Məhkəmə qərarları › İş №2(107)-1193/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1193/2020

12.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1193/2020 12.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və məhkəmə iclas katibi X7 iştirakı ilə İddiaçı cavabdeh X8 qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(039)- 645/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxx 2020-ci il tаrixli2(039)- 645/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-997/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh X4 xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 115 (bir yüz on beş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumunun cavabdeh X4 dövlət büdcəsi xeyrinə tutulması qət edilmişdir. İşin hаllаrı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin bütün qazancından və ya gəlirlərindən uşaqları xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan məbləğin artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, cavabdeh X9 ilə aralarında olan xx xxxxx 2008-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan övladları xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. O, məktəbdə ibtidai sinif müəlliməsi işləyir, uşaqları orta məktəbdə oxuyur, uşağı Qaspar gözündə olan problemlərlə əlaqədar vaxtaşırı Bakı şəhərində müalicə alır. Cavabdeh fərdi işlə məşğul olur, qazancı yüksəkdir. Onun ev iddiası məhkəmə tərəfindən təmin edilməmiş, valideynlərinə məxsus evdə qardaşının öz ailəsi ilə birlikdə yaşayacağı səbəbindən kirayəyə çıxmaq məcburiyyətində qalmışdır. Ona görə də məcburiyyət qarşısında qalıb alimentin məbləğinin artırılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, uşaqları ilə birgə yaşamağa yaşayış yeri olmadığından ev kirayələmək məcburiyyətindədir. Özü müəllim işləməklə 350 manat maaş alsa da bu məbləğ uşaqların saxlanılmasına və ev kirayəsini ödəməyə yetmir. Cavabdeh isə daha yüksək qazanca malikdir, təqdim etdiyi arayışda olan məbləğdən artıq qazanc əldə edir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Rəşid Rəsulov iddiaya etirazını və əmək haqqı barədə arayışı təqdim etmişdir. Etirazda qeyd edilir ki, bankda mühafizəçi işləyir, əmək haqqı 461 manat təşkil edir, bunun 200 manatını alimentə ödəyir. İddiaçı müəllimdir, 430 manat aylıq maaşı var. Övladları böyütmək hər iki valideynin vəzifəsi olduğu üçün hesab etmişdir ki, təkcə onun qazancı nəzərə alınmamalıdır. İddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə birtərəfli və əsassız baxaraq cavabdeh X6 mənafeyini üstün tutmuşdur. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(039)-645/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(039)-645/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X9 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(039)-645/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-997/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qətnamənin surəti ilə müəyyən olunur ki, xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X4 hər ay 100 manat sabit pul məbləğində alimentin xx xxxxxx 2019-cu il tarixdən başlayaraq alınıb İddiaçı verilməsi qət edilmişdir.Həmin qətnamədə qeyd edilmişdir ki, X15 kompleks tam orta məktəbində aylıq əmək haqqı (vergi tutulmadan) 467.78 manat olmaqla ibtidai sinif müəllimi, Rəşid Rəsulov isə həmin məktəbdə əmək haqqı (vergi tutulmadan) 149.00 manat olmaqla texniki işçi işləyir. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş arayışda qeyd edilir ki, Rəşid Rəsulov təhlükəsizlik üzrə nəzarətçi işləyir, əmək haqqı vergi və digər ödənişlər daxil olmaqla 500 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “X10” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. X1 Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş X3 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. X12 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş X10 BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı qanunvericiliklə nəzərdə tutulan qaydada məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını və ya aliment ödəməli olan şəxsin diqqətəlayiq başqa maraqlarını nəzərə alınmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə tələbini, eləcə də apelyasiya şikayətinin dəlillərini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən məhkəmə kollegiyası irəli sürülən iddia məbləğinin, alimentin miqdarının hər ay uşaq üçün 170 manat məbləğində müəyyən edilməsinə əsas verən halların, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilmədiyini nəzərə alaraq apelyasiya şikayətinin təmin olunmamasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh X9 ilə iddiaçının aralarında olan xx xxxxx 2008-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan övladları xx xxxx 2009cu il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. İddiaçı məktəbdə ibtidai sinif müəlliməsi işləyir, cavabdeh isə ləğv prosesində olan “xxxx” ASC-də təhlükəsizlik üzrə nəzarətçi işləyir, əmək haqqı vergi və digər ödənişlər daxil olmaqla 500 manat təşkil edir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyаsiyа şikayətində uşağın saxlanılması üçün alimentin hər ay hər uşaq üçün 170 manat müəyyən edilməsini xahiş etmişdir. Ancaq iddiaçı cavabdehin yüksək gəlirə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyаsiyа şikayətinin qeyd edilən dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə alimentin məbləğini müəyyənləşdirərkən aliment ödəyənin həmin məbləği ödəmək imkanının olub-olmamasını da müəyyənləşdirir. Bundan əlavə uşaqları saxlamaq hər iki valideyinin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(039)-645/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar