Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1178/2021 08.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçılar - İddiaçı1 və İddiaçı2; Cavabdeh - Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-74/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-74/2021 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 01.06.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 1,0232 ha torpaq sahəsinin 0,3103 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.12.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 1,5043 ha torpaq sahəsinin 0,2878 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.12.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 1,2955 ha torpaq sahəsinin 0,2271 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahələrindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pulun iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonunun Mirzəbəyli kəndində 18.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış və ********** qeydiyyat nömrəsi olan çıxarışla mülkiyyətə verilmiş 1,50 ha torpaq sahəsinin zəbt olunmuş 0,70 ha, 01.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışla mülkiyyətə verilmiş 1,02 ha torpaq sahəsinin zəbt olunmuş 0,50 ha və 05.12.2018-ci il tarixdə dövlət qeydiyyata alınmış №1427678 çıxarışla mülkiyyətə verilmiş 1,29 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0,65 ha hissəsinin boşaldılması və törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində mülkiyyətlərində olan torpaq sahələrindən mülkiyyətçi kimi istifadələrinə cavabdeh ərazini zəbt edərək fındıq bağı salmaqla imkan vermir. Bununla da qanunla torpaq üzərində müəyyən olunmuş mülkiyyətçi hüquqlarını pozur. Belə ki, onlar müxtəlif vaxtlarda Qəbələ Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisində apardıqları alqısatqı müqaviləsi əsasında aldıqları torpaq sahələrini DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində dövlət qeydiyyatına aldırmaqla adlarına çıxarış hazırlanıb verilmiş və həmin torpaqlar üzərində mülkiyyət hüququ əldə etmişlər. O, yəni İddiaçı1 28.11.2019-cu il tarixdə Qəbələ Regional “Asan xidmət” mərkəzinin Notariat ofisində alqı-satqı müqaviləsi bağlanmaqla aldığı 1,50 ha torpaq sahəsini 18.12.2019-cu il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə qeydiyyat nömrəsinə aldırmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsinin AA № 509080 saylı plan və ölçüsə də hazırlanaraq ona verilmişdir. Bundan əlavə Qəbələ Regional “Asan xidmət” mərkəzinin Notariat ofisində 08.05.2020-ci il tarixdə apardığı alqı-satqı müqaviləsi bağlanmaqla aldığı 1,02 ha torpaq sahəsini 01.06.2020ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə qeydiyyat nömrəsinə aldırmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsinin AA № 509080 saylı plan və ölçüsə də hazırlanaraq ona verilmişdir. İş üzrə iddiaçı olaraq o, İddiaçı2 14.03.2017-ci il tarixdə Qəbələ Regional “Asan xidmət” mərkəzinin Notariat ofisində torpaq alqı-satqı müqaviləsi bağlanmaqla aldığı 1,29 ha torpaq sahəsini 05.12.2018-ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə qeydiyyat nömrəsinə aldırmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27678 saylı çıxarış və həmin torpaq sahəsinin AA № 335506 saylı plan və ölçüsünü almışdır. Ancaq cavabdeh İddiaçı1 adına verilmiş 18.12.2019-cu il tarixli çıxarış üzrə mülkiyyətdə olan 1,50 ha torpaq sahəsinin 0,70 ha, 01.06.2020-ci il tarixli çıxarış üzrə İddiaçı1 adına verilmiş 1,02 ha torpaq sahəsinin 0,50 ha, İddiaçı2 adına verilmiş 05.12.2018-ci il tarixli ******* saylı çıxarış üzrə verilmiş 1,29 ha torpaq sahəsinin 0,65 ha qanunsuz zəbt edərək fındıq bağlı əkməklə istifadələrinə imkan vermir. Dəfələrlə mülkiyyətlərində olan torpaq sahəsinin boşaldılması və istifadələrinə şərait yaradılması təklifi və tələbi ilə müraciət edilsə də, cavabdeh ərazinin ona məxsus olduğunu və boşaltmayacağını bildirir. Cavabdeh 10 noyabr 2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, onların ailələrinə, yəni onun, ərinin və qızınının adına Qəbələ rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci ilin 15 may tarixli 09 nömrəli qərarı ilə Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 0,80 ha torpaq sahəsi verilmişdir. Bunu təsdiq edən “Torpağa mülkiyyət hüququna dair” JN:247 nömrəli, 40613018 kodlu dövlət aktları da vardır. Onlara verilmiş torpaq sahəsinin yerləşdiyi ərazidə kəndin 20-dən çox mülkiyyətçinin və ailə üzvlərinin də torpaqları vardır. Bu torpaqlar o zamanlar boş sahələr imiş və mülkiyyət sənədləri heç nə ilə ayrılmamışdır. Torpaqdan istifadə hüququ verilsə də, yerləri onlara tanıdılmamış və eyni vaxtda yazılmış dövlət aktlarını hər biri ayrı-ayrılıqda, fərqli vaxtlarda almışlar. Onlara verilən torpaq ancaq baş sahədə olduğundan və eyni vaxtda aldıqlarından hər kəs öz mülkiyyəti olduğunu güman etdiyi ərazidə təsərrüfatla məşğul olmağa başlamışdır və onlar da özlərinin bildiyi ərazidə fındıq bağı salmışlar. Uzun illər, yəni 22 ildən artıq bir müddətdə orada min-bir əziyyətlə bağ salaraq 200 topa fındıq ağacı əkib-yetişdirmişlər. Bu, onlar üçün elə də asan olmamışdır. Kənddə hamı şahiddir ki, bu bağın yetişdirilməsinə nə qədər xərc və əmək sərf etmişlər. Boş sahədə fındıq bağı salmışlar. 21.08.1995-ci il təvəllüdlü qızı Səkinə İbrahimova 2-ci dərəcəli əlildir. 23.02.2018-ci ildə əri Əfqan İbrahimovun vəfat etməsi iddiaçıların əl-qolunu açmışdır. İddiaçılar illər boyu çəkdikləri zəhmətə sahib çıxmaq, kimsəsiz və əlil insanların çörəyini əlindən almaq istəyirlər. İddiaçıların iddia ərizəsindəki bəzi qramatik səhvləri nəzərə almasalar onların istifadəsində olan torpaq sahəsinin 1,85 ha olduğu göstərilmişdir. Əslində bu belə deyildir. Sadəcə olaraq onlara dövlət aktı ilə verilmiş 0,80 ha sahədə fındıq bağı salmışlar. Lakin, sonradan qonşu mülkiyyətçilərdən biri tərəfindən torpağının digər bir şəxsə satması nəticəsində ərazi problemləri ortaya çıxmışdır. İddiaçılar bağın onlara məxsus olduğunu bilərək həmin ərazini almışdırlar. Şübhəsiz ki, onları torpaq yox, hazır 22 ilin bağı maraqlandırmışdır. İddiaçıların torpaq sahələrinin sənədləşdirilmələri onların illər boyu əziyyətlə yetişdirdikləri bağa sahib olmaq istəklərindən xəbər verir və bu da yalnız onun yox, həm də həmin sahədə mülkiyyəti olan 20-dən çox mülkiyyətçinin maraqlarına toxunur. Bununla yanaşı onlar onun ailə başçısının olmamasından, himayəsində əlil qızının olmasından, yəni arxadayaqlarının olmadığını güman edirlər. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı2 qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, xxxx” MMC-nin 18.12.2020-ci il tarixli, 596 saylı rəyi rəyi ilə tanış olmuşdur. Rəydə onun mülkiyyətinə verilmiş 1.2955 ha torpaq sahəsinin 0.2271 ha hissəsinin Cavabdeh faktiki istifadəsində olması müəyyən olunmuşdur. O, həmin torpaq sahəsində olan fındıq kollarının (ağacları) dəyərinin ağlabatan məbləğdə cavabdehə verilməsinə və ya həmin ağaclarının çıxarılmasına hazırdır. Lakin fındıq kollarının (ağacları) dəyəri ilə cavabdehlə razılaşa bilmirlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı1 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, eyni zamanda göstərmişdir ki, ekspert rəyi ilə tanış olmuşdur. Ekspert rəyindən də göründüyü kimi, Qəbələ rayonu Mirzəbəyli kəndində onun mülkiyyətinə verilmiş 1.0232 ha torpaq sahəsinin 0.3103 ha hissəsini, 1.5043 ha torpaq sahəsinin 0.2878 ha hissəsini Cavabdeh zəbt etmişdir. O, cavabdehin zəbt etdiyi torpaq sahəsindəki fındıq kollarının (ağacları) dəyərini ağlabatan məbləğdə cavabdehə verməyə və yaxud həmin ağacları cavabdehin mülkiyyətində olan torpaq sahəsində əkməyə hazırdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda göstərdi ki, onların ailələrinə Qəbələ rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci ilin 15 may tarixli 09 nömrəli qərarı ilə Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 0,80 ha torpaq sahəsi verilmişdir. Uzun illər, yəni 22 ildən artıq bir müddətdə orada min-bir əziyyətlə bağ salaraq 200 topa fındıq ağacı əkibyetişdirmişlər. Bu, onlar üçün elə də asan olmamışdır. Kənddə hamı şahiddir ki, bu bağın yetişdirilməsinə nə qədər xərc və əmək sərf etmişlər. Boş sahədə fındıq bağı salmışlar. İddiaçılar bağın onlara məxsus olduğunu bilərək həmin ərazini almışdırlar. Şübhəsiz ki, onları torpaq yox, hazır 22 ilin bağı maraqlandırmışdır. İddiaçıların torpaq sahələrinin sənədləşdirilmələri onların illər boyu əziyyətlə yetişdirdikləri bağa sahib olmaq istəklərindən xəbər verir və bu da yalnız onun yox, həm də həmin sahədə mülkiyyəti olan 20-dən çox mülkiyyətçinin maraqlarına toxunur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə düzgün baxılmamışdır. Belə ki, prosesə cəlb edilmiş Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınamz Əmlakın Dövlət Reystr Xidmətinin Texniki inventarlaşdırma Şöbəsinin mühəndisi X15 məhkəmə prosesində iştirak etmiş və bildirmişdir ki, həmin torpaq sahələri torpaq islahatları zamanı vətəndaşlara paylanılmışdır. Lakin torpaq sahələrinin dar uzun olması səbəbindən vətəndaşlar öz aralarında razılığa gələrək heç bir rəsmi sənədləşmə aparmadan torpaq sahələrini kvadrat şəkildə hər kəsin istifadəsinə yarayacaq şəkildə bölmüşdürlər. O, məhkəmədə mübahisə predmeti olan torpaq sahəsinə 22 ildən çoxdur ki, qulluq etmişdir. Həmin torpaq sahəsində fındıq bağı salmış, ora su çəkilməsini, ətrafının hasarlanmasın, torpaqlama işləri kimi bir çox işləri həyata keçirmişəm. Qəbələ Rayon Məhkəməsindəki proseslər zamanıda qeyd etdiyi kimi iddiaçıların məqsədi torpaq islahatları zamanı verilmiş sənədin yaratdığı imkandan istifadə edərək hazır fındıq bağına sahib olmaqdır. Həmçinin onuda qeyd edir ki, onun şifahi vəsatəti ilə bağa çəkdiyi xərcin müəyyən edilməsi məqsədi ilə ekspert tərəfindən bağ sahəsinə baxış keçirilmişdir. Lakin o, həmin baxışa dəvət edilməmişdir. Ekspert öz rəyində həmin bağ sahəsinin ölçülərini və ordakı ağacların sayını bildirmişdir. Lakin bağ salınması üçün çəkilən xərc barədə heç bir qeyd etməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(019)-439/2018 saylı qətnaməsini ləğv edərək, onun həmin torpaq sahəsindən çıxarılacağı halda bağ sahəsində yerləşən fındıq ağaclarının dəyəri kimi 18240 manatın, ekspertiza üçün ödədiyi 300 manat xidmət haqqının və 15 manat məhkəmə rüsumu olmaqla cəmi 18555 manat məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(019)-439/2018 saylı qətnaməsini ləğv edərək, onun həmin torpaq sahəsindən çıxarılacağı halda bağ sahəsində yerləşən fındıq ağaclarının dəyəri kimi 18240 manatın, ekspertiza üçün ödədiyi 300 manat xidmət haqqının və 15 manat məhkəmə rüsumu olmaqla cəmi 18555 manat məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-74/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi –**********; qeydiyyat tarixi – 01.06.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində 1,0232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 01.06.2020-ci il tarixdə, AA 509080 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.12.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində 1,5043 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 18.12.2019-cu il tarixdə, AA 447262 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.12.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində 1,2955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 05.12.2018-ci il tarixdə, AA 335506 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş JN-247 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 15 nömrəli qərarına əsasən X3, Cavabdeh və X2 ümumi birgə mülkiyyətinə 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Mirzəbəyli kənd İƏD tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli, 413 nömrəli arayışdan görünür ki, İddiaçı1 Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Həmçinin vətəndaş torpaq sahəsindən istifadəsinə maneə olması barədə müraciət etmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Mirzəbəyli kənd İƏD tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli, 431 nömrəli arayışdan görünür ki, İddiaçı2 Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Həmçinin vətəndaş torpaq sahəsindən istifadəsinə maneə olması barədə müraciət etmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 18.12.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən torpaq sahələrinin koordinatları qeydə alınaraq naturada (yer səthi üzərində) tam həcmdə mövcudluğu müəyyən olunmuş, lakin 01.06.2020-ci il tarixli İddiaçı1 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsini, 18.12.2019-cu il tarixdə İddiaçı1 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsini, 05.12.2018-ci il tarixdə İddiaçı2 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsini ərazinin qərb istiqamətindən Cavabdeh istifadə etməsi qərara alınmışdır. Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən 01.06.2020-ci il tarixdə İddiaçı1 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsinində 22 ədəd, 18.12.2019-cu il tarixdə İddiaçı1 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsinində 36 ədəd, 05.12.2018-ci il tarixdə İddiaçı2 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsində isə 51 ədəd fındıq kolları (ağacları) mövcuddur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 18.12.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən İddiaçı1 01.06.2020-ci il tarixdə **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) və 18.12.2019-cu il tarixdə **********02 reyest nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsi, İddiaçı2 05.12.2018-ci il tarixdə **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahələrinin döngə nöqtələrinin koordinatları GPS ölçü aləti vasitəsilə dəqiqləşdirilmiş və hüdudları müəyyən olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1, X4 və X5 verilmiş JN-247 (Kod: ********) nömrəli dövlət aktı ilə ümumi birgə mülkiyyətlərində olan 0.7046 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kameral şəkildə X8 materialına əsasən ərazinin ümumi xəritəsində müyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçıların cavabdehin torpaq sahələrini boşaldılmasını tələb etmələri üçün ilk öncə onların həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçıların təqdim etdiyi Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 01.06.2020 olan, reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.12.2019 olan və reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.12.2018 olan Çıxarışlarla və ekspert rəyi ilə sübut olunur. Məhkəmə kollegiyasının araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, iddiaçıların izahatı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 01.06.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində 1,0232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.12.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində 1,5043 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.12.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində 1,2955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır.Lakin iddiaçılar, mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində 01.06.2020-ci il tarixli İddiaçı1 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsini, 18.12.2019-cu il tarixdə İddiaçı1 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsini, 05.12.2018-ci il tarixdə İddiaçı2 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsini ərazinin qərb istiqamətindən Cavabdeh istifadə etməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı1 iddia etdiyi və mülkiyyətində olan torpaq sahələri1,0232 ha və 1,5043 ha, İddiaçı2 iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 1.2955 ha təşkil edir. İddiaçı1 mülkiyyətində olan 1,0232 ha torpaq sahəsinin 0,3103 ha hissəsi, 1.5043 ha torpaq sahəsinin 0,2878 ha hissəsi, İddiaçı2 mülkiyyətində olan 1.2955 ha torpaq sahəsinin 0,2271 ha hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə düşdüyündən və həmin hissələr cavabdeh tərəfindən tutulduğundan, iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr qismən mövcud olduğundan iddia tələbi qismən əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıların mübahisələndirdiyi torpaq sahələri mülkiyyət hüququ ilə onların özünə məxsus olmasına baxmayaraq, bir hissəsi cavabdeh tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı2 mülkiyyətə verilmiş 1,29 ha torpaq sahəsinin cavabdeh tərəfindən 0,65 ha hissəsinin zəbt olunduğunu, İddiaçı1 isə mülkiyyətə verilmiş 1,50 ha torpaq sahəsinin 0,70 ha hissəsinin, 1,02 ha torpaq sahəsinin isə 0,50 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu göstərslər də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişlər. Əksinə, müəyyən edilmişdir ki, İddiaçı1 mülkiyyətində olan 1,0232 ha torpaq sahəsinin 0,3103 ha hissəsi, 1.5043 ha torpaq sahəsinin 0,2878 ha hissəsi, İddiaçı2 mülkiyyətində olan 1.2955 ha torpaq sahəsinin 0,2271 ha hissəsi Cavabdeh faktiki istifadəsindədir və cavabdeh tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbinin ekspert rəyində göstərilən hissədə təmin edilməsini, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərinin iddiaçının əmlakları üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən cavabdeh, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin mübahisəli torpaq sahələrindən çıxarılacağı halda bağ sahəsində yerləşən fındıq kollarının (ağaclarının) dəyəri kimi 18240 manatın, ekspertiza üçün ödədiyi 300 manat xidmət haqqının və 15 manat məhkəmə rüsumu olmaqla cəmi 18555 manat məbləğinin ona ödənilməsi barədə dəlili ilə əlaqədar qeyd edir ki, cavabdehin həmin dəlili məhkəmə baxışının predmeti olmamışdır. Cavabdehin gələcəkdə fındıq kollarının (ağaclarının) dəyəri və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-74/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-74/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1178/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1178/2021
08.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver