Məhkəmə qərarları › İş №2(107)-116/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-116/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-116/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi , xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X2, cavabdehlər- “Kredit alan”-Cavabdeh1 və “zamin, eyni zamanda ipoteka qoyan” X3 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı “kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(016)-09/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və X6 qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.03.2018-ci il tarixinə 130410-1-12466/1/2 saylı, 19.05.2016-cı il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 100.927.684.33 (bir yüz milyon doqquz yüz iyirmi yeddi min altı yüz səksən dörd, 33) Rus rublu əsas borcu, 16.824.083.95 (on altı milyon səkkiz yüz iyirmi dörd min səksən üç, 95) RUS rublu faiz borcu, 5.437.605 (beş milyon dörd yüz otuz yeddi min altı yüz beş) RUS rublu cərimə borcu, ümumilikdə isə 123.189.373.28 (bir yüz iyirmi üç milyon yüz səksən doqquz min üç yüz yetmiş üç, 28) RUS rublu məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), eləcə də, 30(otuz) manat məhkəmə üçün və 30(otuz) manat məbləğində ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumlarının müştərək qaydada cavabdehlər Cavabdeh1 və X1 “xxxx” VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmasına; xxxx qarşısında ipoteka ilə yüklü edilmiş X4 məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiymətini 910.000(doqquz yüz on min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsinə; Daşınmaz Əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(016)-09/2020 nömrəli qətnaməsi ilə (hakim E.Hümbətov) iddia qismən təmin edilərək, ödəniş gününə olan məzənnə ilə 28.050.943,13 (iyirmi səkkiz milyon əlli min doqquz yüz qırx üç, 13) rus rublu məbləğində əsas borc, 16.824.083,95 (on altı milyon səkkiz yüz iyirmi dörd min səksən üç, 95) rus rublu məbləğində faiz borcu, 40.000 (qırx min) rus rublu məbləğində cərimə olmaqla, cəmi 44.915.027,08 (qırx dörd milyon doqquz yüz on beş min iyirmi yeddi, 08) rus rublu məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən, qalan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti isə Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(016)-09/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X7 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin apellyasiya qaydasında baxılması zamanı, hazırkı məhkəmə iclasında iştirak edən “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X7 və cavabdehlər- “Kredit alan”-Cavabdeh1 və “zamin, eyni zamanda ipoteka qoyan” X3 etibarnamə üzrə nümayəndəsi Vəkil birgə imzaladıqları ərizə və barışıq sazişi ilə məhkəməyə müraciət edərək onlar arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin barışıq sazişində tərəflərin razılığa gəldiyi şərtlər aşağıdakılardan ibarətdir:

1. Şəki Appelyasiya Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair mübahisəsi üzrə 2(107)-116/2021 saylı işə baxılır.

2. “Borclular”ın 23 aprel 2021-ci il tarixə “xxxx”a müştərək qaydada olan borcu “xxxx” ilə “Kredit alan” arasında bağlanmış 24.10.2014-cü il tarixli 130410-1-12466/1 №-li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 24.02.2016-cı il tarixli 01 saylı və 19.05.2016 –cı il tarixli 02 saylı Razılaşmalar üzrə 100,927,684.33 (bir yüz milyon doqquz yüz iyirmi yeddi min altı yüz səksən dörd rubl 33 qəpik) RUB məbləğində əsas borc, 16,824,083.95 ( on altı milyon səkkiz yüz iyirmi dörd min səksən üç rubl 95 qəpik) RUB məbləğində faiz, 5,437,605.00 (beş milyon dörd yüz otuz yeddi min altı yüz beş) RUB məbləğində cərimə borcu olmaqla, ümumilikdə 123,189,373.28 (bir yüz iyirmi üç milyon yüz səksən doqquz min üç yüz yetmiş üç manat 28 qəpik) RUB məbləğində müəyyən edilir.

3. “Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın xxxxa olan cəmi 123,189,373.28 (bir yüz iyirmi üç milyon yüz səksən doqquz min üç yüz yetmiş üç manat 28 qəpik) RUB borc məbləğindən 100,927,684.33 (bir yüz milyon doqquz yüz iyirmi yeddi min altı yüz səksən dörd rubl 33 qəpik) RUB məbləğində əsas borc, 16,824,083.95 ( on altı milyon səkkiz yüz iyirmi dörd min səksən üç rubl 95 qəpik) RUB məbləğində faiz, 5,437,605.00 (beş milyon dörd yüz otuz yeddi min altı yüz beş) RUB məbləğində cərimə borcudur. “Borclular”ın xxxxa olan borcu 1 Rubl = 0.0223 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 2.250.687,36 (iki milyon iki yüz əlli min altı yüz səksən yeddi manat 36 qəpik) AZN məbləğində əsas, 375.177,07 (üç yüz yetmiş beş min yüz yetmiş yeddi manat 07 qəpik) AZN məbləğində faiz, 121.258,59 (bir yüz iyirmi bir min iki yüz əlli səkkiz manat əlli doqquz) AZN cərimə borcu müəyyən olunur. Bu məbləğə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular” 2.250.687,36 (iki milyon iki yüz əlli min altı yüz səksən yeddi manat 36 qəpik) AZN əsas borc məbləğinin 50.000,00 (əlli min) manatın bu saziş imzalandığı tarixdə ödəyirlər. Qalan hissəsini bu Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 59 ay ərzində hər ay 10.000,00 (on min) AZN-ə bölünmüş hissələrlə hər ayın 05-dən gec olmayaraq, sonuncu ay isə qalan 1,610,687.36 (bir milyon altı yüz on min altı yüz səksən yeddi manat 36 qəpik) AZN məbləğində pulu “xxxx”a ödəyir. Bununla da “Borclular”ın xxxx qarşısında 24.10.2014-cü il tarixli 130410-1-12466/1 №-li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 24.02.2016-cı il tarixli 01 saylı və 19.05.2016 –cı il tarixli 02 saylı Razılaşmalar üzrə öhdəliyi tam icra olunmuş hesab olunur, faiz və cərimələr silinir. “xxxx” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “xxxx” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur. 3.2. Ödəniş cədvəli: 1 10 000,00 16 10 000,00 31 10 000,00 46 10 000,00 2 10 000,00 17 10 000,00 32 10 000,00 47 10 000,00 3 10 000,00 18 10 000,00 33 10 000,00 48 10 000,00 4 10 000,00 19 10 000,00 34 10 000,00 49 10 000,00 5 10 000,00 20 10 000,00 35 10 000,00 50 10 000,00 6 10 000,00 21 10 000,00 36 10 000,00 51 10 000,00 7 10 000,00 22 10 000,00 37 10 000,00 52 10 000,00 8 10 000,00 23 10 000,00 38 10 000,00 53 10 000,00 9 10 000,00 24 10 000,00 39 10 000,00 54 10 000,00 10 10 000,00 25 10 000,00 40 10 000,00 55 10 000,00 11 10 000,00 26 10 000,00 41 10 000,00 56 10 000,00 12 10 000,00 27 10 000,00 42 10 000,00 57 10 000,00 13 10 000,00 28 10 000,00 43 10 000,00 58 10 000,00 14 10 000,00 29 10 000,00 44 10 000,00 59 10 000,00 15 10 000,00 30 10 000,00 45 10 000,00 60 1,610,687.36

4. Ödəniş cədvəli üzrə gecikmə günlərinin müddəti ardıcıl olaraq 30 təqvim günündən artıq olmamalıdır. Eyni zamanda Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dönəmində gecikmələrin sayı 1 (bir) dəfədən artıq olmamaq şərti ilə 90 (doxsan) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “xxxx”a olan 2,747,123.02 (iki milyon yeddi yüz qırx yeddi min yüz iyirmi üç manat 02 qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “xxxx”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “xxxx” qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan ünvan 3 ünvanında, 0.15524 ha torpaq sahəsində yerləşən 2357,8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə 8 saylı “Xəzri” yeməkxanası yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, satıldıqdan sonra boşaldılır, satışdan əldə olunmuş vəsait isə “xxxx”a ödənilir. İpoteka predmeti olan həmin əmlak kompleksinin ilkin satış qiyməti 2.300.000 (iki milyon üç yüz min) AZN məbləğində müəyyən olunur. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “xxxx”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə müvafiq olaraq “İpoteka qoyan”a qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular”ın müştərək qaydada “xxxx”a olan borcunun ödənilməsinə yönəldilir.

5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “xxxx” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində qeyd olunan daşınmaz əmlaklar “xxxx” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqavilələrinə xitam verilir.

6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Barışıq sazişinin qeyd edilən şərtlərindən göründüyü kimi, prosessual qanunvericilyin tələblərinə müvafiq olaraq hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə, barışıq sazişinin şərtləri təsdiq olunmalı, həmin qərardadla Ağsu Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(016)-09/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 191, 263-264, 370, 400-402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı “kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

2. “Borclular”ın 23 aprel 2021-ci il tarixə “xxxx”a müştərək qaydada olan borcu “xxxx” ilə “Kredit alan” arasında bağlanmış 24.10.2014-cü il tarixli 130410-1-12466/1 №-li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 24.02.2016-cı il tarixli 01 saylı və 19.05.2016 –cı il tarixli 02 saylı Razılaşmalar üzrə 100,927,684.33 (bir yüz milyon doqquz yüz iyirmi yeddi min altı yüz səksən dörd rubl 33 qəpik) RUB məbləğində əsas borc, 16,824,083.95 ( on altı milyon səkkiz yüz iyirmi dörd min səksən üç rubl 95 qəpik) RUB məbləğində faiz, 5,437,605.00 (beş milyon dörd yüz otuz yeddi min altı yüz beş) RUB məbləğində cərimə borcu olmaqla, ümumilikdə 123,189,373.28 (bir yüz iyirmi üç milyon yüz səksən doqquz min üç yüz yetmiş üç manat 28 qəpik) RUB məbləğində müəyyən edilir.

3. “Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın xxxxa olan cəmi 123,189,373.28 (bir yüz iyirmi üç milyon yüz səksən doqquz min üç yüz yetmiş üç manat 28 qəpik) RUB borc məbləğindən 100,927,684.33 (bir yüz milyon doqquz yüz iyirmi yeddi min altı yüz səksən dörd rubl 33 qəpik) RUB məbləğində əsas borc, 16,824,083.95 ( on altı milyon səkkiz yüz iyirmi dörd min səksən üç rubl 95 qəpik) RUB məbləğində faiz, 5,437,605.00 (beş milyon dörd yüz otuz yeddi min altı yüz beş) RUB məbləğində cərimə borcudur. “Borclular”ın xxxxa olan borcu 1 Rubl = 0.0223 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 2.250.687,36 (iki milyon iki yüz əlli min altı yüz səksən yeddi manat 36 qəpik) AZN məbləğində əsas, 375.177,07 (üç yüz yetmiş beş min yüz yetmiş yeddi manat 07 qəpik) AZN məbləğində faiz, 121.258,59 (bir yüz iyirmi bir min iki yüz əlli səkkiz manat əlli doqquz) AZN cərimə borcu müəyyən olunur. Bu məbləğə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular” 2.250.687,36 (iki milyon iki yüz əlli min altı yüz səksən yeddi manat 36 qəpik) AZN əsas borc məbləğinin 50.000,00 (əlli min) manatın bu saziş imzalandığı tarixdə ödəyirlər. Qalan hissəsini bu Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 59 ay ərzində hər ay 10.000,00 (on min) AZN-ə bölünmüş hissələrlə hər ayın 05-dən gec olmayaraq, sonuncu ay isə qalan 1,610,687.36 (bir milyon altı yüz on min altı yüz səksən yeddi manat 36 qəpik) AZN məbləğində pulu “xxxx”a ödəyir. Bununla da “Borclular”ın xxxx qarşısında 24.10.2014-cü il tarixli 130410-1-12466/1 №-li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 24.02.2016-cı il tarixli 01 saylı və 19.05.2016 –cı il tarixli 02 saylı Razılaşmalar üzrə öhdəliyi tam icra olunmuş hesab olunur, faiz və cərimələr silinir. “xxxx” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “xxxx” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur. 3.2. Ödəniş cədvəli: 1 10 000,00 16 10 000,00 31 10 000,00 46 10 000,00 2 10 000,00 17 10 000,00 32 10 000,00 47 10 000,00 3 10 000,00 18 10 000,00 33 10 000,00 48 10 000,00 4 10 000,00 19 10 000,00 34 10 000,00 49 10 000,00 5 10 000,00 20 10 000,00 35 10 000,00 50 10 000,00 6 10 000,00 21 10 000,00 36 10 000,00 51 10 000,00 7 10 000,00 22 10 000,00 37 10 000,00 52 10 000,00 8 10 000,00 23 10 000,00 38 10 000,00 53 10 000,00 9 10 000,00 24 10 000,00 39 10 000,00 54 10 000,00 10 10 000,00 25 10 000,00 40 10 000,00 55 10 000,00 11 10 000,00 26 10 000,00 41 10 000,00 56 10 000,00 12 10 000,00 27 10 000,00 42 10 000,00 57 10 000,00 13 10 000,00 28 10 000,00 43 10 000,00 58 10 000,00 14 10 000,00 29 10 000,00 44 10 000,00 59 10 000,00 15 10 000,00 30 10 000,00 45 10 000,00 60 1,610,687.36

4. Ödəniş cədvəli üzrə gecikmə günlərinin müddəti ardıcıl olaraq 30 təqvim günündən artıq olmamalıdır. Eyni zamanda Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dönəmində gecikmələrin sayı 1 (bir) dəfədən artıq olmamaq şərti ilə 90 (doxsan) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “xxxx”a olan 2,747,123.02 (iki milyon yeddi yüz qırx yeddi min yüz iyirmi üç manat 02 qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “xxxx”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “xxxx” qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan ünvan 3 ünvanında, 0.15524 ha torpaq sahəsində yerləşən 2357,8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə 8 saylı “Xəzri” yeməkxanası yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, satıldıqdan sonra boşaldılır, satışdan əldə olunmuş vəsait isə “xxxx”a ödənilir. İpoteka predmeti olan həmin əmlak kompleksinin ilkin satış qiyməti 2.300.000 (iki milyon üç yüz min) AZN məbləğində müəyyən olunur. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “xxxx”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə müvafiq olaraq “İpoteka qoyan”a qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular”ın müştərək qaydada “xxxx”a olan borcunun ödənilməsinə yönəldilir.

5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “xxxx” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində qeyd olunan daşınmaz əmlaklar “xxxx” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqavilələrinə xitam verilir.

6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. İş üzrə Ağsu Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(016)-09/2020 nömrəli qətnaməsi ləğv edilərək icraata xitam verisin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar