Məhkəmə qərarları › İş №2(107)-1173/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1173/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1173/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh1 və onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tаrixli, 2(016)-30/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tаrixli, 2(016)-30/2021 saylı qətnaməsi ilə (hakim Ananr Əsgərov) iddia qismən təmin edilmiş, ödəniş gününə olan məzənnə ilə 17.741,04 ABŞ dolları məbləğində əsas borc, 10.231,17 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 23.07.2019-cu il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.286,87 ABŞ dolları məbləğində borc, ümumilikdə 29.289,08 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri üzrə 120 manat məbləğində pul vəsaitinin 60 manatının iddiaçıdan, 60 manatının isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, 24 faizlə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclunun öhdəliklərini icra etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 12.02.2015-ci il tarixli, 450007491/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı pretenziya göndərmiş, lakin borc ödənilməmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə 17.741,04 ABŞ dolları əsas, 10.231,17 ABŞ dolları faiz, 16.689,03 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 23.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.286,87 ABŞ dolları borc olmaqla, cəmi 45.948,11 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12.02.015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçıdan 24 %-lə 36 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin müddəti 12.02.2018-cı il tarixdə bitmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. 23.07.2019-cu il tarixinədək Cavabdeh1 banka 17.741,04 ABŞ dolları əsas, 10.231,17 ABŞ dolları faiz, 16.689,03 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 23.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.286,87 ABŞ dolları borc olmaqla, cəmi 45.948,11 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu və Cavabdeh1 apellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi əsassızdır. Belə ki, dəbbə pulunun 30 ABŞ dolları müəyyən edilməsi 16689.03 ABŞ dolları məbləğində dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə aulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(063)217/2017 saylı qətnaməsinin cərimə borcunun qismən təmin edilən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 12.02.2015-ci ildə "xxxx" ASC-dən 19000 ABŞ dolları məbləğində kredit götürmüş və həmin tarixdən 9 gün sonra 1-ci devalvasiya, ilin axırında isə ikinci devalvasiya olmuşdur. Devalvasiyaların baş verməsində cavabdehdən daha çox dövlətin maliyə sisteminin, Mərkəzi Bankın və o cümlədən "xxxx" ASC-nin apardıqları maliyyə-kredit səhvləri olmuşdur. Buna görə də məsulliyyəti tək o yox iddiaçı da daşımalıdır. "xxxx" ona qarşı ilk dəfə Ağsu Rayon Məhkəməsinə 2017-ci ildə müraciət edərək məndən pulunu tələb etmiş və məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iştirak etmədiyi üçün 30 aprel 2018-ci il tarixli qərardad qəbul edilmişdir. Buna görə də iddiaçı 2017-ci ildən faiz hesablamalarını dayandırmalı idi. Ona görə də, faiz borcunun tam ləğv edilməsi, əsas borcun krediti götürdüyü 12 fevral 2015-ci il tarixdə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə hesablanması, borcun ödənilməsinin aylıq miqdarının minimum əmək haqqının 50 faizi miqdarında təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(063)217/2017 saylı qətnaməsinin dəyişdirilərək faiz borcunun tam ləğv edilməsi, əsas borcun krediti götürdüyü 12 fevral 2015-ci il tarixdə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə hesablanması, borcun ödənilməsinin aylıq miqdarının minimum əmək haqqının 50 faizi miqdarında təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tаrixli, 2(016)-30/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 12.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, 24 faizlə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsidən görünür ki, iddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 12.02.2015-ci il tarixli, 450007491/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 26.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 17.741,04 ABŞ dolları əsas, 10.231,17 ABŞ dolları faiz, 16.689,03 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 23.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.286,87 ABŞ dolları borc olmaqla, cəmi 45.948,11 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.12.2017-ci il tarixli 2-1(103)-3194/2017 nömrəli qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi məqsədilə 21.10.2019-cu il tarixli bildiriş göndərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.09.2020-ci il tarixli, 9/3262 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.02.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu müqavilə müddətinin sonuna, yəni 12.02.2018-ci il tarixinədək, əsas borc üzrə 17.741,19 ABŞ dolları, faiz borcu üzrə 10.218,92 ABŞ dolları, müqavilə müddətindən sonra illik 5%-lə hesablanmaqla banka olan borcu maliyyə arayışında göstərilən müddətinə, yəni 23.07.2019-ci il tarixinədək əsas borc üzrə 17.741,19 ABŞ dolları, faiz borcu üzrə 11.502,69 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Sаdаlаnаn hüquq nоrmаlаrınа əsаsən, iddiаçının bоrcаlаnа qаrşı əsаs bоrcun və fаiz bоrcunun ödənilməsi tələbi əsаslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həddən artıq yüksək olan cərimənin miqdarını azaltmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiаnı qismən təmin etmiş, cavabdehlərdən 17.741,04 ABŞ dolları məbləğində əsas borc, 10.231,17 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 23.07.2019-cu il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.286,87 ABŞ dolları məbləğində borc, ümumilikdə 29.289,08 ABŞ dolları məbləğində kredit borcunun tutularaq İddiaçı ASC-yə ödənilməsi nəticəsinə gəlmişdir. Belə ki, cavabdehlər kredit müqavilə üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamış, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tаrixli, 2(016)-30/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tаrixli, 2(016)-30/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar