Məhkəmə qərarları › İş №2(107)-1181/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1181/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1181/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(037)-290/2023 saylı qətnаməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2017-ci il tarixində 005/F saylı kredit müqaviləsinin ləğvi, cavabdehlər Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh4 və Cavabdeh2 əsas borcu 11290,14 manat, faiz borcu 3052,58 manat, dəbbə pulu 4361,57 manat, ümumilikdə 18704,29 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 147 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0,06 hektar olan torpaq sahəsinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə 18896.29 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 26 iyul 2023-cü il tаrixli, e- 2(037)-290/2023 saylı qətnaməsi ilə iddia tələbinın qismən təmin edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 13 iyun 2017-ci il tarixli 005/F saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11290,14 manat əsas borc, 3052,58 manat faiz borcu, 1100 manat dəbbə pulu, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat dövlət rüsumu, məhkəməyə müraciət üçün ödənilmiş 136,46 manat dövlət rüsumu cəmi – 15624 (on beş min altı yüz iyirmi dörd) manat 18 (on səkkiz) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.metr, yaşayış sahəsi 46,9 kv.metr, yardımçı sahə 26,3 kv.metr olan iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi cavabdehlərin birgə mülkiyyətində olan 0,06 hektar torpaq sahəsi açıq hərracda satılması, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.metr, yaşayış sahəsi 46,9 kv.metr, yardımçı sahə 26,3 kv.metr olan iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi cavabdehlərin birgə mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinin ilkin satış qiyməti 65750 (altmış beş min yeddi yüz əlli) manat müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait 15624 (on beş min altı yüz iyirmi dörd) manat 18 (on səkkiz) qəpik məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan, İsmayıllı rayonu Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.metr, yaşayış sahəsi 46,9 kv.metr, yardımçı sahə 26,3 kv.metr olan iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi cavabdehlərin birgə mülkiyyətində olan 0,06 hektar torpaq sahəsi açıq hərracda satıldıqdan sonra cavabdehlər və onlarla birlikdə yaşayanlar əmlakları ilə birlikdə 1 (bir) ay müddətində həmin evdən çxarılsın və fərdi yaşayış evi boşaldılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, mülki iş üzrə ödənilmiş 147 manat dövlət rüsumunun 49,76 manatı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslıdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh5 teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar hazırkı məhkəmə kolllegiyasının iclasının təxirə salınaraq başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya məhkəməsinin icraatı zamanı elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən Cavabdeh5 kredit müqaviləsinin bağlanmasından əvvəl, yəni xx.xx.2009cü il tarixdən işxtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İşdə olan 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC (borc verən) ilə fiziki şəxs sahibkar Cavabdeh5 (VÖEN: **********) (borc alan) arasında bağlanmışdır. Həmin müqavilənin: - 1.2-ci bəndində göstərilmişdir ki, borc verən bu müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alanSahibkarlığa Kömək Milli fondunun vəsaiti hesabına illik 6% hesablanmaq şərti ilə 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləği borc alanın “İsmayıllı rayonunda heyvandarlıq təsərrüfatının genişləndirilməsi” yönümlü investisiya layihəsinə əəsasən mal-qaranın alınması məqsədi ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. İş materialları ilə müəyyən edilir ki, cavabdeh yəni əsas borclu Cavabdeh5 yuxarıda sözü gedən kredit müqaviləsini bağlayarkən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhz həmin fəaliyyətin həyata keçirilməsi ilə bağlı iddiaçı "xxxx" ASC-dən borc götürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən biri hüquqi şəxs, digər tərəflərdən Cavabdeh5 sahibkarlıq statusuna malik olduğundan və tələb də məhz Cavabdeh5 sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsinə aid olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(037)-290/2023 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(037)-290/2023 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar