Məhkəmə qərarları › İş №2(107)-119/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-119/2023

19.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-119/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, əldən çıxmış fayda və maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, əldən çıxmış fayda və maddi zərər, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-49/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, əldən çıxmış fayda və maddi zərər” tələbinə dair məhkəmədə iddia qaldıraraq, mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq mülkiyyətlərində olan, Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,70 ha torpaq sahəsindən istifadələrinə Cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq onlara təhvil verilməsi, əldən çıxmış faydanın və vurulmuş zərərin əvəzi olaraq 48.000 (qırx səkkiz min) manat məbləğində pulun Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair JN0674 №li, 40614018 kodlu dövlət aktına əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,81 hektar torpaq sahəsi “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədilə X13 və onun ailə üzvləri İddiaçı1, X3 və X7 mülkiyyətinə verilmişdir. Cavabdeh uzun illərdir mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək onları torpaq sahəsinə buraxmır. Dəfələrlə oraya getsələr də, cavabdeh qanunsuz olaraq onların həmin torpaq sahəsindən istifadə etməklərinə maneələr yaradır və 1997-ci ildən həmin torpaq sahəsindən özü istifadə etməklə gəlir əldə edir. Onlar bununla bağlı dəfələrlə müxtəlif orqanlara, Qəbələ Rayon İcra Hakimiyyətinə, Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə, Qəbələ rayon Polis şöbəsinə və Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət etmişlər, lakin heç bir müsbət nəticə əldə edə bilməmişlər. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin onlara ünvanlığı 196 №-li, 11 fevral 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, sözügedən ərazidə qarşı tərəf olan Rüstəmov X2 İƏN-ə dəvət edilmiş və məsələ ilə bağlı ətraflı söhbət aparılmışdır. Vətəndaş bildirmişdir ki, “mənim özüm əkib becərdiyim bağ sahəsidir heç kimə veriləsi torpağım yoxdur”. Bu hal bir daha onu təsdiq edir ki, Cavabdeh qəsdən mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmişdir və onların həmin torpaq sahəsindən istifadə etməklərinə maneə yaradır. Göründüyü kimi, onlar mülkiyyətçi olduğu halda, öz mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə və ondan gəlir əldə edə bilmirlər, yəni xüsusi mülkiyyətlərindən qanunsuz olaraq məhrum edilmişlər, cavabdeh torpaq sahələrinə qeyri-qanuni sahiblik və ondan istifadə edir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-49/2022 saylı qətnaməsi (hakim A.Əliyev) ilə iddianın qismən təmin edilməsi, JN-0674 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində X13, İddiaçı1, X3 və X7 birgə mülkiyyətinə verilmiş 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-674A cizgisində göstərilmiş 0,6873 ha hissəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0674 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X13, İddiaçı1, X3 və X7 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin iddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 02 iyun 2022-ci il tarixli, **********74 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X13, İddiaçı1, X3 və X7 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi Cavabdeh istifadəsində olması göstərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd etmişdir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçıların cavabdehin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçıların təqdim etdiyi JN-0674 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı və mütəxəssis rəyi ilə sübut olunur. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıların iddia etdikləri və ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi 0,81 hektar təşkil edir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X13, İddiaçı1, X3 və X7 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi Cavabdeh istifadəsində və həmin hissə Cavabdeh tərəfindən tutulduğundan, iddiaçılarnın mülkiyyətində olan torpaq sahəsindən istifadələri məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdikləri maneələr qismən mövcud olduğundan, iddia tələbi torpaq sahəsindən törədilən maneələrə son qoyulması hissəsində qismən əsaslıdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçılar iddia tələblərində mülkiyyətlərinə verilmiş 0,70 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılmasını tələb etsələr də, mütəxəssis rəyi ilə cavabdehin faktiki istifadəsində olan sahənin 0,6873 ha olması müəyyən edilmişdir və bu səbəbdən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində əldən çıxmı faydanın və vurulmuş zərərin əvəzi olaraq 48.000 (qırx səkkiz min) manat məbləğində pulun cavabdehdən tutularaq onlara ödənilməsini xahiş etmişlər. Məhkəmə, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını, qanunvericiliyin tələblərinə görə sübutetmə vəzifəsinin tərəflərin üzərinə qoyulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıların cavabdehə qarşı torpaq sahəsindən istifadəyə görə 48.000 manat məlbəğində maddi ziyan tələbinə dair hissələri əsasızdır və təmin edilməməlidir. Bundan başqa, iddiaçılar maddi ziyanla bağlı tələb etdikləri məbləğlərə, yəni iddia tələblərinin əsaslandıqlıra hallara dair lazımi və iş üçün əhəmiyyət kəsb edəcək - mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdehvə onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişlər ki, iddiaçılarnın iddia etdikləri torpaq sahəsində neçə illlər əziyyət çəkərək bağ salmışdır. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçılarnın mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.4, 152-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü, 111, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, torpağa Mülkiyyət Hüququna dair JN-0674 №-li, 40614018 kodlu Dövlət Aktına əsasən, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə verilmiş, cizgidə göstərilən sərhəd daxilində 0,81 hektar torpaq sahəsi «kənd təsərrüfatı məhsulları istehsalı» məqsədilə X13 və onun ailə üzvləri İddiaçı1, X3 və X7 mülkiyyətinə verilmişdir. Cavabdeh uzun illərdir mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək torpaq sahəsinə buraxmır. Dəfələrlə oraya getsələr də, cavadeh qanunsuz olaraq həmin torpaq sahəsindən istifadə etməyinə maneələr yaradır və 1997-ci ildən həmin torpaq sahəsindən özü istifadə etməklə gəlir əldə edir. Bununla bağlı dəfələrlə müxtəlif orqanlara – Qəbələ Rayon İcra Hakimiyyətinə, Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə, Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciətlər etmişlər, lakin heç bir müsbət nəticə əldə edə bilməmişlər. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin bizə ünvanladığı 196 №-li, 11 fevral 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, sözü gedən ərazidə qarşı tərəf olan Rüstəmov X2 İƏN-nə dəvət edilmiş və məsələ ilə bağlı ətraflı söhbət aparılmışdır. Vətəndaş bildirmişdir ki, «mənim özüm əkib becərdiyim bağ sahəsidir heç kimə veriləsi torpağım yoxdur». Bu hal bir daha onu təsdiq edir ki, Cavabdeh qəsdən mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir və onların həmin torpaq sahəsindən istifadə etmələrinə maneə yaradır. Göründüyü kimi, onlar mülkiyyətçisi olduqları halda, öz mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə və ondan gəlir əldə edə bilmirlər, yəni xüsusi mülkiyyətlərindən qanunsuz olaraq məhrum edilmişlər, cavabdeh torpaq sahələrinə qeyri-qanuni sahiblik və ondan istifadə edir. Qeyd etmək istəyirlər ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onlara maddi ziyan dəymişdir. Belə ki, cavabdeh 1997-ci ildən mülkiyyətlərində olan torpaq sahəsindən qanunsuz olaraq təyinatı üzrə istifadə etməklə, yəni həmin bağda olan və bar verən çoxsaylı (200-dən artıq) meyvə – fındıq, alma və sair ağaclardan gəlir əldə edir. Belə ki, mülkiyyətlərində olan və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş 0,70 ha torpaq sahəsi məhz kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir və həmin bağ sahəsindən illik 2000-3000 manat qazanc əldə edilir. Bu səbəbdən də cavabdehdən hər il üçün 2000 (iki min) manat olmaqla 1997-ci ildən başlayaraq hazırkı vaxtadək, yəni 24 il müddət üçün hesablanmaqla 48.000 (qırx səkkiz min) manat əldən çıxmış faydanın onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. Hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan işin faktiki halları tam olaraq nəzərə alınmamışdır. İşə baxan məhkəmə qətnamədə qeyd etmişdir ki, “iddiaçılar iddia tələblərində mülkiyyətlərinə verilmiş 0,70 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılmasını tələb etsələr də, mütəxəssis rəyi ilə cavabdehin faktiki istifadəsində olan sahənin 0,6873 ha olmas ımüəyyən edilmişdir və bu səbəbdən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.” Hesab edirlər ki, bu hissədə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı mövqeyi əsassızdır və iddia tələbi bu hissədə də tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəylərdə iddiaçıların mülkiyyətində olan verilmiş 0,70 ha torpaq sahəsinin 0,6873 ha hissəsinin Cavabdeh tərəfindən zəbt olunduğu müəyyən olunmuşdur. Lakin 0,70 ha torpaq sahəsinin rəydə göstərilməyən hissəsi, yəni 0,0127 ha torpaq sahəsi isə Cavabdeh və Nümayəndə2 aid torpaq sahələri arasında hasar yerinin altında qalan hissədir. Həmin hissə də iddiaçıların mülkiyyətində olan torpaq sahəsidir və cavabdeh tərəfindən çəkilmiş hasar yerinin altında qalmışdır. Bu səbəbdən də hesab edirik ki, iddia tələbi bu hissədə tam təmin edilərək, 0,0127 ha torpaq sahəsi də daxil omaqla iddiaçıların birgə mülkiyyətinə verilmiş 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsində göstərmişdir ki, “Eyni zamanda aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 375,0 (üç yüz yetmiş beş) manat məbləğində pul iddiaçılar tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq hesabına ödənilmiş və iddiaçı həmin məbləği cavabdehhən tələb etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir.” Hesab edir ki, məhkəmənin bu mövqeyi də tam qanunsuz və əsassızdır. Belə ki, AR MPM-nin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən hesab edir ki, iddiada tələb edilməməsinə baxmayaraq, məhkəmə xərcləri qanunvericiliyin tələbləri baxımından ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə xərci olaraq – iddiaçılar tərəfindən ödənilmiş mütəxəssis tədqiqatlarının dəyəri – 375 (üç yüz yetmiş beş) manatın əvəzi cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Qeyd olunan torpaq sahəsinin təyinatı, yəni kənd təsərrüfatlı torpaq sahəsi olması mübahisəsizdir, həmin torpaq sahəsi qanunsuz zəbt olunaraq onun tərəfindən orada meyvə bağı (fındıq və sair ağacları) salınmışdır. (Foto şəkillər apellyasiya şikayətinə əlavə olunur). Belə olan halda aydın olur ki, kənd təsərrüfatlı torpaq sahəsində salınmış meyvə bağından gəlir əldə etmək mübahisəsizdir, eyni zamanda cavabdehin özü tərəfindən də etiraf edilmişdir, bu səbəbdən də bu fakt tam sübut olunur. Hətta işə baxan məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, “Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişlər ki, iddiaçılarnın iddia etdikləri torpaq sahəsində neçə illlər əziyyət çəkərək bağ salmışdır. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçılarnın mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır.” Bir halda ki, məhkəmə özü cavabdehə iddiaçılarnın mülkiyyətində, faktiki isə onun qanunsuz istifadəsində olmuş torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı və ya əldən çıxmış fayda ilə bağlıməhkəməyə müraciət etmək hüququnun olduğunu izah edirsə, onda necə ola bilər ki, iddiaçıların mülkiyyətlərində olan kənd təsərrüfatlı 0,70 ha torpaq sahəsindən gəlir əldə etmək və fayda götürmək imkanlarının sübut olunmadığını qeyd edir? İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə yalnız, əldən çıxmış faydanın məbləği ilə bağlı araşdırma apara və AR MPM-nin 87-ci maddəsinin tələbinə əsasən ekspertiza təyin etməklə təmin edə bilərdi. Lakin işə baxan məhkəmə bu vəzifəsini həyata keçirməmiş və ədalət mühakiməsi və ədalətli məhkəmə araşdırılması prinsiplərini pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarını kobud şəkildə pozmuş və hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-49/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən – iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsinə, eyni zamanda məhkəmə xərci olaraq – iddiaçılar tərəfindən ödənilmiş mütəxəssis tədqiqatlarının dəyəri – 375 (üç yüz yetmiş beş) manatın əvəzinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o iddia ərizəsində qeyd edilənlərlə və eyni zamanda Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil və qeyd etmək istəyir ki, mübahisəli torpaq sahəsi hələ sovet hakimiyyəti dövründə müəyyən bir yararsız, daşlıq ərazi olduğundan oranı (podrata)-yəni icarəyə götürərək həmin torpaq sahəsini yararlı hala gətirərək bağ salmış və həmin bağda olan meyvə ağaclarını yetişdirmək üçün ağır zəhmət çəkmiş. Təxminən 3-4 il bundan əvvələ kimi heç kim həmin torpaq sahəsinin islahat zamanı onlara pay torpaq sahəsi kimi verildiyini bildirməmişdir. Həmçinin, məlum edir ki, iddiaçıların atası Qurbanov Qərib də müəyyən bir torpaq sahəsi zəbt edərək bağ salmış, həmin torpaq sahəsini hansı yollarlasa gizlədilərək bələdiyyə mülkiyyəti adı altında saxlanmış, onun zəhmətlə becərdiyi meyvə bağından isə ona pay torpaq verilmişdir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının ekspert rəyləri ilə razı deyil. Bildirir ki, onların kəndində torpaq islahatı bir neçə dəfə aparılmış, hesab edir ki, iddiaçıların onun istifadəsində hər hansı torpaq səhəsi yoxdur və keçirilmiş ekspertiza zamanı suallara tam aydınlıq gətirilməmişdir. Ona görə də təkrar məhkəmə tikinti-mühəndis ekspertizası keçirilməsi zərurəti vardır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli “Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən ölkədə torpaqların elektron kadastr uçotu informasiya sistemi qurulur. Habelə ölkənin torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilir. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydalarına görə bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaqkadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, torpaq sahələrinin xəritələrində əsassız sürüşdürülmələr və yerdəyişmələr aparılmışdır. Ona görə də elektron kadastr uçotu informasiya sistemi yaradılmadığından iddiaçıların iddia tələbi əsaslı hesab oluna bilməz. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi hallarınmüəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənləri nəzərə alaraq Qəbələ Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(025)-49/2022 nömrəli qətnaməsininin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 49/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən – iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsinə, eyni zamanda məhkəmə xərci olaraq – iddiaçılar tərəfindən ödənilmiş mütəxəssis tədqiqatlarının dəyəri – 375,0 (üç yüz yetmiş beş) manatın əvəzinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndələri Nümayəndə2 və X8 ayrı-ayrılıqda onların apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(025)-49/2022 nömrəli qətnaməsininin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, iddia tələbinin təmin edilən hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 2(025)-49/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissə üzrə apelyasiya şikayətlərinə münasibətdə dəyişdiriləmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk növbədə iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti əsassızdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, məhkəmə qətnaməsində göstərmişdir ki, “Eyni zamanda aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 375 (üç yüz yetmiş beş) manat məbləğində pul iddiaçılar tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq hesabına ödənilmiş və iddiaçı həmin məbləği cavabdehhən tələb etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir.” Hesab edir ki, məhkəmənin bu mövqeyi də tam qanunsuz və əsassızdır. Belə ki, AR MPM-nin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən hesab edir ki, iddiada tələb edilməməsinə baxmayaraq, məhkəmə xərcləri qanunvericiliyin tələbləri baxımından ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə xərci olaraq – iddiaçılar tərəfindən ödənilmiş mütəxəssis tədqiqatlarının dəyəri – 375 (üç yüz yetmiş beş) manatın əvəzi cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə kollegiyası şikayətin bu hissəsim ilə razılaşmır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin qətnaməsinindən görünür ki, iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsini qət etmişdir. Yəni ekspertiza tədqiqatının dəyəri tam olaraq cavabdehdən tutulmuşdur. Daha sonra kollegiya qeyd edir ki, iddiaçı tərəf ödənilmiş xərclərlə bağlı iddia tələbində hər hansı bir tələb irəli sürmədiyindən birinci ihstansiya məhkəməsi ödənilmiş məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Şikayətin ikinci dəlili iddia tələbinin təmin edilməyən 48.000 (qırx səkkiz min) manat məbləğində zərərin cavabdehdən tutularaq onlara ödənilməsi hissəsinin rədd edilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, şikayətin həmin hissəsi də əsassızdır. Belə ki, iddiaçıların iddia ərizəsində əldən çıxmış faydanın və vurulmuş zərərin əvəzi olaraq 48.000 (qırx səkkiz min) manat məbləğində pulun cavabdehdən tutularaq onlara ödənilməsi hissəsinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanana müddəalarını, qanunvericiliyin tələblərinə görə sübutetmə vəzifəsinin tərəflərin üzərinə qoyulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıların cavabdehə qarşı torpaq sahəsindən istifadəyə görə 48.000 manat məlbəğində maddi ziyan tələbinə dair hissələri əsasızdır. Belə ki, iddiaçılar maddi ziyanla bağlı tələb etdikləri məbləğlərə, yəni iddia tələblərinin əsaslandıqlıra hallara dair lazımi və iş üçün əhəmiyyət kəsb edəcək - mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçıların üzərinə düşsə də, onlar, öz iddia tələblərini, yəni cavabdeh tərəfindən subyektiv hüququn və qanunla qorunan obyektiv hüquqlarının (sosial və hüquqi aspektdə) pozulduğuna dair halları sübuta yetirə bilməmişdir. Buna görədə məhkəmə kollegiyası hesab edir ki, iddia cavabdehdən 48000 manat məbləğində əldən çıxmış faydanın və maddi zərərin alınaraq iddiaçılara verilməsi hissəsində əsassızdır və təmin olunmamalıdır. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, Cavabdeh iddiaçılara məxsus torpaq sahəsini bilərəkdən zəbt etməmişdir. Belə ki, işdə olan JN-0594 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X9, Nümayəndə2, X12 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavbdeh Cavabdeh iddiaçılara məxsus torpaq sahəsini öz torpaq sahəsi bilmiş və tərəflərin izahatlarında qeyd edildiyi kimi həmin torpaq sahəsində meyvə ağacları əkmişdir. Yəni cavabdeh tərəf həmin torpaq sahəsinin iddiaçılara məxsus olduğunu bilmiş olsaydı kifayət qədər xərc çəkib orada bağ salmaz və indiki qətnamə ilə həmin əmlakından məhrum olmazdı. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0674 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X13, İddiaçı1, X3 və X7 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin iddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 02 iyun 2022-ci il tarixli, **********74 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X13, İddiaçı1, X3 və X7 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi Cavabdeh istifadəsində olması göstərilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıların iddia etdikləri və ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi 0,81 hektar təşkil edir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X13, İddiaçı1, X3 və X7 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi Cavabdeh istifadəsində və həmin hissə Cavabdeh tərəfindən tutulduğundan, iddiaçılarnın mülkiyyətində olan torpaq sahəsindən istifadələri məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdikləri maneələr qismən mövcud olduğundan, iddia tələbi torpaq sahəsindən törədilən maneələrə son qoyulması hissəsində qismən əsaslıdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıların mübahisələndirdikləri torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçılara ailə üzvlərinə məxsus olmasına baxmayaraq, bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Yenidən ekspertizanın keçirilməsi ilə bağlı şikayətin dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, ekspert rəyinin əsassızlığı ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır.” Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi əsaslı olaraq cavabdehin torpaq sahəsinin zəbt etdiyini keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də şikayət təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmışdır. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 2(025)-49/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissə üzrə apelyasiya şikayətlərinə münasibətdə dəyişdiriləmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-49/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissə üzrə apellyasiya şikayətlərinə münasibətdə dəyişdiriləmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar