Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1188/2020 10.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiаçılаr İddiaçı1 оğlunun, İddiaçı2, İddiaçı3 cаvаbdehlər Cavabdeh1 оğlunа və Cavabdeh2-yə qаrşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsindən cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-620/2019 nömrəli (hakim H.Səlimov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı3 Cavabdeh1 mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.1183 ha torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 133,50 kv/m, yaşayış sahəsi 69,50 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ tanınsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 aid hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5rşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 xüsusi mülkiyyətində olan, Cavabdeh2-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.50 kv/m, yaşayış sahəsi 69.50 kv/m, yardımçı sahəsi 64 kv/m olan fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1, Cavabdeh1 və İddiaçı2 istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.50 kv/m, yaşayış sahəsi 69.50 kv/m, yardımçı sahəsi 64 kv/m olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. O, Cavabdeh1 atası, Əhmədova X11 onun anası, İddiaçı3 isə arvadıdır. Cavabdeh1 xüsusi mülkiyyətində olan həmin fərdi yaşayış evi İddiaçı1 ata-baba yurdu olmuş, bağışlama yolu ilə Cavabdeh1 mülkiyyət hüququ əldə etmişdir. İddiaçı1 doğulduğu vaxtdan, digər iddiaçılar isə müvafiq olaraq ərə köçdükləri gündən sözügedən mənzildə yaşamış, yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınmışlar. Uzun illərdir ki, həmin fərdi yaşayış evində yaşamaqdadırlar. Cavabdeh Əhmədov X8 rayonu Hənifə kəndində yerləşən həmin fərdi yaşayış evini xx.xx.2014-cü il tarixli 19M000000147 nömrəli İpoteka müqaviləsinə əsasən, digər Cavabdeh2-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli, 2(019)-54/2017 saylı qətnaməsi ilə həmin iş üzrə cavabdehlər Cavabdeh1, İddiaçı1, X3 və X4 cəmi 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatı və 21 manat xidmət haqqının 15,12 manatının tutulması, tələbin Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat olmaqla açıq hərracdan satılması və 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan üç sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatı və 21 manat xidmət haqqının 15,12 manatının hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh2-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, İddiaçı1, X3 və X4 ümumi qaydada tutulması, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 hazırda həmin fərdi yaşayış evini sataraq digər cavabdehə (Bank) olan borcunu ödəmək niyyətində olduğundan, onların orada yaşamaqlarına dolayı yollarla maneələr törətdiklərindən iddiaçılar hazırki iddianı irəli sürmək məcburiyyətində qalmışlar. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbi baxımından iddiaçılar, İddiaçı1 anadan olduğu vaxtdan, Əhmədova X11 sözügedən fərdi yaşayış evinə köçürüldüyü vaxtdan istifadə hüququnu əldə etmişlər. Digər İddiaçı3 da həmin fərdi yaşayış evinə mülkiyyətçinin razılığı əsasında qeydiyyata alındığından istifadə hüququnu əldə etmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.50 kv/m, yaşayış sahəsi 69.50 kv/m, yardımçı sahəsi 64 kv/m olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Balakən rayonu Hənifə kəndində yerləşən həmin fərdi yaşayış evini xx.xx.2014-cü il tarixli 19M000000147 nömrəli İpoteka müqaviləsinə əsasən, digər Cavabdeh2-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)-54/2017 saylı qətnaməsi ilə həmin iş üzrə cavabdehlər Cavabdeh1, İddiaçı1, X3 və X4 cəmi 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatının, ipoteka predmetinətutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatının və 21 manat xidmət haqqının 15,12 manatının tutulması, tələbin Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat olmaqla açıq hərracdan satılması və 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan üç sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatı və 21 manat xidmət haqqının 15,12 manatının hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh2-ə ödənilməsi, hərrracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, İddiaçı1, X3 və X4 ümumi qaydada tutulması, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçılardan İddiaçı1 onun atası, Əhmədova X11 anası, İddiaçı3 isə arvadıdır. O, Əsmayə ilə xx xxxx 2014-cü ildə rəsmi nikah bağlanmaqla evlənmiş,onu öz mülkiyyətində olan evə gəlin gətirmişdir. O, vaxtdan birlikdə həmin evdə yaşayırlar. Birgə nikahlarından bir uşaqları vardır. İddiaçıların hazırda yaşamağa başqa yerləri yoxdur. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh2 X6 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.50 kv/m, yaşayış sahəsi 69.50 kv/m, yardımçı sahəsi 64 kv/m olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Balakən rayonu Hənifə kəndində yerləşən həmin fərdi yaşayış evini xx.xx.2014-cü il tarixli 19M000000147 nömrəli İpoteka müqaviləsinə əsasən, digər Cavabdeh2nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)-54/2017 saylı qətnaməsi ilə (hakim H.Səlimov) həmin iş üzrə cavabdehlər Cavabdeh1, İddiaçı1, X3 və X4 cəmi 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatının, ipoteka predmetinətutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatının və 21 manat xidmət haqqının 15,12 manatının tutulması, tələbin Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat olmaqla açıq hərracdan satılması və 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan üç sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatının və 21 manat xidmət haqqının 15,12 manatının hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh2-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, İddiaçı1, X3 və X4 ümumi qaydada tutulması, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ev və torpaq sahəsi ipotekaya qoyularkən iddiaçıların heç biri həmin evdə qeydiyyatda olmamışlar. Onların özlərinin ayrıca evləri vardır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 X9 qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)- 2802/2019 nömrəli (sədrlik edən hakim A.A.Mahmudov, hakimlər E.Ş.Hüseynov, V.İ.Məlikov) qətnaməsinə əsasən Cavabdeh2 X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(019)-320/2019 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)- 2802/2019 nömrəli qətnaməsindən Cavabdeh2 X9 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-1062/2020 nömrəli (sədrlik edən hakim Q.A.Əsgərov, hakimlər E.R.Vəliyeva və V.Ə.İbayev) qərarı ilə Cavabdeh2-nin nümayəndəsi və vəkili X1 şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2802/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iş həmin hissə üzrə yeni apellyasiya baxışına qaytarılması müəyyən edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 X9 qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçıların köçmək istədiyi Balakən rayonu Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 133,5 m2, yaşayış sahəsi 69,5 m2, olan fərdi yaşayış evi (bundan sonra fərdi yaşayış evi) digər Cavabdeh1 mülkiyyətindədir və o, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında üzərinə götürdüyü öhdəliyin təminatı olaraq əmlakı ipoteka ilə yüklü etmişdir. Göründüyü kimi qeyd olunan fərdi yaşayış evi bankın xeyrinə yüklü vəziyyətdədir. Daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (MM-in 14.3-cü maddəsi). İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Cavabdeh2 X9 teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək iş üzrə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-620/2019 nömrəli) qətnaməsi iddia tələbinin qismən edilməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiаçı İddiaçı3 cаvаbdehlər Cavabdeh1 оğlunа və Cavabdeh2-yə qаrşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx.xx.2014-cü il tаrixli 19M000000147 nömrəli İpоtekа müqаviləsinin surətindən görünür ki, Cavabdeh1 оğlu Balakən rаyоnu Hənifə kəndində xüsusi mülkiyyətində оlаn 0.1183 hа tоrpаq sаhəsi və həmin tоrpаq sаhəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sаhəsi 133.50 kv/m, yаşаyış sаhəsi 69.50 kv/m, yаrdımçı sаhəsi 64 kv/m оlаn fərdi yаşаyış evini iddiаçının xeyrinə ipоtekа ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tаrixli 19M000000147 nömrəli ipоtekа müqаviləsinə əsаsən Balakən rаyоnu Hənifə kəndində xüsusi mülkiyyətində оlаn 0.1183 hа tоrpаq sаhəsi və həmin tоrpаq sаhəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sаhəsi 133.50 kv/m, yаşаyış sаhəsi 69.50 kv/m, yаrdımçı sаhəsi 64 kv/m оlаn fərdi yаşаyış evi Cavabdeh2 X6 xeyrinə ipоtekа ilə yüklü edilmişdir. Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Zаqаtаlа Ərаzi idаrəsi tərəfindən 12 №li reyestr kitаbının 59 nömrəli vərəqində qeydiyyаtа аlınmış və RX ******* №li çıxаrışlа Balakən rаyоnu Hənifə kəndində xüsusi mülkiyyətində оlаn 0.1183 hа tоrpаq sаhəsi və həmin tоrpаq sаhəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sаhəsi 133.50 kv/m, yаşаyış sаhəsi 69.50 kv/m, yаrdımçı sаhəsi 64 kv/m оlаn fərdi yаşаyış evini Cavabdeh1 оğlunun kredit öhdəliklərinin icrаsını təmin etmək üçün «xxxxxxxxxx» QSC-nin xeyrinə ipоtekа ilə yüklü edilməsi qeydiyyyаtа аlınmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)-54/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1, İddiaçı1, X3 və X4 cəmi 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatının və 21 manat xidmət haqqının 15,12 manatının tutulması, tələbin Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat olmaqla açıq hərracdan satılması və 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan üç sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatının və 21 manat xidmət haqqının 15,12 manatının hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh2-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, İddiaçı1, X3 və X4 ümumi qaydada tutulması, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli evdə qeydiyyatda olmamalarını, öz təsərrüfatlarında ayrıca evlərinin olmasını, mübahisəli evdən istifadə hüquqlarının tanınmasına nail olmaqla evin satılmasına mane olmaq istəmələrini, İddiaçı3 isə Cavabdeh1lə rəsmi nikah bağlamaqla həmin evə köçməsini, hal-hazıra kimi həmin evdə yaşamasını nəzərə alaraq iddia qismən təmin edilməli, İddiaçı3 Cavabdeh1 mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.1183 ha torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 133,50 kv/m, yaşayış sahəsi 69,50 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ tanınmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 aid hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-1062/2020 nömrəli qərarı ilə Cavabdeh2-nin nümayəndəsi və vəkili X1 şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2802/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iş həmin hissə üzrə yeni apellyasiya baxışına qaytarılması üzrə işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, iddiaçılardan İddiaçı3 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 hazırda həmin fərdi yaşayış evini sataraq digər cavabdehə (Bank) olan borcunu ödəmək niyyətində olduğundan, onun orada yaşamağına dolayı yollarla maneələr törətdiyindən o, hazırki iddianı irəli sürmək məcburiyyətindədir. O, həmin fərdi yaşayış evinə mülkiyyətçinin razılığı əsasında qeydiyyata alındığından istifadə hüququnu əldə etmişdir. Cavabdeh2 X9 isə iddiaya etiraz edərək iddiaçının istifadə hüququnun tanınmasını istədiyi Balakən rayonu, Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 133,5 m2, yaşayış sahəsi 69,5 m2, olan fərdi yaşayış evi digər Cavabdeh1 mülkiyyətində olmaqla xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında üzərinə götürdüyü öhdəliyin təminatı olaraq əmlakı ipoteka ilə bankın xeyrinə yüklü vəziyyətdə olmasını göstərmişdir. Digər Cavabdeh1 iddia tələbini etiraf etmiş, apelyasiya şikayətinə isə etiraz etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Bununla yanaşı, məhkəmə aktlarından şikayətin MPM-də nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Mülki proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Qanunverici tərəfindən bu məqsədlərə nail olmaq üçün birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən etmişdir. Həmin prosessual qaydalara görə əgər prosesdə iştirak etməyən, iddia tələbinin bilavasitə yönəlmədiyi şəxs tərəfindən iddia tələbi üzrə gəlinən nəticə mübahisələndirilərsə, ilk öncə onun məhkəmə aktının mübahisələndirilməsi üçün iddia tələbi üzrə gəlinən nəticənin onun subyektiv hüququna toxunub-toxunmadığı aydınlaşdırılmalı, gəlinən nəticə şəxsin pozulmuş subyektiv hüquqların pozulmasının bərpasına yönəlməlidir. Bunun üçün də ilk növbədə şəxsin hüququnun pozulub-pozulmaması, əgər pozulubsa iddianın yönəldiyi şəxsin həmin hüquq pozuntusunda görə təqsiri müəyyən edilməlidir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayarkən iddiaçı şəxsin hüququnun pozulub-pozulmaması, əgər pozulubsa iddianın yönəldiyi şəxslərin həmin hüquq pozuntusuna görə təqsirinin olub-olmamalarını müəyyən etməli olduğu halda, bunu etməyərək cavabdehin iddianı etiraf etməsi ilə kifayətlənərək bu etirafı cavabdehin öz ailəsinin birlikdə yaşamasına xidmət etməsi kimi səhv nəticəyə gəlmişdir. Belə ki, kollegiyanın qənaətinə görə cavabdeh öz ailəsi ilə birlikdə yaşaması niyyətindədirsə belə onun İddiaçı3 mübahisəli fərdi yaşayış evində yaşamağına dolayı yollarla maneələrin törədilməsi faktı da mövcud olmamalıdır. Əgər belə maneələr vardırsa məhkəmə bu maneələrin hansı formada olmasını aydınlaşdırmalı və cavabdehin iddianı etiraf etməsinə, həmçinin iddiaçının cavabdeh tərəfindən hüquqlarının pozulması faktı öz təsdiqini tapmadığı halda iddianın formal olaraq və ya hansı səbəblərdən verilməsinə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işin bu halına qiymət verməmişdir ki, Cavabdeh1 hazırda həmin fərdi yaşayış evini sataraq digər cavabdehə (Bank) olan borcunu ödəmək niyyətində olub-olmamasından asılı olmayaraq bu əsasla ona və Banka qarşı qaldırılan iddianın cavabdeh tərəfindən İddiaçı3 mübahisəli mənzildə yaşamasına və istifadə hüququnun tanınmasına etiraz edilməməsi baxımından əsaslı sayıla bilməz. Apellyasiya məhkəməsi hesab edir ki, ilk əvvəl birinci instansiyası məhkəməsi İddiaçı3 xx.xx.2014-cü ildə Cavabdeh1 ilə nikaha daxil olmaqla həmin vaxtdan hazıra kimi onun ailə üzvü statusunda fərdi yaşayış evində qeydiyyata alınmaqla yaşaması faktına qiymət verməmiş, mübahisəli yaşayaış evinə Cavabdeh2-nin məhdud əşya hüququnun olmasına baxmayaraq iddiaçının həmin fərdi yaşayış evində yaşamasına hər hansı formada etiraz edib-etməməsini, bundan əlavə, həmin iddiaçının sözügedən evə istifadə hüququnun tanınmasının hüquqi əsaslarını müəyyənləşdirməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməyən digər iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə iddianın təmin edilməməsi ilə razılaşan iddiaçıların iddialarının təmin edilməməsini səbəbi kimi həmçinin, mübahisəli evdən istifadə hüququnun tanınmasına nail olmaqla evin satılmasına mane olmaq istəmələridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı3 mübahisəli fərdi yaşayış evinə mülkiyyətçinin ailə üzvü statusu ilə onun razılığı əsasında qeydiyyata alınması faktı mövcud olduğu təqdirdə onun həmin evə ərinə münasibətdə, etibarlı ailə münasibətləri baxımından artıq istifadə hüququnun olduğu halda bu hüququn yenidən tanınması üçün iddia qaldırılmasının əsil səbəblərini birinci instansiyası məhkəməsinin yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi daha sonra hesab edir ki, birinci instansiyası məhkəməsi cavabdehlərdən yalnız birinin iddianı etiraf etməsinə Azərbaycan Respublikasının MPM-nin 52 və 191-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. İşin materiallarından görünür ki, cavabdehlərdən biri də Cavabdeh2-dir və o, həm iddiaya, həm də digər cavabdehin iddianı etiraf etməsinə etiraz etmişdir. Birinci instansiyası məhkəməsi isə Cavabdeh1 iddia tələbini etiraf etməsinin digər cavabdehin mənafeyinə toxunubtoxunmamasını aydınlaşdırmamış, cavabdehin iddianı etiraf etməsinə dair gəldiyi qənaətini MPMnin tələbləri baxımından deyil, cavabdehin iddia ilə bağlı subyektiv mülahizəsi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi həmçinin hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisəli yaşayaış evinə Cavabdeh2-nin məhdud əşya hüququnun olması, hələ onun tam mükiyyətçi olması anlamına gəlməməsini düzgün qeyd etsə də, nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sözügedən normanın mahiyyəti ondan ibarətdir ki, bank mülkiyyətçi olmasa da nəinki istənilən kənar bir şəxsdən, hətta mülkiyyətçidən belə öz əmlak hüquqlarının müdafiəsini tələb edə bilər. Məlumdur ki, mülkiyyəti olmayan şəxsin mülkiyyətçiyə məxsus əşya üzərində hüquqları məhdud əşya hüququ adlandırılır. Bu hüquq mülkiyyətçi olmayan şəxsin mülkiyyətçisinin əmlakından qanun əsasında öz mənafelərinə uyğun olaraq istifadəsini nəzərdə tutur. Məhdud əşya hüququnun əlamətləri bunlardır; bu başqa şəxsin mülkiyyətindəki əşyaya olan hüquqdur; mülkiyyət hüququ ilə müqayisədə məhduddur, törəmə xarakteri daşıyır; əmlak mülkiyyətçisi öz mülkiyyətini saxlayır. Həmçinin məhdud əşya hüquqlarına əşya təminat hüquqları da daxildir ki, bunlar da girov və ipoteka hüququdur. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. (Mülki Məcəllənin 269.1 və 269.2-ci maddələri) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin mübahisəli yaşayış evinə Cavabdeh2-nin məhdud əşya hüququnun olmasının İddiaçı3 öz ərinə məxsus olan evə istifadə hüuqunun tanınmasını məhdudlaşdıra bilməməsinə dair nəticəsi qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Ona görə də apelyasiya məhkəməsinin qənaətincə birincin instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh2 X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-620/2019 nömrəli) qətnaməsi iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiаçı İddiaçı3 cаvаbdehlər Cavabdeh1 оğlunа və Cavabdeh2-yə qаrşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi təmin edilməməlidir. İddiaçıların ödədiyi dövlət rüsumu özlərinə aid edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 X9 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-620/2019 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin və iddiаçı İddiaçı3 cаvаbdehlər Cavabdeh1 оğlunа və Cavabdeh2-yə qаrşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən : Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1188/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1188/2020
10.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver