Məhkəmə qərarları › İş №2(107)-1195/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1195/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1195/2022 19.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Access Bank QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı Access Bank QSC-nin nümayəndəsi X7, cavabdehlər Cavabdeh3 və X2 iştirakları ilə, İddiaçı Access Bank QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(024)-149/2022 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh1 götürdüyü kredit borcundan 791.74 manat ödəmiş, onun 4008.26 manat məbləğində əsas, 1092.42 manat faiz və 2464.33 manat cərimə borcu qalmışdır. Cavabdeh1 xx.xx.2020-ci ildə ölmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 007L**********14 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur.

3. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür.

4. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır.

5. Cavabdeh1 götürdüyü kredit borcundan 791.74 manat ödəmiş, onun 4008.26 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 615 gün üçün hesablanmış faiz borcu 1092.42 manat təşkil edir.

6. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 615 gün üçün hesablanmış cərimə 2464.33 manat təşkil edir.

7. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixdə verdiyi arayışdan borclu Cavabdeh1 vəfat etdiyi İddiaçı ASC-nə məlum olmuşdur.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsmm xx.xx.2021 ci il tarixli, **********0 saylı cavab məktubuna əsasən. Cavabdeh1 adına Qax şəhəri. H.Əliyev prospekti, 1 C ünvanında yerləşən qeyri-yaşayış binası qeydiyyatdan keçmiş, lakin xx.xx.2020-ci il tarixli qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmişdir.

9. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoşanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar, əgər miras vərəslərlə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

10. Göründüyü kimi Cavabdeh1 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır.

11. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.

12. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən cavabdeh və vərəsə olan Cavabdeh4 və zaminlər Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 4008.26 manat məbləğində kredit borcu, 1092.42 manat məbləğində faiz borcu və 2464.33 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7565 (yeddi min beş yüz altmış beş) manat 01 (bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 95.65 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək göstərdi ki, atası Cavabdeh1 sağlığında İddiaçı QSC-dən 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. O da həmin vaxtı atası Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 kredit məbləğini götürdükdən bir müddət sonra vəfat etmişdir. Bank da zamin olduğu üçün hazırda kredit məbləğini ondan tələb edir. Maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. İmkanı olduqca borcunu hissə-hissə ödəyəcəkdir. İddiaçının tələb etdiyi cərimə məbləği ilə razı deyil. Cərimənin silinməsini tələb edir. İddianın qismən təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərdi ki, Cavabdeh1 İddiaçı QSC-dən 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit götürən zaman onun xahişi ilə ona zamin durmuşdur. Cavabdeh1 vəfat etdiyi üçün bank pulu ondan tələb edir. Onun özünün də başqa kreitləri var və hazırki iddia üzrə kredit məbləğini ödəməyə maddi imkanı çatmır. İddianın rədd edilməsini xahiş etdi.

16. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 2-6, 8 və 12-ci bəndlərində qeyd olunanlar, Cavabdeh1 xx.xx.2020-ci ildə ölməsi, eyni zamanda aşağıdakılar müəyyən edilmişdir: Cavabdeh1 2464.33 manat məbləğində cərimə hesablanmışdır ki, həmin məbləğin Cavabdeh4 və zaminlər olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 maddi vəziyyətini daha da ağırlaşdıracağından məhkəmə kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq cavabdehin cərimə borcunun tənasübsüz şəkildə 100 manatadək azaldılmasını məqsədə müvafiq hesab edir.

17. Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il-ci il tarixli 2(024)-149/2022 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, cavabdeh və vərəsə olan Cavabdeh4 və zaminlər Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 4008.26 manat məbləğində kredit borcu, 1092.42 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5200 (beş min iki yüz) manat 68 (altmış səkkiz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 95.65 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 445, 448, 449, 467 və 472-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

19. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007L**********14 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır.

20. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşmasından görünür ki, həmin razılaşma əsasında Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür.

21. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, borclular Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə olaraq Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyacaqları barədə üzərlərinə öhdəlik götürmüşlər.

22. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

23. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsmm xx.xx.2021 ci il tarixli, **********0 saylı məktubundan görünür ki, Cavabdeh1 adına Qax şəhəri, H.Əliyev prospekti, 1 C ünvanında yerləşən qeyri-yaşayış binası qeydiyyatdan keçdiyi və xx.xx.2020-ci il tarixli qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmiş və həmin əmlak başqa şəxsə satılmışdır.

24. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə iddiaçı qarşısında götürmüş öhədliklərini icra etmələri barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

25. İşə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh4 Qax şəhəri, Ə.Xəqani küçəsi, ev 18-də qeydiyyatdadır.

26. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 96.05 manat dövlət rüsumu ödənilmişdir.

27. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 4008.26 manat məbləğində kredit borcu, 1092.42 manat məbləğində faiz borcu və 2464.33 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7565 (yeddi min beş yüz altmış beş) manat 01 (bir) qəpik məbləğində borcu vardır.

28. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh4 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

29. Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiyası məhkəməsi qətnamədə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı müddəları qeyd etmiş, lakin tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin hansı səbəblərdən qanunla müəyyən edilmiş müddətdə borc pul məbləğinin qaytarılmasını nəzərdə tutan müddəalara dair həqiqi halları araşdırmamışdır. Məhkəmə həmçinin cavabdehin birinci instansiya məhkəməsinin hazırlıq və baxış iclaslarında iştirak etmədiyini və məhkəmə baxışı iclaslarına rəsmən çağrılmadığını və mübahisələndirilən müqavilə üzrə 24 ay müddətinə verilmiş kredit məbləğinin əsl cavabdeh, hazırda mərhum Cavabdeh1 11 fevral 2020-ci ildə qəflətən vəfat etdiyi səbəbindən həmin ayda ödəmə edilmədiyini rəsmi şəkidə bildiyi, lakin müqaviləyə nə səbəbdən xitam verilməsi üçün hər hansı rəsmi hərəkətin edilmədiyinə dair xüsusatları araşdırmamışdır.

30. 2020-ci ilin aprel ayında, yəni mərhum atasının ölümündən ən azı iki ay sonra hansı səbəbdən müqaviləyə xitam verilmədiyi xüsusatını məhkəmə araşdırmaqdan yayınmasına uyğun hüquqi qiymət vermək məqsədi ilə mülki mübahisəni obyektiv həll etmək üçün AR Mülki Məcəlləsnin 427.3-ci və 442- ci maddələrin tətbq etmək əvəzinə, qanunsuz olaraq eyni məcəllənin digər maddələrini tətbiq etmişdir.

31. Birinci instansiya məhkəməsi iddiaçının göstərdiyi dəlillərə tənqidi yanaşmayaraq, vərəsə kimi onun öhdəliyin icrasına çağırılmağının uzun müddətə yubadılması və nəticə etibarı ilə kredit borcunun şişməsinin işin həqiqi halı kimi tam, obyektiv və hərtərəfli araşdırmayıb.

32. Digər tərəfdən mərhum atasının vəfatından iddiaçı tərəfin guya 1 il sonra məlumat alması xüsusatı da mötəbər dəlil olmaqla belə obyektiv araşdırılmayıb. Məhkəmə kollegiyasının diqqətini bu xüsusatm araşdırılmasına cəlb etmək üçün bildirir ki, MAPS arayışı sübüt növü kimi qanunu pozmaqla əldə olunub və dolayısı ilə müqavilənin qüvvədə olması müddətinin axımının davam etməsi görüntüsü yaratmaq məqsədi daşıyır.

33. Birinci instansiya məhkəməsi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallara dair dəlilləri, MAPS şöbəsinin arayışı adlı sənədi məhkəmə baxışlarında tədqiq etməkdən yayınaraq iddiaçının söylədiyi subyektiv mülahizələrə əsaslanmış, mülki mübahisəni qanuni və ədalətli həll etməmşdir.

34. Ona görə də, Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il-ci il tarixli 2(024)- 149/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçı Access Bank QSC-nin cavabdehlər Cavabdeh4 qarşı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3 və X4 digər Cavabdeh4 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

37. Məhkəmə kollegiyasının iclasında iddiaçı Access Bank QSC-nin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il-ci il tarixli 2(024)-149/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

38. Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (cavabdeh)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə cavabdehdan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə cavabdehdur. Cavabdehin üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş cavabdeh gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehnun icranı gecikdirməsi sayılır. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoşanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar, əgər miras vərəslərlə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. Cavabdeh Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(024)-149/2022 saylı qətnaməsinin Cavabdeh4 aid hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən Cavabdeh4 aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 29-33cü bəndlərində göstərilən arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür.

45. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır.

46. Cavabdeh1 götürdüyü kredit borcundan 791.74 manat ödəmiş, onun 4008.26 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanmışdır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 615 gün üçün hesablanmış faiz borcu 1092.42 manat təşkil etmişdir.

47. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçtin kredit məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 615 gün üçün hesablanmış cərimə 2464.33 manat təşkil edir. Cavabdeh1 xx.xx.2020-ci ildə ölmüşdür.

48. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021 ci il tarixli, **********0 saylı cavab məktubuna əsasən Cavabdeh1 adına Qax şəhəri, H.Əliyev prospekti, 1C ünvanında yerləşən qeyri-yaşayış binası qeydiyyatdan keçdiyi və xx.xx.2020-ci il tarixli qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh4 adına özgəninkiləşdirildiyi və həmin əmlakın başqa şəxsə satıldığı müəyyən edilmişdir. Beləliklə də mərhum Cavabdeh1 kredit öhdəliyi icra edilmədiyi üçün kreditorun onun əmlakını qəbul etmiş vərəsəsi Cavabdeh4 qarşı tələb hüququ yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir.

49. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(024)-149/2022 saylı qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci ildə ölməsi ilə vərəsəlik açıldıqdan 6 ay keçməmiş – xx.xx.2020ci il tarixdə ondan miras qalmış Qax şəhəri, H.Əliyev prospekti, 1C ünvanında yerləşən qeyri-yaşayış binası hazırki iş üzrə Cavabdeh4 adına özəlləşdirilmiş və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə sonuncu tərəfindən X1. Mübahisələndirilmədiyindən həmin hal üzrə araşdırma aparılmamışdır.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il-ci il tarixli 2(024)-149/2022 saylı qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar