Məhkəmə qərarları › İş №2(107)-1154/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1154/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1154/2021 23.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-27/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-27/2021 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddiа qismən təmin edilmiş, Cavabdeh1 09 iyun 2015-ci il tarixli, 115.LN.2004.090615.00002 saylı kredit müqaviləsi üzrə 14890.67 manat əsas borc, 783.86 manat faiz, gecikdirməyə görə cərimə 500 manat, 1699.47 manat hesablanmış faiz borcu olmaqla, cəmi 17874 manat məbləğində borc, 30.40 manat ödənilmiş dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, 27 saylı mənzilinə yönləndirilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, Cavabdeh2 məxsus olan Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, 27 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, 27 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 100 manat ekspertiza xərcinin tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Cavabdeh1 350 manat ekspertiza xərci tutularaq VÖEN: **********; Bank Respublika ASC Yevlax filialı; kod: 509299; VÖEN: ********** (bankın VÖENİ); H\h AZ61BRES********************; M/h:AZ80NABZ********************; SWİFT: BRESAZ722 hesaba ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyun 2015-ci il tarixli 115.LN.2004.090615.00002 saylı kredit müqaviləsi Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas 14905 manat, faiz 5793.77 manat, gecikdirməyə görə cərimə 5009.90 manat olmaqla, cəmi 25708.67 manat məbləğində borcun tutulması; Tutmanın Cavabdeh2 məxsus Yevlax şəhəri, H.Əliyev prospekti ev 9 mənzil 27-yə yönəldilməsi, mənzilin açıq hərracda satılması və borcun qeyd olunan mənzilin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh2 məxsus Yevlax şəhəri, H.Əliyev prospekti ev 9 mənzil 27-yə yönəldikdə və oun satışından 1 ay sonra həmin mənzildə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququnun itirlmiş hesab edilməsi, mənzildən çıxarılması və boşaldılması, tərəflərindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-də qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh1 09 iyun 2015-ci il tarixli, 115.LN.2004.090615.00002 saylı kredit müqaviləsi üzrə 14905 manat əsas, 783.86 manat faiz, 21861.64 manat gecikməyə görə cərimə faizi və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1699.47 manat hesablanmış faiz borcu olmaqla, cəmi 39249.97 manat məbləğində pul vəsaitinin, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30.40 manat və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İpoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27-yə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışından əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi; Cavabdeh2 məxsus olan Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27-yə tutma yönəldildikdə və satıldıqdan bir ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27-yə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması və boşaldılması; İpoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 1115.LN.2004.090615.00002 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödənilmək şərtilə, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə həmin tarixdə 115.CL.020811.00001/a saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27 İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 14905 manat əsas, 783.86 manat faiz, 21861.64 manat gecikməyə görə cərimə faizi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1699.47 manat hesablanmış faiz borcu olmaqla, cəmi 39249.97 manat borcu mövcuddur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elmar Əliyev birinci instansiya məhkəməsinə teleqram ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək izah etmişdir ki, borcları var. Həmin borcu hissə-hissə ödəyəcəklər. Qətnamə çıxarılmasına etiraz etmir. Əsas və faiz borcları ilə razıdır. Cərimə borcunda onlara köməklik edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar birinci instansiya məhkəməsinin iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-27/2021 saylı qətnaməsi ləğv edilməlidir. Belə ki, kredit götürüldükdən bir müddət sonra onun imkanı ağırlaşdığından, borcu vaxtı-vaxtında ödəyə bilməmişdilər. Həmçinin borc süni şəkildə iddiaçı tərəfindən şişirdildiyindən müqavilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman təsiri altına düşməmişdir. Tərəflərindən ödənilmiş pul düzgün borcdan düzgün olaraq silinməmiş və nəticədə borc həddindən çox göstərilmişdir. Düşdüyü ağır maddi vəziyyət və evsiz qalmağı işə baxan məhkəmə tərəfindən də nəzərə alınmamışdır. Hesab edir ki, işə baxan məhkəmə bütün bu işin həqiqi hallarını nəzərə almamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə onun vəziyyəti olduqca ağırlaşdırılmışdır. Göründüyü kimi, işə baxan məhkəmə qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla onun vəziyyətini ağırlaşdırmış və onun qorunan hüquqlarını pozmuşdur. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-27/2021 nömrəli qətnaməsini ləğv edib yenidən ekspertiza təyin edilərək ödənilən pulların kredit borcundan düzgün silinib-silinməməsi aydınlaşdırılmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tətbiq edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-27/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 1858 saylı ödəniş tapşırığından məlum olur ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 iyun 2015-ci il tarixli, 1115.LN.2004.090615.00002 saylı kredit müqaviləsindən məlum olur ki, Cavabdeh1 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 iyun 2015-ci il tarixli, 115.CL.020811.00001/a saylı ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh2 məxsus Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27 ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 iyun 2015-ci il tarixli, 115.CL.020811.00001/a saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 35000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ-si tərəfindən 16 aprel 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 xx xxxxxx 1988- ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ-si tərəfindən 03 avqust 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh2 xx xxx 1963-cü il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ-si tərəfindən 27 amy 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh3 xx xxxx 1973-cü il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ-si tərəfindən 19 fevral 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh4 04 oktyar 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27- də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 məxsus Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 iyun 2015-ci il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh4 Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27 ipoteka qoyulmasına razılıq vermişdir. İpoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu mənili kğnüllü boşaltmağı və yuxarıda göstərilmən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 iyun 2015-ci il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh3 Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 27 ipoteka qoyulmasına razılıq vermişdir. İpoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu mənili kğnüllü boşaltmağı və yuxarıda göstərilmən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəinə götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(039)-865/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2020-ci il tarixli 9/3968 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 09 iyun 2015-ci il tarixli, 1115.LN.2004.090615.00002 saylı kredit müqaviləsinin şərtləri əsas götrülməklə Cavabdeh1 02 fevral 2019-cu il tarixə (iddia tarixinə) banka olan borcu 16890.67 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 14890.67 manat, faiz borcu üzrə 1971.07 manat. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2(039)-865/2020 saylı qərardadı ilə iş üzrə Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, 27 saylı mənzilin hazırki bazar və likvid qiyməti müəyyən edilməsi qərara alınmış və qərardadın icrası «xxxx» MMC-yə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxx» MMC-nin 21 yanvar 2021-ci il tarixli ƏQ-126/2021 saylı rəyindən məlum olur ki, Cavabdeh2 məxsus Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, 27 saylı mənzilin likvid dəyəri 40000 (qırx min) manat, real bazar dəyəri 45000 (qırx eş min) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298.1, 298.2, 317.1, 317.2, 319.1, 442, 445.1, 445.2.1, 448.1, 467, 739.1 və 741-ci maddələrinə, «İpoteka haqqında» Qanunun 26.1.3, 33, 34.1, 39.3.3, 41.1, 59.1, 59.3, 59.4-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 21861.64 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. Həmin Qanunun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 09 iyun 2015-ci il tarixli, 115.LN.2004.090615.00002 saylı kredit müqaviləsi üzrə 14890.67 manat əsas borc, 783.86 manat faiz, gecikdirməyə görə cərimə 500 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1699.47 manat hesablanmış faiz borcu olmaqla, cəmi 17874 manat məbləğində borc, 30.40 manat ödənilmiş dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli; Tutma Cavabdeh2 məxsus olan Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, 27 saylı mənzilinə yönləndirilməli; ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; Cavabdeh2 məxsus olan Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, 27 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Yevlax şəhəri, H.Əliyev prospekti ev 9, 27 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməli; Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması tələbi mənzilə tutma yönəldikdikdən və o satıldıqdan sonra mümkün olduğundan təmin edilməməli; İpoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsi təmin edilməməli; ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilməlidir. Cavabdeh1 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Cavabdeh1 350 manat ekspertiza xərci tutularaq VÖEN: **********; Bank Respublika ASC Yevlax filialı; kod: 509299; VÖEN: ********** (bankın VÖENİ); H\h AZ61BRES********************; M/h:AZ80NABZ********************; SWİFT: BRESAZ722 hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-27/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(039)-27/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar