Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-115/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi-X1, Cavabdeh-Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(075)-3605/2018 saylı qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(075)-3605/2018 saylı (hakim Cahid İmanov) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2844.28 manat əsas borc, 424.69 manat faiz borcu, 951.05 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 250 manat dəbbə borcu olmaqla, cəmi 4470.02 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir işin halları: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh208 yanvar 2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 2844.28 manat əsas borc, 424.69 manat faiz borcu, 951.05 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 1527.90 manat dəbbə borcu olmaqla, cəmi 5747.92 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2012-ci il tarixli istehlak kredit sazişinə əsasən Cavabdeh1 istehlak məqsədi ilə illik 25% olmaqla 18 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 04 dekabr 2012-ci il tarixli kredit sazişinin zaminliyə dair hissəsini imzalamış, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən üzərinə düşən öhdəliyə əməl edilərək kredit məbləğinin cavabdehə ödənilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit sazişi üzrə üzərlərinə düşən öhdəliyə əməl etməyərək kredit borcunun ödənilməsini təmin etməmişlər. Bu səbəbdən də bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 apellyasiya şikаyəti vermişdir. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ləğv Prosesində olan İddiaçı ASC-dən heç vaxt kredit götürməmişdir. Əmək haqqından edilmiş tutulmaları gördükdən sonra mühasibdən bu barədə soruşmuş, ona sonra zamin olduğunu bilmişdir. Cavabdeh1 heç tanımır, ona zamin durmamışdır müqavilələrdə olan imza ona məxsus deyildir. Bununla bağlı Azərbaycan Kredit Bürosundan çıxarış əldə etmişdir. Sorğulardan görünür ki, o Zaminbankdan kredit götürməmişdir. Odur ki, 04 dekabr 2012-ci il tarixli kredit və zaminlik müqavilələrindəki imzanın dəqiqləşdirilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(075)-3605/2018 saylı qətnaməsinin özünə münasibətdə ləğv edilməsini, əmək haqqından tutulan 224,24 manat pul məbləğinin, ödənilmiş dövlət rüsumunun və ekspertiza xərcinin iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabeh Cavabdeh1 Cavabdeh2 tanımadığını, ilk dəfə məhkəmə iclasında gördüyünü bildirərək, qanuni qərar qəbul edilməsini. xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə ərizəçi iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan, 04 dekabr 2012-ci il tarixli kredit sazişindən görünür ki, həmin kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik faiz dərəcəsi 25 % olmaqla 3500 manatı məbləğində kredit verilmişdir. Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 04 dekabr 2012-ci il tarixli kredit sazişinin zaminliyə dair hissəsini imzalamış və o, Cavabdeh1 kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İşdə olan, 04 dekabr 2012-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü 3500 manatı krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 18 ay müddətində qaytarmalı olmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2012-ci il tarixli kredit sazişinə əsasən Cavabdeh1 bank tərəfindən 18 ay müddətinə illik faiz dərəcəsi 25 % olmaqla 3500 manatı məbləğində kredit verilmiş, bununla da bank kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 04 dekabr 2012-ci il tarixli kredit sazişinin zaminliyə dair hissəsini imzalamış, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Kredit sazişinə əsasən Cavabdeh1 kredit sazişi üzrə kredit məbləğini tərəflər arasında imzalanmış kredit sazişinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında hər ay hissəhissə ödəməli idi. Lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunu bankın hesabına ödəməmişdir. Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili müqavilələrdə olan imzanın özünə məxsus olmamasıdır. Bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizаsı təyin edilərək ekspertizаnın аpаrılmаsı Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə tаpşırılmış, ekspert qаrşısındа mülki işin 5-6, 7-8-ci səhifələrində olan 04 dekabr 2012-ci il tarixli kredit və zaminlik müqavilələrinin 2-ci səhifəsində qeyd edilmiş Rzayev.R.B sözlərinin qarşısındakı imza Cavabdeh2 götürülmüş eksperimental xətt və imza nümunələri ilə eynilik təşkil edirmi? sualı qoyulmuşdur. Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzisinin 03 dekabr 2021-ci il tarixli 4/1578 nömrəli rəyinə əsasən 143 nömrəli 04 dekabr 2012-ci il tarixli kredit müqaviləsində “birinci Zamin tərəfindən” qrafasındakı imza, İddiaçı ASC-nin Binəqədi flialı ilə Cavabdeh2 arasında bağlanmış 143/1 nömrəli 04 dekabr 2012-ci il tarixli zaminlik müqavilələrində “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Hazırki, mərhələdə isə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 bağlanılmış kredit müqaviləsi üzrə ümumiyyətlə tərəf qismində iştirak etməmişdir. Bunu məhkəmə kollegiyasının iclasında digər Cavabdeh1 da izahatında təsdiq etmişdir. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Yuxarıdakı hüquqi mövqeyi hazırkı işin müəyyən edilmiş hallarına tətbiq etdikdə aydın olur ki, Cavabdeh2 04 dekabr 2012-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə öhdəlik daşımasını sübuta yetirmək yükü də məhz iddiaçının Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə düşür. Digər tərəfdən bu ümumi qaydadan istisna təşkil edən sübutetmə yükünü cavabdehə keçirən hallar aşkar edilmişdir. Belə ki, cavabdeh tərəf 04 dekabr 2012-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə imzaların özünə məxsus olmamasını sübut etmişdir. Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 88-ci (Sübutların qiymətləndirilməsi) maddəsnə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən əsaslı sayılmaqla təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən yol verilmiş qeyd edilən pozuntuya diqqət yetirməmiş, nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin əmək haqqından tutulan 224,24 manat pul məbləğinin, iddiaçıdan tutularaq ona ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayət bu hissədə əsaslı deyildir. Cavabdeh2 hazırki məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddia tələbi ilə məhkəməyə müraciət edərək ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunundan həmin məbləği tələb edə bilər. Hazırki mərhələdə apellyasiya şikayətinin bu dəlilinin hüquqi əsası yoxdur. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(075)-3605/2018 saylı qətnaməsi qismən ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(075)-3605/2018 saylı qətnaməsi qismən-yəni “2844.28 manat əsas borc, 424.69 manat faiz borcu, 951.05 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 250 manat dəbbə borcu olmaqla, cəmi 4470.02 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin . İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-dən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа, Cavabdeh2 apellyasiya şikayəti vermək üçün ödədiyi 15.40 manat Cavabdeh2 ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiy instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2(iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-115/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-115/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver