Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1159/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, X11 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X3,Cavabdeh və cavabdehin vəkili Məmmədov Fərhad Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(014)-224/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(014)-224/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Nəsibov) iddia təmin edilərək, Cavabdeh 440 (dörd yüz qırx) manat pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 X1 ASC-nin Bərdə rayon şöbəsinin hesabına ödənilməsi, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 440 manat pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin “KapitalBank”ın Bərdə rayon şöbəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzi iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Ağdaş rayon Ərəbşəki kənd sakini Cavabdeh özünün 10 baş iribuynuzlu malqarasını meşə sahəsinə gətirərək payız mövsümündə salınmış 10 ha nar əkinlərinin 2 ha əkinini və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işciləri tərəfindən bu barədə 25.08.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Cavabdeh X13 Təsərrüfatı Mərkəzinə vurduğu ziyanı ödəməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Ona görə də cavabdeh X4 tərəfindən Bərdə RMTM-nə vurmuş olduğu 440 manat dəyərində ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün faktiki bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Ona məxsus mal-qara əkin sahəsinə daxil olmamışdır. Hər hansı şəxsin heyvanlarının meşəyə vurduğu ziyanlığı qərəzli olaraq ona ödətməyə çalışırlar. Tərtib edilmiş qərardan onun xəbəri olmamışdır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(014)-224/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlu apellyasiya şikayətinə uyğun izahat verərək bildirdi ki, o, Ərəbşəki kəndində yaşayır. Onun iribuynuzlu heyvanları var. Lakin o, heç vaxt heyvanları meşəyə otlamaq üçün aparmamışdır. O, X11 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş aktı görməmiş və akta imza etməkdən imtina etmişdir. Belə ki, bir daha qeyd edir ki, onun mal-qarası meşənin əkin sahəsinə daxil olmamış və meşəyə hər hansı bir ziyanlıq yetirməmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədov Fərhad Möhübbət oğlu apellyasiya şikayətinə uyğun izahat verərək bildirdi ki, müdafiə etdiyi şəxsə əsassız olaraq cərimə yazılmışdır. Hüquqlarını müdafiə etdiyi şəxs Azərbaycan Respublikası vətəndaşıdır və onun barəsində çıxarılan məhkəmə qərarları ədalətli olmalıdır. Şəxs etmədiyi və görmədiyi bir əmələ görə cavabdeh olmamalıdır. İşdə olan sübutlar isbat və ya sübut etmir ki, həmin mal qara cavabdehə məxsusdur. Şahid ifadələri X11 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının ifadələridir. Toplanan sübutlar qeyri prosessual qaydada həl edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında X11 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh Ağdaş rayon Ərəbşəki kənd sakini Cavabdeh özünün 10 baş iribuynuzlu mal-qarasını meşə sahəsinə gətirərək payız mövsümündə salınmış 10 ha nar əkinlərinin 2 ha əkinini və təbii bərpasını otarmaqla məhv etmişdir. Vətəndaşla telefon əlaqəsi saxlanılaraq X13 Təsərrüfatı Mərkəzinə dəvət edilməsinə baxmayaraq Cavabdeh gəlməmişdir. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işciləri tərəfindən bu barədə 25.08.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Cavabdeh X13 Təsərrüfatı Mərkəzinə vurduğu ziyanı ödəməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında şahid X5 izahat verərək bildirdi ki, Cavabdeh dəfələrlə iri buynuzlu mal qaranı nar bağına salmış, bir neçə dəfə həmin mal qaranı həmin ərazidən çıxarıb evlərinə təhvil vermişdirlər. 25.08.2021-ci il tarixdə vətəndaş Cavabdeh məxsus iri buynuzlu mal qarası 2017-ci ildə salınmış 10 ha nar bağına salmış və 2 hektar ərazisini məhv etmişdir. Dəfələrlə ona xəbərdarlıqlar edilməsinə baxmayaraq, yenə də iri buynuzlu mal qaranı həmin əraziyə öz başına buraxmaqda davam etmişdir. 25.08.2021-ci il tarixdə müvafiq akt tərtib edilən zaman vətəndaş aktı imzalamaqdan imtina etmişdir. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin 25 avqust 2020-ci il tarixli Aktından və fotoşəkillərdən məlum olur ki, Müəssisənin əməkdaşları Qarxun meşəbəyliyinin 1 saylı meşə dolayısına baxış keçirərkən Ağdaş rayonu Ərəbşəki kənd sakini Cavabdeh özünün 10 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2019-cu ilin payız mövsumundə salınmış 10 ha nar əkinlərinin 2 ha əkinini və təbii bərpasını otarmaqla həmin ərazini məhv etdiyini aşkar etmişlər. Onlar Cavabdeh məxsus heyvanların fotoşəkillərini çəkmiş, bu barədə akt tərtib etmişlər, lakin Cavabdeh bu aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən 28 avqust 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh özünün 10 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək meşə əkinlərinin və təbii bərpasını otarmaqla İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh özünün 10 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək meşə əkinlərinin və təbii bərpasını otararaq İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 400 manat inzibati cərimə cəzası verilmiş, həmin qərardan şikayət verilsədə, bu Ağdaş Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 719 saylı, 25 sentyabr 2020-ci il tarixli bildirişin surətindən məlum olur ki, X9 və Bərpası Müəssisəsi tərəfindən Ağdaşrayonu, Ərəbşəki kənd sakini Cavabdeh Müəssisənin özünün 10 baş iri buynuzlu malqara heyvanlarını meşə sahəsinə gətirərək 2019-cu ilin payızında salınmış 10 ha nar əkinlərinin 2 ha əkinini və təbii bərpasını otarmaqla meşəbəyliyinin 1 saylı meşə dolayısında otardığı üçün ona tətbiq edilmiş cərimənin 10 gün müddətində ödənilməsini təmin etməsi, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(014)-224/2021 saylı qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2024-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Hazırda, mülki işin mübahisələndirilməyən gerçək vəziyyətindən bəlli olur ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 440 manat pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin “KapitalBank”ın Bərdə rayon şöbəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquqü pozuntusu( delikt) nəticəsində fiziki şəxsin səviyyəsinə və ya əmlakına vururlmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərəin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “ə” bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar lazımi icazə alınmadan meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanmasına görə maddi məsuliyyət daşıyırlar. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzi apellyasiya şikayətində sübutlarının olduğunu bildirsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2024-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(014)-224/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(014)-224/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1159/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1159/2021
08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver