Məhkəmə qərarları › İş №2(107)-1164/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1164/2024

14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1164/2024 14.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh X9 qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - aliment) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X18 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - X2, Cavabdeh - X8 iştirakı ilə, İddiaçı X2 cavabdeh X9 qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(035)-383/2024 saylı qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il və xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 doğulmuşdur.

2. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)- 443/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X5 xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir.

3. İş materiallarında olan mediator X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-0256 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, X7 məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, tərəflər arasında razılıq olmadığı üçün mediator prosesi davam etdirmək qərarına gəlməmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X7 cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(035)-443/2018 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat məbləğində xx.xx.2018-ci il tarixdən başlayaraq tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən hər ay bir uşağa görə 235 manat, iki uşağa görə 470 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X13 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(035)-702/2017 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(035)-443/2018 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehin ödədiyi 240 manat aliment uşaqların minimum ehtiyaclarını ödəmir. Cavabdeh uşaqların digər məsələlərinə (müayinə, müalicə, təhsil və s.) heç bir köməklik göstərmir. Cavabdehlə mediasiya prosesində razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh X14 iddia ərizəsinə etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir, çünki o, 3-cü qrup əlildir və heç bir rəsmi iş yeri yoxdur. Ayda 150 manat pensiya alır. Belə vəziyyətdə ona iş də vermirlər. Bakı şəhərində kirayədə qalır. heç bir yerdə iş tapmadığı üçün Bakı şəhərində 8-ci km. Bazarında araba sürərək günə 10-15 manat çörək pulu qazanır. Hazırki vəziyyətdə onun maddi vəziyyəti iddiaçının istədiyi məbləğdə və yaxud da ki, ona yaxın məbləğdə aliment ödəməyə imkan vermir. 3-cü qrup əlilliyə görə aldığı pensiyanın müddəti də bu ay bitir, çünki pensiya 5 illik təyin edilmişdir. Keçən müddət ərzində onun maddi vəziyyətində heç bir yaxşılaşma olmamışdır ki, alimentin məbləği də ona uyğun olaraq artırılsın. Hər il yaşayış minimunun artırılması, heç də onun maddi durumunun yaxşılaşması deyildir. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X7 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X13 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(035)- 702/2017 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(035) 443/2018 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Artıq həmin qətnamənin çıxarılmasından 6 il, 2 ay müddət keçmişdir. Uşaqlar böyüyür, tələbatları artır, ali məktəbə girmək üçün əlavə olaraq müəllim yanına gedirlər. Cavabdeh uşaqların digər məsələlərinə (müayinə, müalicə, təhsil və s.) heç bir köməklik göstərmir. Tutulması qət edilən alimentin miqdarı hazırda uşaqların artan tələbatını ödəmir. Özü heç bir yerdə işləmir, maddi cəhətdən əziyyət çəkir. Məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, aralarında razılıq olmadığı üçün mediator prosesi davam etdirməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X14 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-443/2018 saylı qətnaməsinə əsasən iddiaçıya uşaqları Sevinc və Yağmurun saxlanılması üçün hər ay hər uşağa görə görə 120 manat, cəmi 240 manat aliment pulunu çətinliklə ödəyir, çünki maddi cəhətdən əziyyət çəkir, maddi imkanında hər hansı bir dəyişiklik, bir artım yoxdur. 3 qrup əlildir, 150 manat pensiya alır, heç bir rəsmi iş yeri yoxdur. Bakı şəhərində kirayədə qalır, heç bir yerdə iş tapmadığı üçün Bakı şəhərində 8-ci km. bazarında araba sürərək günə 10-15 manat çörək pulu qazanır. Əlilliyə görə aldığı pensiyanın müddəti bu ay bitir, çünki pensiya 5 illik təyin edilmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 12 iyul 2024-cü il tarixli, 2(035)-383/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-443/2018 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək cavabdeh X5 xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutularaq iddiaçı X3 verilməsi, dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, cavabdeh X5 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Cavabdeh X1 Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(035)-383/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə mülki işə baxarkən mənimlə birlikdə iddiaçı olan X2 da bir valideyin kimi övladlarını saxlamaq vəzifəsi olduğuna düzgün hüquqi qiymət verməmiş, eyni zamanda, sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən də mənim maddi vəziyyətini nəzərə almamışdır. Belə ki, iddiaçı 2 azyaşlı uşaqları ilə birlikdə onunla bir ailədə yaşadığı vaxtda da onun maddi vəziyyəti elə hazırda olduğu kimi aşağı səviyyədə olmuşdur. Aliment təyin edildikdən sonra iddiaçı onun ailə və maddi vəziyyətinin əvvəlki səviyyədən yaxşılaşmasına dair heç bir sübut məhkəməyə təqdim etmədiyi halda məhkəmə onun tərəfindən ödəniləcək alimentin miqdarını artırmışdır. Göstərilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(035)- 383/2024 saylı qətnaməsinin ləvğ edilməsi və iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X14 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 34. Nikah hüququ

İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

İnsan hüquqlarına dair Ümumi Bəyannamə

18. Maddə 25, 2-ci bənd. Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

19. Maddə 8. Hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

20. Maddə 13. Uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

21. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

23. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(035)-383/2024 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Müəyyən edilmişdir ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X13 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(035)- 702/2017 saylı qətnaməsinə əsasən tərəflərin arasındakı nikah pozulmuş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(035)-443/2018 saylı qətnaməsinə əsasən cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşaqların ehtiyaclarını tam ödəmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdehlə aralarında razılıq olmadığı üçün mediator prosesi davam etdirmək qərarına gəlməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

39. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.

40. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

42. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir.

43. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

44. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən alimentin tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

45. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əvvəlki qətnamə ilə təyin edilmiş alimentin məbləğini artıraraq hər uşağa görə 150 manat (ümumilikdə 300 manat) müəyyən edilməsi nəticəsinə gələrkən uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyini nəzərə almışdır və bu baxımdan məhkəmənin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində maddi vəziyyətinin aşağı olmasını bildirmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər onu, aliment ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin aliment hissəsində dəyişdirilməsi üçün yetərli deyildir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

48. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

50. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

51. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(035)-383/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

54. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa görə 235 manat (ümumilikdə 470 manat) sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Zərdab Rayon Məhkəməsinin mövcud qətnaməsi ilə qət edilmiş məbləğ isə hər uşağa görə 150 (ümumilikdə 300) manat təşkil edir.

55. Cavabdeh artırılmış 300 manat məbləğin 60 manat hissəsini mübahisələndirir ki, həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 720 manat təşkil edir və beş min manatdan az olduğuna görə hazırkı mülki iş üzrə çıxarılmış qətnamənin alimentin tutulmasına dair hissəsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (qətnamənin 34-cü bəndi). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh X14 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(035)-383/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar