Məhkəmə qərarları › İş №2(107)-1153/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1153/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1153/2024 16.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxn Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borc məbləğinin tutulması, əldən çıxmış fayda 5%) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı xxxxn nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı xxxxn Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli 2(033)-51/2024 nömrəli qətnaməsindən iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********44113 №-li kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 24 % ödəməsi şərtilə 12000 manat məbləğində kredit vermişdir. Öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-cü il tarixdə bitmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-1270/2017 saylı qətnaməsi ilə Cavabdeh 03 may 2013-cü il tarixli **********44113 №-li Kredit müqaviləsi üzrə xx.xx.2017ci il tarixinə olan 3049,72 manat məbləğində əsas borc, 228,76 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 62,52 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 528,89 manat cərimə olmaqla, cəmi 3869,90 manat kredit borcunun, bundan başqa çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat, ümumilikdə 3915,90 manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, cəmi 3915,90 manat borc və ödənilmiş dövlət rüsumun əvəzi olan 30 manat üzrə tutmanın xx.xx.2013-cü il tarixli **********44113/1 №-li Sonrakı İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Zaqatala şəhəri, S.Qaziyeva küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satiş qiyməti 17500 manat təyin olunmaqla, açıq hərracda satılması və əmlakın satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə edilən pulun artıq qalan hissəsinin ipotеkaqoyanlara qaytarılması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı xxxx Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, xx.xx.2013-cü il tarixli **********44113 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 19.7% (on doqquz, tam onda yeddi faiz) dərəcəsi ilə hesablanmış 1650,49 (bir min altı yüz əlli manat 49 qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 68,61 (altmış səkkiz manat 61 qəpik) manat məbləğində penya, cəmi 1719,10 (bir min yeddi yüz on doqquz manat 10 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********44113 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 20 % (iyirmi faiz) ödəməsi şərtilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdehöhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə cavabdehlər X5, Cavabdeh və X4 arasında ümumi birgə mülkiyyət hüququ üzrə onlara məxsus Zaqatala şəhəri, S.Qaziyeva küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki ümumi birgə mülkiyyət hüququ ilə cavabdehlər X3, Cavabdeh və X2 məxsus olan 2 mərtəbəli, 3 otaqlı, 102,6 kv.m ümumi, 71,7 kv.m yaşayış, 30,9 kv.m yardımçı sahədən ibarət 27 saylı fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2013-cü il tarixli **********44113/1 №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(033)- 1270/2017 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə Cavabdeh xx.xx.2013-cü il tarixli **********44113 №-li Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan 3049,72 (üç min qırx doqquz manat 72 qəpik) manat məbləğində əsas borc, 228,76 (iki yüz iyirmi səkkiz manat 76 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 62,52 (altmış iki manat 52 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 528,89 (beş yüz iyirmi səkkiz manat 89 qəpik) manat cərimə olmaqla, cəmi 3869,90 (üç min səkkiz yüz altmış doqquz manat 90 qəpik) manat kredit borcunun, bundan başqa çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat, ümumilikdə 3915,90 (üç min doqquz yüz on beş manat 90 qəpik) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, cəmi 3915,90 (üç min doqquz yüz on beş manat 90 qəpik) manat borc və ödənilmiş dövlət rüsumun əvəzi olan 30 (otuz) manat üzrə tutmanın xx.xx.2013-cü il tarixli **********44113/1 №-li Sonrakı İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş cavabdehlər X3, Cavabdeh və X2 birgə mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri, S.Qaziyeva küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki ümumi birgə mülkiyyət hüququ ilə cavabdehlər X3, Cavabdeh və X2 məxsus olan 2 mərtəbəli, 3 otaqlı, 102,6 kv.m ümumi, 71,7 kv.m yaşayış, 30,9 kv.m yardımçı sahədən ibarət 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satiş qiyməti 17500 (on beş min beş yüz) manat təyin olunmaqla, açıq hərracda satılması və əmlakın satışından əldə edilmiş maliyyə vəsaiti hesabına Cavabdeh iddiaçı ASC “Xalq” Bankına olan borcunun ödənilməsi, həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə edilən pulun artıq qalan hissəsinin cavabdehlər X3, Cavabdeh və X2 qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Zaqatala İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, fərdi yaşayış evi üzərində ipotekaya xitam verilmişdir. Lakin cavabdeh kredit üzrə əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (Qətnamənin qəbul olunduğu tarix) bu məbləğ 68,61 (altmış səkkiz manat 61 qəpik) manat təşkil edir. Yuxarıda göstərilənlərdən başqa kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borcverən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatıaparmış olacağınısübuta yetirməsini tələb etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasənbir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditorkredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faizformasında zərərin (realzərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatlarıəks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, AR Mərkəzi Bankının «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları»nın tələblərinə müvafiq olaraq hesabladığı və rüblük olaraq Mərkəzi Bankın rəsmi internet saytında dərc etdiyi istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24 % (iyirmi dörd faiz) təşkil edir. Borcalan tərəfindən vaxtı keçmiş əsas borc məbləği tam şəkildə xx.xx.2022-ci il tarixdə qaytarıldığı üçün X12 xx.xx.2022-ci il tarixədək olan istehlak kreditləri üzrə orta faiz dərəcəsinə dair məlumatı əsas götürmüşdür. Hazırkı iddia ərizəsinə həmçinin kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2017-cı il tarixdən xx.xx.2019-cu il tarixədək (AR Mərkəzi Bankı tərəfindən istehlak kreditləri üzrə orta faiz dərəcəsinə dair məlumatın verildiyi tarix) olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, “ASC “Xalq” Bankında Daşınmaz əmlakın girovu ilə verilən istehlak krediti bank məhsulunun Pasportu” üzrə bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 19,7 % (on doqquz tam onda yeddi faiz) təşkil edir. Göründüyü kimi kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər (AR Mərkəzi Bankı tərəfindən istehlak kreditləri üzrə orta faiz dərəcəsinə dair məlumatın verildiyi tarix) əldən çıxmış faydanın hesablanması üçün eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayışda orta faiz dərəcəsi illik 19,7% faiz, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə isə yuxarıda qeyd edilən müvafiq arayışa əsasən isə illik faiz dərəcəsi 24 % faiz təşkil edir. Beləliklə, ən azı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər Bank cavabdehdən illik 24 % faiz dərəcəsi ilə hesablanmaqla əldən çıxmış faydanın ödənilməsini tələb etmək haqlı olsa da, cavabdehə güzəştə gedərək əldən çıxmış faydanın hesablanmasında aşağı faiz dərəcəsini (illik 19,7%) tətbiq etməyə qərarlaşmışdır ki, müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2017-ci il) vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (xx.xx.2022-ci il) olan dövr üçün bu məbləğ 1650,49 (bir min altı yüz əlli manat 49 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə 19 sentyabr 2023-cü il tarixdə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə bağlanmış 2013-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcun, faizlərin, cərimənin və s. xərclərin ondan tutulmasına dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-1270/2017 saylı qətnaməsi vardır. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və onun banka olan borcu tam şəkildə ödənilmişdir. Hal-hazırda bank isə ondan qətnamə icra olunub qurtardıqdan sonra da, hətta müqavilədə icra müddəti göstərildikdən sonra da müddət üçün əlavə pullar (faiz, cərimə və s.) tələb edir. Buradan görünür ki, bu bankın vətəndaşlara qarşı böyük bir iddiaları vardır. Faizlərdən faizlər tələb edir, icra olunmuş qətnamə üzrə göstərilmiş pullardan əlavə faizlər tələb edir. Qətnamə üzrə göstərilmiş pulların ödənilməsi, nə vaxt ödənilməsi, vaxtında ödənilib-ödənilməməsi, gecikdirilməsi, ümumiyyətlə bütün hərəkətlərin məsuliyyəti icra məmuruna aiddir. İcra məmurunun qətnaməni gec icra etməklə banka ziyan dəymişdirsə, bank onda həmin ziyanı, yəni icra məmurunun hərəkətlərindən irəli gələn ziyanı və yaxud da əldən çıxmış faydasını dövlət büdcəsindən tələb etməlidir. MM-nin 1100-cü maddəsində qeyd olunur ki, dövlət orqanlarının hərəkətsizliyi nəticəsində hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. İddiaçının iddia etdiyi kreditin qaytarılma müddətinin bitdiyi tarixdən vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək olan dövr üçün tələb olunan faiz dərəcəsi illik 17.19% şərtləri 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyd olunmamışdır. Bundan başqa həmin şərtlər məhkəmənin qətnaməsində də qeyd olunmamışdır. Bundan başqa həmin şərtlər qanunvericilikdə də nəzərdə tutulmamışdır. Hər hansı bir məbləği bank tələb edincə, əvvəlcə bu tələb hüququnun yaranıbyaranmaması məsələsini aydınlaşdırmaq lazımdır. Müqavilədə bu tələb hüquqları şərtləşdirilməmişdirsə belə bir tələblə iddiaçının məhkəmədə çıxış etməsi haqlı hesab oluna bilməz. Əks halda iddiaçının vətəndaşlara qarşı sonsuzadək gecikdiriİmiş məbləğlərə faizlər, cərimələr və s. tələblərlə çıxış etməsinə şərait yaratmaqla onun əsassız varlanmasına vətəndaşların isə hüquqlarının pozulmasına məhkəmələr tərəfindən süni maneələr yaradılmış olur.

5. Zaqatala Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli e-2(033)-774/2023 nömrəli qərardadına əsasən iddiaçı xxxxn Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********44113 №-li kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 24 % ödəməsi şərtilə 12000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Zaqatala şəhəri, S.Qaziyeva küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 27 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü еdilmişdir. Öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-cü il tarixdə bitmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-1270/2017 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il tarixli **********44113№-li Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan 3049,72 manat məbləğində əsas borc, 228,76 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 62,52 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 528,89 manat cərimə olmaqla, cəmi 3869,90 manat kredit borcunun, bundan başqa çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat, ümumilikdə 3915,90 manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, cəmi 3915,90 manat borc və ödənilmiş dövlət rüsumun əvəzi olan 30 manat üzrə tutmanın xx.xx.2013-cü il tarixli **********44113/1 №-li Sonrakı İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Zaqatala şəhəri, S.Qaziyeva küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satiş qiyməti 17500 manat təyin olunmaqla, açıq hərracda satılması və əmlakın satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə edilən pulun artıq qalan hissəsinin ipotеkaqoyanlara qaytarılması qət edilmişdir. İcra mərhələsində xx.xx.2022-ci il tariхdə cavabdeh tərəfindən qətnamə üzrə borc tam şəkildə ödənilmiş və fərdi yaşayış evi üzərində ipotekaya xitam verilmişdir.

7. Məhkəmə, Zaqatala Rayon Məhkəməsinin 08.08.17-ci il tarixli 2(033)-1270/2017 saylı qətnaməsi ilə tərəflər arasında olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə mübahisəni xx.xx.2017-ci il tarixə olan vəziyyətdə həll еtdiyini nəzərə alaraq hеsab еdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən dеyil, yalnız xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hеsablanmış faiz formasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еtməkdə haqlıdır. Еyni zamanda iddiaçı gecikdirilmiş vaxt üçün əldən çıxmış faydanın (zərər) əvəzi olaraq gecikdirilmiş məbləğin illik 19.7 faizini dеyil, beş faizini tələb еdə bilər ki, bu da 418,91 manat təşkil edir.

8. Məhkəmə onu da qеyd еtməyi zəruri sayır ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-cü il tarixdə bitdiyindən, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə penyanı müqavilə və ya qanuni əsas olmadan hеsablamışdır.

9. Zaqatala Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli 2(033)-51/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh 03 may 2017-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmaqla əldən çıxmış fayda üzrə 418,91 (dörd yüz on səkkiz manat doxsan bir qəpik) manat iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsinin Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi, 8 (səkkiz) manat dövlət rüsumunun isə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 427, 442, 445, 448, 449 və 739-cu maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: iddiaçı ASC «Xalq» Bankının «Zaqatala» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********44113 nömrəli kredit müqaviləsi Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli 2(033)-1270/2017 saylı qətnaməsi ASC “Xalq Bank”ı tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli arayış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2023-cü il tarixli 9/7759 nömrəli rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 may 2024-cü il tarixli 9/2049 nömrəli rəyi

12. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə bankın iddia tələblərini xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19,7% (on doqquz tam onda yeddi faiz) dərəcəsi ilə hesablanmış 1650,49 (bir min altı yüz əlli manat 49 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulması hissəsində qismən, yəni illik 5% (beş faiz) dərəcəsi hesablanmış 418,91 manat həddində təmin etmiş və bu barədə öz mövqeyini əsaslandırmamış sadəcə olaraq qətnamədə “eyni zamanda iddiaçı gecikdirilmiş vaxt üçün əldən çıxmış faydanın (zərərin) əvəzi olaraq gecikdirilmiş məbləğin illik 19,7 faizini deyil, 5 faizini tələb edə bilər ki, bu da 418,91 manat təşkil edir” qeyd etməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilmiş mövqeyi ilə əlaqədar bildirir ki, Bankın xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19,7% dərəcəsi ilə hesablanmış 1650,49 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM” adlandırılacaq) 21-ci və 443-cü maddələrindən, “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü iltarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqedən və Kredit müqaviləsinin 6.1ci bəndindən irəli gəlir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iş üzrə iddia ərizəsinə bank tərəfindən kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (xx.xx.2017-ci il) əsas borcun tam şəkildə ödənildiyi tarixədək (xx.xx.2022-ci il) olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayışlar əlavə olunmuşdur. Təqdim edilmiş bu arayışlardan göründüyü kimi, daşınmaz əmlakın girovu ilə verilən istehlak krediti üçün bank (İddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 19,7% (on doqquz tam onda yeddi faiz), AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi isə 24 % (iyirmi dörd faiz) təşkil etmişdir. Belə olan halda bank cavabdehə güzəştə gedərək kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2017-ci il tarixdən vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında aşağı faiz dərəcəsini (illik 19,7%) tətbiq etməyi əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün həmçinin AR MM-in 445.7-ci maddəsinə istinad etmişdir. Bank digər əsaslardan çıxış edərək əldən çıxmış faydanın (zərər) əvəzinin tutulmasına dair tələbini sübut etmək üçün iddiaçı tərəfindən Konstitusiya Məhkəməsinin müvafiq qərarında verilmiş şərhə uyğun olaraq kreditorun (iddiaçının) həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcəsinin müvafiq orta miqdarını özündə əks etdirən statistik arayışlar məhkəməyə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmiş yazılı sübuta (statistik arayışlara) lazımı hüquqi qiymət verilməmişdir.

14. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli 2(033)- 51/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və bankın iddia tələblərinin tam təmin olunmasına, həmçinin apellyasiya şikayətinin verilməsinə görə 19 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı xxxxn nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür.

Qərarlar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli 2(033)-51/2024 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 13-cü bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarı ilə bankın əldən çıxmış fayda olaraq Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən 5%-dən artıq pul tələb etməsi üçün əlavə sübutetmə şərti qoyulmuşdur. Hazırki halda isə, iddiaçı bank belə bir sübut təqdim edə bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Lakin, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarının tələbi baxımından 5%-lə əldən çıxmış fayda tutula bilər.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli 2(033)-51/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli 2(033)-51/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar