Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1148/2023 17.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-959/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş alimetin miqdarı artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(075)-160/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə onun arasında 08 dekabr 2006-cı il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 534 nömrəli nikahın pozulması, onların arasında mediasiya qaydasında imzalanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə onun birgə nikahlarından olan uşaqları – 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 onun yanında qalmalarının və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh ona hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat alimenti ödməsi barədə üzərinə öhdəlik götürməsinin razılaşdılmasının nəzərə alınması qət edilmişdir. Göstərmişdir ki, hər uşağa görə 130 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü gündən uşaqların tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən qiymətlər qalxmışdır. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdehdən yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə tərəflər arasında mediasiya qaydasında imzalanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişinin bağlanmasından xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Bildirmişdir ki, Şəki 1 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası təyin edilmiş, cavabdeh iclasa gəlmədiyi üçün 18 fevral 2023-cü il tarixli MŞŞ/MT018/2023-00299 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
3. Cavabdeh 23 may 2023-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş alimetin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiya Federasiyası, Həştərxan vilayəti, Həştərxan şəhəri, Privoljskiy rayon, Naşalovo kəndi, Çapayevo küçəsi ev 13 ünvanında yaşayır. İddiaçı özü yaxşı bilir ki, o, Rusiya Federasiyasının vətəndaşı olmaqla yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Bunu bilə-bilə ona qarşı ünvan 1 iddia ərizəsində də qeyd etmişdir ki, Şəki 1 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası təyin edilmiş, cavabdeh iclasa gəlmədiyi üçün xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023-00299 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı onun Rusiya Federasiyasının vətəndaşı olmağını bilə-bilə ona qarşı Azərbaycan Respublikasında iddia qaldırmış və məhkəmədən onun Rusiya Federasiyası vətəndaşı olmağını və Rusiya Federasiyasında yaşamağını gizlətmişdir. Ona görə də o, məhkəmə iclasından məlumatsız olmuşdur. Onunla iddiaçı arasında aliment barədə saziş mövcuddur. Həmin maddədən göründüyü kimi aliment barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş sa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan əlavə İddiaçı iddia ərizələrində göstərmişdir ki, “hər uşağa görə 130 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü gündən uşaqların tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən qiymətlər qalxmışdır. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin İddiaçı qeyd etdikləri barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. Hal bu ki, iddiaçı "Marxal Resort & Spa” İstirahət Mərkəzində rəhbər vəzifədə işləyir və hər ay 2000 manata qədər əmək haqqı alır. İddia ərizəsində qeyd edildiyi kimi, 05 oktyabr 2021-ci il tarixli barışıq sazişi ilə hər ay ödəməli olduğu alimentin miqdarı 130 manat müəyyən edilmişdir və keçən bir il ərzində onun maddi vəziyyətində hər-hansı yaxşılaşmanın olmasına dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Həmin barışıq sazişinin bağlanmasından keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı onu qeyd etmək olar ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. İddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Bundan başqa Cavabdeh 13 iyul 2023-cü il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsinə əlavə göndərək göstəmişdir ki, İddiaçı ona qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş alimetin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. iddia tələbindən göründüyü kimi İddiaçı onların birgə nikahlarından olan iki övladlarına yəni 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 saxlanılmasına görə ödənilən alimentin miqdarının artırılmasını istəyir. Daha öncə qeyd etdiyi kimi o, Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiya Federasiyası, Həştərxan vilayəti, Həştərxan şəhəri, Privoljskiy rayon, Naşalovo kəndi, Çapayevo küçəsi ev 13 ünvanında yaşayır. 2023-cü ilin may ayında yəni iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edildikdən sonra onunla iddiaçının qarşılıqlı razılığı ilə birgə nikahlarından olan övladları 24 sentyabr 2007-ci il təvəllüdlü X6 25 may 2023-cü il tarixdən onun yanında Rusiya Federasiyasında yaşayır. X3 onun yanında olması və hazırda Rusiya Federasiyasının vətəndaşı olması ilə bağlı sübutları yəni onun hər iki pasportununu "Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə yerləşdirmişdir. Həmin sübutlardan da aydın şəkildə görünür ki, birgə nikahlarından olan övladları X6 hazırda Rusiya Federasiyasının vətəndaşı olmaqla, Rusiya Federasiyasında onun yanında yaşayır. Hesab edir ki, İddiaçı hazrkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
6. Lakin İddiaçı 27 iyul 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-959/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev), iddianın qismən təmin edilməsi, 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməsi və həmin aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
10. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-160/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır.
11. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir.
12. Həmçinin məhkəmə qeyd etmişdir ki, Cavabdeh birgə nikahlarından olan övladları 24 sentyabr 2007-ci il təvəllüdlü X3 25 may 2023-cü il tarixdən onun yanında Rusiya Federasiyasında yaşadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa qanuni qüvvəsini almış Şəki Rayon Məhkləməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)- 160/2022 saylı qətnaməsindən və Cavabdeh ilə X4 arasında mediasiya qaydasında imzalanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından olan uşaqları 24 sentyabr 2007-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılmışdır. .
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78.1, 100.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(075)-959/2023 saylı qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir.
16. İddiaçı qızqeyd etdikləri barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, iddiaçı “Marxal Resort & Spa" İstirahət Mərkəzində rəhbər vəzifədə işləyir və hər ay 2000 manata qədər əmək haqqı alır.
17. İddia ərizəsində qeyd edildiyi kimi, 05 oktyabr 2021-ci il tarixli barışıq sazişi ilə hər ay ödəməli olduğu alimentin miqdarı 130 manat müəyyən edilmişdir və keçən bir il ərzində onun maddi vəziyyətində hər-hansı yaxşılaşmanın olmasına dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Həmin barışıq sazişinin bağlanmasından keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.
18. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı onu qeyd etmək olar ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2- ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması və azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olmasın. Lakin iddiaçı ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları iddia ərizəsinə əlavə edilməmişdir. Daha sonra iddiaçı alimentin artırılma əsası kimi təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməsini qeyd etmişdir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikasında 11 illlik orta təhsil tamamilə pulsuzdur və hər bir orta məktəbdə keyfiyyətli təhsil tədris olunur. Azərbaycan Respublikasında təhsil pulsuz olduğundan iddiaçının uşağın keyfiyyətli təhsil alması səbəbli alimentin miqdarının artırılması zərurətinin olması dəlili də göründüyü kimi tamamilə əsassızdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işə qanunamüvafiq baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
19. İddiaçı birgə nikahdan anadan olmuş övladlarının bütün xərcinin onun tərəfindən çəkilməsini tələb etsə də ona baxmaq həmçinin iddiaçının özünün də eyni dərəcəli borcudur. Qanunvericiyin tələbindən görünür ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Lakin iddia tələbindən də görünür ki, iddiaçı birgə nikahlarından olan övladlarının saxlanılmasını sadəcə onun üzərinə atmaq istəyir.
20. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 217-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının nə qədr gəlir əldə etditiyini, onun maddi vəziyyətinin aydınlaşdırmamış və nəticə etibarı ilə əsassız iddianı təmin edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
21. Odur ki, Şəki Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(075)-959/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilən hisssində ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına göndərdiyi müraciətində məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyindən məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, Cavabdeh isə məhkəmə kollegiyasına göndərdiyi teleqramında Rusiya Federasiyasında yaşadığından məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və məhkəmə iclasının bir ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə 18 sentyabr 2023-cü il tarixdən məlumat verilməklə ötən bir aya yaxın müddət ərzində məhkəmə iclasında iştirakın planlaşdırılmasının mümkün olması nəzərə alınaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq aliment qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
26. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
27. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, Cavabdeh Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-959/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilən hissəsində ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı 08 dekabr 2006-cı il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamaqlarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(075)-160/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 08 dekabr 2006-cı il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 534 nömrəli nikahın pozulması, onların arasında mediasiya qaydasında imzalanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə İddiaçı birgə nikahlarından olan uşaqları – 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 onun yanında qalmalarının və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat alimenti ödməsi barədə üzərinə öhdəlik götürməsinin razılaşdılmasının nəzərə alınması qət edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.
35. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-160/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləğini artıraraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
37. Cavabdeh apellyasiya şikayətində iddiaçının “Marxal Resort & Spa" İstirahət Mərkəzində rəhbər vəzifədə işlədiyini və hər ay 2000 manata qədər əmək haqqı aldığını, bir il ərzində onun maddi vəziyyətində hər-hansı yaxşılaşmanın olmadığını bidlirsə də, bu hallar onu uşağını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 220 manat aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi əvvəl təyin edilmiş alimentin məbləğini artıraraq hər ay, hər uşaq üçün 160 manat məbləğində qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır.
38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşaqların layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq onların saxlanması üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-959/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-959/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.