Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1192/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, Cavabdeh2 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinin tərkib hissəsindən yaşamaq hüququnun tanınması tələbinə dair Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-10/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin Yevlax rayonu Qaraoğlan kəndində yerləşməklə texniki sənədləri Cavabdeh1 adına olan, o cümlədən onların ailəsinin 1983-cü ildən etibarən fasiləsiz olaraq yaşadıqları və yeganə yaşayış evləri olan fərdi yaşayış evində onların fərdi yaşayış evinin tərkib hissəsində yaşamaq hüquqlarının məhkəmə qaydasında tanınmasına dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-10/2021 nömrəli (hakim T.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçılar İddiaçı2 və İddiaçı4 Cavabdeh2 məxsus Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınması, qalan hissədə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi 10 (on) manat 40 (qırx) qəpik Cavabdeh2 iddiaçılar İddiaçı2 və İddiaçı4 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onlar bir ailənin üzvləridir. İddiaçı1la İddiaçı2 ər-arvad, digərləri isə onların övladlarıdır. İddiaçı1 İddiaçı2 ilə 27 yanvar 1983-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan 1983-cü il təvəllüdlü Elşən, 1989-cu il təvəllüdlü Ülviyyə və 1985-ci il təvəllüdlü Aynurə adlı övladları vardır. Qızı Aynurənin ailəsi dağılmış və onun 2007-ci il təvəllüdlü Vaqif adlı oğlu da onların yanında, onlarla birlikdə yaşayır. Onların əsas və daimi yaşayış yeri Yevlax rayonu Qaraoğlan kəndində hazırda yaşadıqları fərdi yaşayış evi olmuşdur. Belə ki, valideynlər ailə həyatı qurduqdan sonra həmin ünvanda yaşamış , övladların hər biri orada dünyaya gəlmiş, böyüyüb boya–başa çatmışlar. Cavabdeh1 onların ailəsinin yaxın qohumudur. Cavabdeh, birinci iddiaçının doğma qardaşıdır. Onlarla eyni ünvanda kəllayı (paralel) otaqlarda cavabdeh də ailə üzvləri ilə birlikdə yaşayır. Lakin eyni təsərrüfatı idarə etmirlər. Həyətyanı torpaq sahəsi və yaşayış evlərinin tərkib hissələri öz aralarında ayrılmışlar. Yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki ayrılması ilə bağlı onların ailəsinin heç bir problem yaratmırlar. Lakin cavabdeh yaşayış evinin texniki sənədlərinin onun adına olması bəhanəsi ilə daim onlara qarşı məhkəmə qaydasını mübahisə açır Hətta cavabdeh onların ailəsinin həmin ünvanda yaşamasını məqsədli olaraq gizlətməklə, guya ki, “bizim də faktiki sahibliyimizdə istifadəmizdə olan daşınmaz əmlakın tərkib hissəsi ona aiddir” kimi təqdim edərək ölçmə işlərini aparan mütəxəssisləri aldadaraq bütövlükdə daşınmaz əmlakın on xüsusi mülkiyyətində olmasına dair Dövlət reyestrindən Çıxarış əldə etmişdir. Düzdür, onların yəni ailə başçısı İddiaçı1 aidiyyəti üzrə şikayəti əsasında daşınmaz əmlaka dair Çıxarış verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edildikdən sonra, artıq hazırda onların və cavabdeh, o cümlədən onun ailəsi yaşadığı daşınmaz əmlakın - həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 deyildir. Cavabdeh uzun illər bundan öncə ilkin texniki sənədləri məqsədli olaraq adına tərtib etdirmişdir. Cavabdeh, daşınmaz əmlaka mülkiyyət hüququ üzrə çıxarış əldə etdikdən sonra Yevlax Rayon Məhkəməsində onların evdən çıxarılmaqlarına dair məhkəmə aktı əldə etməyə nail olmuşdur. Təbii ki, onlar birinci instansiya məhkəməsində baxılarkən məlumatlanmamışlar. Bütün qeyd edilənlərdən artıq onların evdən çıxarılmaqlarına dair icra işi həyata keçirilən zaman məlumat bilmiş və qanunamüvafiq qaydada şikayətləri əsasında Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarış qüvvə düşmüşdür. Hazırda isə, həmin texniki sənədlərə istinadən onların həmin ünvanda yaşamaq hüquqlarının olmadıqlarını bildirir. Narazı sözsöhbət, qanqaraçılıq cavabdehin təşəbbüsü ilə digər xoşagəlməz münasibətlər səngimək bilmir cavabdeh digər neqativ hallara yollara əl atmaqla onların ailəsini bütövlükdə şərtsiz 1983-cü ildən halhazıradək fasiləsiz olaraq yaşadıqları yeganə yaşayış evindən çıxarmaq istəyirlər. Hesab edirlər ki, həmin ünvanda onların yaşamaq hüququ var. Məhkəməyə təqdim edilmiş məhkəmə aktlarından göründüyü mübahisə predmeti olan yəni fərdi yaşayış xüsusi mülkiyyətdə deyildir. Habelə yaşayış evi dövlət və ya bələdiyyə mənzil fonduna daxil deyildir. Belə olan halda, mübahisə predmetinə dair cavabdehlə aralarında yaranmış hüquq münasibətini tənzimləyən qanun norması olmadığından hesab edirlər ki, mübahisə mülki qanunvericiliyin analogiya üzrə tətbiqi əsasında, 01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin maddələrinə əsasən qiymətləndirilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların Yevlax rayonu, Qaroğlan kəndinə adına qeydə alınmış evə heç bir əmlak hüquqları mövcud deyildir. Onlar onun bibisi Lətifə Qurbanovanın adına olan evdə yaşayış hüquqları qeydə alınmış, o təsərrüfatın istifadəçiləri kimi qeydiyyata düşmüşlər. İddiaçıların yaşamağa yerləri olduğu təqdirdə də onun evində yaşamaları və ona normal həyatını yaşamağa mane olmaları ədalətsiz və haqsızlıqdır. Odur ki, Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-10/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahat verərək bildirdi ki, məhkəmə maddi hüquq normalarının tətbiqində yanlışlığa yol vermiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı1 həmin evin tikilməsində heç bir köməkliyi olmamışdır. Ev 1974-cü ildə inşa edildikdən sonra texniki passportda Cavabdeh1 adı qeyd edilmişdir. İddiaçıların həmin evdə heç bir əmlak tələb etməyə hüququ yoxdur. Onlar həmin əmlakdan 1983-cü ildən müvəqqəti istifadə ediblər. İddiaçıların istifadəsində 0.20 ha və 0.9 ha torpaq sahələri var. İddiaçılar arxiv arayışında 1991-1995-ci illərdə Yevlaxda qeydiyyatda olmadıqları qeyd olunmuşdur. İddiaçı4 2006-cı ildə ailə qurur və 2012-ci ildə nikahları pozulmuşdur. Məhkəmənin fasiləsizlik anlayışını necə qəbul etdiyi sual işarəsi altındadır. İddiaçıların yaşayış yerləri olduğundan hazır ki, mülkiyyətçinin onlar qarşısında heç bir öhdəliyi yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-10/2021 nömrəli qətnaməsini ləğv edib, yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 oğlu izahat verərək bildirdi ki, o, vəkilinin verdiyi izahata əlavəsi olmadığını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-10/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, İİİЖГ304096 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X7 25 yanvar 1983-cü il tarixdə nikah bağlamaqla ailə qurmuşlar. Ərinə Qurbanov, arvada Qurbanova soy adı verilmişdir. Yevlax rayon Təhsil Şöbəsinin 1131 saylı 30 may 2019-cu il tarixli arayışında qeyd olunur ki, İddiaçı4 həqiqətən 1992-2003-ci illərdə P.S.Atakişiyev adına Qaraoğlan kənd tam orta məktəbində təhsil almışdır. Yevlax rayon Təhsil Şöbəsinin 1133 saylı 30 may 2019-cu il tarixli arayışında qeyd olunur ki, İddiaçı3 həqiqətən 1991-2001-ci illərdə P.S.Atakişiyev adına Qaraoğlan kənd tam orta məktəbində təhsil almışdır. Yevlax rayon Təhsil Şöbəsinin 1134 saylı 30 may 2019-cu il tarixli arayışında qeyd olunur ki, X7 həqiqətən 2002-2010-cu illərdə P.S.Atakişiyev adına Qaraoğlan kənd tam orta məktəbində xadimə işləmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-060F KOD 90103038 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 22 nömrəli qərarı ilə 0,20 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi Yevlax rayon Qaraoğlan kənd sakini X3 və X4 mülkiyyətinə verilmişdir. Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Salamabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 113 saylı, 09 aprel 2019-cu il tarixli arayışında qeyd olunur ki, İddiaçı1 Maıl oğlu və ailə üzvləri həyat yoldaşı İddiaçı2, oğlu İddiaçı3, qızı X5 və qızı İddiaçı4 Yevlax rayonu Qaraoğlan kəndində yaşayır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 39 nömrəli, 05.11.2016-cə il tarixli və 22.02.2017-ci il tarixli texniki pasportlarının surətləri ilə müəyyən olunur ki, Yevlax rayonu Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evi 1968-ci ildə inşa edilmişdir. İlk olaraq texniki pasport Cavabdeh1, daha sonra isə Cavabdeh2 adına tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evi, 0,20 ha torpaq sahəsi ilə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1049/2018 nömrəli, 25 oktyabr 2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi qismən təmin edilərək Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən, iddiaçı Cavabdeh1 istifadəsində olan 0,20 ha torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin işə baxılarkən işin məhkəmə araşdırması nəticəsində 12.10.2018-ci il tarixdə əraziyə yerində baxış keçirildiyi zaman məlum olmuşdur ki, mübahisəli ərazidə ümumilikdə 0,51 ha torpaq sahəsi vardır ki, onun 0,20 ha hissəsinə X8 və X4 adlarına JN seriyalı, 060F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X1 bir evdə ayrıca yaşayır. Qalan 0,31 ha hissə xüsusi mülkiyyətə verilmədiyindən bələdiyyə mülkiyyəti kimi saxlanılmışdır. Cavabdeh1 adına texniki pasport tərtib edilmiş fərdi yaşayış evinin bir-birinə əks istiqamətdə yerləşən və həyətə açılan iki giriş-çıxış qapısı vardır. Sol tərəfdəki qapıda Cavabdeh1 və ailə üzvləri, sağ tərəfdəki qapıdan İddiaçı1 və ailə üzvləri istifadə edirlər. Bu vəziyyət Cavabdeh1 adına 1987-ci ildə tərtib olunmuş evin texniki pasportunda da öz əksini tapır. Həyətin də ayrı-ayrı yerlərdə küçəyə iki giriş-çıxış darvazası vardır ki, bunların da birindən iddiaçı tərəf, digərindən üçüncü şəxs istifadə edir. Üçüncü şəxs İddiaçı1 və onun ailə üzvlərinin istifadə etdiyi çıxış tərəfdə yerləşən torpaq sahəsinin ölçüsü 0,091 ha təşkil edir və həmin sahə dəmir tor hasarla ayrılmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-3223/2017 nömrəli, 11 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 evdən çıxarılması tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7567/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qərarının surəti ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-3223/2017 nömrəli, 11 dekabr 2017-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilərək iddia təmin edilməmiş, Cavabdeh1 həmin qətnamədən veridiyi kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, mülki işə əlavə olunmuş arayışlarla həmçinin təsdiq olunur ki, İddiaçı1 torpaq islahatı keçirilən vaxtda ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qaraoğlan kəndində yaşamışdır. Belə bir xüsusat torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə həyətyanı torpaq sahəsinin ayrılması, yəni onların yaşadığı yerdə həyətyanı torpaq sahəsinə dair verilmiş şəhadətnamədə adlarının qeyd olunmasını şərtləndirir. İddiaçı şikayətlərində İddiaçı1 ayrıca evinin olmasını qeyd etsə də, apelyasiya instansiyası məhkəməsi bu xüsusatları ətraflı araşdırmamışdır. İddiaçı1 və onun ailə üzvlərinin (arvadı, övladları) adına həyətyanı torpaq sahəsinin ayrılıb-ayrılmaması, həmin torpaq sahəsində yaşayış evinin olub-olmaması, evin kimin adına olması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Əgər İddiaçı1 başqa yaşayış sahəsinə malikdirsə, onda onun mülkiyyət hüququ ilə başqasına məxsus olan evdən istifadə hüququ istisna olunur. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-575/2020 nömrəli, 11 iyun 2020-ci il tarixli qətnaməsinin surəti ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda sadalanan sübutlarla müəyyən olunur ki, Yevlax Şəhər icra Hakimiyyəti başçısının Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30.01.2020-ci il tarixli 48 nömrəli arayışında qeyd olunur ki, Yevlax rayonu Qaraoğlan kənd sakinləri İddiaçı1 İddiaçı3 və İddiaçı2 Müseyb qızı nümayəndəliyin 11 nömrəli təsərrüfatbaşına kitabının 23-cü səhifəsində, X2 təsərrüfatında qeydiyyatdadırlar, onların adına həyətyanı torpaq sahəsi və yaşayış yoxdur. Kollegiyanin sorğusu əsasında alınmış ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 03 aprel 2020-ci il tarixli **********24 nömrəli cavab məktubundan görünür ki, İddiaçı1 adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Kollegiya mübahisənin obyektiv həlli üçün zəruri olduğundan Yevlax rayonu Qaraoğlan kəndində aqrar islahatın aparılan vaxt Yevlax rayonu Qaraoğlan kənd sakinləri İddiaçı1 və ailə üzvləri İddiaçı2 Müseyb qızı, İddiaçı3, X5 və İddiaçı4 həyətyanı torpaq sahəsi verilibverilməməsi barədə rəsmi məlumat verilməsi, habelə Yevlax rayonu Qaraoğlan kəndində aqrar islahatın aparılması barədə Yevlax rayonu Qaraoğlan kəndi üzrə X20 Komissiyasının qərarına əlavə edilmiş Yevlax rayonu Qaraoğlan kəndində həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısından ailə başçısı İddiaçı1 və ailə üzvləri X10, İddiaçı3, X5 və İddiaçı4 adları olan hissəsindən çıxarışın təsdiq edilmiş surətlərini məhkəmə kollegiyasına təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu etmiş, həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 aprel 2020-ci il tarixli **********31 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin arxivlərində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5236/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 575/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı1 öldüyündən iş üzrə icraata xitam verimişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-22/2019 nömrəli, 12.03.2019-cu uil tarixli qərarın surəti ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh DƏDRX 17 saylı Ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Lətifə Qurbanova və İddiaçı1) iddiası təmin edilərək cavabdeh DƏDRX 17 saylı Ərazi idarəsinin üzərinə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 060 F nömrəli (kod ********) şəhadətnaməyə qismən dəyişiklik edilərək torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünün mövcud vəziyyətə uyğunlaşdırılması öhdəliyi qoyulması qərara alınmışdır. Öyrənilən işdən bəlli olur ki, Yevlax rayonu Qaraoğlan kəndində, 0,20 ha torpaq sahəsində yerləşən, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ümumi sahəsi 98.8 kv.m sahəsi olan fərdi yaşayış evi 1968-ci il tarixdə cavabdehin atası Cavabdeh1 tərəfindən inşa edilmişdir. İddiaçılardan İddiaçı2 1983-cü ildə Cavabdeh1 qardaşı İddiaçı1la nikahlarını rəsmi qeyd etdirdikdən sonra, İddiaçı4 isə doğulduğu 1985-ci ildən həmin evdə Cavabdeh1 razılığı ilə yaşamış, onunla birgə təsərrüfat aparmışlar. Sonradan həmin ev Cavabdeh1, daha sonra isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Buna baxmayaraq iddiaçılardan İddiaçı2 və İddiaçı4 həmin evdə otağın birini sonradan təcrid etməklə yaşamağa davam etmiş və hazırda da yaşamaqdadırlar. «Azərbаycаn Respublikаsı Mülki Məcəllənin 228-ci mаddəsinin və Mənzil Məcəlləsinin 123-cü mаddəsinin birinci hissəsinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 27 iyul 2001-ci il tаrixli Qərаrınа əsаsən 2000-ci ilin sentyаbr аyının 1-dən sonrа yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri ilə bаğlı mübаhisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci mаddələrinin qаydаlаrınа uyğun, bu tаrixədək yаrаnmış hüquq münаsibətləri ilə bаğlı mübаhisələr isə Mənzil Məcəlləsinin 123-cü mаddəsinin qаydаlаrınа uyğun həll edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 228.1-ci mаddəsinə əsаsən yаşаyış binаsının tərkib hissəsi mülkiyyətçisinin аilə üzvləri və digər şəxslər yаşаyış binаsındаn istifаdə hüququnа bu şərtlə mаlikdirlər ki, həmin hüquq dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınsın. 01 oktyаbr 2009-cu il tаrixədək qüvvədə olmuş Azərbаycаn SSR Mənzil Məcəlləsinin 123-cü mаddəsinə görə yаşаyış evi mülkiyyətçisinin özünə məxsu olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin iddiaçıların mübahisəli evdə istifadə hüquqlarının tanınması ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşır. Bu baxımdan da məhkəmə kollegiyası, ilk öncə cavabdehin mübahisəli yaşayış evi ilə bağlı tələbinə hörmətlə yanaşır və buna görədə apellaysiya şikayətinin dəllilərinə aydınlıq gətirərək, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, yaşayış yeri, isti ocaq hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. Dünyanın beşikdən məzaradək hər bir sakini öz mövcudluğunu təmin etmək üçün ömrü boyu zəruri qida ilə yanaşı yaşayış yeri əldə etmək üçün çalışır. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli yaşayış evi sonradan başqasının adına keçsədə, faktiki olaraq bu ev 1968-ci ildə Cavabdeh1 tərəfindən inşa edilmiş, İddiaçı2 da məhz Cavabdeh1 razılığı ilə bu evə köçmüş, burada yaşamış və burada iddiaçılardan İddiaçı4 doğulmuş, yaşamış və konustitusiyada təsbit edilmiş mənzil hüququnu bu evdə də gerçəkləşdirmişdir. Ona görə də birinci instansiya məhkəməsi 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etməklə iddianı təmin etməkdə haqlı olmuşdur. Çünki, Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 123 cü mаddəsində deyilir ki, yаşаyış evi mülkiyyətçinin özünə məxsus оlаn evə köçürdüyü аilə üzvüləri оnlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən оnunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər. Bu Məcəllənin 53 cü mаddəsində göstərilən şəxslər mülkiyyətçinin аilə üzvüləri sаyılırlаr. Аilə üzvüləri mülkiyyətçi tərəfindən оnlаrа verilən yаşаyış sаhəsinə öz həddi büluğа çаtmаmış uşаqlаrını köçürmək ixtiyаrınа mаlikdirlər, digər аilə üzvülərinin köçürülməsinə yаlnız mülkiyyətçinin rаzılığı ilə yоl verilir. Həmin şəxslərin yаşаyış sаhəsindən istifаdə hüququ yаşаyış evinin mülkiyyətçisi ilə аilə münаsibətlərinə xitаm verildiyi hаldа dа sаxlаnılır. Mənzil Məcəlləsinin 53-cü mаddəsində göstərilir ki, icаrədаr ilə birlikdə yаşаyаn аilə üzvüləri оnunlа bərаbər yаşаyış sаhəsinin icаrə müqаviləsindən irəli gələn bütün hüquqlаrа mаlikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi büluğа çаtmış аilə üzvüləri göstərilən müqаvilədən irəli gələn öhdəliklər üzrə icаrədаr ilə müştərək əmlаk məsuliyyəti dаşıyırlаr. İcərаdаrın аilə üzvüləri icərаdаrın аrvаdı( əri), оnlаrın uşаqlаrı və vаlideynləri hesаb оlunur. İcərаdаr ilə birlikdə yаşаyıb оnunlа ümumi təsərrüfаtı аpаrаn digər şəxslər də icərаdаrın аilə üzvüləri hesаb edilə bilərlər.Bu mаddənin üçüncü hissəsində göstərilən vətəndаşlаr icərаdаrın аilə üzvüləri sırаsındаn çıxıb оnun yаşаyış sаhəsində yаşаmаqdа dаvаm etdikdə, icərаdаrın və оnun аilə üzvülərinin eyni hüquq və vəzifələrinə оnlаr dа mаlik оlurlаr. Həmin Məcəllənin 54-cü mаddəsinin 3-cü hissəsinə görə icаrədаr və onunlа yаşаyаn аilə üzvləri аrаsındа bаşqа sаziş olmаmışsа, bu mаddəyə uyğun olаrаq yаşаyış sаhəsindən burаdа yаşаyаn digər şəxslərlə bərаbər surətdə istifаdə etmək hüququ əldə edirlər. Göründüyü kimi iddiаçı mübаhisəli mənzilə köçərkən cаvаbdeh, yаxud dа digər şəxs tərəfindən heç bir qeyd-şərt göstərilməmişdir. Bundan əlavə öyrənilən işdən aydın olur ki, iddiaçılara məxsus əşyalar hələ də mübahisəli evdədir, həmçinin sonuncular faktiki olaraq keçən bu müddət ərzində bu evdə digər yaşayış sahələrindən təcrid olunmaqla yaşamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Təhlil olunan işdən agah olduğu kimi İddiaçı1 iddiaçılardan İddiaçı2 ilə 27 yanvar 1983cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan 1983-cü il təvəllüdlü Elşən, 1989-cu il təvəllüdlü Ülviyyə və 1985-ci il təvəllüdlü Aynurə adlı övladları vardır. Qızı Aynurənin ailəsi dağılmış və onun 2007-ci il təvəllüdlü Vaqif adlı oğlu da onların yanında, onlarla birlikdə yaşayır. Onların əsas və daimi yaşayış yeri Yevlax rayonu Qaraoğlan kəndində hazırda yaşadıqları mübahisələndirilən fərdi yaşayış evi olmuşdur. Öz növbəsində cavabdeh də iddiaçıların başqa yaşayış evinin olduğunu qeyd etsə də, bunun təsdiqi ilə bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə belə hallarda öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək tərəfin üzərinə düşür. Əksinə, öyrənilən işdən bəlli olur ki, tərəflər arasında bir neçə məhkəmə mübahisəsi olmuş, həmin işlər üzrə aparılmış məhkəmə araşdırmaların və bu məhkəmələrinin tədqiq etdiyi sübutlarla müəyyən edilmişdir ki, İddiaçı2 və İddiaçı4 hər hansı başqa yaşayış yeri mövcud deyil. Həmçinin, bu işlərlə həm də müəyyən edilmişdir ki, Cavabdeh1 adına texniki pasport tərtib edilmiş fərdi yaşayış evinin bir-birinə əks istiqamətdə yerləşən və həyətə açılan iki girişçıxış qapısı vardır. Sol tərəfdəki qapıda Cavabdeh1 və ailə üzvləri, sağ tərəfdəki qapıdan İddiaçı1 və ailə üzvləri istifadə edirlər. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Bu baxımdan da, apellyasiya şikayətinin “iddiaçıların Yevlax rayonu, Qaroğlan kəndinə adına qeydə alınmış evə heç bir əmlak hüquqları mövcud deyildir. Onlar onun bibisi Lətifə Qurbanovanın adına olan evdə yaşayış hüquqları qeydə alınmış, o təsərrüfatın istifadəçiləri kimi qeydiyyata düşmüşlər” kimi dəlilləri ilə kollegiya razılaşmır. Belə ki, Yevlax Şəhər icra Hakimiyyəti başçısının Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30.01.2020-ci il tarixli 48 nömrəli arayışında Yevlax rayonu Qaraoğlan kənd sakinləri İddiaçı1 İddiaçı3 və İddiaçı2 Müseyb qızı nümayəndəliyin 11 nömrəli təsərrüfatbaşına kitabının 23-cü səhifəsində, X2 təsərrüfatında qeydiyyatda olmaları göstərilsədə, elə həmin arayışdan da bəlli olur ki, onların adına həyətyanı torpaq sahəsi və yaşayış yoxdur. Həmçinin, ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 03 aprel 2020-ci il tarixli **********24 nömrəli cavab məktubundan görünür ki, İddiaçı1 adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Eləcə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 aprel 2020-ci il tarixli **********31 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin arxivlərində aşkar edilməmişdir. Digər tərəfədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5236/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 575/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı1 öldüyündən iş üzrə icraata xitam verimişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin məlum qətnaməsinin ləğvi üçün əsas deyil. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. MPM-in 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-10/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1192/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1192/2021
24.06.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver