Məhkəmə qərarları › İş №2(107)-118/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-118/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-118/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu, Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh Hüseyn oğluna və X4 qarşı kredit məbləğinin geri qayıtarılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(039)-281/2018 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(039)-281/2018 nömrəli qətnаməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 13,178 ABŞ dolları əsas, 4,680 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, cəmi 18,058 (on səkkiz min əlli səkkiz) ABŞ dolları borc məbləğinin ödənilən günə məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat olmaqla, cəmi 60 (altmış) manatın iddiaçı “İddiaçı ASC”-nin xeyrinə tutulması, tutmanın, cavabdeh X8ma mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 69.91 kv. m. ümumi, 47.35 kv.m. yaşayış, 22.56 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı mənzilə yönəldilərək həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin hesabına borcun iddiaçı “İddiaçı ASC”-yə ödənilməsi, Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, 12 nömrəli evin 33 nömrəli mənzilinin ilkin satış qiymətinin 40,000 (qırx min) manat müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı ASC Elşad Hüseynova və Rəfiqə Adilovaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Elşad Hüseynovdan 14,436 ABŞ dolları əsas, 4,969 ABŞ dolları faiz borcu, 957 ABŞ dolları cərimə, cəmi 20,362 ABŞ dolları məbləğində kerdit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ödənilmiş rüsum məbləğinin tutulub iddiaçı “İddiaçı ASC”-nin xeyrinə ödənilməsi, ödəmənin cavabdeh Rəfiqə Adilovaya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, 12 nömrəli evin 33 nömrəli mənzilinə yönəldərək, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “İddiaçı ASC”-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, 22 aprel 2014-cü il tarixli, MF-KL/36 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 19,125 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı qismində cavabdeh Rəfiqə Adilovaya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, 12 nömrəli evin 33 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Borclu bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Borc, barədə cavabdehlər xəbərdar edilsələr də, öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və Rəfiqə Adilova məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X7 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh X7 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə bildirişi ona çatmadığından məhkəməyə gələ bilməmişdir. Götürülmüş kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi 12 saylı evin 33 saylı mənzilinin ipoteka qoyulduğu bildirilir. Bildirir ki, o, həmin məbləğdə kredit üçün mənzilini ipoteka qoymamışdır. Onunla bağlanmış ipoteka müqaviləsinə əsasən 5000 ABŞ dolları məbləğində kredit üçün mənzili ipoteka qoyulmuş və həmin borc da ödənilib qurtarmışdır. Ancaq qətnamənin məzmunundan görünür ki, 19125 ABŞ dolları kredit götürülmüşdür. Bundan əlavə hesablanmış faiz borcu da 2 qat hesablanmaqla hədsiz şişirdilmişdir. Halbuki, həmin borc məbləği reallığı əks etdirərsə o, borcu ödəyib, mənzilini ipotekadan çıxara bilər. Məhkəmə iclasında iştirakı təmin olunmadığından hər hansı araşdırma aparılması təmin olunmamış, bununla da onun hüquqları pozulmuşdur. Tam təmirli mənzili isə 2014-cü ildə qoyulmuş qiymətə uyğun satış qiymətilə hərraca çıxarılmışdır. Halbuki, onun məhkəmə araşdırılmasında iştirak etmək, etiraz vermək, vəsatətlər vermək hüquqları vardır. Həmin hüquqları təmin olunmadan qəbul edilmiş qətnamə ədalətlilik və müəyyənlik tələblərinə cavab vermədiyindən qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(039)- 281/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdeh X7, onun nümayəndəsi, həmçinin vəkili X5 və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Onlar məhkəmə kollegiyasının iclasında iştirak etməməsi səbəbindən məhkəmə-xətşünaslıq və məhkəməmühasibatlıq ekspertizаları təyin olunması, alınmış rəylər, həmçinin ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici dəvət edilməsi və qiymətləndiricinin verdiyi rəy barədə məsələlərə onların münasibətini öyrənmək mümkün olmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(039)- 281/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti 60000 (altmış min) manat, faiz borcunun məbləği 3925,36 ABŞ dolları, cəmi borcun məbləği 17.103,36 (on yeddi min yüz üç dollar otuz altı sent) ABŞ dolları müəyyən edilməklə dəyişdirilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2014-cü il tarixli, MF-KL/36 saylı kredit, eyni tarixli ipoteka müqavilələri və maliyyə arayışı ilə təsdiq olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 % olmaqla 60 ay müddətinə müddətinə 19,125 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı qismində cavabdeh Rəfiqə Adilovaya Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinin 19.09.2007-ci il tarixli, MH seriyalı, ******* saylı, **********176-05101-093006 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 69.91 kv. m. ümumi, 47.35 kv.m. yaşayış, 22.56 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı mənzili ipoteka ilə yüklü edilmişdir, qiymətləndirmə aktı əsasında ipoteka müqaviləsində daşınmaz əmlakın bazar qiyməti 40,000 manat müəyyən edilmişdir. Öhdəlik cavabdehlər tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. İşdə olan maliyyə arayışına görə, 10 yanvar 2018-ci il tarixə istinad edilən kredit müqaviləsi üzrə 13,178 ABŞ dolları əsas, 4,680 ABŞ dolları faiz, cəmi 17,858 ABŞ dolları borcu mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 317, 319.1, 385.1, 442, 467, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka Haqqında Azərbaycan Respublikası Qanunu”nun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdeh Elşad Hüseynov tərəfindən müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından həmin borc ondan iddiaçının xeyrinə tutulmalıdır. İddianın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən kredit müqaviləsi üzrə 14,436 ABŞ dolları əsas və 4,969 ABŞ dolları faiz borcunun yarandığı qeyd edilsə də, təqdim edilmiş arayışla təsdiq olunur ki, 10 yanvar 2018-ci il tarixə həmin müqavilə üzrə 13,178 ABŞ dolları əsas, 4,680 ABŞ dolları faiz borcu yaranmışdır, bu səbəbdən iddia həmin hissələrdə qismən, maliyyə arayışında qeyd edilən həddə təmin edilməlidir. İddianın penya tələbi hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu məbləği azaldılaraq 200 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhəmə xərcləri hissəsində tələb əsaslıdır və təmin edilməlidir. Daha sonra qeyd olunmalıdır ki, Mülki Məcəllənin 317.1 və 319.1-ci maddələri, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən maddələrinin tələbləri baxımından yaranmış borc üzrə tutma ipoteka predmeti olan, cavabdeh Rəfiqə Adilovaya məxsus daşınmaz əmlaka yönəlməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetinin daha artıq qiymətə malik olmasına dair cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndirmə əsasında ipoteka müqaviləsində qeyd edilən bazar qiyməti ilə, 40,000 manat müəyyən edilməlidir. Cavabdeh X3 apellyasiya şikayətində göstərdikləri əsas götürülərək, iş üzrə qаnuni və obyektiv qərаrın çıxаrılmаsındаn ötrü Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 4 noyabr 2020-ci il tаrixli, 2(107)-1892/2020 nömrəli qərаrdаdı ilə hаzırkı iş üzrə məhkəmə-xəttşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizаları təyin edilmiş, ekspertizаların аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, ipotekа predmetlərinin qiymətləndirilməsi uçün müstəqil qiymətləndirici dəvət edilmiş, ipotekа predmetinin qiymətləndirilməsi “X6” MMCyə həvаlə edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 4 noyabr 2020-ci il tаrixli, 2(107)- 1892/2020 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 6 yanvar 2021-ci il tarixli 9/5779 nömrəli məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 22 aprel 2014-cü il tarixli, MF-KL/36 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 6.11.2017-ci il tarixə banka olan kredit borcu və kreditə hesablanmış faiz borcu ümumilikdə 20.433,48 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: - əsas borc üzrə--------------------------------------------16.508,12 dollar; - faiz borcu üzrə-------------------------------------------3.925,36 dollar. (Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manatdır) Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 4 noyabr 2020-ci il tаrixli, 2(107)- 1892/2020 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli 4/1151 nömrəli məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 6-cı vərəqində olan İddiaçı ASC ilə X3 adlarından olan 22 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinin 1-ci və 3-cü səhifələrində orta hissədə olan imzalar, sonuncu səhifəsində “İpoteka qoyan” qrafasındakı “Адилова Рəфигə” yazıları və mülki işin 9-cu vərəqində olan 22 aprel 2014-cü il tarixli ödəniş cədvəlində “İpoteka qoyan” qrafasındakı imza və imza qarşısındakı “Адилова Рəфигə” yazıları – X7 tərəfindən icra olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz iyirmi dörd) manatdır) Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 4 noyabr 2020-ci il tаrixli, 2(107)- 1892/2020 nömrəli qərаrdаdına əsasən “X6” MMC tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli 039/LBC nömrəli rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsində yerləşən 12 saylı evin 33 nömrəli mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 64 500 (altmış dörd min beş yüz) AZN, likvid qiyməti 60 000 (altmış min) AZN təşkil edir. (Aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manatdır) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 6 yanvar 2021-ci il tarixli 9/5779 nömrəli məhkəmə ekspertizasının rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi ilə 6 noyabr 2017-ci il tarixə əsas borcun məbləği 16.508.12 ABŞ dolları göstərilsə də, iddiaçı iddia ərizəsində əsas kredit borcuna görə daha az məbləğ-14,436 ABŞ dolları tələb etdiyindən, birinci instansiya məhkəməsi iddianı əsas borca görə qismən-13,178 ABŞ dolları həcmində təmin etdiyindən, iddiaçı isə razılaşaraq qətnaməni mübahisələndirmədiyindən, əsas borcun məbləği iddia tələbinin təmin edildiyi həcmdə saxlanılmalı, faiz borcunun məbləği rəyə uyğun hesablanmalı və cəmi borcun məbləği onlara münasib olaraq dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi qənaətinin ipoteka predmetinin ilkin satış qiymətinin 40,000 (qırx min) manat müəyyən edilməsi ilə bağlı hissəsi ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilənləri nəzərə alan məhkəmə kollegiyаsı iş mаteriаllаrını tədqiq edib belə nəticəyə gəlir ki, 22 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipоtekа qоyulmuş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinin 19.09.2007-ci il tarixli, MH seriyalı, ******* saylı, **********176-05101-093006 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 69.91 kv. m. ümumi, 47.35 kv.m. yaşayış, 22.56 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət edilərək ipotekа predmeti qiymətləndirilməli və müstəqil qiymətləndiricinin rəyi də nəzərə alınmaqla ilkin sаtış qiyməti müəyyən edilməlidir. «İpotekа hаqqındа» Azərbаycаn Respublikаsı Qаnunun 39.3-cü mаddəsinə əsаsən məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərkən qərаrdа ipotekа predmetinin ilkin sаtış qiymətini göstərməlidir. İlkin sаtış qiyməti ipotekа qoyаnlа ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarında olan “X6” MMC tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli 039/LBC nömrəli rəydə həmin mənzilin likvid qiymətinin 60000 (altmış min) manat təşkil etdiyi göstərilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, ipoteka predmetinin ilkin satış qiymətini 40000 manat müəyyən etməklə, faiz borcunun məbləğini 4,680 ABŞ dolları, cəmi borcun məbləğini 18,058 (on səkkiz min əlli səkkiz) ABŞ dolları həcmində təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(039)-281/2018 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla tutularaq iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinə verilməli olan faiz borcunun məbləği 3925,36 ABŞ dolları, cəmi borcun məbləği 17.103,36 (on yeddi min yüz üç dollar otuz altı sent) ABŞ dolları müəyyən edilməli, 22 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipоtekа qоyulmuş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinin 19.09.2007-ci il tarixli, MH seriyalı, ******* saylı, **********176-05101-093006 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 69.91 kv. m. ümumi, 47.35 kv.m. yaşayış, 22.56 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı mənzilin ilkin satış qiyməti 60 000 (altmış min) manat müəyyən edilməli, qətnamənin mübahisələndirilən qalan hissələri dəyişdirilmədən saxlanılmalıdır. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri və qiymətləndirmə xərci cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X7 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(039)-281/2018 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla tutularaq iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinə verilməli olan faiz borcunun məbləği 3925,36 ABŞ dolları, cəmi borcun məbləği 17.103,36 (on yeddi min yüz üç dollar otuz altı sent) ABŞ dolları müəyyən edilsin. 22 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipоtekа qоyulmuş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinin 19.09.2007-ci il tarixli, MH seriyalı, ******* saylı, **********176-05101-093006 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 69.91 kv. m. ümumi, 47.35 kv.m. yaşayış, 22.56 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı mənzilin ilkin satış qiyməti 60 000 (altmış min) manat müəyyən edilsin. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 269 (iki yüz altmış doqquz) manat X2 alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE**********0002088501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Qiymətləndirmənin xidmət haqqı kimi 300 (dörd yüz) manat X2 alınaraq “X6” MMCyə verilsin. (icraçının VÖENi, İcraçının hesablaşma hesabı H/Hesab.....AZ69NİCB**********0001A40090, “xxxx” ASC M/H: AZ98NABZ********************, Kod 510277, Bankın VÖENi **********, SWİFT NİCBAZ22). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar