Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1190/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair ilk və Cavabdeh2 İddiaçı1 qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: istifadə hüququ, evdən əmlakın çıxarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair ilk və Cavabdeh2 İddiaçı1 qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 2(039)-1011/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. X11 ilə İddiaçı1 arasında 24 noyabr 1988-ci il tarixdə nikah bağlanmışdır. Ailə qurduqdan sonra birgə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində bir müddət yaşayaraq Bakı şəhərinə köçmüşlər. X11 ilə İddiaçı1 arasında olan həmin nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X11 12 mart 2022-ci ildə ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 4 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh2 İddiaçı1 qarşı «fərdi yaşayış evindən əmlakın çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilərək İddiaçı1 məxsus iddia ərizəsində göstərilən əmlakların mülkiyyətində olan Yevlax şəhəri, Azərbaycan döngəsi 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 3-də mərhum Adil Mehtiyev və onlar yaşamışlar. Adil Mehtiyev doğulduğu gündən həmin evdə yaşayaraq bu evə istifadə hüququ və valideynlərindən qalan əmlakın gözlənilən mülkiyyətçisi olmuşdur. İddiaçı1 isə Adil Mehtiyevlə ailə münasibətlərinə girdiyi gündən etibarən həmin evdə yaşamışdır. Bu gündə həmin evdə yaşayırdı. Ancaq həyat yoldaşı Adilin ölümündən sonra cavabdehlər həmin əmlakı mülkiyyətlərinə keçirərək hazırki iddianı ona qaldırmağa məcbur etmişlər. Yaşadığı ev bağlı olduğundan və bütün əşyaları bu evdə qapalı şəkildə bağlandığından o, məcbur qalaraq əvvəl polisə, sonra isə məhkəməyə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, onlar yaşadığı evi onların xəbəri olmadan Cavabdeh1 əvvəl öz adına, xx.xx.2023-cü il tarixində isə bağışlama müqaviləsinə əsasən bacısı Cavabdeh2 adına sənədləşdirmişdir. Cavabdehlər heç bir vaxt nə bu evdə yaşamış, nə də onlara bildirmədən Adilin ailəsini də arxa plana ataraq əmlakın bütün hissəsini sənədləşdirərək öz adlarına keçirməklə gözlənilən mülkiyyət hüquqlarını ələ keçirməklə bərabər, həmdə yaşadıqları evin içindəki olan əmlakını belə nəzərə almadan yaşadığı evə başqa bir şəxs qoyaraq evin qapısını bağlayaraq onun istifadə hüququnu gözlənilən mülkiyyət hüququnu əsassız olaraq mənimsəmişlər. Onlar qeyd olunan məsələ ilə bağlı mübahisə açırlar. Şəxs qanunsuz olaraq mülkiyyəti sənədləşdirməklə bərabər həmdə mövcud olan yaşayış və istifadə hüquqlarını belə gözləmədən yaşadığı evə kirayəşin qoymaqla qapıları bağlaması, evdə olan əmlakının müqəddaratına sual işarəsi qoyması onların fərdi yaşayış yeri üzərində hüquqlarının əllərindən alınması deməkdir. Onlar bu evə bu gün gəlməmişlər. Uzun bir müddətdir ki, bu evdə yaşayırlar. Qızı bu evdə doğulub. Evdə həyat yoldaşı və ondan birdə qızından başqa kimsə yaşamayıb. O, qayınatasına məxsus olan yaşadıqları evin necə bu şəxslərin adına keçməsini anlaya bilmir. Başa düşə bilmirlər ki, ailələrinə aid olan əmlak və əşyaları necə onlardan gizlədilib qapalı şəraitdə saxlanılsın. Onlar evə köçmək istəyirlər. Bu onların haqqıdır. Həmin fərdi yaşayış evində istifadə hüquqları mövcuddur.
5. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülıkiyyətindədir, mülkiyyət hüququları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystirindən xx.xx.2023-cü il tarixli çıxrışla rəsmiləşdirilmişdir. Həmin fərdi yaşayış evi əvvəllər qardaşı Cavabdeh1 mülkiyyətində olmuş və bağışlama müqaviləsinə əsasən onun mülkiyyətinə kçşmişdir. Hazırki iddiası üzrə cavabdeh İddiaçı1 onun qardaşı oğlu X4 həyat yoldaşı olmuşdur. X16 şəhərində işlədiyi vaxtlarda qardaşı Cavabdeh1 razılığı ilə mübahisəli evdə yaşamış, Fatma isə Bakı şəhərində həkim işlədiyinə görə 5 ilə yaxın fasilələrlə həmin evdə yaşamışdır. 2022-ci ilin mart ayında qardaşı oğlu Adil Mehdiyev vəfat etmiş, İddiaçı1 məxsus əmlaklar – 1 ədəd DVD, 1 ədəd şirəçəkən maşın, 1 ədəd şörək qabı, 1 ədəd xonça qabı, 1 ədəd stolüstü klyonka, 3 ədəd sumka, 1 ədəd qızdırıcı, 1 ədəd şkaf (içində paltarlar), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd dəyirmi divan, 1 ədəd taxt döşək, 2 ədəd balaca şkaf, 1 ədəd termo, 1 ədəd pərdə, 1 ədəd tozsoran, 1 ədəd televizor (Vestel böyük), 1 ədəd televizor (Samsung 12 ekran), 1 ədəd şfoner (içində paltarlar), 1 ədəd çanta, 1 ədəd vanna, 1 ədəd qazan, 3 ədəd oboy və 1 ədəd asılqan onun mülkiyyətində olan evdə qalmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq İddiaçı1 özünə məxsus əşyalarını onun mülkiyyətində olan evindən çıxarmamışdır.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X11 ilə İddiaçı1 arasında 24 noyabr 1988-ci il tarixdə nikah bağlanmışdır. Ailə qurduqdan sonra birgə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində bir müddət yaşayaraq Bakı şəhərinə köçmüşlər. X11 ilə İddiaçı1 arasında olan həmin nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi ilə pozulmuş və onlar sonradan bir daha rəsmi nikah münasibətlərinə girməmiş, sonradan faktiki ər arvad kimi yaşamış, Adil Mehdiyev 2022-ci ilin mart ayında vəfat etmişdir. İddiaçı1, X8 və X11 mübahisəli evin o zamankı mülkiyyətçisi Cavabdeh1 şihafi razılığı ilə 2014-cü ildən fasilələrlə həmin evdə yaşamışlar, İddiaçı1 Bakı şəhərində həkim işlədiyindən qızı ilə çox vaxtlar orada yaşamışdır. Lakin İddiaçı1 əmlakları həmin evdə qalmışdır. Hazırda həmin evi Cavabdeh1 miras olaraq qəbul tam etmişdir. Mülkiyyətçi isə Cavabdeh2dır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 4 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı1 qarşı «fərdi yaşayış evindən əmlakın çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 ona və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsini; qarşılıqlı iddianı təmin edərək İddiaçı1 məxsus iddia ərizəsində göstərilən əmlakların mülkiyyətində olan Yevlax şəhəri, Azərbaycan döngəsi 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsi: məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi tətbiq olunmalıdır.
7. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçıların mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Ona görə də ilkin iddia təmin rədd edilməli və qarşılıqlı iddia təmin edilməlidir.
8. Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 2(039)-1011/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) ilk iddia rədd olunmuş, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 4 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən İddiaçı1 məxsus 1 ədəd DVD, 1 ədəd şirəçəkən maşın, 1 ədəd şörək qabı, 1 ədəd xonça qabı, 1 ədəd stolüstü klyonka, 3 ədəd sumka, 1 ədəd qızdırıcı, 1 ədəd şkaf (içində paltarlar), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd dəyirmi divan, 1 ədəd taxt döşək, 2 ədəd balaca şkaf, 1 ədəd termo, 1 ədəd pərdə, 1 ədəd tozsoran, 1 ədəd televizor (Vestel böyük), 1 ədəd televizor (Samsung 12 ekran), 1 ədəd şfoner (içində paltarlar), 1 ədəd çanta, 1 ədəd vanna, 1 ədəd qazan, 3 ədəd oboy və 1 ədəd asılqan adlı əşyaların çıxarılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 146,152 və 228-ci maddələrinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30 və 82-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 26 fevral 2024-cü il tarixli MŞY/MT034/2024-00080 saylı arayış 20 avqust 1991-ci il tarixli 1167A saylı Qeydiyyat Vəsiqəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 may 2022-ci il tarixli ********** saylı çıxarış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24 iyun 2023-cü il tarixli ********** saylı çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 04 oktyabr 2023- cü il tarixli 3-21-3-35/2-3765/2023 saylı məktubu Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 mart 2024-cü il tarixli 1232 saylı arayışı 24 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 31 iyul 2023-cü il tarixli ********** saylı çıxarış 05 aprel 2022-ci il tarixli AZ-ll 272338 saylı ölüm haqqında şəhadətnamə Yevlax rayon Qeydiyyat şöbəsinin 11 may 2024-cü il tarixli arayış
11. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ünvan 1 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixində ¼ hissədə hazırki Cavabdeh1, ¾ hissədə X1 mülkiyyəti olmuşdur. Həmin fərdi yaşayış evinin ilkin sənədləri xx.xx.1991-ciil tarixində təsdiq edilmişdir. Hazırki Cavabdeh1 Yevlax rayon Notariat Kontoruna nümayəndəsi vasitəsilə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Şəxs Dövlət Notariat Kontoruna müraciət edərək vərəsələrin əhatə dairəsinə dair sənədləri doğru təqdim etmədiyindən atasına çatacaq miras payı ört-basdır edilmişdir. Cavabdeh1 onun atasının əmisidir. Atası həmin miras üzrə payçıdır. Miras qoyan X3 Azərbaycan döngəsi 5saylı evin ¾ hissəsinin mülkiyyətçisidir. Mülkiyyət sahibi onun nənəsidir. Atası və onlar (anası və o) qeyd olunan miras əmlakında son 6 aya qədər yaşamışlar. Mübahisəli mənzil onun atası Adil Mehdiyev və anası İddiaçı1 tərəfindən yaşayış vəziyyətinə gətirilmişdir. Valideynləri tərəfindən 30000 manat həddində həmin fərdi yaşayış evində təmir işləri aparılıb. Evinə qayıdan zaman qapının bağlı olduğu, evə kilidin yerləşdiyini və evə kirayəçin qoyulduğunu görəndən sonra polisə müraciət etmişlər. Ərizəsi Yevlax rayon Polis Şöbəsindədir. Evdə olan bütün əmlakın müqəddəratından xəbəri yoxdur. Çünki evə daxil ola bilmir.
13. Hazırki cavabdehlər öz anasından qalan mirası tamamilə öz adına sənədləşdirib. Həmin sənədləşmənin əsası isə qanun üzrə vərəsəlik şəhadətnaməsidir. Qeyd olunan vərəsəlik şəhadətnaməsi isə xx.xx.2023-cü iltarixində 12:37 dəqiqədə Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən cavabdehin nümayəndəsi Məmmədov Ərəstun vasitəsilə götürülmüşdür. Hesab edir ki, bu hal doğru deyil. 1 saylı Dövlət Notariat Ofisinə verilmiş vərəsələrin əhatə dairəsi düzgün tərtib edilməyib. Çünki miras qoyan X1 vərəsələrinin əhatə dairəsi ya dövlət notariusuna verilməmiş, ya da məsələnin ciddiliyi ortadadır. Onun babası miras qoyanın vərəsəsidir. Miras qoyan vəfat edəndən sonra həmin evdə əvvəl babası, sonra isə atası və onlar yaşamışlar. Ona görə də, qeyd olunan mirasa onların da payı vardır. Hesab edir ki, qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib olunduğu andan etibarlı deyildir. Etibarsız əqdlər bağlandığı andan qanunsuz olduğundan bu hal məhkəmə qaydasında rədd edilir. Onlar məhkəməyə müraciət etmişlər. Bu barədə Dövlət Notariat Kontoruna da müraciət etmişdir. Çünki qanun üzrə vərəsəlik haqqında şəhadətnamə inzibati orqanın qərarıdır. Həmin inzibati orqanın sənədləri əsasında qərarlar qəbul edilir. Onlar bu səbəbdən də sözü gedən fərdi yaşayış evinə dair qanunsuz əldə edilən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi ilə bağlı Yevlax rayon Məhkəməsinə müraciət etmişlər. Mübahisə ilə bağlı məhkəmənin növbəti iclasının vaxtı xx.xx.2024-cü il tarixə təyin olunmuşdur.
14. Onların həmin evdə mülkiyyətçi olmağıyla bərabər həmin mənzilə istifadə hüquqları da vardır. Ona görə də onlar vəsatətlə də məhkəmədə çıxış edərək hazırda baxılan işin mübahisələndirilən qətnamə üzrə baxılmış işə ciddi təsirinin olduğunu bildirmişlər. Çünki cavabdehlər həmin mülkiyyətə onların əldə edəcəyi mülkiyyəti də ələ keçirməklə sahib olmuşlar. Onlar da bu qanunsuz hüququ məhkəmədə mübahisələndirdiyi halda məhkəmə digər qeyd etdiyi mübahisəyə baxılıb yekun qərar qəbul edilməsini gözləmədən hazırki qətnaməni qəbul etməklə səhf nəticəyə gəlmişdir. Bununla da maddi hüquq normalarını açıq-aşkar pozmuşdur.
15. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 2(039)- 1011/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianını təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 2(039)-1011/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. İddiaçı2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
20. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 10-cu hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 82.3-cü maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.
22. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. İddiaçılar Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 2(039)- 1011/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin ilk iddianı rədd, qarşılıqlı iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, X11 ilə İddiaçı1 arasında 24 noyabr 1988-ci il tarixdə nikah bağlanmışdır. Ailə qurduqdan sonra birgə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində bir müddət yaşayaraq Bakı şəhərinə köçmüşlər. X11 ilə İddiaçı1 arasında olan həmin nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X11 12 mart 2022-ci ildə ölmüşdür. Azərbaycan SSR-in 20 avqust 1991-ci il tarixli Qeydiyyat vəsiqəsi ilə ünvan 5 ünvandakı ev ¼ hissədə Cavabdeh1, ¾ hissədə X2 məxsus olmuşdur. ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi tam X2 və fərdi yaşayış evi ¼ hissədə Cavabdeh1, ¾ hissədə X2 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən 06 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********53-10301 reyestr nömrəli Çıxarış verilmişdir. 24 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə X2 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsini və fərdi yaşayış evini Cavabdeh1 miras olaraq qəbul etmişdir. Cavabdeh1 adına 24 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********53- 10301 reyestr nömrəli Çıxarış verilmişdir. 31 iyul 2023-cü il tarixdə həmin daşınmaz əmlaka Cavabdeh2 adına ********** qeydiyyat nömrəli **********53-10301 reyestr nömrəli Çıxarış verilmişdir.
27. Göründüyü kimi, İddiaçı1 mübahisəli evə 1988-ci ildə X1 nəvəsi, Cavabdeh1 qardaşı oğlu X6 arvadı olmaqla, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələbi baxımından “başqa şəxs” olaraq, köçmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İddiaçı1 xx.xx.1993-cü ildə X11 ilə nikahları pozulduqdan sonra mübahisəli evdən uşağı – digər İddiaçı2 ilə birlikdə daimi əsaslarla köçüb getmişdir. Qeyd olunan Məcəllənin 60-cı və 87-ci maddələrinin tələbi baxımından iddiaçıların mübahisəli evdən istifadə hüququ həmin vaxt itirilmişdir. (bax bənd 20)
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehlər son altı ayadək mübahisəli ünvanda yaşadıqlarını göstərsələr də, məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı1 bildirmişdir ki, 1993-cü ildə mərhum Adil Mehdiyevlə ayrılmalarının səbəbi Adilin Aidə adlı başqa qadınla qeyri-rəsmi ailə qurması və həmin qadının hamilə olması olmuşdur. Daha sonra onlar evlənmiş və Adilin həmin qadından Məmməd və Suqra adlı iki uşağı olmuşdur. O, Adillə ayrıldıqdan sonra qızı ilə birlikdə Yevlax şəhərində başqa bir ünvanda kirayədə yaşaşmışlar. Özü 2008-ci ilə qədər Yevlaxda xəstəxanada işləmiş, qızı, digər iddiaçı Türkan Mehdiyeva da Yevlax şəhərində orta məktəbdə oxumuşdur. Qızı orta məktəbin 3cü sinifində oxuduğu zaman Bakı şəhərinə köçmüş və Biləcəri qəsəbəsində yaşamağa başlamışlar. Qızı da orta məktəbi Biləcəridə bitirmişdir. 2012-ci ilə qədər Adil Mehdiyevlə əlaqələri olmamışdır. 2012-ci ildən sonra yenidən Adil Mehdiyevlə faktiki münasibətləri olmuş, Adil Mehdiyev ölənə qədər də hər həftə Biləcəri qəsəbəsinə onların yanına gəlibgetmişdir. Qızı Türkan da bayramlarda Yevlax şəhərinə mübahisəli evə gedib-gəlmişdir. Cavabdehlərin Yevlax şəhərində mübahisəli ünvanda yaşamasını təsdiq edən hər hansı başqa sübut və ya dəlil mövcud deyildir. Elektron məhkəmə informasiya sistemindən Çıxarışda da İddiaçı1 ünvanı ünvan 9i "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin 2 Saylı Bakı Dəmir X10 Məsuliyyətli Cəmiyyətində həkim olaraq görünür. İddiaçı2 ünvanı ünvan 10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qeydiyyatçı olaraq görünür. İddiaçıların 2012-ci ildən sonra mübahisəli evə gedib gəlmələrini nizama salan həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, iddiaçılar 2012-ci ildən sonra mübahisəli evin mülkiyyətçilərinin ailə üzvləri olmamaqla, onların hər hansı bir razılığı əsasında həmin evə köçürülməmişlər. Cavabdehlər həmin evdə X6 yaşamasına icazə versələr də, iddiaçıların da Adil tərəfindən həmin evə yaşamaq üçün köçürülmələrinə icazə verməmişlər. Bu hal məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin və ələlxüsus, İddiaçı1 izahatı ilə təsdiq edilmişdir. Sonuncu özünün mübahisəli evə köçdüyünü deyil, mərhum əri Adilin hər həftəsonu onun yanına – Biləcəridəki evə gəldiyini, digər iddiaçının da daimi deyil, ayrıayrı vaxtlarda mübahisəli evə atasının yanına gedib-gəldiyini göstərmişdir. Qeyd edilənlərin həqiqətə uyğunluğunu iddiaçıların Bakı şəhəri Biləcəri Qəsəbəsində yaşamaqla Bakı şəhərində işləmələri də təsdiq edir. İddiaçıların mübahisəli evin təmirinə 30.000 manat xərc çəkməsi ilə bağlı göstərdiklərinə gəlincə isə, bu hal da iddiaçının özünün məhkəmə kollegiyasının iclasında cavabdehlərin kifayət qədər yüksək maddi imkana sahib olmaları ilə bağlı verdiyi izahatı ilə təkzib edilmişdir. Həmin halla bağlı cavabdeh də izahatında bildirmişdir ki, həmin evin təmirinə çəkilmiş bütün xərcləri özləri qarşılamış, qardaşı Adil isə evin təmirində nəzarətçi rolunu oynamışdır.
29. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 2(039)-1011/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 2(039)-1011/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.