Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1180/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı "xxxx" Bankı ASC cavabdehlər Cavabdeh, X14, X5, X11, X15 və X9 qarşı “ipoteka predmeti olan və Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, əldə ediləcək vəsait hesabına bank krediti müqaviləsindən yaranmış əsas borcun, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış zərərin əvəzinin, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın, iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə hesablanan faizlər formasında əldən çıxmış faydanm əvəzinin, hesablanan cərimə faizlərinin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar çəkilmiş xərclərin əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin likvid dəyəri məbləğində təyin edilməklə açıq hərracda satılması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdehlər, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları“ tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-3/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “xxxx” Bank ASC cavabdehlər Cavabdeh, X14, X5, X11, X15 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ASC «xxxx» Bankının Zaqatala filialı ilə Cavabdeh xx.xx.2014-cü il tarixli **********99414/İP nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki mülkiyyət hüququ ilə Cavabdeh məxsus 1 mərtəbəli, 129 kv.m ümumi, 71 kv.m yaşayış, 56 kv.m yardımçı sahədən ibarət 03 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********99414 nömrəli kredit müqaviləsi üzrə cavabdeh X7 iddiaçı ASC' "xxxx" Bankı qarşısındakı 17061,45 (on yeddi min altmış bir manat qırx beş qəpik) manat əsas kredit borcunun, 5010 (beş min on) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 959,50 (doqquz yüz əlli doqquz manat əlli qəpik) manat penyanın, cəmi 23030,95 (iyirmi üç min otuz manat doxsan beş qəpik) manatın və xx.xx.2017-ci il tarixindən başlayaraq, iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X14, X5, X11, X16, X15, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2014-cü il tarixli **********99414/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 129 m2 ümumi, 71 m2 yaşayış, 56 m2 yardımçı sahədən ibarət, 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********99414 №-li Kredit müqaviləsi üzrə borc alan X7 iddiaçı ASC “xxxx” Bankı qarşısında 17 061,45 (on yeddi min altmış bir manat 45 qəpik) manat məbləğində əsas borc, 9 602,37 (doqquz min altı yüz iki manat 37 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 3 480,54 (üç min dörd yüz səksən manat 54 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 6 446,98 (altı min dörd yüz qırx altı manat 98 qəpik) manat məbləğində penya, cəmi 36 591,34 (otuz altı min beş yüz doxsan bir manat 34 qəpik) manat və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X14, X5, X11, X15 və X12,onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01 nömrəli rəyə müvafiq olaraq - 62 000 (altmış iki min) manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-3/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ASC «xxxx» Bankı ilə cavabdeh X14 arasında bağlanmış xx.xx.2014-cu il tarixli **********99414 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Respulikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 17061,45 (on yeddi min altmış bir manat qırx beş qəpik) manat məbləğində əsas kredit borcu, 9602,37 (doqquz min altı yüz iki manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu və 644,69 (altı yüz qırx dörd manat altmış doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 27308,51 (iyirmi yeddi min üç yüz səkkiz manat əlli bir qəpik) manat bоrc, iddiаçı ASC «xxxx» Bankının iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 (otuz) mаnаt məbləğində dövlət rüsumu xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat pul vəsaiti öhdəliyin təminatı kimi ipotekaya qoyulmuş, Cavabdeh xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 129 kv.m ümumi, 71 kv.m yaşayış, 56 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 129 kv.m ümumi, 71 kv.m yaşayış, 56 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 62000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evinə tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh, X14, X5 və X11, X15, X16 həmin fərdi yaşayış evindən çıxarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iş üzrə daşınmaz əmlakın qiymtələndirilməsi ilə bağlı ödənilməli olan 200 manat cavabdehlər Cavabdeh, X14, X5, X11, X15 və X2 müştərək qaydada alınaraq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi X6 apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “xxxx” Bankı ilə cavabdeh X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99414 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 (on doqquz) faiz ödənilməsi şərtilə, 20 000 (iyirmi min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “xxxx” Bankı ilə Cavabdeh arasında sonuncunun Zaqatala rayonu, Yuxarı Tala kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 129 kv.m. ümumi, 71 kv.m. yaşayış, 56 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********99414/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair iddiaçı ASC “xxxx” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Borc alan cavabdeh X14 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürsə də, bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini iddiaçıya qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixə borc alan cavabdehin iddiaçı ASC «xxxx» Bankı qarşısında gecikdirilmiş borcu 12767,87 (on iki min yeddi yüz altmış yeddi manat 87 qəpik) manat təşkil edir ki, bunun da 7757,87 (yeddi min yeddi yüz əlli yeddi manat 87 qəpik) manatını vaxtı keçmiş əsas borc, 5010 (beş min on) manatını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Bundan əlavə, borc alan cavabdeh X1 üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq iddiaçıya kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 (on beş) faiz dərəcəsi ilə penya da (cəmi 34 %) ödəməlidir ki, xx.xx.2017-ci il tarixə qədər bu məbləğ 959,50 (doqquz yüz əlli doqquz manat əlli qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə borc alan cavabdeh X14 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən, ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə müvafiq olaraq, cavabdehə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixli 435 nömrəli bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün bu əmlakın 30 (otuz) gün müddətindən gec olmayaraq, satılması tələb edilmişdir. İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli 448 nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə müraciət edilmiş və bildirişin qeydə alınması barədə xx.xx.2016-cı il tarixdə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən Cavabdeh ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li əlavəsi olan klassik ödəniş cədvəlinə əsasən borc alan X13 ilk 6 (altı) aylıq güzəşt müddəti ərzində yalnız əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini, güzəşt müddəti bitdikdən sonra isə növbəti aylardan başlayaraq hər ay əsas borc məbləğinin bərabər hissələrlə qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğini tam şəkildə iddiaçıya qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər iddiaçı ASC«xxxx» Bankının nümayəndəsi X6 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək xx.xx.2014-cü il tarixli **********99414/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 129 m2 ümumi, 71 m2 yaşayış, 56 m2 yardımçı sahədən ibarət, 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********99414 №-li Kredit müqaviləsi üzrə borc alan X7 iddiaçı ASC “xxxx” Bankı qarşısında 17 061,45 (on yeddi min altmış bir manat 45 qəpik) manat məbləğində əsas borc, 9 602,37 (doqquz min altı yüz iki manat 37 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 3 480,54 (üç min dörd yüz səksən manat 54 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 6 446,98 (altı min dörd yüz qırx altı manat 98 qəpik) manat məbləğində penya, cəmi 36 591,34 (otuz altı min beş yüz doxsan bir manat 34 qəpik) manat və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X14, X5, X11, X15 və X12,onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01 nömrəli rəyə müvafiq olaraq - 62 000 (altmış iki min) manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X6 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçı ASC «xxxx» Bankı ilə X14 arasında bağlanmış Kredit müqaviləsinə əsasən verilmiş kredit də iddiaçı tərəfindən Qaydalara uyğun olaraq təsnifləşdirilmiş və həmin kredit üzrə müvafiq ehtiyatlar yaradılmışdır. Belə ki, qeyd edilən kredit üzrə xx.xx.2020-ci il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 11943,02 manata bərabər olan vəsaiti təşkil etmişdir. Göstərilən məbləğdə pul vəsaitlərini ehtiyatların yaradıldığı müddətlərə uyğun olmaqla Bank Ş.Ə.Zamanovaya təqdim olunmuş şərtlərlə, yəni illik 19 % dərəcəsi ilə başqa şəxsə kreditə vermiş olsaydı, 9173,04 manat məbləğində gəlir əldə etmiş olardı. Göründüyü kimi bu məbləğ də məhkəmənin müəyyən etdiyi penyadan (644,69 manat) müqayisəedilməz dərəcədə çoxdur. Bu isə öz növbəsində sübut edir ki, Bank tərəfindən müəyyən edilmiş məbləğdə penyanın tələb edilməsi hər hansı qazanc əldə etməyə deyil, Bankın ehtiyatlar yaratması nəticəsində üzləşdiyi zərəri qismən də olsa əvəzləşdirməyə yönəlmişdir. Məhkəmə penyanın tənasüblüyünü müəyyən edərkən məhz bu cür amilləri nəzərə almalı idi. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 644,69 manat məbləğində penya isə Bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və Kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinin məhkəmə məhkəmə tərəfindən nəzərə alınmasına dair müddəalarının Zaqatala Rayon Məhkəməsi tərəfindən aşkar surətdə pozulduğunu sübut edir. Qeyd edirlər ki, qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorunhəm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Zaqatala Rayon Məhkəməsi tərəfindən isə bu cür qətnamə qəbul edilməklə kreditorun deyil, borclunun mənafeləri nəzərə alınmışdır. Zaqatala Rayon Məhkəməsi tənasübün müəyyən edilməsində nəinki mötəbər, heç bir sübutdan istifadə etməmiş, tənasübsüzlük haqqında gəldiyi nəticəyə heç bir şərh verməyərək müəyyən edilmiş 644,69 manat məbləğində penyanın necə hesablanmasını, hansı qaydada formalaşmasını, hansı faiz dərəcəsi ilə, hansı məbləğdən və hansı müddət ərzində hesablanmasını, hansı amillərdən asılı olmasını göstərməmişdir. Hesab edirlər ki, yuxarıda göstərilən məsələ ilə bağlı Zaqatala Rayon Məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi X17 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun azaldılması ilə bağlı nəticəyə gələrkən qanunvericiliyin normalarını düzgün tətbiq etməmiş, hesablanmış cəriməni həddən çox azaltmışdır. Bundan əlavə əldən çıxmış faydanı təmin etməməkdə də məhkəmənin mövqeyi düzgün olmamışdır. Çünki bank həmin pulu yenidən dövriyəyə buraxmaqla kifayət qədər qazanc əldə edə bilərdi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-3/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC “xxxx” Bankının «Zaqatala» filialı ilə cavabdeh X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99414 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 (on doqquz) faiz ödənilməklə, 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə borcalanın bu kredit üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində **********99414/İP nömrəli xx.xx.2014-cu il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə kreditdən istifadəyə görə faizlər borcalanın ssuda hesabı üzrə borcunun yarandığı gündən başlayaraq, hər təqvim günü üçün (əsas kimi ayda 30 gün, ildə 360 gün götürülür) borcun tam ödənidiyi tarixə qədər hesablanır. Kredit müqaviləsinin 2.4-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə 1 nömrəli Əlavədə göstərilmiş Ödəniş cədvəlinə müvafiq olaraq, hər ayın borc alınan günü həyata keçirilir. Kredit müqaviləsinin 3.1.1-ci bəndində göstərilir ki, borcalan bu müqavilənin şərtlərini pozduqda, borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bunun nəticəsində kreditin qaytarılması təhlükəyə məruz qala bildikdə, bankın bu müqavilə ilə nəzərdə tutulan kreditin bütövlükdə və ya qismən borcalana verilməsindən imtina etmək hüququ vardır. Kredit müqaviləsinin 3.4.3.1-ci bəndində göstərilir ki, borcalan tərəfindən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə kredit qaytarılmadığı, habelə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı bir hissəsi qaytarılmadığı və ya hesablanmış faizlərin ödənilməsi 03 (üç) ardıcıl ay ərzində 02 (iki) dəfə gecikdirildiyi təqdirdə, bankın kredit məbləğini və ona hesablanmış faizləri vaxtından əvvəl tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 6.2-ci bəndində göstərilir ki, borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda, borcalan banka vaxtı keçmiş borc məbləğinə gecikdirmənin hər günü üçün illik 34 (otuz dörd) faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri ödəyir. İddiaçı ASC “xxxx” Bank “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99414/İP nömrəli ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ üzrə cavabdehə məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 129 kv.m ümumi, 71 kv.m yaşayış, 56 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayan iddiaçı ASC xxxx” Bankına ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinin 3.5-ci bəndində müəyyən edilmişdir ki, ipoteka predmetinin bazar qiyməti 30000 (otuz min) manat, likvid dəyəri isə 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 5.4.1-ci bəndində göstərilir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Notariusda təsdiq edilmiş surəti işdə olan ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2014-cü il tarixdə Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontorunda notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3 dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh birgə mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi **********99414 nömrəli xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasında iddiaçı ASC “xxxx” Bankının xeyrinə ipoteka yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli **********99414/İP saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında ipoteka verən-Cavabdeh göndərilmiş xx.xx.2016-ci il tarixli 435 nömrəli bildirişdə göstərilir ki, kredit müqaviləsi üzrə borcalan bank qarşısında əsas borc məbləğinin kredit müqaviləsinin müddətinin bitdiyi zaman və faizlərin hər ay ödənilməsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2016-ci il tarixinə X10 iddiaçı qarşısında gecikdirilmiş ümumi 7375,23 (yeddi min üç yüz yetmiş beş manat iyirmi üç qəpik) manat olmuşdur ki, onun da 4396,44 (dörd min üç yüz doxsan altı manat qırx dörd qəpik) manat vaxtı keçmiş əsas borc məbləğini, 2224,51 (iki min iki yüz iyirmi dörd manat əlli bir qəpik) manat hesablanmamış və ödənilmiş adi faizlər, 754,28 (yeddi yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manat gecikdirilmiş hesaba atılmış borc üzrə hesablanmış cərimə faizlər üzrə borc məbləği təşkil edir. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin kobud şəkildə pozulması və ipoteka saxlayan ASC «xxxx» Bankının tələblərinin ipoteka qoyulmuş əmlak hesabına təmin edilməsi hüququnun yaranması ilə əlaqədar olaraq, iddiaçı ASC “xxxx” Bankı Kredit müqaviləsi üzrə 17061,45 manat təşkil edən əsas borc məbləğinin tam şəkildə qaytarılması və əsas borc məbləğinə hesablanan faizlərin ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 (otuz) gün müddətindən gec olmayaraq satılmasını Cavabdeh tələb edilmişdir. Əks təqdirdə, iddiaçı ASC “xxxx” Bankı ipoteka predmetinin satılmasından əldə edilmiş vəsait hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəkdir. İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə iddiaçı ASC “xxxx” Bankının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 448 nömrəli ərizəsindən görünür ki, xüsusi mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli **********99414/İP nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyulmuş Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 129 kv.m ümumi, 71 kv.m yaşayış, 56 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə iddiaçı ASC «xxxx» Bankı tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar ipoteka qoyulmuş həmin əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-ci il tarixli 435 nömrəli bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. Ərizə daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmışdır. İddiaçı ASC “xxxx” Bankının xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X7 xx.xx.2014-cu il tarixli **********99414 nömrəli kredit müqaviləsinə əsasən, həmin tarixə iddiaçıya 17061,45 manat əsas borcu, 9602,37 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu, xx.xx.2020-ci il tarixinə cərimə faizləri üzrə 6446,98 manat borcu, kreditin müddətiinin bitməsi tarixindən (xx.xx.2018) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2020) illik 18 faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış 3480,54 manat əldən çıxmış fayda, cəmi isə 36591,34 manat məbləğində kredit borcu vardır. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, qiymətləndirmə prosesi nəticəsində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 129 kv.m ümumi, 71 kv.m yaşayış, 56 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki (mövcud) vəziyyətdə orta bazar qiymətlərinə uyğun olaraq ilkin satış qiyməti 62000 (altmış iki) min manat təşkil etdiyi müəyyən olunmuşdur Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 445, 462, 467, 470 maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 39, 59 maddələrinə istinad edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99414 nömrəli kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından cavabdeh tərəfin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə qarşı tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci. maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı ASC “xxxx” Bankı ilə cavabdeh X14 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi bağlandıqdan sonra ASC “xxxx” Bankı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin cavabdeh X1 müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini gecikdirmişdir. Cavabdeh X14 ilə dəfələrlə görüşlərin keçirilməsinə və xəbərdarlıqların edilməsinə baxmayaraq cavabdeh X14 tərəfindən üzərinə götürülmüş öhdəliklər tam icra edilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı ASC «xxxx» Bankının cavabdehlərdən 6446,98 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir, buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edərək həmin dəbbə pulunun 644,69 məbləğində müəyyən edilməsini qanuna uyğun hesab etmişdir.Məhkəmə kollegiyası da hesab edir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Çünki yuxarıda qeyd olunduğu kimi dəbbə pulunun azaldılması Mülki Məcəllənin 467-ci maddəsinin tələbi baxımından məhkəmənin mülahizəsi əsasında həll edilməsi istisna olunmur. Apelyasiya şikayətinin digər dəlillərinə gəlincə isə kollegiya belə qənaətə gəlir ki, iddiaçı apelyasiya şikayətində qeyd etdiyi dəlillərlə bağlı mötəbər sübut təqdim etməmiş, öz fikrini formal mülahizələr əsasında əsaslandırmağa çalışmışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması ilə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-3/2020 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1180/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1180/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver