Məhkəmə qərarları › İş №2(107)-1169/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1169/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1169/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və iddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» Bankı ASC-nin Cavabdeh1 qarşı kredit borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-19/2020 nömrəli qətnaməsindən iddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X5 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-19/2020 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia qismən təmin olunmuş, Cavabdeh1 məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 54000 manat qiymətləndirilmiş, Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 11828.75 (on bir min səkkiz yüz iyirmi səkkiz dollar yetmiş beş sent) ABŞ dolları əsas kredit borcu, 7807.87 (yeddi min səkkiz yüz yeddi dollar səksən yeddi sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20236.62 (iyirmi min iki yüz otuz altı dollar altmış iki sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunan günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın və sənədlərin notariat qaydada təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manatın tutularaq iddiaçı “xxxx bank” ASC-yə verilməsi, borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan vəsaitin cavabdehə qaytarılması, iddianın, xx.xx.2020-ci il tarixdən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya tələbinə və ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabeh Cavabdeh1, onun ailə üzvlərinin evdən çıxarılma və evin boşaldılmasıa dair hissədə təmin edilməməsi, iş üzrə 33324 № li xx.xx.2013-cü il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 50 (əlli) manat və 27407 №li xx.xx.2019-cu il tarixli rəyə görə ekspertiza xərci olan 145 (bir yüz qırx beş) manat, cəmi 195 (bir yüz doxsan beş) manatın Cavabdeh1, 14884 №li xx.xx.2018-ci il tarixli rəyə görə ekspertiza xərci olan 145 (bir yüz qırx beş) manatın iddiaçı “xxxx bank” ASC-dən tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP (XİİS) hesabı, Adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, HESAB AZ34CTRE**********00088501 İşin halları: İddiaçı «xxxx» Bankı ASC Cavabdeh1 qarşı 18555.75 ABŞ dolları əsas borc, 4918.87 ABŞ dolları faiz borcu və 1181.45 ABŞ dolları penya, cəmi 24656.07 ABŞ dolların, eləcə də əldən çıxmış faydanın əvəzi və ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, satışdan sonra ipoteka predmeti olan bağ evini boşaldılmsa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbində dəyişiklik edilməsi barədə ərizə vermiş və iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı «xxxx Bank» ASC ilə üçüncü şəxs Cavabdeh2 Fətali oğlu arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh2 48 ay müddətinə, illik 19% hesablanmaq şərtilə 24500 ABŞ dolları məbləğində kredit vermişdir. Kreditin ödənilməsinin təminatı olaraq, Cavabdeh1 məxsus Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi ipoteka qoyulmuş və iddiaçı “xxxx Bank”la Cavabdeh1 arasında xx xxxx 2014-cü il tarixli **********89914/ip №li ipoteka müqaviləsi bağlanmışdır. Kredit alan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmiş, nəticədə kredit borcu yaranmışdır. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh2 11828.75 ABŞ dolları əsas borcu, 7807.87 ABŞ dolları faiz borcu və 6891.70 ABŞ dolları cərimə borcu yaranmışdır. İddianın təmin olunmasını, tutmanın Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus, ipoteka predmeti olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evinə yönəldilməsi, bağ evinin açq hərracda satılmasını, satışdan əldə edilmiş vəsaitdən xx.xx.2014-cü il tarixli **********899 №li kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 Fətali oğlunun iddiaçı “xxxx Bank” ASC-yə 11828.75 ABŞ dolları əsas borc, xx.xx.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 19% dərəcəsi ilə hesablanmış 7.807.87 ABŞ dolları faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış 4926.29 ABŞ dolları əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 6891.70 ABŞ dolları penya, cəmi 31.454.61 ABŞ dolları, xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçını tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, dövlət rüsumu kimi ödənilmiş 30 manat və sənədlərin notarial qaydada təsdiqlənməsi üçün xərclənmiş 17 manat pulun «xxxx Bank»ı ASC-yə ödənilməsi, ev satıldıqdan sonra Cavabdeh1, onun ailə üzvləri və digər şəxslər ipoteka predmetini bir ay ərzində boşalmadıqları halda bağ evi məcburi qaydada boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində qeyd olunumş 28.000 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, həqiqətən də Cavabdeh2 iddiaçıdan 24500 ABŞ dolları kredit götürmüşdür. Götürülmüş kreditin təminatı olaraq onun mülkiyyətində olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi ipoteka qoyulmuşdur. Evinin satılmasına razı deyil. Ona görə ki, başqa yaşayış sahəsi yoxdur. Kredit borcunu ödəyəcəklər. Maddi vəziyyətini nəzərə alaraq cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Cavabdeh2 Fətali oğlu iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, həqiqətəndə o, iddiaçı «xxxx Bank» ASC-dən kredit götürmüşdür. Götürülmüş kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən bağ evi ipoteka qoyulmuşdur. Maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. Evin satılmasına razı deyil. Cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X5 və Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri: İddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur, buna görə də həmin qətnamənin qismən ləğv edilməsinə və Bankın iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Mingəçevir Şəhər Məhkəməsi kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2018-ci il) iddiaya dəyişiklik edilməsinə dair ərizənin məhkəməyə təqdim edildiyi (xx.xx.2020-ci il) tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 4 926,29 (dörd min doqquz yüz iyirmi altı ABŞ dolları 29 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) ipoteka predmetinin dəyərindən tutulması hissəsində Bankın iddiasını təmin etməmiş və bu barədə öz mövqeyini əsaslandırmamışdır. Bankın yuxarıda göstərilən tələbinin əsaslı və buna görə də, təmin edilməli olmasını göstərmək üçün aşağıda qeyd olunanları apelyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istərdi.Belə ki, Kredit müqaviləsinin 2.3-cü bəndində qeyd edilmişdir ki, kreditdən istifadəyə görə faizlər borcun tam ödənildiyi tarixədək hesablanır. Bu faizlər kreditor tərəfindən əldə edilibsə onun gəlirinə (mənfəətinə), əldə edilməyibsə əldən çıxmış faydaya çevrilir. Bundan əlavə, iddiaçının Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (xx.xx.2018-ci il) iddiaya dəyişiklik edilməsinə dair ərizənin məhkəməyə təqdim edildiyi tarixə (xx.xx.2020-ci il) qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış məhkəməyə təqdim edilmişdir və iddiaya dəyişiklik edilməsinə dair ərizədə də göstərilmişdir ki, həmin arayışda qeyd edilən faiz dərəcəsi (19%) əsas götürülməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçıya 4 926,29 (dörd min doqquz yüz iyirmi altı ABŞ dolları 29 sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. İddiaçının əldən çıxmış faydanı hesablamaq üçün istifadə etdiyi yuxarıda göstərilən hesablama metodu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarından irəli gəlir. Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (xx.xx.2018-ci il) iddiaya dəyişiklik edilməsinə dair ərizənin məhkəməyə təqdim edildiyi tarixə (xx.xx.2020-ci il) qədər xeyli müddət keçmişdir və Konstitusiya məhkəməsinin yuxarıda istinad etdiyi qərarına uyğun olaraq Bank bu müddət ərzində əldən çıxmış faydanın tələb edilməsində tamamilə haqlıdır. X9 Məhkəməsi iş materiallarını ətraflı araşdırmamış, iddiaçı tərəfindən əldən çıxmış fayda şəklində zərərin vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq əldən çıxmış faydanın tutulması hissəsində Bankın iddiasını əsassız olaraq təmin etməmişdir. İkinci növbədə birinci instansiya məhkəməsinin qətnamədə hər hansı əsas göstərmədən illik 15% dərəcəsi ilə hesablanmış 6 891,70 (altı min səkkiz yüz doxsan bir ABŞ dolları 70 sent) ABŞ dolları məbləğində penyanın 600 (altı yüz) ABŞ dolları məbləğində müəyyən etməsinə dair münasibət bildirmək istəyir. Cavabdeh2 ilə ASC «xxxx» Bankı arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Başqa sözlə müvafiq hesablamalar aparıldıqdan sonra xx.xx.2020-ci il tarixinə bu məbləğin məhz 6 891,70 (altı min səkkiz yüz doxsan bir ABŞ dolları 70 sent) ABŞ dolları olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi hər hansı əsas göstərmədən həmin məbləği azaltmışdır. İddiaçı ASC «xxxx» Bankı ilə Cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinə əsasən verilmiş kredit də iddiaçı tərəfindən qaydalara uyğun olaraq təsnifləşdirilmiş və müvafiq ehtiyatlar yaradılmışdır. Belə ki, qeyd edilən kredit üzrə xx.xx.2020-ci il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 8280,13 (səkkiz min iki yüz səkkiz ABŞ dolları 13 sent) ABŞ dollarına bərabər olan vəsait təşkil etmişdir. Göstərilən məbləğdə pul vəsaitlərini ehtiyatların yaradıldığı müddətlərə uyğun olmaqla Bank Cavabdeh2 təqdim olunmuş şərtlərlə, yəni illik 19% dərəcəsi ilə başqa şəxsə kredit versə idi, 9450,23 (doqquz min dörd yüz əlli ABŞ dolları 23 sent) ABŞ dolları məbləğində gəlir əldə etmiş olardı. Göründüyü kimi bu məbləğ Kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə tələb olunan penyadan (6891,70 ABŞ dolları) çoxdur. Məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən məhz bu cür amilləri nəzərə almalı idi. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 600 (altı yüz) ABŞ dolları məbləğində penya isə Bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və Kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Hazırki halda birinci instansiya məhkəməsi tənasübün müəyyən edilməsində nəinki mötəbər, heç bir sübutdan istifadə etməmiş, tənasübsüzlük haqqında gəldiyi nəticəyə heç bir şərh verməyərək müəyyən edilmiş 600 (altı yüz) ABŞ dolları məbləğində penyanın necə hesablanmasını, hansı qaydada formalaşmasını, hansı faiz dərəcəsi ilə, hansı məbləğdən və hansı müddət ərzində hesablanmasını, hansı amillərdən asılı olmasını göstərməmişdir. Hesab edir ki, yuxarıda göstərilən məsələ ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iş üzrə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı X12 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 004-17/19 №li daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyə (bundan sonra “Ekspert rəyi” adlandırılacaq) əsaslanılararaq ipoteka predmetinin ilkin satış qiymətinin 54000 manat məbləğində müəyyən edilməsi ilə razı deyillər. Belə ki, iş üzrə Cavabdeh1 vəsatəti əsasında Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-55/2019 nömrəli qərardadı ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X10 həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı X7 xx.xx.2019-cu il tarixli, 004-17/19 №-li daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyində ipoteka predmetinin bazar qiymətinin 54 000 (əlli dörd min) manat məbləğində olduğu müəyyən edilmişdir. Bundan sonra Bank tərəfindən birinci instansiya məhkəməsinə Bağ evinin təkrar qiymətləndirilməsi üçün ekspertizanın təyin olunmasına dair iki dəfə yazılı vəsatət verilərək qeyd olunan qiymətin Bağ evinin real bazar qiymətindən çox yüksək olduğu bildirilmiş və bunu təsdiq edən sübutlar - Bank tərəfindən Bağ evinin qiymətləndirilməsi üzrə cəlb olunmuş müstəqil qiymətləndiricilər “xxxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun, Milli Qiymətləndirmə Standartlarının və X1 tələblərinə uyğun olaraq həyata keçirilmiş qiymətləndirmənin nəticələrinə dair hesabatları məhkəməyə təqdim olunmuşdur. “xxxxxxxxxxxxxx” MMC-nin hesabatında Bağ evinin bazar qiymətinin 34 000 manat, likvid qiymətinin 30000 manat, “xxxxxxxxxxx” MMC-nin hesabatından isə Bağ evinin bazar dəyərinin 37 000 (otuz yeddi min) manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırmaq istəyir ki, 2014cü il tarixdə Tərəflər arasında bağlanmış İpoteka müqaviləsində (3.5-ci bənd) ipoteka predmetinin ilkin satış qiyməti 28 000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Bu bir daha onu sübut edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 54 000 manat məbləğində müəyyən edilməsi reallığı əks etdirmir. Belə ki, ötən 5 il ərzində daşınmaz əmlak bazarında qiymətlərdə heç bir zona üzrə 2 dəfə artım müşahidə edilməmişdir. Bundan əlavə, yuxarıda göstərilən vəsatətlərdə qeyd edilmişdir ki, həmin qiymət Ekspert rəyində bağ evinin bazar qiyməti kimi müəyyən olunduğu üçün onun ipoteka predmetinin ilkin satış qiyməti kimi təyin olunması “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin tələbinə ziddir. Belə ki, həmin normaya əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin bazar qiyməti məbləğində deyil, likvid qiyməti məbləğində müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi Bankın vəsatətini təmin etməmiş və qanunun qeyd edilən tələbini pozaraq, Qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti kimi Ekspert rəyi əsasında müəyyənləşdirilmiş bazar qiymətini təyin etmişdir. Yuxarıda qeyd edilənləri, ipoteka predmetinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı X7 rəyində göstərilmiş bazar dəyəri ilə ilə “xxxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesabatlarda müəyyən olunmuş qiymətlər, habelə İpoteka müqaviləsində tərəflərin razılaşdırdığı qiymət arasında kəskin fərqin olduğunu nəzərə alaraq hesab edirik ki, ipoteka predmetinin yenidən qiymətləndirilməsi üzrə ekspertiza təyin olunması və həmin ekspertizanın nəticələri üzrə müəyyən olunmuş likvid qiymətin («ilkin satış qiyməti» anlayışının «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində müəyyənləşdirilmiş mənasına uyğun olaraq) ipoteka predmetinin satılması üçün keçiriləcək hərracda ilkin satış qiyməti kimi təyin edilməsi zəruridir. Hesab edir ki, müvafiq ipoteka müqaviləsində tərəflərin razılaşdırdığı qiymət arasında Bağ evinin qiyməti ilə bağlı ekspert rəyləri arasında mövcud ziddiyyət aradan qalxmış olacaq və ilkin ekspert rəyinin əsassız olduğu təsdiq olunacaqdır. Beləliklə, birinci instansiyası məhkəməsi kobud səhvə yol verərək və prosessual qanunvericiliyin tələbini pozaraq iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə maddi və prosesual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Dördüncü növbədə qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuş iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə hesablanacaq faizlərin və penyanın ipoteka predmetinin dəyərindən tutulması barədə Bankın tələbi Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» xx xxxx 2009cu il tarixli qərarına əsaslanır. Sonda isə qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsinin iddiaçının “bağ evi satıldıqdan sonra orada yaşayan cavabdehin, onun ailə üzvləri və digər şəxslərin ipoteka predmetini 1 ay ərzində tərk etmədikləri halda məcburi qaydada çıxarılmasına” dair tələbinin təmin edilməli olmadığı barədə gəldiyi nəticə Azərbaycan Respublikasının “İpoteka haqqında” qanununun müvafiq maddələri ilə ziddiyyət təşkil edir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)- 19/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi, apelyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən İddiaçının xeyrinə tutulmasını xahiş edir. Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə işin faktiki halları araşdırılmadan çıxarıldığına görə evin hərracdan satılması və boşaldılması, cərimənin azaldılması hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Əliyev Ümər ilə bank arasında bağlanan kredit müqaviləsinə əsasən iddiaçı bankdan 24500 ABŞ dolları kredit götürmüş və həmin kreditin təminatı olaraq o, mülkiyyətində olan bağ evini ipotekaya qoymuşdur. Məhkəmə qətnaməsində evin açıq hərracdan satılması və satışdan sonra evin boşaldılması qət edilmişdir. O, qətnamənin bu hissəsi ilə razı deyildir. Ona görə ki, onun hal-hazırda başqa yaşayış sahəsi yoxdur. Ailə üzvləriylə həmin bağ evində yaşayır. Kredit borcunu ödəməkdən imtina etmir. Dolların devalivasiyasından sonra borcun ödənilməsində çətinlik çəkmişdir. Lakin hal-hazırda da borcu ödəməkdə davam edir. Məhkəmə tərəfindən təyin edilmiş cərimə məbləğinin azaldılması hissəsində və 600 ABŞ dolları cərimə məbləğinin azaldılmasını xahiş edir. Bank tərəfindən qoyulmuş 6891 ABŞ dollar cərimənin məhkəmə tərəfindən 600 dollara qədər azaldılmasına baxmayaraq həmin cərimə məbləği yüksək olduğuna görə azaldılması məqsədə müvafiqdir. Ona görə də, apelyasiya şikayəti təmin olunmaqla Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-19/2020 nömrəli qətnaməsinin ləğv edilərək evin açıq hərracdan satılması və boşaldılması hissəsində və cərimə məbləğinin azaldılması hissəsində yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X6 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uğyun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməməli, iddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X5 və Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 19/2020 nömrəli qətnaməsi qismən-ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka predmeti olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsi boşaldılmalı və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan iddiaçı «xxxx» Bankı ASC ilə Cavabdeh2 Fətali oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********89914 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 48 ay müddətinə illik 19% hesablanmaq şərti ilə 24500 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan iddiaçı «xxxx» Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü tarixli **********899/ip №li ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 Fətali oğlu ilə bağlanmış Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evini ipotekaya qoyulmuşdur. İpoteka predmetinin bazar qiyməti 31.000 manat, likvid dəyəri 28.000 manat müəyyən edilib. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 33324 №li, xx.xx.2018-ci il tarixli rəyindən göstərilir ki, Cavabdeh2 Fətali oğlunun xx.xx.2014-cü il tarixə “xxxx Bank” ASCyə olan borcu, əsas borc 18605.61 ABŞ dolları və 4515.60 ABŞ dolları faiz borcu olmaqla cəmi 23121.21 ABŞ dolları məbləğində müəyyən olunur. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 14884 №li, xx.xx.2018-ci il tarixli rəyindən göstərilir ki, Cavabdeh2 Fətali oğlunun xx.xx.2014-cü il tarixə “xxxx Bank” ASCyə olan borcu, əsas borc 18657.16 ABŞ dolları və 4484.88 ABŞ dolları faiz borcu olmaqla cəmi 23142.04 ABŞ dolları məbləğində müəyyən olunur. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 27407 №li, xx.xx.2019-cu il tarixli rəyidən göstərilir ki, Cavabdeh2 Fətali oğlunun xx.xx.2014-cü il tarixə “xxxx Bank” ASC-yə olan borcu, əsas borc 12430.16 ABŞ dolları və 8523.01 ABŞ dolları faiz borcu olmaqla cəmi 20953.17 ABŞ dolları məbləğində müəyyən olunur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Daşınmaz əmlakın qiymətləndirilməsinə dair” xx.xx.2019-cu il tarixli reyində göstərilir ki, Mingəçevir şəhəri 9-cu Bağ küçəsi 45 №li bağ evinin bazar dəyəri 54000 manat təşkil edir. İşdə olan müstəqil qiymətləndirici “xxxxxxxxxxxxxx” Konsaltinq tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə göstərilir ki, Mingəçevir şəhəri 9-cu Bağ küçəsi 45 №li bağ evin bazar dəyəri 34000 manat, likvid dəyəri, 30000 manatdır. İşdə olan xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.3, 319.6, 385, 389.1, 390.1, 442, 462.1, 463.2, 467, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 4, 34.1.1, 34.1.2, 36.1, 59.3, 59.4 və 47.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarına, Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarına və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarının 10cu bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsiipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. İşə «xxxx» Bankı ASC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia kredit borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,ipoteka qoyulmuş evi açıq hərracda satıldıqdan sonra mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçdiyinə görə həmin evlə bağlı hər hansı tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ipoteka ilə yüklü edilmiş bağ evi satıldıqdan sonra cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, çıxarılma və əmlakın boşaldılması barədə olan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, həmçinin, ipoteka predmetinin qiymətləndirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin “Daşınmaz əmlakın qiymətləndirilməsinə dair” xx.xx.2019-cu il tarixli rəyi hazırda bazar qiymətlərinə uyğun hesab edərək həmin rəyi sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və sənədlərin notarial qaydada təsdiqlənməsi üçün xərclənmiş 17 manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 6891.70 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehə hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Birinci instansiya məhkəməsi borcalanın maddi imkanlarını nəzərə almışdır. Ona görə də birinci instansiya məhkəməsi iddianın cərimənin alınması hissəsində 600 ABŞ dolları məbləğində təmin olunmasını məqsədə müvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalı, 11828.75 ABŞ dolları əsas kredit borcu, 7807.87 ABŞ dolları faiz borcu və 600 ABŞ dolları penya, cəmi 20236.62 ABŞ dolları borcu, qətnamə icra olunduğu günə manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün ödənilmiş 17 manat tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus, ipoteka predmeti, ilkin satış qiyməti 54000 manat olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evinə yönəldilməklə ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaitindən Cavabdeh2 banka olan borcu ödənilməlidir. Borcun ödənilməsindən sonra obyektin açıq hərracdan satılmasından qalan vəsait cavabdehə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübut təqdim edilmədiyinə görə iddia xx.xx.2020-ci ildən iddia tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan cərimə tutulması tələbinə dair hissədə təmin olunmamalıdır. İş üzrə 33324№ li xx.xx.2013-cü il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 50 manat və 27407№li xx.xx.2019-cu il tarixli rəyə görə ekspertiza xərci olan 145 manat, cəmi 195 manat Cavabdeh1, 14884 №li xx.xx.2018-ci il tarixli rəyə görə ekspertiza xərci olan 145 manat iddiaçı “xxxx Bank” ASC-dən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ipoteka predmeti olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracda satıldıqda ən geci 1 ay ərzində həmin evin cavabeh boşaldılmasının təmin edilməməsi hissəsi ilə razılaşmır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzilin təhvil verməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Bununla bərabər mənzilin ipoteka qoyan və ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə onların bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Həmin Qanunun 59.4-cü maddəsində isə ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydinin və ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Yuxarıda qeyd edildiyi kimi ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi əsaslarını müəyyən edən qanunvericilikdə tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında tutma yönələn və o satılan əmlakı 1 ay ərzində tərk etməyən ipoteka qoyan və digər şəxslərin məcburi qaydada çıxarılmasına dair göstəriş nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin tələblərinə əməl etməməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddianın ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən-həmin hissədə ləğv olunmasına və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməməli, iddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətində göstərdikləri digər tələblər həmçinin, cavabdehin apelyasiya şikayətində göstərdikləri əsaslı olmadığından təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddianın ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabeh Cavabdeh1, onun ailə üzvlərinin evdən çıxarılma və evin boşaldılmasına dair hissədə təmin edilməməsini qət edərkən birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindənvə işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməməli, iddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X5 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-19/2020 nömrəli qətnaməsi qismən-iddianın ipoteka ilə yüklü edilmiş ev satıldıqdan evin boşaldılmasına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka predmeti olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan sonra ən geci 1 ay ərzində həmin ev boşaldılmalı və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X5 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-19/2020 nömrəli qətnaməsi qismən-ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı «xxxx» Bankı ASC-nin Cavabdeh1 qarşı kredit borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması tələbinə dair iddiasının Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması hissəsi də təmin edilsin. İpoteka predmeti olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan sonra ən geci 1 ay ərzində boşaldılsın. Qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar