Məhkəmə qərarları › İş №2(107)-1168/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1168/2020

11.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1168/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-83/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qaynanası X2 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdən özünün, xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu Mirian Tamazaşvilinin, xx.xx.1990-cı il tarixdə doğulmuş qızı Marina Tamazaşvilinin və xx.xx.1992-ci il tarixdə doğulmuş qızı Makvala Tamazaşvilinin istifadə hüququnun tanınması, qaynanası X2 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdə yaşayış və köməkçi sahələrdən birgə istifadə qaydası müəyyən edilərək ona, xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu Mirian Tamazaşviliyə, xx.xx.1990-cı il tarixdə doğulmuş qızı Marina Tamazaşviliyə və xx.xx.1992-ci il tarixdə doğulmuş qızı Makvala Tamazaşviliyə köməkçi sahələrdən istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-83/2020 saylı qətnaməsi ilə iddiа rədd edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o 1985-ci il tarixdə X4 ilə nikah münasibətlərinə girmiş və onların həmin nikahdan xx.xx.1987-ci il tarixdə oğlu Mirian Tamazaşvili, xx.xx.1990-cı il tarixdə Marina Tamazaşvili və xx.xx.1992-ci il tarixdə isə Makvala Tamazaşvili adında qızları dünyaya gəlmişdir. Əri X4 2012-ci il tarixdə vəfat etmişdir. Hər üç övladı özünün himayəsindədir və onların yaşamaq üçün evi yoxdur. O ərə gələrkən qaynanası X2 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evə gəlin gəlmiş və üç övladı həmin evdə dünyaya gəlmişdir. Onun hazırda yaşamaq üçün başqa evi və yaşayış sahəsi əldə etməyə imkanı yoxdur. Onun və himayəsində olan övladlarının və qaynanası Məryəm Şioşviliyə məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdən istifadə hüquqları vardır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən qaynanası X2 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdə özünün, xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu Mirian Tamazaşvilinin, xx.xx.1990-cı il tarixdə doğulmuş qızı Marina Tamazaşvilinin və xx.xx.1992-ci il tarixdə doğulmuş qızı Makvala Tamazaşvilinin istifadə hüququnun tanınması, qaynanası X2 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdə yaşayış və köməkçi sahələrdən birgə istifadə qaydası müəyyən edilərək ona, xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu Mirian Tamazaşviliyə, xx.xx.1990-cı il tarixdə doğulmuş qızı Marina Tamazaşviliyə və xx.xx.1992-ci il tarixdə doğulmuş qızı Makvala Tamazaşviliyə köməkçi sahələrdən istifadə hüququ verilməlidir. Ona görə də qeyd olunanlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-83/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-83/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi “İddiaçı X2 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdən istifadə hüququnun tanınması, həmin evdən və köməkçi sahələrdən birgə istifadə qaydasının müəyyən edilərək ona köməkçi sahələrdən istifadə hüququnun verilməsi” barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianın “xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu Mirian Tamazaşvilinin, xx.xx.1990-cı il tarixdə doğulmuş qızı Marina Tamazaşvilinin və xx.xx.1992-ci il tarixdə doğulmuş qızı X1 Məryəm Mirvanovnaya məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdən istifadə hüququnun tanınması, həmin evdən və köməkçi sahələrdən birgə istifadə qaydasının müəyyən edilərək onlara köməkçi sahələrdən istifadə hüququnun verilməsi” hissəsi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Lamzira Tamazaşvili mübahisəli evə 1985-ci ildə köçmüşdür. Hazırda həmin daşınmaz əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X6 tərəfindən verilmiş **********8-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü madəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 1985-ci il tarixdə yaranmışdır. Belə ki, iddiаçı 1985-ci il X3 ərə gələrkən iddiаçının gəlin köçdüyü X2 məxsus Qax rayonu Qaxingiloy kəndində fərdi yaşayış evinə köçərkən ev heç kimin mülkiyyətində оlmаmışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı qeyd edir ki, iddiaçının həmin evlə bağlı hüquq münasibətləri 1985-ci il tarixdə yarandığı ücün mübahisə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarina malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və tərəflərin izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən mənzili 1997-ci ildə tərk etmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı yaşayış evini tərk etdikdən sonra 23 ildən artıq müddət keçmişdir. İddiaçı bunu məhkəmə iclasında etiraf etmişdir. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı könüllü olaraq yaşayış yerini tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə, Qax rayonu Alatəmir kəndində yaşadığından sözügedən evə münasibətdə hüququnu itirmişdir.Həmçinin onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi o, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin o, bu hüququndan istifadə etməməklə əslində mövcud vəziyyətlə barışdığını nümayiş etdirmişdir. İşin faktiki hallarından da aydın olur ki, o, 23 ildən artıq bir müddətdir ki, evi tərk etmiş və bu evlə heç bir əlaqə saxlamamışdır. Bununla da evi daimi olaraq tərk etdiyini bir mənalı olaraq təsdiq etmişdir. Göstərilənlər isə təsdiq edir ki, iddiaçı bu müddət ərzində başqa digər yaşayış evində yaşamaqla Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu 1997-ci ildən yaşadığı digər yaşayış sahəsində gerçəkləşdirmişdir. İddiaçının sözügedən fərdi yaşayış evindən istifadə hüququnun tanınması, evin hazırki mülkiyyətçisi olan Cavabdeh həmin daşınmaz əmlakla bağlı mülkiyyət hüquqularının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini ıcarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlanndan məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadə hüququnun tanınması barədə iddiası təmin edilmədiyindən, iddianın yaşayış və köməkçi sahələrdən birgə istifadə qaydasının müəyyən edilməsi hissəsi də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-83/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi “İddiaçı X2 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdən istifadə hüququnun tanınması, həmin evdən və köməkçi sahələrdən birgə istifadə qaydasının müəyyən edilərək ona köməkçi sahələrdən istifadə hüququnun verilməsi” hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-83/2020 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia İddiaçı Cavabdeh qarşı “qaynanası X2 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdən onun istifadə hüququnun tanınması, həmin evdə yaşayış və köməkçi sahələrdən birgə istifadə qaydası müəyyən edilərək ona köməkçi sahələrdən istifadə hüququnun verilməsi barədə” iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar