Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1182/2024 22.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X11 və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tаrixli, e-2(046)-1293/2024 saylı İddiaçı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1224/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir.
2. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında Cavabdeh (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərci X5 tərəfindən ödənilmişdir.
3. İş materiallarında olan «AZEMİS» X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur.
4. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X6 ilə xx.xx.2020-ci ildə nikahlarını qeyd etdirmişlər.
5. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh və X2 xx.xx.2024-cü il təvəllüdlü X7 adlı uşaqları vardır.
6. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 005№-li hərbi hissənin xx.xx.2024-cü il tarixli, 91№-li arayışından görünür ki,Cavabdeh aylıq pul təminatı bütün növ tutqular və 170 manat aylıq sabit pul məbləğində aliment tutulduqdan sonra 809 manat təşkil edir.
7. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli, 90№-li arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə xidmət müddəti başa çatır.
II. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(046)-1224/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılması və mediasiya üçün ödədiyi 60 manat rüsumu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyat qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X10 adlı övladı var. Məhkəmə qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, uşağın onun yanında qalması və onun saxlanması üçün alimentin tutulması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(046)-1224/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-324/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə cavabdehdən tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən dəyişdirilərək hər ay 170 manat məbləğində müəyyən edilmişdir. O hazırda 170 manat aliment alır. Həmin məbləğdə aliment ilə də uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Qızının böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. Hesab edir ki, qızının mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-cü il respublikada uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1224/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir.
10. Cavabdeh iddiaya qarşı birinci instansiya məhkəməsinə etiraz verərək iddianı qəbul etməməsini, əmək haqqının az olmasını, 2024-cü il sentyabr ayında Azərbaycan Ordusunun Müdafiə Nazirliyi ilə 5 illik bağlanmış müddətin bitdiyinə görə ehtiyata buraxılmasını, yenidən ailə həyatı qurmağını və yeni övladının dünyaya gəldiyini nəzərə alaraq iddianın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Göyçay Rayon Məhkəməsinin (hakim Elçin Qurbanov) 30 iyul 2024-cü il tаrixli, e- 2(046)-1293/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1224/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh 60 manat mediasiya xərci alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu 44 manat məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
12. İddiaçı Göyçay Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tаrixli, e-2(046)- 1293/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...200 manat məbləğində alimentlə bir ay ərzində uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumu 2024-cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. O, iddia tələbində uşağa görə 235 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2024-cü il üçün yaşayış minimumu haqqında qanunun tələbinə əsasən 235 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hesab edir ki, məhkəmə iddia tələbimi qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 005№-li hərbi hissənin xx.xx.2024-cü il tarixli, 91 №-li arayışından görünür ki, Cavabdeh aylıq pul təmina bütün növ tutmalar və 170 manat aylıq sabit pul məbləğində aliment tutulduqdan sonra 809 manat təşkil edir. Burdan belə aydın olur ki, aylıq pul təminatı bütün növ tutulmaları çıxmaq şərtilə cavabdehin əmək haqqı 170 manat alimentlə birlikdə 979 manat təşkil edir (170 aliment + aylıq pul təminatı bütün növ tutulmalar və 170 manat aylıq sabit pul məbləğində aliment tutulduqdan sonra aldığı 809 manat əmək haqqı = 979 manat). 979 manat pulun ¼ hissəsi isə 244 manat 75 qəpik edir. Yəni ¼ hissədə aliment müəyyən olunarsa o zaman həmin məbləğ məhkəmənin hazırkı məbləğdə müəyyən etdiyi alimentdən 44 manat 75 qəpik artıq olar. İddiaçının ¼ hissədə aliment tələb etməməsinin səbəbi cavabdehin həmin hissədə aliment müəyyən olunduqdan sonra qəsdən işdən çıxması olur. Yəni cavabdeh alimentin az məbləğdə müəyyən olunması üçün bu üsul və vasitələrdən istifadə edir. Əslində məhkəmənin müəyyən etdiyi 200 manat alimentlə 235 manat aliment arasında cəmi 35 manat fərq vardır. 979 manat əmək haqqından 200 manat aliment tutulduqda 779 manat əmək haqqı qalır. 979 manat əmək haqqından 235 manat aliment tutulduqda isə 744 manat əmək haqqı qalır. Göstərilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tаrixli, e- 2(046)-1293/2024 saylı Göyçay rayon məhkəməsinin e-2(046)-1293/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini dəyişdirərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tаrixli, e- 2(046)-1293/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə iddiaçı tərəf qətnamənin iddianın təmin edilməyən hissəsini mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 34. Nikah hüququ (...) İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
İnsan hüquqlarına dair Ümumi Bəyannamə
20. Maddə 25, 2-ci bənd. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
22. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
23. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
24. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
25. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
26. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tаrixli, e-2(046)-1293/2024 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlilli aliment məbləğinin müəyyən edilməsi ilə bağlıdır.
41. Qeyd edildiyi kimi birinci instansiya məhkəməsi Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1224/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsini qət etmişdir.
42. Ailə qanunvericiliiyinin tələbinə görə, alimentin sabit pul məbləğində, həm də qazancdan (gəlirdən) hissə ilə tutulmasına yol verilir.
43. Qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində cavabdehdən tutulan alimenti 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə dəlilini ilk növbədə uşağın saxlanması üçün yaşayış minimumunun 235 manat müəyyən olunması ilə əsaslandırmışdır.
44. Məhkəmə kollegiyası tərəflərin birgə nikahdan olan uşağın mənafeyini, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyini, uşağın tərbiyəsi, təhsili, onun fiziki və mənəvi inkişafı ilə bağlı tələbatlarının artması dinamikasını, uşağın iddiaçının yanında qalmaqla hüquqlarının üstün mühafizə prinsipini, həmçinin cavabdehin maddi vəziyyətini, alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının çətinlik törədərək iddiaçının marağını pozduğunu nəzərə alır və belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbinin cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ona ayda 235 manat məbləğində alimentin alınıb verilməsinin tam həcmdə təmin edilməsi məqsədə müvafiq deyildir.
45. Birinci instansiya məhkəməsi aliment məbləğinin 200 manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Bununla yanaşı məhkəmə onu da nəzərə alır, Cavabdeh ikinci dəfə nikaha daxil olması və uşağının doğulması da ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borclu olduğundan, tərəflərdən birinin (cavabdehin) ailə vəziyyətində, digər tərəfin (iddiaçının) maddi vəziyyətində dəyişikliyin olması nəzərə alınmalı, xx.xx.2011-ci il təvəllüdlü uşağın yaşının artması ilə maddi tələbatlarının artması, son nəticədə onun himayəsində olduğu ana iddiaçının maddi vəziyyətinə təsir etməsi kimi qiymətləndirilməli və bu cür təsir səbəbindən aliment məbləği dəyişdirilməyəcəyi halda uşağın üstün mənafeləri pozulmuş olar və onun minimum tələbatlarının ödənilməsinə imkan verməyə bilər. Ona görə də məhkəmə hesab etmişdir ki, müəyyən olunmuş aliment məbləği dəyişdirilərək yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğdə Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır.
46. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
47. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır.
48. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.
49. Onu da qeyd etmək lazım gəlir ki, hər il yaşayış minumunun dəyişdirilməsi alimentin artırılması barədə tələblə məhkəməyə müraciət edilməsinə əsas vermir. Uşağı saxlamaq hər iki valideynin borcudur və uşağın saxlanması üçün yaşayış minimumu xərcinin təkcə valideynin biri tərəfindən ödənilməli olması barədə bəyan əsassızdır.
50. Apellyasiya şikayətinin başlıca dəlili bütün növ tutmaları çıxmaq şərtilə cavabdehin əmək haqqı 170 manat alimentlə birlikdə 979 manat təşkil edir (170 aliment + aylıq pul təminatı bütün növ tutmalar və 170 manat aylıq sabit pul məbləğində aliment tutulduqdan sonra aldığı 809 manat əmək haqqı = 979 manat). 979 manat pulun ¼ hissəsi isə 244 manat 75 qəpik edir. Yəni ¼ hissədə aliment müəyyən olunarsa, o zaman həmin məbləğ məhkəmənin hazırkı məbləğdə müəyyən etdiyi alimentdən 44 manat 75 qəpik artıq olması barədədir.
51. Kollegiya həmin dəlili əsassız sayaraq qeyd edir ki, əvvala işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr 2024-cü il tarixli 293 saylı əmrindən çıxarışdan görünür ki, gizir Cavabdeh “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılıb, N oktyabr 2024-cü il tarixdən hərbi hissənin şəxsi heyəti siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün SHXÇDXX-nin Göyçay rayon şöbəsinə göndərilib.
52. İkincisi, işdən görünür ki, Cavabdeh ikinci nikahdan övladı doğulmuşdur. Belə olan halda onun almış olduğu əmək haqqının (gəlirlərinin) dörddə bir hissəsini deyil, üçdə bir hissəsi aliment kimi verilə bilər ki, həmin məbləğ də uşaqların sayına (iki) bölünməlidir. Bu zaman həmin məbləğ (979:3:2=163,12) təxminən 163 manat təşkil edir ki, bu məbləğ də birinci instansiya məhkəməsinin hazırda müəyyən etdiyi məbləğdən 37 manat azdır.
53. Ona görə də apellyasiya şikayətinin sözü gedən dəlilindəki həqiqət payı yox dərəcəsindədir.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
55. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
58. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tаrixli, e-2(046)-1293/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.
61. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tаrixli, e-2(046)-1293/2024 saylı qətnаməsi mübahisələndirilən-iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov