Məhkəmə qərarları › İş №2(107)-1160/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1160/2021

09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1160/2021 09.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(014)-160/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(014)-160/2021 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia təmin edilmiş, Cavabdeh 880 (səkkiz yüz səksən) manat pulun alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 X1 ASC-nin Bərdə rayon şöbəsinin hesabına ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh 880 manat pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin “KapitalBank”ın Bərdə rayon şöbəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Fuad Rüstəmov birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək izah etmişdir ki, Cavabdeh dəfələrlə ona edilən şifahi xəbərdarlıqlara baxmayaraq özünə məxsus 34 baş iri buynuzlu heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payız mövsümündə salınmış 15 ha aqrobağ mədəni meşə əkinlərinin 4.0 ha əkininin və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işciləri tərəfindən bu barədə 10.08.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı müəssisəyə 880 manat ziyan aşkar edilmişdir. Cavabdeh X8 Təsərrüfatı Mərkəzinə vurduğu ziyanı ödəməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh tərəfindən Bərdə RMTM-nə vurmuş olduğu 880 manat dəyərində ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. Ona görə də Cavabdeh tərəfindən Bərdə RMTM-nə vurmuş olduğu 880 manat dəyərindi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. Ona görə də iddianın təmin edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, Ərəbşəki kəndində yaşayır. Onun iribuynuzlu heyvanları var. Bütün kənd camaatı meşədə öz heyvanlarını otarırlar. Lakin o, heç vaxt heyvanları meşəyə otlamaq üçün aparmamışdır. 10 avqust 2020-ci il tarixdə heyvanları meşəyə otlamağa getməmişdir. Hər hansı bir şəxsin heyvanlarının meşəyə vurduğu ziyanlığı ona ödətməyə çalışırlar. O, tərtib edilmiş aktı görməmiş və akta imza etməkdən imtina etmişdir. Belə ki, bir daha qeyd edir ki, onun malqarası meşənin əkin sahəsinə daxil olmamış və meşəyə hər hansı bir ziyanlıq yetirməmişlər. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid Yasin İslamov məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, iddiaçı orqanda mühafizə mühəndisi işləyir. Qeyd edir ki,o,kəndin bütün mal-qarasını tanıyır. Malqaraların kimə məxsus olduğunu bilir. Meşəbəyliyin bir saylı meşə dolayının ərazisində qəfləti reys keçirən zaman Cavabdeh məxsus 34 baş iribuynuzlu mal-qaranın dolayın Qarxun meşəbəyliyinin 1 saylı meşə dolayısında 2017-ci ilin payız mövsumundə salınmış 15 hektar aqrobağın 4 hektar ərazisində otlamış və həmin ərazini məhv etmişdir. Belə ki,heyvanlar nar ağaclarının pöhrələrini yemişlər. Cavabdeh bu barədə xəbərdarlıq edərək akt tərtib etmişlər. Lakin Cavabdeh akta imza etməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçiin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş 16.08.2020-ci il tarixli akt tam qərəzli olmaqla onun barəsində əsassız olaraq tərtib edilib. Şəxs yalan informasiyası ilə əsassız olaraq onun üzərinə 880 manat cərimə yazıb. Aktda kimlərinsə mal-qarasının fotoşəkilləri çəkilib. Əsassız olaraq onun mal-qarası kimi qeyd edilib, iddiaçı tərəf güya hansısa inzibati xəta haqqında protokol tərtib etdiyini bildirib. Yəni, 10.08.2020-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edildiyini bildirirlər və onların barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə cərimə edildiklərini bildirirlər. Bütün bunlardan onların xəbəri yoxdur. Şəxs özü qərar qəbul edib. Bu barədə cərimə edildiklərini hazırkı məhkəmə qətnaməsini oxuyanda biliblər, bu qətnamədə həmin qərarın tarixi və nömrəsi belə yoxdur ki, heç olmasa məlumatlı olsunlar. Bu dərəcədə ədalətsizdik olarmı? Bu mövqe ilə qərar qəbul etmək olarmı?. Mal-qaranın üzərində onların adı mı yazılıb? Kimlərinsə mal-qarasının meşə sahəsinə girməsini onların üstünə atmaqla yanlış qərar qəbul edilməsini qəbul edə bilməzlər. O, məhkəmə prosesində də deyib ki, iddianı qəbul etmir. Bildirib ki, Ərəbşəki kəndində yaşayır, iri buynuzlu heyvanları var. Lakin o, heç vaxt heyvanlarını meşəyə otlaq üçün aparmamışdır. 10 avqust 2020-ci il tarixdə heyvanları meşəyə otarmağa aparmayıb, hər hansı bir şəxsin heyvanlarının meşəyə vurduğu ziyanlığı ona ödətməyə çalışırlar. O, tərtib edilmiş aktı görməmişdir və akta imza etməkdən imtina etməmişdir. Onun mal-qarası meşənin əkin sahəsinə daxil olmamış və meşəyə hər hansı bir ziyanlıq vurmamışdır. Tərtib olunan inzibati tənbeh vermə haqqında qərardan belə xəbəri yoxdur. O, həmin qərardan məhkəməyə şikayət verir. İddiaçı orqan onunla qərəzlilik aparır. Əsassız olaraq üzərinə həm cəriməni, həm də ziyanı yazır. Şəki Apellyasiya Məhkəməsində iştirak etmək istəyir. İddiaçının hazırkı əsassız qərarını mübahisələndirmək, bu barədə qanuna zidd iddianın əsassızlığını sübut etmək istəyir. Ona görə də hazırkı qətnamə ilə razı deyil. Qətnamə reallığı əks etdirmir. Qətnamənin ləğv edilməsində qəti və israrlıdır. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(014)- 160/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(014)-160/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, İş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(014)- 160/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin 10 avqust 2020-ci il tarixli Aktından və fotoşəkillərdən məlum olur ki, Müəssisənin əməkdaşları Qarxun meşəbəyliyinin 1 saylı meşə dolayısına baxış keçirərkən Ağdaş rayonu Ərəbşəki kənd sakini Cavabdeh özünün 34 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payız mövsumundə salınmış 15 hektar aqrobağın 4 hektar ərazisində otarmaqla həmin ərazini məhv etdiyini aşkar etmişlər. Onlar Cavabdeh məxsus heyvanların fotoşəkillərini çəkmiş, bu barədə akt tərtib etmişlər, lakin Cavabdeh bu aktı imza etməkdən imtina etmişdir. İşdə olan 10 avqust 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh özünün 34 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək meşə əkinlərinin və təbii bərpasını otarmaqla İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh özünün 34 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək meşə əkinlərinin və təbii bərpasını otararaq İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 400 manat inzibati cərimə cəzası verilmişdir. İşdə olan 477 saylı, 25 avqust 2020-ci il tarixli bildirişin surətindən məlum olur ki, X5 və Bərpası Müəssisəsi tərəfindən Ağdaşrayonu, Ərəbşəki kənd sakini Cavabdeh Müəssisənin özünün 34 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payızında salınmış 15 ha aqrobağın 4 ha mədəni meşə əkinlərinin və təbii bərpasını otarmaqla meşəbəyliyinin 1 saylı meşə dolayısında otardığı üçün ona tətbiq edilmiş 880 manat cərimənin 10 gün müddətində ödənilməsini təmin etməsi, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddələrinə və “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “ə” bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “ə” bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar lazımi icazə alınmadan meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanmasına görə maddi məsuliyyət daşıyırlar. İş materialları ilə, eləcə də məhkəmə tədqiqi nəticəsinə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin əməkdaşları 10 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 X2 meşəbəyliliyinin 1 saylı meşə dolayısında yoxlama apararkən cavabdeh Ağdaş rayonu Ərəbşəki kənd sakini Cavabdeh özünün 34 baş iribuynuzlu heyvanlarını qanunsuz olaraq özbaşına gətirib 15 hektar aqrobağın 4 ha hissəsini otararaq məhv etdiyini aşkar etmişlər. Bu barədə onlar akt tərtib etmiş, lakin cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. Cavabdehin malqarasının vurduğu ziyanın məbləği 880 manat müəyyən edilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müəssisəyə vurduğu ziyanı ödəməmişdir. Cavabdeh meşədə öz mal-qarasını otarmadığını,meşəyə onun heyvanları tərəfindən hər hansı məbləğdə ziyan vurulmadığını bildirsə də,cavabdeh məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfdən isə iddianın əsaslı olması barədə müvafiq sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərar qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, İş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(014)-160/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(014)-160/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar