Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1192/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-200/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hаkim Ruslan Əlizadə) xx xxxxxx 2020-ci il tarixli 2(039)-200/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 2000 manat məbləğində pul tutularaq İddiaçı verilsməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin olunmaqla Cavabdeh 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsininin məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etmişdir ki, qızı X7 9 illik məktəbi bitirdiyinə görə onu Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən musiqi kollecinə qəbul etdirmək istəmişdir. 2013-cü ilin iyun ayında tanışı Aişə Süleymanovanın köməkliyi ilə X1 müəllim işləyən Cavabdeh ilə tanış olmuş, bu məqsədlə Cavabdeh ilə telefonla danışmış və qızını X9 düzəltmək üçün Zəminə ondan 5000 manat pul istəmişdir. xx xxxx 2013-cü il tarixdə bankdan 3000 manat kredit götürərək xx xxxx 2013-cü il tarixdə Mingəçevir şəhəri Müəllimlər İnstitutunun qarşısında 2550 manat pulu Cavabdeh vermişdir. Lakin onun qızının 2013-cü ilin sentyabr ayında X12 qəbul olunduğunu Zəminə ona bildirmiş, bundan sonra 2000 manat pulu da düzəldib xx xxxxxxxx 2013-cü il tarixdə Zəminəyə vermişdir. Zəminə isə 500 manat qalıq olduğunu bildirərək tələbə biletini pul kəsrinə görə vermədiklərini bildirmişdir. Sonradan qızı Nigarın kollecə qəbul olunmadığını bilmiş, Zəminənin onu aldadaraq 4550 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyinə görə dəfələrlə Zəminədən həmin pulu tələb etmiş, Zəminə ona müxtəlif vaxtlarda 2550 manatı qaytarıb vermiş, qalan 2000 manat pulu isə qaytarmamışdır. Ona görə də, bu barədə Mingəçevir Şəhər Prokurorluğuna 2017-ci ildə ərizə ilə müraciət etmiş, Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsində uzun müddət araşdırılma aparılaraq Cavabdeh barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Həmin ittihamda göstərilir ki, Cavabdeh ondan 4550 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin ittiham iş üzrə Cavabdeh ifadəsindən başqa şahid Aişə Süleymanovanın ifadəsi və iş materialları ilə öz təsdiqini tapmışdır. Lakin Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsinin xx xxxxxx 2018-ci il tarixli cinayət işinin xitam edilməsi barədə qərara əsasən Cavabdeh cinayət əməli CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti ona bəraetedici əsaslar olmadan xitam edilmiş, ona pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qərarın surətini 2019-cu ilin əvvəllərində almışdır. Lakin xəstəliyilə əlaqədar məhkəmədə iddia qaldıra bilməmişdir. Hesab edir ki, pul tələbi barədə iddia müddətini keçirməmişdir. İddiaçı birinci instansiya məhkəməsindən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək izah etmişdir ki, cavabdeh dələduzluq yolu ilə iddiaçının pulunu ələ keçirmişdir. Bu barədə Mingəçevir RPŞ-nin xx xxxxxx 2018ci il tarixli qərarı mövcuddur. Həmin qərarda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cavabdehin barəsində başlanmış cinayəti işinə xitam verilmişdir. Həmçinin həmin qərarda iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 birinci instansiya məhkəməsinin məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul edərək izah etmişdir ki, iddianı qəbul etmir. Belə ki, Ritadan pulu onun həyat yoldaşı almışdır. Həmin pulu da, artıqlaması ilə qeri qaytarmışlar. Hazırda iddia müddəti belə keçmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ünvanlayaraq, tələblə bağlı qanunla müəyyən olunmuş müddət ötürüldüyündən, hazırkı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir ŞPŞ-si tərəfindən xx xxxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1952-ci il tarixdə Mingəçevir şəhərində anadan olmaqla, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi ev 10, mənzil 18-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan məlum olur ki, vətəndaş İddiaçı müraciəti üzrə Mingəçevir ŞPŞnin İB-də toplanmış HK- 1/603 nömrəli material üzrə sabiq müstəntiq Pərviz Hüseynovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Material üzrə əlavə araşdırmanın aparılması Mingəçevir ŞPŞ-nin İB-nə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərardan məlum olur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qəbul edilmiş qərarın surəti İddiaçı göndərilməklə qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən yuxarı prokurora yaxud məhkəməyə şikayət etmək, həmçinin Cavabdeh pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Cavabdeh Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-200/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpelyаsiyа şikаyətində qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqlarım əhəmiyyətli dərəcədə pozulmuşdur. Məhkəmə hazırki qərarı qəbul edərkən qərarı qəbul etməsi üçün əsaslandığı halları belə müəyyən edir ki, o, tanışı İddiaçı Ziilqədər qızının övladı X4 Gəncə şəhərində yerləşən Tibbi Kollecinə qəbul olunmasına köməklik edəcəyini Rita İbrahımovaya yalandan vəd edib onu aldadaraq. 17 iyul 2.013-cii il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "X2 “ filialının inzibati binasının yaxınlığında 2550 manat, xx xxxxxxxx 2013-cü il tarixdə yaşadığı ünvan 1 ünvanda yerləşən evdə isə -2000 manat, ümumilikdə Rita İbrahımovaya məxsus 4550 manat məbləğdə pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı Zülfiqar qızına xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin puldan cavabdeh iddiaçıya 2550 manatını qaytarmışdır Bu barədə İddiaçı Mingəçevir ŞPŞ-nə şikayət etmişdir. Şikayətin əsasında cinayət işınin başlanması rədd edilmişdir. xx xxxxx 2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərarla vətəndaş İddiaçı müraciəti üzrə Mingəçevir ŞPŞ-in İB-də toplanmış HK- 1/603 nömrəli material üzrə sabiq müstəntiq Pərviz Hüseynovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Material üzrə əlavə araşdırmanın aparılması Mingəçevir ŞPŞnin İB-ııə həvalə edilmişdir. xx xxxxxx 2018-ci il tarixli cinayət işinin icraatında xitam verilməsi barədə qərarla onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cii maddəsində həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə icraata bəraətvericı əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qəbul edilmiş qərarın surəti İddiaçı qızma göndərilməklə qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən yuxarı prokurora yaxud məhkəməyə şikayət etmək, həmçinin ondan pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqularının olması izah edilmişdir. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürtaciət etmişdir. O, iddianın qəbul etməyərək, iş üzrə iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cinayət tədibi ilə xitam qərarı və həmin qərarda guya onun dələduzluq yolu ilə pulu ələ keçirdiyi öz təsdiqini tapmışdır. İş üzrə borc müqaviləsi mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə ümumi iddia müddəti on il təşkil edir və iş üzrə iddia müddəti ötürülməmişdir. O, İddiaçı Zülfiqar qızının Yevlax rayon məhkəməsində mənə qaldırmış olduğu 4500 manat məbləğində pul tələbini rədd etmişəm. Mənim həyat yoldaşım Uraman 2012-ci ildə bu şəxsdən sələm pul verdiyi ilə əlaqədar ailəmizin ciddi ehtiyacı üçün 2000 manat borc pul götürülüb, 3-4 ay ərzində isə yəni həmin ildə faizi ilə birlikdə 2550 manat ödənilib. Şəxs 2012-ci ildən 4 il keçərək, 2016-cı ildə əsassız şikayətləri ilə prokurorluğa müraciət edib. Prokurorluğda bu işlər araşdırılaraq şəxsin mənasız və əsassız tələbi rədd edilərək onun aidiyyatı üzrə məhkəməyə müraciət etməsi töhvsiyə edilib. Göründüyü kimi bu insan 2016cı ildə yenə məhkəməyə müraciət etmiyərək, xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət edib 4500 manat yenidən məndən pul tələb edir. Göründüyü kimi 2012-ci ildən bəri 7 il ərzində bu şəxs hətta iddia müddətini belə ötürüb. Əgər onun özünün ehtirafı ilə yanaşsaq, o bu faktı xx.xx.2013-cu il tarixdə güya mənə verdiyini bildirir, Mingəçevir şəhər Prokurorluğuna xx.xx.2016-cı ildə müraciət edib, araşdırma materialı 1-2 ay davam edir, yenə bu prosseslərdən 3 il 5 ay sonra məhkəməyə müraciət edir. Bütün bu dövr ərzində şəxsə xx.xx.2016-cı il tarixində məhkəməyə müraciət etməyi bildirilsə də şəxs yenə təkrar edirəm 3 il 5 ay 10 gündən sonra məhkəməyə müraciət edir. Bütün hallarda şikayət vermə müddətini ötürmüşdür. O, iddiaya münasibətdə fikrilərimi istəyirəm nəzərinizə çatdıram. Ən öncə qaldırılan iddia iddiaçının özünün hesabladığı sələm məbləğinin toplusudur. Belə bir məbləğ mövcud deyil, cavabdeh bu şəxsdən bu məbləği qəbuh etməmiş və götürməmiş. Qaytarılan məbləği iddiaçı hazırkı iddia ərizəsində prokurorluğa vermiş olduğu şikayətlərində özü rəsmən etiraf edib. Mən də təkrar olaraq bildirirəm ki, həyat yoldaşım Uraman tərəfindən götürülən 2000 manat məbləğ çərçivəsindən tərəfimizdən 2550 manat məbləğ ödənilərək bu şəxsə heç bir borcumuz qalmamışdır. Ancaq məhkəmə isə əsassız olaraq bu məbləği mənim üzərimə atıb. O, mövcud qərardan xəbərdar deyiləm, barəmdə çıxarılmış qərarı almamışam. Bu səbəbdənilə həmin qərarla bağlı şikayət vermişəm, hesab edirəm ki, məhkəmə həm müddətə münasibətdə, həm də götürmədiyim bir məbləğə münasibətdə əsassız qətnamə qəbul ediıb. Mən bu səbəbdən də çıxarılmış qətnaməni qanunsuz əsassız hesab edirəm. Ona görədə apelyasiya şikayətimin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-200/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnaməsi çıxarılmasını xahiş edirəm. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X8 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh, tanişi İddiaçı övladı X5 Gəncə şəhərində yerləşən Tibb Kollecinə qəbul olmasına köməklik edəcəyini İddiaçı yalandan vəd edib onıı aldadaraq, xx xxxx 2013-cü il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən ‘'X2 fililalı”-nın inzibati binasının yaxınlığında 2550 (iki min beş yüz əlli) manat, xx xxxxxxx 2013-cü il tarixdə yaşadığı ünvan 2 ünvanda yerləşən evdə isə 2000 (iki min) manat, ümumilikdə İddiaçı məxsus 4550 (dörd min beş yüz əlli) manat məbləğdə pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin puldan cavabdeh iddiaçıya 2550 manatını qaytarmışdır. Bu barədə İddiaçı Mingəçevir ŞPŞ-nə şikayət etmişdir. Şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. xx xxxxx 2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərarla vətəndaş İddiaçı müraciəti üzrə Mingəçevir ŞPŞ-nin İB-də toplanmış HK1/603 nömrəli material üzrə sabiq müstəntiq Pərviz Hüseynovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Material üzrə əlavə araşdırmanın aparılması Mingəçevir ŞPŞ-nin İB-nə həvalə edilmişdir. xx xxxxxx 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qəbul edilmiş qərarın surəti İddiaçı göndərilməklə qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən yuxarı prokurora yaxud məhkəməyə şikayət etmək, həmçinin Cavabdeh pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianın qəbul etməyərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət təqibi ilə xitam qərarı var və həmin qərarda Cavabdeh dələduzluq yolu ilə pulu ələ keçirdiyi öz təsdiqini tapmışdır. İş üzrə borc müqaviləsi mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə ümumi iddia müddəti on il təşkil edir və iş üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Məhkəmə kollegiyası Cavabdeh 2000 manat pulu o deyil, əri Urman tərəfindən İddiaçı borc aldığını, iddia müddətinin keçirilməsi dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası MM-nin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən, vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası MM-nin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013cü il tarixli qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi 3 şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Birinci instansiya məhkəməsi və apelyasiya məhkəməsinin araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı onun övladını kolleçə düzətmək məqsədi ilə ondan ümulikdə 4550 manat almış, həmin məbləğin 2550 manatını qaytarmış, qalan 2000 manatını hal-hazıra kimi qaytarmamaqla əsassız varlanmışdır. Odur ki, iddiaçə həmin pulu tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, cinayət təqibi ilə xitam qərarı var və həmin qərarda Cavabdeh dələduzluq yolu ilə pulu ələ keçirdiyi öz təsdiqini tapmışdır. Cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları subud edə bilmir. İş üzrə borc müqaviləsi mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə ümumi iddia müddəti on il təşkil edir və iş üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kolleiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 200/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-200/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1192/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1192/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver