Məhkəmə qərarları › İş №2(107)-1176/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1176/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1176/2024 23.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc pulun alınması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, müddətin ötürülməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc pulun alınması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(039)-838/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «10000 manat məbləğində borc pulun və 120 manat dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat məbləğində borc pulun və 120 manat dövlət rüsumunun alnaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(039)-838/2024 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin edilmiş, Cavabdeh 10000 manat borc və 120 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 120 manat ekspertiza xərcinin tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ**********0000003944; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikаyəti vermişdir. İş materiallarından müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 10 iyul 2024cü il tarixli, 2(039)-838/2024 saylı qətnaməsi 26 iyul 2024-cü ildə hakimin gücləndirilmiş elektron imzası ilə imzalanaraq elektron kabinetə yerləşdirilmişdir. Həmin vaxt Cavabdeh elektron kabineti mövcud olmuş, cavabdeh qətnaməni elektron kabinet vasitəsilə almışdır. İş materiallarında qətnamənin cavabdehə 7 avqust 2024-cü ildə çatdırılması ilə bağlı xəbərnamə mövcud olsa da, qətnamə 26 iyul 2024-cü ildə cavabdehin elektron kabinetinə yerləşdirilməklə sonuncuya rəsmi qaydada verilmiş hesab edildiyindən onun iş üzrə qətnamədən apellyasiya şikayəti vermə müddəti həmin tarixdən başlamış və 26 avqust 2024-cü ildə başa çatmışdır. Hazırki apellyasiya şikayəti isə 4 sentyabr 2024-cü ildə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, cavabdeh hazırki apellyasiya şikayətini 4 sentyabr 2024-cü ildə verməklə qanunla müəyyən edilmiş bir aylıq müddəti 9 gün ötürmüşdür. Birinci instansiya məhkəməsi 9 sentyabr 2024-cü il tarixli qərardad qəbul edərək cavabdehə qətnamənin 7 avqust 2024-cü ildə çatdırıldığını qeyd etməklə apellyasiya şikayətini MPM-in tələblərinə uyğun hesab etsə də, elektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdeh qətnaməni 26 iyul 2024-cü ildə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.8-ci maddəsinə görə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Yevlax Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(039)-838/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Yevlax Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(039)-838/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar