Məhkəmə qərarları › İş №2(107)-1198/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1198/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1198/2021 03.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı artıq hesablanmış faiz borcunun silinməsi və öhdəliyə xitam verilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1067/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı artıq hesablanmış faiz borcunun silinməsi və öhdəliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Ağdaş Rayon Məhkəməsinin 2(014)-1067/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı artıq hesablanmış faiz borcunun silinməsi və öhdəliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1067/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1067/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərardadı ilə, məhkəmənin Ağdaş Rayon Məhkəməsinin 2(014)-1067/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və mülki iş baxılması üçün X1 göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Lakin birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halı nəzərə almamışdır. Belə ki, İddiaçı mobil telefon almaq üçün Cavabdeh ASC-dən kredit götürmüş və öhdəliklərini tam olaraq yerinə yetirmişdir. O cavabdeh tərəfindən istehlakçı hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1067/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə mübahisəyə Ağdaş Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti, mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, oxşar münasibətləri nizama salan MPM-in 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Öyrənilən işdən aydın olur ki, Cavabdeh ASC-nin lisenziyası ləğv edilmiş və ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müəyyən edilmişdir. Fondun rəsmi qeydə alındığı yer Bakı şəhəri, Xətai rayonu, Babək pr. 16 olduğu üçün, uyğun olaraq da sözügedən mülki işə yuxarıda istinad edilmiş mülki prosessual qanunvericiliyin tələbinə əsasən Ağdaş Rayon Məhkəməsində baxıla bilməz. Bundan başqa iddiaçı apellyasiya şikayətində istehlakçı hüquqlarının pozulduğunu qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlilləri əsaslı hesab etmək olmazr. Çünki, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı hesab olunur. Həmin qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Göründüyü kimi İddiaçı şəxsi tələbatını ödəmək məqsədi ilə bankdan hər hansı mal və ya məhsul sifariş verməmiş və almamış, əksinə Bankdan kredit götürmüşdür. Oxşar münasibətləri tənzimləyən MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı bank qarşısında istehlakçı statusu daşımır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddia tələbi mübahisənin ərazi aidiyyəti qaydalarına riayət edilməklə geri qaytarılmışdır. MPM-in 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1067/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1067/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1067/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar