Məhkəmə qərarları › İş №2(107)-1150/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1150/2025

12.08.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-1150/2025 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “inventarlaşma işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “30.000 manat pulun alınması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin əməkdaşlarına inventarlaşma işlərinin aparılmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi, cavabdeh isə mübahisəli 599,43 kv.m torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30.000 manat pulun və ödənilmiş 182 manat dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən, A ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin əməkdaşlarına inventarlaşma işlərinin aparılmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mübahisəli 599,43 kv.m torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30.000 manat pulun və ödənilmiş 182 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıqarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Oğuz rayon Dövlət Notariat Kontorunun ##.##.1992-ci il tarixli, 17/6622 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə əsasında X24 məxsus ev bünövrəsini satın almışdır. Oğuz rayon XDS Rəyasət Heyətinin ##.##.1993-cü il tarixli ** saylı iclas protokolunun qərarına əsasən həmin bünövrənin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı daimi istifadəsinə verilməsi, qərarın icrasının xüsusi dövlət torpaq orqanının Oğuz rayon şöbəsinə həvalə edilməsi, layihə-smeta sənədləri hazırlandıqdan sonra tikintinin davam etdirilməsinə icazə verilməsi qərara alınmışdır. Oğuz rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə qanuni istifadədə olan həmin torpaq sahəsi İddiaçı verilmiş, buna dair tərtib edilmiş A ****** saylı torpaq sahəsinin (dəqiq ölçü- 599,43 kv.m) planı və ölçüsü sənədinin bir nüsxəsi * saylı Qəbələ Ərazi Idarəsinin arxivində saxlanmaqla ona təqdim edilmişdir.

5. Ilkin iddianın mahiyyətinə əsasən torpaq sahibi adına çıxarış alınması üçün aidiyyəti orqana müraciət etmiş, rəsmi şəkildə imtina təqdim edən * saylı Ərazi Idarəsi bunu torpaq sahəsi üzərində mübahisə səbəbli torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında müəyyən edilmiş hallara əsasən mübahisənin cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən yarandığı təsdiq edilmişdir.

6. Cavabdeh bu hərəkətini əsaslandıraraq bildirmişdir ki, İddiaçı ilə razılaşma əsasında mübahisəli torpaq sahəsini ondan satın almış, lakin torpaq sahəsinin sənədləri qaydasında olmadığından notarial qaydada alqı-satqı həyata keçirilməsi mümkün olmamış, İddiaçı torpağın dəyəri olaraq 5000 ABŞ dolları əvəzində 2007-ci ildə ona etibarnamə ilə geniş səlahiyyətlər vermişdir. Buna baxmayaraq sənədlərin hazırlanması mümkün olmamışdır, çünki torpaq sahəsinə iddiaçının adına verilmiş plan və ölçü sənədinin heç bir əsası olmadığından həmin sənəd qanuni olaraq qəbul edilmir. Bundan başqa özü həmin torpaq sahəsini və hazırda istifadəsində olan digər sahəni Gürcüstan Respublikasında adı qeyd edilən ermənidən satın almışdır. Sonralar İddiaçı israr etdiyindən ona 5000 dollar pul vermişdir. Həmin məbləğ etibarnamə verilərkən notariat kontorunda oğlu Seymurun, habelə Lütfiyyənin qardaşı Qəhrəman Hidayətovun iştirakı ilə ona verilmişdir. Sənəd hazırlamaq mümkün olmadığından Lütfiyyə 2019-cu ildə yenidən notarial qaydada bütün mühüm səlahiyyətlərin göstərildiyi etibarnaməni onun oğlu Aqşin Abışzadəyə vermiş, həmin vaxt Aqşindən 700 manat pul almışdır. Beləliklə, ilk iddiaçının torpaq üzərində hüququnun olmadığı nəzərə alınmaqla ilk iddia rədd edilməlidir. Bundan əlavə qiymətləndirici tərəfindən verilmiş rəyə əsasən mübahisəli torpağın hazırki bazar dəyəri 30000 manatdır. Buna görə də Lütfiyyə həmin məbləği ona ödəməlidir.

7. Oğuz Rayon Məhkəməsinin (hakim Səadət Zeynalova) ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, ünvan 1 8 ünvanında yerləşən A ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,06 ha (599,43 kv.m) həyətyanı torpaq sahəsində texniki inventarlaşma və çöl-ölçmə işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən edilən maneə hərəkətlərinin qadağan edilməsi, qeyd edilən torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və ölçmə işlərinin keçirilməsinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 (beş min) ABŞ dolları milli manat ekvivalentində və 700 (yeddi yüz) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 439.4, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli aktdan və Oğuz şəhər IƏD üzrə nümayəndəliyin ##.##.2023-cü il tarixli arayışından görünür ki, A ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində İddiaçı atasının adı texniki səhv olaraq Abduləli kimi yazılmışdır. Akt Oğuz rayon IHB-nin müavini X3, Oğuz rayon IHB Oğuz şəhər IƏD üzrə nümayəndə əvəzi X2 və X1 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin İddiaçı nümayəndəsi X1 ünvanladığı və iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubundan görünür ki, Idarənin mütəxəssisləri ilkin texniki inventarlaşma və çöl-ölçmə işlərinin aparılması üçün ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə səbəbli torpaq sahəsində çölölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən torpaq sahəsi üzərində hüquqların qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirmə Xidməti MMC-nin iş materiallarına əlavə edilmiş texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, X27 alınmış və İddiaçı adına kadastr planı əsasında qeydə alınmaqla faktiki istifadədə olan 0,06 ha torpaq sahəsinin hər sot üçün dəyəri 5000 manat olmaqla cəmi dəyərinin 30000 manat həddində qəbul olunması məqbul hesab edilir. Iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh müraciətinə uyğun olaraq mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən satılması, Cavabdeh və onun oğlu Akşin Abışzadəyə etibarnamə verilməsi ilə bağlı onlardan 2007-ci ildə 5000 dollar və 2019-cu ildə 700 manat pul alınması mülki xarakterli və məhkəmə səlahiyyətinə aid xüsusatlar olduğundan Oğuz RPŞ-də qeydə alınmış HK-*/*** saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X12 2000-ci illərin əvvəllərində bacısı Lütfiyyə və həyat yoldaşı Ilham Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən 6 sot torpaq sahəsini satmaq istədiklərindən 350 manata torpağı onlardan aldığını, daha sonra onlar torpağı Cavabdeh satdıqlarından pulunu geri aldığını, torpağın sənədlərinin Cavanşirə verildiyini, Cavanşirin buna görə bacısıgilə 5000 dollar pul verdiyini, Lütfiyyənin isə Cavanşirə 2007-ci ildə torpağı öz adına keçirmək üçün etibarnamə verdiyini, 2019-cu ildə Lütfiyyənin Cavanşirdən daha 700 manat pul aldığını eşitdiyini, bir müddət sonra Lütfiyyənin verdiyi etibarnaməni ləğv etdirdiyini, buna görə Cavanşirin şikayət etdiyini bildirmişdir. Qərara əsasən X17 Lütfiyyəyə pul verərkən yanında olduğunu, Lütfiyyənin həmin pulu torpaq sahəsini satmaq üçün Cavanşirdən aldığını bildirmişdir. Qərara əsasən İddiaçı 2007-ci ildə torpaq sahəsini Cavabdeh verməsi ilə bağlı ona etibarnamə verdiyini, həmin vaxt Cavanşirdən 5000 dollar almadığını, 2019-cu ildə tanımadığı şəxsin zənginə əsasən notariat kontoruna getdiyini, Cavanşirin oğlu Akşin Abışzadədən 700 manat alaraq ona yenidən etibarnamə verdiyini, sonra həmin etibarnaməni ləğv etdirərək həyat yoldaşı Ilham Xudiyevin adına etibarnamə verdiyini, Cavanşirə etibarnamə verdiyinə görə peşman olduğunu bildirmişdir. Iş materiallarına əlavə edilmiş, Bakı şəhəri 18-ci notariat kontorunda təsdiq edilmiş ##.##.2007-ci il tarixli, ƏN-İ ****** saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh ##.##.2012-ci ilədək ünvan 1 8-də yerləşən tikilini özəlləşdirməyi, tikməyi, DƏDRX-dən çıxarışı almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və s. səlahiyyətləri etibar etmişdir. Iş materiallarına əlavə edilmiş, Oğuz rayon kontorunda təsdiq edilmiş ##.##.2010-cu il tarixli, ƏN-İ ****** saylı etibarnamənin surətindən görünür ki, X1 Cavanşir Müslüm oğluna ##.##.2013-cü ilədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək də daxil olmaqla bir çox səlahiyyətləri etibar etmişdir. Iş materiallarına əlavə edilmiş, Bakı şəhəri 18-ci notariat kontorunda təsdiq edilmiş ##.##.2019-cu il tarixli, AR-İ ****** saylı etibarnamənin surətindən görünür ki, İddiaçı X6 ##.##.2069-cu ilədək ünvan 1 8-də yerləşən 0,06 ha torpaq sahəsini özəlləşdirməyi, istifadə etməyi, sərəncam verməyi, DƏDRX-dən çıxarışı və lazımi digər sənədləri, * saylı arayışı almağı, əmlakı satmağı, bağışlamağı, ipotekaya qoymağı və s.səlahiyyətləri etibar etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Oğuz rayon Dövlət arxivinin ##.##.2023-cü il tarixli, *-**-**RA*-**/**** saylı məktubu ilə daxil olmuş və iş materiallarına əlavə edilmiş Oğuz rayon XDS Rəyasət Heyətinin ##.##.1993-cü il tarixli ** saylı iclas protokolunun qərarının təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayon Dövlət Notariat Kontorunun ##.##.1992-ci il tarixli 17/6622 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə əsasən X9 X24 məxsus ev bünövrəsini aldığı üçün həmin bünövrənin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin X9 daimi istifadəsinə verilməsi, qərarın icrasının xüsusi dövlət torpaq orqanının Oğuz rayon şöbəsinə həvalə edilməsi, layihə-smeta sənədləri hazırlandıqdan sonra tikintinin davam etdirilməsinə icazə verilməsi qərara alınmışdır. Oğuz rayon IHB-nın “Oğuz şəhər sakinlərinin qanuni istifadələrindəki həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi haqqında” iş materiallarına əlavə edilmiş ##.##.2011ci il tarixli, *** saylı sərəncamından çıxarışın surətindən görünür ki, Oğuz şəhər sakinlərinin qanuni istifadəsindəki həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar hüquqi sənədlər hazırlanan zaman sakinlərdən bir qrupunun qanuni istifadələrində həyətyanı torpaq sahələrinin olmasına baxmayaraq adlarına hüquqi sənədin hazırlanmadığı nəzərə alınmaqla onların qanuni istifadələrində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi qərara alınmış, vətəndaşların adlı siyahılarının və s. sənədlərin hazırlanması aidiyyəti orqanlara tapşırılmışdır. Oğuz rayon IHB Oğuz şəhəri IƏV üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli arayışının surətindən görünür ki, X9 özündən başqa ailə üzvünün olmadığı bildirilmişdir. Oğuz rayon IHB Oğuz şəhər IƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli, *-**-**/*-***/**** saylı məktubundan görünür ki, Oğuz şəhər IƏD üzrə nümayəndəliyində 2009-cu il tarixədək təsərrüfatbaşına uçot kitabları tərtib olunmadığından İddiaçı və onun ailə üzvləri barədə 1992-1998-ci illər üzrə çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubundan görünür ki, Xidmətin * saylı Qəbələ Ərazi Idarəsində saxlanılan arxiv sənədlərinə əsasən qeyd olunan, İddiaçı adına olan A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinə əsas olan sənədlər * saylı Ərazi Idarəsində mövcud deyil.

10. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 аpellyаsiyа şikаyəti vermişlər.

11. Şəki Apellyasiya Məhkəməsinin # #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddiaya münasibətdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “30.000 manat pulun və 182 manat dövlət rüsumunun alınması”na dair qarşılıqlı iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı 30.000 manat pul və 182 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X19, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ01360100000000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin # #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən kassasiya şikayəti verilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin # ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixi qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, üzrə rəy alınanadək mülki işin icraatı dayandırılmışdır.

15. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş, məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə ilkin iddiaçının cavabdeh Cavabdeh qarşı maneələrin qadağan edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamə ilə qarşılıqlı iddia üzrə iddiaçının ilk iddiaçıya qarşı torpağın dəyəri kimi 30000 (otuz min) manat pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Məhkəmə qətnaməsinin qarşılıqlı iddia üzrə iddianın qismən təmin olunması hissəsi ilə razı deyil. Çünki həmin hissədə məhkəmə tərəfindən qətnamə düzgün əsaslandırılmamış, qarşılıqlı iddia tələbində torpağın dəyəri istənilsə də, məhkəmə verilməsi sübuta yetirilməmiş 5000 (beş min) ABŞ dolları pulun 17 ildən sonra eyni miqdarda qaytarılması barədə qanunsuz və əsassız qətnamə qəbul etmiş, sübutları araşdırmadan və düzgün qiymətləndirmədən, formal mülahizələr və ehtimallarla səhv nəticəyə gəlmişdir. Oğuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ümumiyyətlə ilkin iddia üzrə cavabdehin barəsində heç bir araşdırılma aparılmadan mülahizələrlə əsaslandırılmış, həmin cavabdehin torpaq sahəsi barədə iddiaçıdan əvvəl kiminlə razılaşdığı nəzərə alınmamışdır. Məhkəmə torpağın sənədlərini iddiaçının qardaşı tərəfindən cavabdehə nə vaxt verildiyinə də aydınlıq gətirməmişdir. Iddiaçı İddiaçı məxsus torpağı cavabdeh Cavabdeh “satan” şəxs sonradan aldığı pulu qaytarmamaq üçün həmin pulun guya bacısının aldığı barədə polis şöbəsində yalan ifadə vermişdir. Lakin məhkəmə iclasında yalan ifadə verməmək barədə iltizama imza etdikdən sonra pulun bacısına verildiyini görmədiyi və bu barədə Cavabdeh oğlu X4 eşitdiyini demişdir. Bundan əlavə məhkəmə hansı səbəbdənsə qarşılıqlı iddiaçının 2007-2009-cu və 2019-2023-cü illər ərzində torpağı sənədləşdirmədiyinə, bir dəfə də olsa DƏDKR PHŞ-nə müraciət edib-etmədiyinə münasibət bildirməmişdir. Görünür Cavabdeh məhkəmənin qətnamədə qeyd etdiyi kimi etibarnamə ilə ona verilmiş geniş səlahiyyətlərdən istifadə edərək ilkin iddiaçının torpağını qanunsuz yolla öz adına sənədləşdirmək istəmişdir. Ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Cavabdeh qarşılıqlı iddiada və məhkəmə iclaslarında özünün və dəvət etdiyi şahidlərin verdikləri ifadələrdə torpağın guya ona məxsus olması barədə görüntü yaratmağa çalışmış, həmin torpağın sənədləşməsinin qeyri-mümkün olmasını israrla bildirmişdir. Lakin bütün bunlar sübuta yetirilmədiyi üçün ilkin iddia üzrə iddia tələbi tam təmin olunmuşdur. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. Qarşılıqlı iddia torpağın dəyəri kimi 30.000 (otuz min) manat pulun alınması barədədir. Məhkəmə isə səhvən bu tələbi qarşılıqlı iddia üzrə cavabdehə guya verilmiş 5000 (beş min) ABŞ dolları və onun etiraf etdiyi 700 (yeddi yüz) manat pulun tələb edilməsi kimi qəbul etmişdir. Əgər belə olsaydı əvvəl həmin pulun verilməsi sübut olunmalı idi. Bundan sonra indeksasiya barədə ekspertiza təyin olunmalı idi. Bütün bunların əksinə olaraq məhkəmə son dərəcə səhv nəticəyə gələrək, qətnamədə yazır: “...etibarnamənin məzmunundan göründüyü kimi həmin etibarnamə ilə Cavabdeh geniş səlahiyyətlər verildiyindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olduğu təqdirdə o, əmlakın özgəninkiləşdirilməsi, satılması, bağışlanması və s. kimi geniş səlahiyyətlərdən istifadə edə biləcək və iddiaçı qarşısında hər hansı öhdəlik daşıması absurd hesab olunacaqdı. Belə olan halda ilk iddiaçının torpaq sahəsinə görə etibarnamə verilərkən pul almaması inandırıcı hesab edilmir.” Məhkəmənin bu qənaətinə görə belə çıxır ki, əmlakın alqı-satqısı üçün etibarnamə kifayətdir və notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə ehtiyac yoxdur. Göründüyü kimi bu hissədə absurd hesab olunan məhkəmənin mövqeyidir. Bundan başqa məhkəmə qətnamədə şahid Qəhrəman Hidayətovun izahatının həm iddiaçı həm də cavabdeh tərəfindən qəbul edildiyi və etiraza səbəb olmadığı barədə qeyd edir. Az qala məhkəmə demək istəyir ki, ilk iddiaçı İddiaçı vəkili 5000 (beş min) ABŞ dolları pulun ona verildiyini etiraf etmişdir. Qəhrəman Hidayətovun həmin pulun onun yanında verilmədiyini bildirir. Bu ifadəyə hansı səbəblə onların tərəfindən etiraz edilməli olduğu başa düşülən deyil. Ona görə də, Oğuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)- **/**** nömrəli qətnaməsinin qismən – iş üzrə qarşılıqlı iddianın qismən- 5000 (beş min) ABŞ dollarına münasibətdə təmin olunması hissəsində və qarşılıqlı iddia tələbi üzrə 105 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilməsini və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi məhkəmə iddianın təmin edilməsinə və qarşılıqlı iddianın qismən təmin edilməsinə dair belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddiaçı mübahisəli torpağın bazar dəyəri olaraq 30.000 manat pulun alınıb ona verilməsini tələb etsə də, qeyd olunduğu kimi hazırda iddiaçının həmin torpaq sahəsi üzərində üstün hüquqları müəyyən edilir. Belə olan halda qarşılıqlı iddiaçının torpaq sahəsinin hazırkı bazar dəyərinə uyğun pulunu tələb etmək tələbi təmin edilmir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Işin faktiki halları ondan ibarətdir ki, ölkədə torpaq islahatları gedən vaxt yaşadığı evin yaxınlığında yerləşən və islahatdan əvvəl istifadəsində olan 599,43 kv.metr torpaq sahəsinin Oğuz rayon Aqrar Islahat Komissiyasının 75-nömrəli, ## ###### 1998-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş və onun adına ##.##.2012-ci il tarixdə AN 389607nömrəli kadastr planı işlənmişdir. Həmin torpaq sahəsi islahatdan əvvəl bu günədək istifadəsində olduğundan və həmin torpaq sahəsinin yararlı hala salınmasına xərc çəkdiyindən həmin torpaq sahəsini İddiaçı ilə razılaşıb satın almaq qərarına gəlmişdir. Bundan sonra İddiaçı tərəfindən 599,43 kv.metr torpaq sahəsi Cavabdeh satılmış, torpaq sahəsinə dair sənədlərin əsilləri İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş, 599,43 kv.metr torpaq sahəsinə görə Cavabdeh ilə İddiaçı arasında razılaşdırılmış pul məbləği Cavabdeh tərəfindən İddiaçı ödənilmiş, İddiaçı ilə onun əri X1 birinci dəfə 2007-ci il tarixdə 5 illik ƏN-İ******-nömrəli etibarnamə, sonra 50 illik torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyəti olmaqla 7E- ***** reyestr nömrəli etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra məlum olmuşdur ki, İddiaçı həmin 599,43 kv.metr torpaq sahəsini başqa şəxsə satmaq istəyir. Bundan sonra İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi barədə” iddia qaldırmışdır. Işə mənkəmədə baxılarkən ilk iddiaçı 700 manat pulun Cavanşirin oğlu tərəfindən ona verildiyini etiraf etmiş və bunun beh kimi qəbul edildiyini bildirmişdir. 5000 ABŞ dolların pulun verilməsi İddiaçı tərəfindən qəbul edilməsə də, məhkəmə iddiaçı tərəfin arqumentlərinə tənqidi yanaşmışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 2007-ci ildə etibarnamə Cavabdeh verilərkən torpağın sənədləri hazırlandıqdan sonra tərəflər arasında rəsmi alqı-satqının olacağı qərarlaşdırılmışdır, lakin etibarnamənin məzmunundan göründüyü kimi həmin etibarnamə ilə Cavabdeh geniş səlahiyyətlər verildiyindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olduğu təqdirdə o, əmlakın özgəninkiləşdirilməsi, satılması, bağışlanması və s. kimi geniş səlahiyyətlərdən istifadə edə biləcək və iddiaçı qarşısında hər hansı öhdəlik daşıması absurd hesab olunacaqdır. Belə olan halda ilk iddiaçının torpaq sahəsinə görə etibarnamə verilərkən pul almaması inandırıcı hesab edilməmişdir. Hazırda həmin torpaq sahəsinin ərazi üzə mövcud bazar qiyməti 30-35 min manatdır. Hesab etmişdir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud deyildir. Bu baxımdan İddiaçı Cavabdeh həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. İddiaçı əsassız varlanmadan əldə etdiyi vəsaiti Cavabdeh qaytarmalı olduğundan hesab etmişdir ki, həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, 599,43 kv.metr torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilərək, mübahisəli 599,43 kv.metr torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30.000 (otuz min) manat pul və dövlət rüsumuna görə ödənilmiş 182 manat pul cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməli idi. Ona görə ki, artıq bu qəbildən olan işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Sözügedən qətnamə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə ziddir. Hesab etmişdir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, Oğuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli 2(054)-29/2024-nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddiaçı Cavabdeh “mübahisəli 599,43 kv.m torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30.000 manat pulun və ödənilmiş 182 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona-iddiaçı Cavabdeh verilməsi” barədə iddasının təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin isə təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və vəkili nümayəndə1 verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin isə təmin edilməməsini xahiş etdilər.

21. Iddiaçı İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Şəki Apellyasiya Məhkəməsinin # #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsini ləğv edərək yeni baxışa qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin # ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarında göstərilmişdir ki, hazırkı işdən görünür ki, torpaq sahəsinə olan maneələrin aradan qaldırılması barədə İddiaçı iddiası, başqa sözlə, Cavabdeh əhəmiyyətsiz əqd əsasında sahibliyinə aldığı torpaq sahəsinin geri qaytarılması təmin edilmişdir. Belə olan halda İddiaçı da eyni keçərsiz razılaşma əsasında əldə etdiyi pul vəsaiti Cavabdeh qaytarılmalıdır.

29. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının predmeti ilkin iddia tələbi deyil, qarşılıqlı iddia üzrə mübahisələndirilən pul vəsaitinin tutulması ilə bağlı hissədir. Odur ki, məhkəmə kollegiyası hazırkı işi həmin hissədə yoxlamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

31. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin dəlilləri qismən əsaslıdır.

32. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, İddiaçı mübahisəli torpağı satdığından 2007-ci ildə Bakı şəhərində Əhmədli qəsəbəsində yerləşən notariat kontorunda atasına etibarnamə vermiş, 5000 ABŞ dolları pulu da Lütfiyyənin qardaşı Qəhrəmanın yanında ona vermişdir. Pul 100 dollarlıq əskinazlarda olub. Torpağın rəsmi alqı-satqısı olmayıb. Lütfiyyə və Qəhrəmana etibar ediblər, çünki ailə ilə çox yaxın olublar. Qəhrəman polis şöbəsində izahatlar alınanda bacısına demişdir ki, “qurtarın bu məsələni”. Lütfiyyə isə qardaşına demişdir ki, sən bizim tərəfimizdə olmalısan. Pul verilməsə İddiaçı atasının adına etibarnamə verməzdi.

33. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, əvvəllər Icra Hakimiyyətində işləyib. 2008-2012-ci illərdə Oğuz rayon Calud kənd icra nümayəndəsi işləyib. İddiaçı həmkəndlisi kimi tanımışdır. 2013-cü ildə başqa orqanda işləyib. 2013-cü ildə İddiaçı adına arayış verməsi mümkün deyil.

34. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirmişdir ki, iddiaçı bacısıdır. Cavabdehin və onun uşaqları bir yerdə böyüyüblər. Iddiaçı ilə cavabdehin mübahisəsi ona dərindən məlumdur, yəni o, bu işin içində olmuşdur. Bacısının əri Ilham 1992-ci ildə torpaq aldığını demişdir. Qardaşı gedib Ilhamla torpağa baxanda Cavanşir deyib ki, bura mənim evimin arxasıdır. Ilham onun qardaşını qoyub qaçıb. Cavanşirlə qardaşı mübahisə ediblər. Gedib Cavanşirlə görüşəndə ona demişdir ki, bura mənim həyətimdir, sən olsan nə edərdin. Cavanşiri başa düşüb və söhbət bitib. Sonra Ilham sənədləri gətirib evdə ona verib deyib ki, Rusiyaya gedir, yol pulunu versin, məsələ bitsin. Ona 350 dollar pul vermiş, Ilham da razılıqla getmişdir.Tarix yadında deyil. Sonra Cavanşirə deyib ki, torpaq sənindir, get rəsmiləşdir. 2007-ci ildə Bakıda torpağı sənədləşdirəndə Cavanşirlə oğlu Seymur Lütfiyyəgilə 5000 ABŞ dolları pul verib. Pul veriləndə qarışmayıb. Notariat kontoruna girməyib, sənədləri verib. Həmin vaxt orada Cavanşir, Seymur, bacısı Lütfiyyə və tanımadığı bir qadın olub. Pulun verildiyini ona Seymur deyib. Bacısıgil 350 dolları qaytarmayıblar. Cavanşir sonradan Lütfiyyəyə 700 manat verib. Bacısı ilə danışmır.

35. Belə ki, ilk iddiaçı 700 manat pulun Cavanşirin oğlu tərəfindən ona verildiyini etiraf edir və bunun beh kimi qəbul edildiyini bildirir. 5000 ABŞ dolların pulun verilməsi İddiaçı tərəfindən qəbul edilməsə də, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, 2007-ci ildə etibarnamə Cavabdeh verilərkən torpağın sənədləri hazırlandıqdan sonra tərəflər arasında rəsmi alqı-satqının olacağı qərarlaşdırılmışdır, lakin etibarnamənin məzmunundan göründüyü kimi həmin etibarnamə ilə Cavabdeh geniş səlahiyyətlər verildiyindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olduğu təqdirdə o, əmlakın özgəninkləşdirilməsi, satılması, bağışlanması və s. kimi geniş səlahiyyətlərdən istifadə edə biləcək və iddiaçı qarşısında hər hansı öhdəlik daşıması absurd hesab olunacaqdı. Bundan əlavə məhkəmə iclasında İddiaçı qardaşı Qəhrəman Hidayətovun şahid qismində ifadəsi həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmiş və etiraza səbəb olmamışdır. Iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi Qəhrəman Hidayətov 5000 dollar pulun bacısına verildiyinin bilavasitə şahidi olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatla isə həmin faktı təsdiq etmişdir.

36. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər arasında rəsmi qaydada alqı-satqı müqaviləsi olmasa da şahidlərin ifadələri ilə onlar arasında şifahi qaydada alqı-satqının olması və eyni zamanda iddiaçının qohumunun (qardaşı X13) birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadə ilə də Cavid Abışov tərəfindən İddiaçı 5000 ABŞ dollarının ödənilməsi öz təsdiqini tapmışdır.

37. Bundan başqa kollegiya qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin # #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsini ləğv edərək yeni baxışa qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin # ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarında göstərilmişdir ki, qarşılıqlı iddia həll edilərkən Cavabdeh verdiyi pul vəsaitlərinin dəyərində (alıcılıq qabiliyyətində) hazırkı vaxtadək azalmanın olub-olmamasının aydınlaşdırılması, əgər olmuşsa torpağı qaytaran Cavabdeh 2007-ci ildən bəri İddiaçı qalan pulunun alıcılıq qabiliyyətinin azalmasına görə düşdüyü zərərin əvəzini tələb etmək hüququ müzakirə olunmalıdır. Əks yanaşma, tərəflərin aldıqlarına münasibətdə qeyri-bərabər şəkildə əvvəlki vəziyyətə qaytarılmalarına səbəb olmaqla ədalətsiz vəziyyətin yaranması ilə nəticələnərdi. Işdən göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı 30.000 manat məbləğində pul tələb edir. Belə olan halda iddianın 5000 ABŞ dolları və 700 manat hissəsinin əsassız varlanma qaydasında həll edilməsi, tələbin qalan hissəsinin isə pul vəsaitinin alıcılıq qabiliyyətinin azalması nəticəsində meydana gələn zərərlə bağlı normalar çərçivəsində müzakirəsi mümkündür.

38. Ali Məhkəmənin həmin qərarındakı göstərişləri nəzərə alan Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Cavabdeh tərəfindən İddiaçı ödənildiyini iddia etdiyi 5000 (beş min) ABŞ dolları məbləğində pulun 2007-ci il tarixdən qarşılıqlı iddia ərizəsinin verildiyi ##.##.2023-cü il tarixədək olan dövr üzrə istehlak qiymətləri indeksi ilə müqayisədə dəyəri nə qədərdir? 2) 2007-ci il tarixdən qarşılıqlı iddia ərizəsinin verildiyi ##.##.2023-cü il tarixədək Cavabdeh İddiaçı qaldığını iddia etdiyi 5000 (beş min) ABŞ dolları məbləğində pulun alıcılıq qabiliyyətinin azalmasına görə düşdüyü zərərin məbləği nə qədərdir?

39. Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən ərizəçi İddiaçı ödənilməmiş 4352,50 manat pul vəsaitinə görə istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla 2007-ci il tarixdən qarşılıqlı iddia ərizəsinin verildiyi 2023-cü il tarixədək olan dövr ərzində hesablanmış cari dəyəri (ekvivalenti) 12.017,25 manat məbləğində təşkil edir.

40. Qeyd edilməlidir ki, qarşılıqlı iddia tələbi 30.000 manat təşkil etmiş, lakin kassasiya instansiya məhkəməsinin mövqeyi 30.000 manatın bütövlükdə tutulmasını deyil, pul vəsaitinin alıcılıq qabiliyyətinin azalması nəticəsində yaranmış zərərin müəyyən edilməsini tələb edir.

41. Iş üzrə aparılmış ekspertiza nəticəsində məhz birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın təmin edilmiş 5000 ABŞ dolları hissəsinə münasibətdə 2007-2023cü illər üzrə alıcılıq qabiliyyətinin azalmasından yaranmış zərərin 12.017,25 manat təşkil etdiyi müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası nəzərə alır ki, zərərin əvəzinin ödənilməsi prinsipi hüququ pozulmuş şəxsin əmlak vəziyyətinin mümkün qədər bərpa edilməsinə yönəlmişdir. Bu baxımdan zərərin məbləği real itkiyə uyğun olmalı, hüququ pozulmuş şəxsin əsassız varlanmasına səbəb olmamalıdır.

43. Hazırkı iş üzrə isə 12.017,25 manat pul məbləği əsas pul vəsaitinin deyil, həmin pul vəsaitinin 2007-ci ildən 2023-cü ilədək alıcılıq qabiliyyətinin azalması nəticəsində yaranmış dəyər itkisini ifadə edir. Bu səbəbdən həmin məbləğin tutulması qarşılıqlı iddiaçının həm əsas pul tələbinin, həm də həmin pulun uzun müddət qaytarılmaması nəticəsində yaranmış real zərərin nəzərə alınmasına yönəlmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla qarşılıqlı iddia üzrə 5000 ABŞ dolları məbləğində əsas pul vəsaiti ilə bağlı alıcılıq qabiliyyətinin azalmasından yaranmış zərərin məbləği eskpert rəyi əsasında 12.017,25 manat müəyyən edildiyindən qarşılıqlı iddia həmin hissədə əsaslı hesab edilməlidir.

45. MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

46. Hazırkı işdə qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən 182 manat dövlət rüsumu İddiaçı alınıb Cavabdeh verilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 400 manat isə hər iki tərəfdən bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

47. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qarşılıqlı iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddiaya münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “30.000 manat pulun və 182 manat dövlət rüsumunun alınması”na dair qarşılıqlı iddia tələbi qismən təmin edilməli, cavabdeh İddiaçı ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən 12.017,25 (on iki min on yeddi manat iyirmi beş qəpik) manat pul və 182 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pul məbləğindən 200 (iki yüz) manat İddiaçı və 200 (iki yüz) manat Cavabdeh bərabər qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “30.000 manat pulun və 182 manat dövlət rüsumunun alınması”na dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən 12.017,25 (on iki min on yeddi manat iyirmi beş qəpik) manat pul və 182 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pul məbləğindən 200 (iki yüz) manat İddiaçı və 200 (iki yüz) manat Cavabdeh bərabər qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X19, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ01360100000000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar