Məhkəmə qərarları › İş №2(107)-1182/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1182/2022

29.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1182/2022 29.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaranmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk iddiaya, həmçinin Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan torpaq shəsindəki darvazanın (qapının) cavabdehin öz hesabına sökülərək götürülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Şəki Rаyоn Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(075)-75/2022 nömrəli qərаrdаdındаn İddiaçı şikаyətinə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyski küçəsində onun adına **********87 saylı reyestrlə DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və Cavabdeh məxsus evin həmin yola baxan hissəsində olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01 sentyabr 2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində quraşdırılmış qapının (dəmir darvaza) cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X3 küçəsi ünvanında İddiaçı mülkiyyətində olan 0.0635 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin ona qadağan edilməsi və həmin 0.0635 ha torpaq sahəsinin 11 kv/m hissəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş evin (tikilinin) pəncərələrinin bağlanması, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Ramazan oğlu tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumunun onun özünə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X3 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində İddiaçı tərəfindən quraşdırılmış darvaza-qapı cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməsi, Cavabdeh tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumunun onun özünə aid ediməsi,. 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qərardadı ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaranmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk iddiaya, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “mülkiyyətində olan torpaq shəsindəki darvazanın (qapının) cavabdehin öz hesabına sökülərək götürülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(075)-75/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qaytarılması, apellyasiya şikayətinin məhkəməyə verilməsi üçün ödənilmiş 20,40 manat dövlət rüsumunun İddiaçı özünə qaytarılması qərara alınmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaranmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk iddiaya, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “mülkiyyətində olan torpaq shəsindəki darvazanın (qapının) cavabdehin öz hesabına sökülərək götürülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(075)-75/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qərardadından şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 2(075)-75/2022 nömrəli, 24 avqust 2022-ci il tаrixli qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Eyni zamanda İddiaçı Şəki Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(075)- 75/2022 saylı qərardadından şikayəti yenidən kağız daşıyıcı vasitəsilə 05 sentyabr 2022ci il tarixdə Şəki rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaranmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk iddiaya, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “mülkiyyətində olan torpaq shəsindəki darvazanın (qapının) cavabdehin öz hesabına sökülərək götürülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(075)-75/2022 saylı qərardadından İddiaçı 05 sentyabr 2022-ci il tarixdə verdiyi şikayətinin qaytarılması qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, şikayəti ilə bağlı məhkəmənin qəbul etdiyi qərardadla bağlı ikinci dəfə apellyasiya şikayətinin verilmə müddəti keçmədən mediasiya təşkilatında mediator vasitəsi ilə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Şəki Rayon Məhkəməsinin elektron məhkəmə icraatına göndərilmişdir. Geri qaytarılma səbəbi kimi isə qeyd edilir ki: Şikayət MPM-nin 361.1-ci maddəsinə əsasən MPM-ə forma 2 saylı əlavəyə uyğun verilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 2(075)-75/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi bu və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qərardadı ləğv edilməli, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(075)-75/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini Mülki Prosessual Məcəllədə müəyyən olunan formada göndərməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İddiaçı verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı mаddəsinə əsаsən, аpellyаsiyа şikаyəti məhkəmə qətnаməsi təqdim olunаn (аlınаn) gündən 1 аy müddətinə verilə bilər. Həmin məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qərardadı ləğv edilməli, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-75/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(075)-75/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar