat aliment Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən - iddianın təmin edilməmiş 55 manata aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddiaçı hər ay uşağın saxlanması üçün 76 manat aliment alırdı. Hazırkı iddiasında bir uşağa görə tələb 175 manat təşkil edir. Deməli, artırılması tələb olunan məbləğ bir uşağa görə 99 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (99 X 12 ay = 1188 manat) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli 2(075)–577/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 19.12.2005-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli, 2(009)- 2115/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 120 manat müəyyən edilsin. Hər ay sabit pul məbləğində 120 (bir yüz otuz) manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar