Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1161/2023 21.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğvi, kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğvi, kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(037)-293/2023 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ASC ilə Məmmədov Lazım Ələsgər oğlu arasında 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Məmmədov Lazım Ələsgər oğluna restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə illik 1% olmaqla 12099,11 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 13 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh4 məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məmmədov Lazım Ələsgər oğlu tərəfindən 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilməmişdir. Məmmədov Lazım Ələsgər oğlu 27 dekabr 2019-cu il tarixdə ölmüşdür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 onun vərəsələridir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə müraciət edərək 12 iyul 2019cu il tarixində 03/İF-REST saylı kredit müqaviləsinin ləğvi, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cəmi borcu 12384 manat, əsas borcu 12099,11 manat, faiz borcu 284,89 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC–yə ödənilməsi, tələbin Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evinə (tam) yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC–yə 12557 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır.
4. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Məmmədov Lazım Ələsgər oğlu arasında 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Məmmədov Lazım Ələsgər oğluna restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə illik 1% olmaqla 12099,11 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 13 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh4 məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. X4 Ələsgər oğlu tərəfindən 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı ASC tərəfindən borclu Məmmədov Lazım Ələsgər oğlunun ölməsi məlum olduqdan sonra vərəsələrin müəyyən olunması məqsədi ilə sorğu göndərilmişdir. Sorğuya verilmiş cavabdan məlum olmuşdur ki, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Məmmədov Lazım Ələsgər oğlunun qanun üzrə vərəsələri olması müəyyən edilmişdir. Belə ki, M/22-10192 saylı 22 noyabr 2022-ci il tarixli arayışa əsasən Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-yə cəmi borcu 12384 manat, əsas borcu 12099,11 manat, faiz borcu 284.89 manat təşkil edir. 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsinin ləğvi, cavabdehlərdən cəmi borcu 12384 manat, əsas borcu 12099,11 manat, faiz borcu 284,89 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC–yə ödənilməsi, tələbin Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC–yə 12557 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Cavabdeh4 izahat verərək göstərdi ki, İddiaçı ASC ilə Məmmədov Lazım Ələsgər oğlu arasında 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi 13 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanaraq, ona məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən fərdi yaşayış evi 25000 manat məbləğində qiymətləndirilmişdir. Məmmədov Lazım Ələsgər oğlu 27 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı iddia tələbində həmin əmlakın ilkin satış (likvid) qiymətinin 25000 manat müəyyən edilməsini qeyd etsə də o, həmin məbləğlə razılaşmır. Hesab edir ki, həmin əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə əsasən 85306 manatdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir.
6. Digər cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə digər cavabdehlətin iştirakı olmadan baxılmasını qərara almışdır.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən Məmmədov Lazım Ələsgər oğluna illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 12099,11 manat məbləğində kredit verilmişdir. 13 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə və 17 iyul 2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 12 iyul 2019-cu il tarixli, 03/İFREST nömrəli kredit müqaviləsinin təminatı kimi İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında 0,1013 hektar torpaq sahəsində yerləşən, 141 kvadratmetr sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 25000 (iyirmi beş min) manat məbləğində qiymətləndirilmişdir. Məmmədov Lazım Ələsgər oğlu 27 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. 17 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 27 dekabr 2019-cu il tarixdə vəfat etmiş X1 vərəsələri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5dır. 22 noyabr 2022-ci il tarixli M/22-10192 nömrəli maliyyə arayışı üzrə 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinə əsasən X1 12099,11 manat əsas və 284,89 manat faiz borcu, cəmi ümumi yaranmış borcu 12384 manat məbləğində olmuşdur. 12 dekabr 2022-ci il tarixli, M/11-10916 nömrəli ərizə ilə "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat verilmişdir. Bu barədə cavabdehlərə məlumat verilmişdir. "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu ödənilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 10 yanvar 2023-cü il tarixli, 3-21-3-42/2-86/2023 nömrəli məktubda Cavabdeh4 məxsus İsmayıllı şəhərində yerləşən fərdi yaşayış evini ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində 23 dekabr 2022-ci il tarixində qeydiyyata alındığı qeyd olunmuşdur. Cavabdeh ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 25000 manat olması ilə razılaşmadığından vəsatətinə əsasən məhkəmə tərəfindən həmin əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi üçün “Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirilmə Xidməti” MMC-yə sorğu edilmişdir. Sorğuya cavab olaraq, “Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirilmə Xidməti” MMC-nin 12 iyul 2023-cü il tarixli, 15 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında 0,1 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, həyətyanı tikili və qurğular yekun likvid dəyəri 85306 manat həddində müəyyən edilmişdir. 25 yanvar 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsinin ləğvi, cavabdehlərdən cəmi borcu 12384 manat, əsas borcu 12099,11 manat, faiz borcu 284,89 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC–yə ödənilməsi, tələbin Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC–yə 12557 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh4 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Digər cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər.
8. Məhkəmə qərara gəlmişdir ki, iddia tələbi 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 12099,11 manat əsas və 284,89 manat faiz borcunun tutulmasına dair hissədə təmin edilməlidir.
9. Cavabdehdən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutulmasına dair hissədə təmin edilməlidir.
10. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qanunla müəyyən edilən qaydalara əməl etdiyindən iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair hissələri də təmin edilməlidir.
11. Məhkəmə ipoteka ilə yüklü edilmiş, Cavabdeh4 məxsus olan, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin “Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirilmə Xidməti” MMC-nin 12 iyul 2023cü il tarixli, 15 nömrəli mütəxəssis rəyində 85306 manat məbləğində qiymətləndirilməsinə münasibət bildirərək qeyd edir ki, ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyəri də rəydə qeyd edilən məbləğə uyğundur. Ona görə də məhkəmə ipoteka ilə yüklü edilmiş, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə ilkin satış (likvid) qiymətinin mütəxəssis rəyində qeyd edilən məbləğə uyğun olmaqla 85306 (səksən beş min üç yüz altı) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.
12. Məhkəmə qərara gəlmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evi 12 iyul 2019-cu il tarixli 03/İF-REST nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğundan iddia tələbinin ipoteka predmeti olan həmin fərdi yaşayış evi bir ay ərzində boşaldılmalı və iddiaçıya təhvil verilməlidir.
13. İsmayıllı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(037)-293/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov Lazım Ələsgər oğlu arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 12099,11 manat əsas borc, 284,89 manat faiz borcu, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat dövlət rüsumu, məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumu cəmi – 12557 (on iki min beş yüz əlli yeddi) manatın tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 85306 (səksən beş min üç yüz altı) manat müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin 12557 (on iki min beş yüz əlli yeddi) manat məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh4 məxsus olan, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra Cavabdeh4 və onunla birlikdə yaşayanlar əmlakları ilə birlikdə 1 (bir) ay müddətində həmin evdən çxarılması və fərdi yaşayış evinin boşaldılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 297, 385, 427, 442 və 448-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34 və 59.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
15. 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən Məmmədov Lazım Ələsgər oğluna illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 12099,11 manat məbləğində kredit verilmişdir.
16. 13 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin və 17 iyul 2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinin təminatı kimi İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında 0,1013 hektar torpaq sahəsində yerləşən, 141 kvadratmetr sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 25000 (iyirmi beş min) manat məbləğində qiymətləndirilmişdir.
17. 07 yanvar 2020-ci il tarixli AZ-İİ №055813 nömrəli şəhadətnamənin surətindən görünür ki, Məmmədov Lazım Ələsgər oğlu 27 dekabr 2019-cu il tarixdə vəfat etmişdir.
18. 17 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 dekabr 2019-cu il tarixdə vəfat etmiş X1 vərəsələri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5dır.
19. 22 noyabr 2022-ci il tarixli M/22-10192 nömrəli maliyyə arayışının surətindən görünür ki, 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinə əsasən X1 12099,11 manat əsas və 284,89 manat faiz borcu, cəmi ümumi yaranmış borcu 12384 manat məbləğində olmuşdur.
20. 12 dekabr 2022-ci il tarixli, M/11-10916 nömrəli ərizənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat verilmişdir. Bu barədə cavabdehlərə məlumat verilmişdir.
21. 12 dekabr 2022-ci il tarixli portaldan çıxarışların surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu ödənilmişdir.
22. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 10 yanvar 2023-cü il tarixli, 3-21-3- 42/2-86/2023 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh4 məxsus İsmayıllı şəhərində yerləşən fərdi yaşayış evini ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində 23 dekabr 2022-ci il tarixində qeydiyyata alınmışdır.
23. Cavabdeh ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 25000 manat olması ilə razılaşmadığından vəsatətinə əsasən məhkəmə tərəfindən həmin əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi üçün “Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirilmə Xidməti” MMC-yə sorğu edilmişdir. Sorğuya cavab olaraq, “Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirilmə Xidməti” MMC-nin 12 iyul 2023-cü il tarixli, 15 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında 0,1 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, həyətyanı tikili və qurğular yekun likvid dəyəri 85306 manat həddində müəyyən edilmişdir.
24. 25 yanvar 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir.
25. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh4 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ipoteka predmeti olan mənzil satılmamış,münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısmda mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş,mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığı üçün iddia tələbinin "mənzilin açıq hərracda satıldıqdan sonra boşaldılması" hissəsi əsassızdır və iddiaçının bu iddia tələbi rədd edilməlidir. İş üzrə cavabdeh Məmmədov Lazım Ələsgər oğlu kredit müqaviləsi üzrə kredit borcunu ödəmişdir. Lakin cavabdeh Lazım Məmmədovun uzun sürən xəstəlikdən müalicədə olması bu müalicələrə görə külli miqdarda xərc çəkməsi, iki il davam edən xəstəlikdən sonra vəfat etməsi kreditin gecikdirilməsinə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq vəfat etmiş şəxsin qanun üzrə vərəsələri olması müəyyən olunsa da həmin vərəsələr ötən dövr ərzində banka olan borcun ödənilməsini həyata keçirilməmişlər. Qanunvericiliyin tələblərinə uyğun müddətdə mirası qəbul etmiş vərəsə müəyyən pay alır və bu pay üzərində hüquqlar əldə etdiyi kimi,əldə etdiyi paya uyğun ölən şəxsin vəzifələrini icra edir. Yəni, həm ölənin həyat yoldaşına, həm də övladlara atanın öhdəlikləri də keçir. O, bank vəsaitinin ödənilməsinə çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. İddiaçı isə bu halların heç birini nəzərə almamışdır. Nəticədə onun fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən əmlakı açıq hərracda satılması üçün hərraca çıxarılmışdır. Beləliklə, iş üzrə bütün faktiki hallar aydınlaşdırılmadan qətnamə qəbul edilmişdir.
27. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(037)- 293/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, mülkiyyətində olan fərdi yaşayış evdən evinin həmin evin yerləşdiyi və ona məxsus olan 0.01 ha hektar torpaq sahəsinin açıq hərracda satışından sonra onunla birlikdə yaşayanların əmlakları ilə birlikdə 1 (bir) ay müddətində həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi hissəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. O, həmçinin. məhkəmə kollegiyasına ərizə təqdim edərək, onun banka heç bir borcunun olmadığını bildirmiş, ona qarşı iddianın rədd edilməsini xahiş etmişdir.
30. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə müflis elan edilməklə Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edildiyindən həmin iş üzrə Əmanətlərin Sığortalanması Fondu iddiaçı "xxxx" ASC-nin hüquqi varisi olaraq işə cəlb edilmişdir. İddiaçı ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
31. 12 iyul 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi: 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşmar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşmar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinin tələbinə görə də öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2, 445.2.1-civə 445.2.2-ci maddələrində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsi ilə də müəyyən edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 1306-cı mаddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
32. 13 iyul 2019-cu ildə qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0 və 1.0.6-cı maddələrinə görə ipoteka hüququ dedikdə, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 -ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşmar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 34.1, 34.1.1-ci maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarındandır. 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 39.3-cü və 39.3.3-cü maddələrində müəyyən edilmişdir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. Cavabdeh Məmmədov X2 Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(037)- 293/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda qətnaməni özünə aid hissədə mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Cavabdeh4 aid hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkil pozmuşdur.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki iş üzrə 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsi İddiaçı ASC ilə Məmmədov Lazım Ələsgər oğlu arasında bağlanmış, borclu Məmmədov Lazım Ələsgər oğlu 27 dekabr 2019-cu il tarixdə ölmüşdür. Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Məmmədov Lazım Ələsgər oğlunun qanun üzrə vərəsələri olması müəyyən edilmişdir. Cavabdeh4 isə borclu Məmmədov Lazım Ələsgər oğlunun birinci növbə vərəsəsi olmamaqla, 13 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi ilə özünə məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evi 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. Birinci instansiya məhkəməsi isə qəbul etdiyi qətnamə ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 12099,11 manat əsas borc, 284,89 manat faiz borcu, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat dövlət rüsumu, məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumu cəmi – 12557 (on iki min beş yüz əlli yeddi) manatın tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini qət etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı qarşısında kredit öhdəliyi olmayan Cavabdeh4 borcun tutulmasını qət etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
39. O cümlədən, hazırki iş üzrə iddia tələbində cavabdeh və onunla birlikdə yaşayanların ipoteka predmeti olan əmlakdan çıxarılması tələbi olsa da, əmlakın iddiaçı olan banka təhvil verilməsi ilə bağlı tələb olmamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra Cavabdeh4 və onunla birlikdə yaşayanlar əmlakları ilə birlikdə 1 (bir) ay müddətində həmin evdən çxarılması və fərdi yaşayış evinin boşaldılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə iddia tələbindən kənara çıxmışdır.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə və birinci instansiya məhkəməsi borcun təmin etməkdə haqlı olmuşdur. Lakin, borc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Məmmədov Lazım Ələsgər oğlundan vərəsəlik qaydasında keçdiyindən həmin cavabdehlər hazırki borc üzrə vərəsəlik qaydasında əldə etdikləri əmlak payına mütənasib surətdə öhdəlik daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 hazırki qətnamədən apellyasiya şikayəti vermədiklərindən həmin hissədə araşdırma aparılmamışdır.
41. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh və onunla birlikdə yaşayanların ipoteka predmeti olan əmlakdan çıxarılması hissəsində qətnaməı qəbul etməklə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin və 13 iyul 2019-cu ildə qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin tələblərini pozduğundan Şəki Apellyasiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(107)-1161/2023 nömrəli qərardadı ilə iddia tələbinin cavabdeh və onunla birlikdə yaşayanların ipoteka predmeti olan əmlakdan çıxarılmasına aid hissədə iş üzrə icraata xitam verilməsi də nəzərə alınmalıdır.
42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(037)-293/2023 nömrəli qətnaməsi Cavabdeh4 münasibətdə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğvi, kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası Cavabdeh4 münasibətdə kredit borcunun ödənilməsi hissəsində rədd edilməli, Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılmalı, Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 85306 (səksən beş min üç yüz altı) manat müəyyən olunmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait 12557 (on iki min beş yüz əlli yeddi) manat məbləğinin ödənilməsinə yönəldilməli, Şəki Apellyasiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(107)-1161/2023 nömrəli qərardadı ilə iddia tələbinin cavabdeh və onunla birlikdə yaşayanların ipoteka predmeti olan əmlakdan çıxarılmasına aid hissəsində iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(037)-293/2023 nömrəli qətnaməsi Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cəmi borc 12384 manat, əsas borcu 12099,11 manat, faiz borcu 284,89 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC– yə ödənilməsi tələbinə dair iddiası Cavabdeh4 münasibətdə rədd edilsin. Qətnamənin ləğv edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi hissəsi qətnamədən xaric edilsin. Şəki Apellyasiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(107)-1161/2023 nömrəli qərardadı ilə iddia tələbinin Cavabdeh4 və onunla birlikdə yaşayanların ipoteka predmeti olan İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.