Məhkəmə qərarları › İş №2(107)-1168/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1168/2023

25.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1168/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı ölçü işlərinin aparılmasına edilmiş maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölçü işlərinin aparılmasına maneələr) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı ölçü işlərinin aparılmasına edilmiş maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(024)-202/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Qax rayonu Kötüklu kəndində yerləşən ferma binasından və əmlakdan iddiaçiya və üçüncü şəxslər X6, X7, X8, X4, X9, X1, X5, X10, X2 verilən əmlak payının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi vermişdir. Həmin mülki işlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakin Dövlət Kadastrı va Reyestr” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri ferma binasına ölçü işləri aparmaq üçün getdikdə Cavabdeh ölçü işləri aparılmasına mane olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri tərəfindən müayinə və ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o ailəsi ilə birlikdə Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin xx.xx.2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə Qax rayonu Kötüklu kəndində yerləşən ferma binasından və əmlakdan iddiaçiya və üçüncü şəxslər X6, X7, X8, X4, X9, X1, X5, X10, X2 verilən əmlak payının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi vermişdir. Həmin mülki işlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakin Dövlət Kadastrı va Reyestri” publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri ferma binasına ölçü işləri aparmaq üçün getdikdə Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssislərinin ölçü işləri aparılmasına mane olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri ölçməkdən imtina etmişlər. Bunun nəticəsində ona məxsus olan ferma binasına çıxarış ala bilməsi mümkün deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmədən Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri tərəfindən müayinə və ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Qax rayonu Kötüklu kəndində yerləşən ferma binasından və əmlakdan iddiaçiya və üçüncü şəxslər X6, X7, X8, X4, X9, X1, X5, X10, X2 verilən əmlak payının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi vermişdir. Həmin mülki işlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakin Dövlət Kadastrı va Reyestr” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri ferma binasına ölçü işləri aparmaq üçün getdikdə Cavabdeh ölçü işləri aparılmasına mane olmuşdur. Cavabdeh ərizəsində hazırda sözügedən ferma binasında məcburi köçkün kimi məskunlaşdığını, iddia təmin edilərsə məskunlaşdığı yerdə narahatçılıq yaranacağını, qayıdış proqramı yekunlaşana qədər iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin ərizəsinin məzmunundan məlum olur ki, o iddiaçının sözügedən ferma binasına Çıxarış almasından narazıdır və iddianın təmin edilməsinə etiraz edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır.

5. Qax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(024)-202/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müayinə və ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

7. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Qax, Zaqatala, Balakən rayonları üzrə Nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli 2249 saylı Arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh məcburi köçkün kimi Qax rayonunda qeydiyyatdadır, hal-hazırda Qax rayonunun Kötüklü kəndində Turulu fermasında müvəqqəti məskunlaşmışdır.

8. İş materiallarında olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonu, İngiloy-Kötüklü kəndində yaşayır.

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddiaçının mübahisə olunan əmlaka dair çıxarış əldə etmək istədiyini, buna görə məhkəmədə başqa iddia qaldırdığını qeyd etmişdir. Lakin, qeyd olunan faktlara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçı AİK-nın qərarı ilə yaşadığı ferma binasının ona və digər subyektlərə əmlak payı kimi düşdüyünü bildirmişdir. Lakin məhkəmə bu faktı təsdiq edən sübut növünü qətnamədə qeyd etməmişdir. Hazırkı iddianın təmini onun məskunlaşdığı ferma binasından məcburi çıxarılmağıyla nəticələnəcəkdir. Göründüyü kimi, o məcburi köçkün kimi ferma binasında məskunlaşmışdır. X14 Əliyevin və cənab X12 müvafiq fərman və göstərişlərinə əsasən məcburi köçkünlər yaşadıqları ərazidən çıxarıla bilməzlər. Bu səbəbdən hesab edir ki, hazırkı iddia təmin olunduğu təqdirdə onun həmin ferma binasından yaşamaq hüququ məhdudlaşdırılmış olacaq və o ailəsi ilə birlikdə küçədə qalmaq məcburiyyətinə düşəcək. Ona görə də, cənab X12 müvafiq sərəncamı ilə məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmaq üçün müəyyən etdiyi qayıdış planına uyğun olaraq onun ailəsi ilə birlikdə həmin ferma binasında qayıdış planı reallaşanadək yaşamaq hüququ tanınmalıdır.

12. Ona görə də, Qax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(024)- 202/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(024)-202/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Qax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(024)-202/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınması iddiaçının mülkiyyətçi olaraq hüququdur və bu hüququn məhdudlaşdırılması yolverilməzdir. İddiaçının həmin hüququnu reallaşdırmasının cavabdehin hər hansı maraqlarına toxunması halı aşkar edilmir. Cavabdeh şikayətində məcburi köçkünün yaşayış yerindən məhrum edilməsi ilə bağlı məsələni vurğulamışdır ki, kollegiya qeyd edir ki, hazırki işdə cavabdehin torpaq sahəsindən çıxarılması ilə bağlı tələb mövcud olmadığından həmin məsələ barədə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

23. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(024)-202/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(024)-202/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar