Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-116/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddianın etiraf edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(016)-619/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xəstəliyi ilə bağlı müalicəsi üçün ondan borc aldığı 5000 manat pulunu və 70 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşının bibisi olan Cavabdeh xəstə olması ilə bağlı 2021-ci ilin aprel ayında onun müalicə aldığı Türkiyyə Cümhuriyyətinə bir həftə içərisində müxtəlif məbləğlərdə cəmisi 5000 manat borc pul vermişdir. Cavabdeh ondan aldığı pulu müəyyən bir vaxtdan sonra qaytaracağını bildirmişdir, lakin bu günkü günə qədər ona heç bir məbləğ qaytarmamışdır. Bu barədə 02 aprel 2022-ci ildə Ağsu rayon Polis şöbəsinə rəsmi olaraq müraciət etmiş və ona 13 aprel 2022-ci tarixdə rəsmi olaraq cavab verilmişdir ki, izahatında göstərdiyi xüsusatlar mülki məsələdir və Məhkəməyə müraciət etmək hüququnun olduğunu göstərilmişdir. Cavabdeh vəd etdiyi tarixə borcu ödəmədiyi üçün ona zəng vurmuş əvvəl olduğu kimi yenə də müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. O, da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin (hakim B.Qasımov) 22 avqust 2022-ci il tarixli, 2(016)- 619/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 3740 manat və dövlət rüsumu olaraq ödənilmiş 52,36 manat məbləğində vəsaitin tutulması, ödənilmiş dövlət rüsumunun 17,64 manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Seyidova X2 Mahirə Məcid qızına 2200 ABŞ dolları, yəni 3740 manat pul vermişdir. Cavabdeh verdiyi izahatda iddiaçıdan 2450 ABŞ dolları aldığını, 250 ABŞ dolları ödədiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə araşdırması zamanı iddiaçıdan borc pul almadığını, iddiaçının ona borclu olduğunu və borcunu qaytardığını, götürdüyü pulu oğlu vasitəsilə verdiyini bildirsədə, şahid qismində dindirilmiş oğlu Abdulov Daşqın bu epizodu təsdiq etməmiş, ümumilikdə isə cavabdeh məhkəmə araşdırması zamanı dedikləri faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh səs yazısı və şəkillər olan CD diski məhkəməyə təqdim etmiş, məhkəmə tərəfindən həmin disklərə baxış keçirilmiş və bu zaman foto görüntülər olan CD diskdə Mahirənin Səbunəyə xx.xx.2022-cı il tarixdə, saat 11:43-də ünvanladığı “hə, yenə deyim Səbunə hər dəfə allaha yalvarıram ki, məni məcbur etmə yetim haqqı yeyim. Mən sizin pullarınızı yemərəm. Sizin pullarınız mənə lazım deyil.” məzmunlu sms olduğu müəyyən edilmişdir. Həmçinin “vatsap” proqramı vasitəsilə göndərilmiş səsli SMS-lər olan CD diskə də baxış keçirilmiş, orada olan səsli SMS-lərdə Mahirənin Səbunəyə borc verməsi və həmin borcu qaytarması ilə bağlı hər hansı mətn aşkar edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıdan 2200 ABŞ dolları, yəni 3740 manat borc götürməsi iş materialları ilə, o cümlədən cavabdehin izahatı ilə təsdiq olundu, lakin alınmış pulun qaytarılmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədi. Odur ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh 2200 ABŞ dolları, yəni 3740 manat məbləğində pul alınaraq iddiaçıya qaytarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini İddiaçı qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh İddiaçı borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçıya borcu olmadığını qeyd etsə də, həmin halları sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla qismən təsdiq etdiyindən və cavabdeh tərəf bunun əksini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi qismən, yəni 3740 manat hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1,77.1, 88, 119.1, 217.4-cü maddələri, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin nəzərinə çatdırır ki, o uzun illər beynindəki “şiş” xəstəliyinə görə Türkiyə Respublikasında yaşayır və müalicə olunur. O xalqına, dövlətinə, qanunlarına hökmün verən məhkəmə strukturlarına hörmət olaraq müalicəsini yarımçıq saxlayaraq Ağsu Rayon Məhkəməsinin çağrışına gələrək axıra qədər məhkəmədə iştirak etmişdir. Ağsu Rayon Məhkəməsi isə 22 avqust 2022-ci il tarixli, 2(016)-619/2022 saylı qətnaməsində əksinə sözlər yazmaqla qanunsuz qətnamə çıxardı. O bütün məhkəmə prosesində heç vaxt iddiaçıdan borca pul almadığını ifadə etməmişdir. Əksinə iddiaçının ona külli miqdarda borcu olduğunu və borcuna qarşı pul yolladığını qeyd etmişdir. İddiaçı ailəsi ilə Türkiyyə Respublikasına gələrkən o ona, ailəsinə, uşağına oturum izni alaraq işlə təmin etmişdir. Buna da onun külli miqdarda vəsaiti çıxıb. Çünki o bunları edərkən iddiaçı bildirdi ki, o ona borcunu hissə-hissə ödəyəcək. Ağsu Rayon Məhkəməsinin 22 avqust tarixli, 2(016)-619/2022 saylı qətnamədə mübahisəni həll edərkən gəldiyi nəticə tam qərəzlidir. Şahidləri olan və Türkiyyə Respublikasında müvəqqəti yaşayan, iddiaçıya etdiyi külli miqdarda pul köməkliyini görən Aytac, Daşqın, Fariz, Orxan, Tahirənin ifadələri tam alınmamışdır. 5nəfər şahidindən 2-nəfəri məhkəmədə danışdırılmış verdiyi ifadələr düzgün yazılmamışdır, Aytac və Daşqının ifadələri şübhəli və qərəzli qətnamədə öz əksini tapmışdır. İddiaçı güya onun ona 5000 min manat borcu olduğu üçün o Türkiyyə Respublikasından gələnə qədər 2 aprel 2022-ci ildə Ağsu rayon Polis idarəsinə borcla əlaqədar müraciət etmişdir. Həmin gün 5 nəfər şəxslə Ərəbmehdibəy kəndində yaşadığı ünvana basqın edərək 44-günlük müharibə iştirakçısının 3500 min manat pul dəyərində toyuna hazırlıq qoyunu heyvan aparmışdır. İlk məhkəmə prosesində məhkəmə aparılan 3500 min manat dəyərində qoyun heyvanlarının şahidlərini məhkəmə iclasına gəlməsini bildirdi. Həmkəndlilərini yəni şahidləri növbəti məhkəmə iclasına apardı. Məhkəmə isə onları ələ salaraq, iddiaçının iddiasına aid olmadığını bildirdi. Onu və həmkəndlilərini gülünc vəziyyətə salaraq tutduğu vəzifə mövqeyindən istifadə etdi. İddiaçının qanunsuz əməlləri barədə hüquq və mühafizə orqanları məşğuldur. Onun iddiaçıya heç bir borcu yoxdur. Əksinə iddiaçının ona külli miqdarda borcu var. Məhkəmə basqın nəticəsində 44-günlük müharibə iştirakçısı Novruz Qədirlinin qoyun heyvanlarının qiymətini qətnamədə əks etdirərkən onu da qərəzli yazmışdır. Yəni 3500 manat əvəzinə 2500 qeyd etmişdir. Məhkəmə onun xəstəliyindən istifadə edərək nə qədər xahiş etsə də, heç bir quruma sorğu göndərmədi. Sorğunu göndərməməyi onunla əsaslandırdı ki, mülki məsələ də sorğu verilmir. Eləcə də Ağsu Rayon Məhkəməsi işə baxarkən Azərbaycan» Respublikası MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini də pozmuş, sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Hesab edir ki, Ağsu Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14-cü, 88,189-cu maddələrinin tələblərini pozmuşdur. Ağsu Rayon Məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə müəyyən olunan ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuş, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq onların hüquq və mənafelərinə toxunan qətnamə çıxarmışdır. Ağsu Rayon Məhkəməsi mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Ağsu Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(016)-619/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq proses tərəfləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən, yəni iddianı təmin edilən hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(016)-619/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Seyidova X2 Mahirə Məcid qızına 2200 ABŞ dolları, yəni 3740 manat pul vermişdir. Cavabdeh verdiyi izahatda iddiaçıdan 2450 ABŞ dolları aldığını, 250 ABŞ dolları ödədiyini etiraf etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, cavabdeh birinci insatansiya məhkəməsində mülki işə baxılarkən məhkəmə iclası zamanı izahat verərək, qeyd etmişdir ki, iddiaçı onun qardaşının oğlunun həyat yoldaşıdır. İddiaçıdan 2650 ABŞ dolları borc pul almışdır. Həmin borcdan 650 ABŞ dolları qaytarmışdır. İddiaçıya 2000 ABŞ dolları borcu qalmışdır. Pulu alanda 2 il müdətinə bank vasitəsilə ödəyəcəyini qardaşına bildirmişdir. Lakin iddiaçı 4 nəfər kişi ilə onun evinə gələrək həyətindəki qoyunları aparmışdır. O, isə ona bildirmişdir ki, evə getsin pulu göndərəcəkdir. Qardaşı oğlu Pərviz isə onu nalayiq ifadələrlə təhqir etmişdir. O, hazırda Türkiyədə yaşayır, Azərbaycana da bu işlə bağlı gəlmişdir. İddiaçıya pulu qaytardığını təsdiq edən sənədlər də var, iddiaçı həyətindən 2500 manatlıq qoyun apardığı üçün pulu qaytarmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, iş üzrə Cavabdeh birinci instansiya məhkəməsin tərəfindən işə baxılarkən izahat vermiş və izahatında iddiaçıdan 2650 ABŞ dolları borc pul aldığını, həmin borcdan 650 ABŞ dolları qaytardığını, hazırda iddiaçıya 2000 ABŞ dolları borcunun qaldığını etiraf etmişdir. Belə olan halda kollegiyagiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borcunun olduğunu etiraf etməsi, iddia tələbinin həmin hissədə qanuni hesab edilməsinə əsas yaratmışdır. Şikayətdə qeyd edilir ki, məhkəmə işə baxarkən Azərbaycan» Respublikası MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini də pozmuş, sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Hesab edir ki, Ağsu Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14-cü, 88,189-cu maddələrinin tələblərini pozmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, şahidləri olan və Türkiyyə Respublikasında müvəqqəti yaşayan, iddiaçıya etdiyi külli miqdarda pul köməkliyini görən Aytac, Daşqın, Fariz, Orxan, Tahirənin ifadələri tam alınmamışdır. 5-nəfər şahidindən 2nəfəri məhkəmədə danışdırılmış verdiyi ifadələr düzgün yazılmamışdır, Aytac və Daşqının ifadələri şübhəli və qərəzli qətnamədə öz əksini tapmışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmır. Belə ki, AR MPM-nın 273-cü maddəsinin tələblərinə görə işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzaladığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər edə bilərlər. Lakin hazırki iş üzrə cavabdeh yuxarıda qeyd edilənlərlə bağlı protokolda qeyd aparmamışlar. Bundan başqa kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, cavabdeh tərəf apellyasiya şikayətində istinad etdiyi hallara hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillər ilə razılaşmır və hesab edir ki əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(016)-619/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(016)-619/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.