Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-12/2020 01.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3katibliyi, X14 Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi X6, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, X14 Cəmiyyəti “Xalq” Bankının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6, Cavabdeh7, Cavabdeh15, Cavabdeh16, Cavabdeh9, Cavabdeh10, Cavabdeh14, Cavabdeh13, Cavabdeh12, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh8 Əsədullah qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələblərin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmenti olan fərdi yaşayış evindən çıxarma tələbinə dаir mülki iş üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsindən iş üzrə X14 Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi X7 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbinin kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş, Cavabdeh3 iddiaçı ASC “Xalq” Bankının xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları faiz borcu, 100.00 ABŞ dolları penya olmaqla cəmi – 29.229 (iyirmi doqquz min iki yüz iyirmi doqquz) ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğinin tutulması, 29.229 (iyirmi doqquz min iki yüz iyirmi doqquz) ABŞ dolları 40 sent məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29.229 (iyirmi doqquz min iki yüz iyirmi doqquz) ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6, Cavabdeh7, Cavabdeh15, Cavabdeh16, Cavabdeh9, Cavabdeh10, Cavabdeh14,Cavabdeh13, Cavabdeh12,Cavabdeh11, Cavabdeh5 və Cavabdeh8 Əsədullah qızı fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia tələbinin xx xxx 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmeti hesabına iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC “Xalq” Bankının (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh3 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh), Cavabdeh4 (bundan sonra üçüncü cavabdeh), Cavabdeh5 (bundan sonra dördüncü cavabdeh) Cavabdeh6 (bundan sonra beşinci cavabdeh), Cavabdeh7(bundan sonra altıncı cavabdeh), Cavabdeh15 (bundan sonra yeddinci cavabdeh), Cavabdeh16 (bundan sonra səkkizinci cavabdeh), Cavabdeh9(bundan sonra doqquzuncu cavabdeh),Cavabdeh10 (bundan sonra onuncu cavabdeh), Cavabdeh14 (bundan sonra on birinci cavabdeh), Cavabdeh13 (bundan sonra on ikinci cavabdeh), Cavabdeh12 (bundan sonra on üçüncü cavabdeh), Cavabdeh11 (bundan sonra on dördüncü cavabdeh), Cavabdeh8 Əsədullah qızı (bundan sonra on beşinci cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21.091,24 ABŞ dolları əsas borc,3862,09 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 343,39 ABŞ dolları məbləğində penya və xx xxxxxx 2017-ci il tarixdən başlayaraq əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğin birinci cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, cavabdehlər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəməyə müraciət edildikdən sonra kifayət qədər vaxt keçdiyinə görə faiz borcu və cərimənin artdığını bildirməklə 21.091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1690,48 ABŞ dolları məbləğində penya - cəmi 30.819,88 ABŞ dolları və xx xxxxxx 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğin birinci cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində cavabdehlər fərdi yaşayış evini tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X9 hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli **********18615 nömrəli təminatlı kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən birinci cavabdehə 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən birinci cavabdeh xx xxxx 2015-ci il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində cəmi 33.845,12 ABŞ dolları kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş, ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi “xxxxxxxxxxxxxx” Konsaltinq şirkətinin 150318 XB nömrəli və xx xxxxxx 2015-ci il tarixli hesabatı əsasında bazar dəyəri 45.000 manat və likvid dəyəri 40.000 (qırx min) manat məbləğində dəyərləndirilmişdir. İpoteka predmetinin bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmişdir. Qeyd edilən əmlakın ilkin satış qiyməti qiymətləndirici təşkilat “X4” İçtimai Birliyi tərəfindən bazar qiymətləri ilə 52000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh qeyd edilən qiymətləndirmə rəyi ilə razılaşmadığından təkrar ekspertiza keçirilmiş və qiymətləndirici təşkilat “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ipoteka predmetinin dəyəri 101850 manat qiymətləndirilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra birinci cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişi qaydalarına riayət etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.6-cı bəndinə əsasən bu müqavilənin 3.4.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 6.2-ci bəndi ilə müəyyənləşdirilən qaydada hesablanan cərimə ödəyir. Birinci cavabdeh tərəfindən borc gecikdirildiyinə görə müqavilənin şərtinə əsasən cərimə hesablanmışdır. Hazırda iddiaçı tərəfindən birinci cavabdehə 21.091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1690,48 ABŞ dolları məbləğində penya - cəmi 30.819,88 ABŞ dolları və xx xxxxxx 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə penya hesablanmışdır. Birinci cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmiş, borcun ipoteka predmeti hesabına könüllü ödənilməsi üçün müraciət edilməmişdir. Birinci cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat xidmət haqqı ödənilmişdir. İddiaçı 21.091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları gecikdirilmiş faiz borcu, 1690,48 ABŞ dolları penya - cəmi 30.819,88 ABŞ dolları borc və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğin birinci cavabdehdən iddiaçının xeyrinə tutulmasını, tutmanın ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində cavabdehlər fərdi yaşayış evini tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını tələb edir. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən dəyərindən çox yüksək - 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat məbləğində müəyyən edilməsinə etiraz edir. İpoteka predmentinin likvid dəyərini təkrar qiymətləndirilmə keçirilməklə müəyyən edilməsini və hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında birinci cavabdeh iddia tələbini qismən etiraf etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, onunla iddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli **********18615 nömrəli təminatlı kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən ona 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən o, xx xxxx 2015-ci il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində cəmi 33.845,12 ABŞ dolları kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən atasına, yəni hazırki iş üzrə ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) “xxxxxxxxxxxxxx” Konsaltinq şirkətinin 150318 XB nömrəli və xx xxxxxx 2015-ci il tarixli hesabatı əsasında 40.000 (qırx min) manat məbləğində dəyərləndirilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra o, bir müddət kreditin qrafik üzrə aylıq ödənişlərini həyata keçirmiş, lakin sonradan kredit müqaviləsi üzrə ödənişləri vaxtlı-vaxtında həyata keçirmək mümkün olmamışdır. O, məhkəmə prosesinin gedişində İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş 21.091,24 ABŞ dolları əsas borc,3862,09 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 343,39 ABŞ dolları məbləğində penya və xx xxxxxx 2017-ci il tarixdən başlayaraq əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə penya hesablanması barədə tələbindən narazı olduğunu bildirmiş və məhkəmə mühasibat ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 21733 nömrəli rəyi ilə onun iddiaçıya 21.091,24 ABŞ dolları əsas borc, 3862,09 ABŞ dolları məbləğində faiz borcu və 343,39 ABŞ dolları məbləğində cərimə borcu qaldığı qeyd edilmişdir. O, ipoteka predmeti olan İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka müqaviləsi imzalanan vaxt “xxxxxxxxxxxxxx” Konsaltinq şirkətinin 150318 XB nömrəli və xx xxxxxx 2015-ci il tarixli hesabatı əsasında likvid dəyərinin 40.000 (qırx min) manat məbləğində dəyərləndirilməsindən narazı olmuş və ipoteka predmetinin hazırkı satış qiymətinin müstəqil qiymətləndirici təşkilat vasitəsilə müəyyən edilməsini xahiş etmişdir. İpoteka predmetinin bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmişdir. Qeyd edilən əmlakın ilkin satış qiyməti qiymətləndirici təşkilat “X4” İçtimai Birliyi tərəfindən bazar qiymətləri ilə 52000 manat qiymətləndirilmişdir. O, qeyd edilən qiymətləndirmə rəyi ilə razılaşmadığından təkrar ekspertizanın keçirilmiş və qiymətləndirici təşkilat “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ipoteka predmetinin dəyəri 101850 manat qiymətləndirilmişdir. O, xx xxx 2015ci il tarixli **********18615 nömrəli təminatlı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə ona qarşı irəli sürüımüş 21.091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları gecikdirilmiş faiz borcu və 1690,48 ABŞ dolları penya borcuna münasibət bildirərək qeyd edir ki, cərimə borcu yüksək miqdarda hesablanmışdır. O, xx xxx 2015-ci il tarixli **********18615 nömrəli təminatlı kredit müqaviləsi üzrə əsas borc və faiz borcu məbləğinin ödənilməsindən imtina etmir və həmin borc yaxın vaxtlarda onun özü tərəfindən hissəhissə ödəniləcəkdir. Lakin hesab edir ki, iddiaçı tərəfindən cərimə həddən artıq yüksək miqdarda hesablanmışdır. Eyni zamanda, onun və digər cavabdehlərin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evindən başqa hazırda yaşamağa başqa yaşayış sahəsi olmadığından tələbin borc məbləğinin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi, fərdi yaşayış evinin boşaldılmasına və özlərinin həmin evdən çıxarılmasına razı deyil. Məhkəmə tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması barədə qərar qəbul edilərsə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat məbləğində qiymətləndirilməsinə etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ikinci, üçüncü və dördüncü cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 də iddia tələbini qismən etiraf etdiklərini bildirmişlər və birinci cavabdehin izahatının məzmununa uyğun izahat vermişlər. İş üzrə beşinci –yeddinci cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh15 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Birinci instansiya məhkəməsi beşinci-yeddinci cavabdehlərin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında digər cavabdehlər azyaşlı olduqlarından onların qanuni nümayəndələri - hazırkı iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 təmsil etdikləri şəxslərin adından öz izahatlarına uyğun izahat vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan X14 Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi X7 və Cavabdeh2 tərəfindən аpellyаsiyа şikаyətləi vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması hissəsində qanunsuz, əsassız və ədalətsiz hesab edir. Məhkəmə həmin hissədə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmənin, "fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması" barədə gəldiyi nəticə qanunsuzdur. Məhkəmə fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması nəticəsinə gələrkən, faktiki olaraq hakim öz şəxsi mülahizələrinə və ehtimallara əsaslanaraq, gələcəkdə güman etdiyi halın baş verməsi nəticəsində cavabdehlərin fərdi yaşayış evindən çıxarılması məsələsini həll etmişdir. Halbuki, fərdi yaşayış evi açıq hərracda satışa çıxarılarkən hərracın qalibinin kim olması bu gün heç kimə məlum deyil. Ona görə də, apelyasiya şikayətinin təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsinin fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsini, iddiaçı ASC "Xalq" Bankının qeyd olunan iddia tələbinin “fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması hissəsi” üzrə Mülki Prosessual Məcəlləsinin 261, 261.0.1- ci maddələrinə əsasən işin icraatına xitam verilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş edir. X14 Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi X7 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qeyd edilən qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi ilə qəbul olunmuşdur, buna görə də ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə qəbul olunmalıdır. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən iddiaçının təqdim etdiyi tutarlı sübutları və məhkəmənin ekspertiza və təkrar ekspertizanın aparılmasını həvalə etdiyi qiymətləndirici təşkilatların müəyyən etdiyi ipoteka predmetinin ilkin satış qiymətləri arasında kəskin fərqin mövcudluğunu nəzərə almamış, qətnamə qəbul edərkən yalnız məhkəmənin təkrar ekspertizanın keçirilməsi üçün cəlb etdiyi qiymətləndirici təşkilat - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş rəydə göstərilmiş qiyməti (bir yüz bir min səkkiz yüz əlli manat) əsas götürmüşdür. Məhkəmə tərəfindən ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsində, dalan 2 ünvanında yerləşən 006 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı, 230.5 kv.m ümumi, 119 kv.m yaşayış, 111.5 kv.m yardımçı sahədən ibarət olan 11 №-li fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi qiymətləndirici təşkilat “X8” İctimai Birliyinə həvalə edilmiş və sonuncu tərəfindən Əmlak 52000 (əlli iki min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh qeyd edilən qiymətləndirmə rəyi ilə razılaşmamış və təkrar ekspertizanın keçirilməsi üçün Məhkəməyə vəsatət təqdim etmişdir. Məhkəmə həmin vəsatəti təmin edərək Əmlakın təkrar qiymətləndirilməsini qiymətləndirici təşkilat “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvalə etmiş və Əmlak sonuncu tərəfindən 101850 (bir yüz bir min səkkiz yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa, Əmlakın ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********28615/ip №-li Sonrakı İpoteka müqaviləsində həmin əmlakın likvid dəyərini tərəflər “xxxxxxxxxxxxxx” Konsaltinq qiymətləndirmə şirkətinin 150318 XB saylı rəyi əsasında 40000 (qırx min) manat məbləğində müəyyənləşdirmişdir. Göründüyü kimi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən müəyyən edilmiş məbləğ “X8” İctimai Birliyi tərəfindən müəyyən edilmiş məbləğdən və İpoteka müqaviləsində tərəflərin razılaşdırdığı məbləğdən təxminən 2 dəfə çoxdur və onlarla sonuncu rəydə göstərilən qiymət arasında kəskin fərq mövcuddur. Həmçinin, iddiaçı onun tərəfindən qeyd edilən əmlakın qiymətləndirilməsi üzrə cəlb olunmuş müstəqil qiymətləndici - «xxxxxxxxxxxxxx» MMC tərəfindən Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununun, Milli Qiymətləndirmə Standartlarının və X1 tələblərinə uyğun olaraq həyata keçirilmiş qiymətləndirmənin nəticələrinə dair xx.xx.2018-ci il tarixli 180149 XB №-li hesabatı birinci instansiya məhkəməsinə təqdim etmişdir. «xxxxxxxxxxxxxx» MMC tərəfindən təqdim edilmiş hesabatdan göründüyü kimi Əmlakın xx.xx.2018-ci il tarixinə olan yekun bazar dəyəri 60 000 (altmış min) manat, likvid dəyəri isə 56 000 (əlli altı min) manat məbləğində müəyyən edilmişdir. Həm “X8” İctimai Birliyinin ekspert rəyində, həm də «xxxxxxxxxxxxxx» MMC-nin hesabatında əks olunmuş məlumatlardan və əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi ipoteka predmeti olan əmlak əsaslı təmirə ehtiyacı olan fərdi yaşayış evidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin müvafiq ekspert rəyində isə Əmlakın fotoşəkilləri ümumiyyətcə mövcud deyil. Məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin müvafiq ekspert rəyinə əsasən müəyyən edilməsini əmlakın üzərində xeyli təmir yenidən qurma işlərinin aparılması ilə əsaslandırsa da bu halın hansı sübutlarla təsdiq edildiyini göstərməmişdir. Məhkəmə Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək Cavabdeh3 Kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyinə görə ASC «Xalq» Bankı qarşısında yaranmış, illik 15% dərəcəsi ilə hesablanmış 1690,48 (bir min altı yüz doxsan ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində penyanı «tənasübsüz surətdə yüksək» hesab etməklə 100 (bir yüz) ABŞ dolları məbləğində müəyyən etmişdir. Halbuki, Cavabdeh3 ilə ASC «Xalq» Bankı arasında imzalanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borclu əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 33 % faiz dərəcəsi ilə (burada illik 33% faiz dərəcəsinin 18%-ni adi faizlər, 15%-ni isə penya təşkil edir) hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, yuxarıda qeyd edildiyi kimi, Bank tərəfindən penya Kredit müqaviləsində nəzərdə tutulduğu illik 33% dərəcəsi ilə deyil, illik 15% faiz dərəcəsi ilə hesablanmışdır ki, bu da hesablanmış penyanın məhkəmənin qeyd etdiyi kimi «tənasübsüz surətdə yüksək» deyil, əksinə Kredit müqaviləsində razılaşdırılmış dərəcədən də az faiz dərəcəsi ilə hesablandığını sübut edir. Başqa sözlə müvafiq hesablamalar aparıldıqdan sonra xx.xx.2018-ci il tarixinə bu məbləğin məhz 1690,48 (bir min altı yüz doxsan ABŞ dolları 48 sent) ABŞ dolları olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi penyanın “tənasübsüz surətdə yüksək” hesablandığı barədə gəldiyi nəticəni əsaslandırmaq üçün iş üzrə hər-hansı bir halları və bu halları təsdiq edən sübutları göstərmədən həmin məbləği azaltmışdır. Bu isə yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının MPM-in 385.1.3-cü maddəsində göstərilən əsas üzrə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. İddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kredit də iddiaçı tərəfindən Qaydalara uyğun olaraq təsnifləşdirilmiş və həmin kredit üzrə müvafiq ehtiyatlar yaradılmışdır. Belə ki, qeyd edilən kredit üzrə xx.xx.2018-ci il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 14763,87 (on dörd min yeddi yüz altmış üç ABŞ dolları 87 sent) ABŞ dollarına bərabər olan vəsait təşkil etmişdir. Göstərilən məbləğdə pul vəsaitlərini ehtiyatların yaradıldığı müddətlərə uyğun olmaqla Bank Cavabdeh3 təqdim olunmuş şərtlərlə, yəni illik 18% dərəcəsi ilə başqa şəxsə kreditə vermiş olsaydı, 4507,20 (dörd min beş yüz yeddi ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində gəlir əldə etmiş olardı. Göründüyü kimi, bu məbləğ də məhkəmənin müəyyən etdiyi penyadan (100 ABŞ dolları) müqayisəedilməz dərəcədə çoxdur. Məhkəmə penyanın tənasüblüyünü müəyyən edərkən məhz bu cür amilləri nəzərə almalı idi. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 100 (bir yüz) ABŞ dolları məbləğində penya isə Bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və Kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinin məhkəmə tərəfindən nəzərə alınmasına dair müddəalarının Məhkəmə tərəfindən aşkar surətdə pozulduğunu sübut edir. Qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Hazırki halda məhkəmə tənasübün müəyyən edilməsində nəinki mötəbər, heç bir sübutdan istifadə etməmiş, tənasübsüzlük haqqında gəldiyi nəticəyə heç bir şərh verməyərək müəyyən edilmiş 100 (bir yüz) ABŞ dolları məbləğində penyanın necə hesablanmasını, hansı qaydada formalaşmasını, hansı faiz dərəcəsi ilə, hansı məbləğdən və hansı müddət ərzində hesablanmasını, hansı amillərdən asılı olmasını göstərməmişdir. Hesab edir ki, yuxarıda göstərilən məsələ ilə bağlı məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bundan başqa iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə faizləri hesablamaq barədə iddia tələbinin irəli sürülməsi isə Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» xx xxxx 2009-cu il tarixli qərarından bilavasitə irəli gəlir. Beləliklə, yuxarıda qeyd olunanlar təsdiq edir ki, məhkəmə qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, müəyyən edilmiş hesab etdiyi iş üçün əhəmiyyətli olan halları sübut etməmişdir və nəticədə məhkəmə qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci, 443.1-ci, 443.2-ci, 462-ci, 465.2-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(037)-05/2018 №-li Qətnaməsi müvafiq olaraq dəyişdirilməklə və qismən ləğv edilməsini, ipoteka predmetinin yenidən qiymətləndirilməsi üzrə ekspertiza təyin olunmasını, həmin ekspertizanın nəticələri üzrə müəyyən olunmuş likvid qiymətin ipoteka predmetinin satılması üçün keçiriləcək hərracda ilkin satış qiyməti kimi təyin edilməsini, iddianın xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1690,48 (bir min altı yüz doxsan ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində penyanın və xx.xx.2018-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması hissələrində təmin olunmasını, apelyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X14 Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi X9 bank tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdehlər Cavabdeh4 və Cavabdeh6, Cavabdeh7, Cavabdeh15, Cavabdeh16, Cavabdeh9, Cavabdeh10, Cavabdeh14, Cavabdeh13, Cavabdeh12, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh8 Əsədullah qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X14 Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsi dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməli və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, birinci cavabdehin müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən xx xxx 2015-ci il tarixdə iddiaçı tərəfindən birinci cavabdehə 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx xxx 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinin surətindən görünür ki, həmin qrafikə əsasən birinci cavabdeh xx xxxx 2015-ci il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində 24.000 ABŞ dolları əsas borc və 8.845,12 ABŞ dolları faiz borcu cəmi 33.845,12 ABŞ dolları kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan bildirişin və həmin bildirişə aid qəbzin surətindən görünür ki, birinci cavabdeh xx xxx 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi sonuncudan tələb edilərək əks halda məhkəməyə müraciət ediləcəyi barədə ikinci cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan xx xxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ikinci cavabdehin adına qeydiyyata alınmışdır. İşdə olan, notariat qaydasında təsdiq edilmiş ərizələrin surətlərindən müəyyən edilir ki, ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə ikinci cavabdeh, həmçinin digər cavabdehlər etiraz etməmişlər. İşdə olan, iddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsinin və xx xxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, xx xxx 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsinin təminatı kimi ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və ipoteka predmetinin likvid dəyəri “xxxxxxxxxxxxxx” Konsaltinq şirkətinin 150318 XB nömrəli və xx xxxxxx 2015-ci il tarixli hesabatı əsasında fərdi yaşayış evinin bazar dəyəri 45000 manat, likvid dəyəri isə 40000 manat məbləğində dəyərləndirilmişdir. İşdə olan xx xxx 2017-ci il tarixli “X4” İçtimai Birliyinin 130/05-17/E-11-V nömrəli Qiymətləndirmə rəyindən müəyyən edilir ki, ikinci cavabdehə məxsus olan İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar dəyəri 52000 (əlli iki min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 26 nömrəli Texniki-Qiymətləndirmə rəyindən müəyyən edilir ki, ikinci cavabdehə məxsus olan İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar dəyəri 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər X12 üzrə Nümayəndəliyinin xx xxxxx 2015-ci il tarixli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Milli X2 Şöbəsinin xx xxxxxx 2016-cı il tarixli arayışlarından müəyyən edilir ki, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilən zaman həmin evdə hazırki iş üzrə cavabdehlər– Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6, Cavabdeh7, Cavabdeh15, Cavabdeh16, Cavabdeh9, Cavabdeh10, Cavabdeh14,Cavabdeh13, Cavabdeh12,Cavabdeh11, Cavabdeh5 və Cavabdeh8 Əsədullah qızı qeydiyyatda olmuşlar. İşdə olan doğum qeydi haqqında şəhadətnamələrin sürətindən görünür ki, X10 xx xxxx 2009-cu il tarixli AZ-İİ N 244027 nömrəli şəhadətnaməyə əsasən xx xxxx 2009-cu ildə, Cavabdeh14 xx xxxxxxx 2010-cu il tarixli AZ-İİ N 515931 nömrəli şəhadətnaməyə əsasən xx xxxxxxxx 2010-cu ildə, Cavabdeh13 xx xxxxxx 2014-cü il tarixli AZ- İİİ N 377901 nömrəli şəhadətnaməyə əsasən xx xxxx 2014-cü ildə,Cavabdeh16 xx xxxxxx 2001-ci il tarixli AZ-İ N 079487 nömrəli şəhadətnaməyə əsasən xx xxxxxx 2001-ci ildə,Cavabdeh9 xx xxxxxxx 2003-cü il tarixli AZ –İ N 395846 nömrəli şəhadətnaməyə əsasən xx xxxxxxxx 2003-cü ildə, Cavabdeh11 xx xxx 2013-cü il tarixli AZ-İİİ N 082831 nömrəli şəhadətnaməyə əsasən xx xxxxx 2008-ci ildə və Cavabdeh12 xx xxxxxx 2011-ci il tarixli AZ-İİ N 721329 nömrəli şəhadətnaməyə əsasən xx xxxxxx 2011-ci ildə doğulmuşlar. İşdə olan xx xxxxxx 2016-cı il tarixli bildirişin, həmin bildirişin ikinci cavabdehə rəsmi qaydada verilməsinə dair qəbzin, bildirişin qeydə alınmasına dair xx xxxxxx 2016-cı il tarixli ərizənin surətlərindən görünür ki, birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi üçün borcun ipoteka predmetinə yönəldilməsi prosedurunun başlanacağı barədə müvafiq bildiriş ipoteka ilə yüklü edilmiş, İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin mülkiyyətçisi kimi ikinci cavabdehə xx xxxxxx 2016-cı il tarixdə rəsmi qaydada verilmiş və həmin bildiriş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində xx xxxxxxx 2016-cı il tarixdə qeydə alınmışdır. Bildirişin qeydə alınması üçün 10,65 manat dövlət rüsumu və 20,71 manat xidmət haqqı ödənilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan 21733 nömrəli xx xxxxxx 2018-ci il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq ekspertizasının keçirilməsi barədə rəyindən müəyyən edilir ki, Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixinə banka 21.091,24 ABŞ dolları əsas, 3862,09 ABŞ dolları faiz borcu və 343,39 ABŞ dolları cərimə cəmi borcu 25.296,72 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. İşdə olan xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin xx xxx 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi üzrə hazırda iddiaçıya 21.091,24 ABŞ dolları əsas borcu qalmış, borcun gecikdirilməsinə görə 8.038,16 ABŞ dolları faiz borcu və 1.690,48 ABŞ dolları cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 385.1, 439.1 448.1, 449.1, 462.1, 465.2 və 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9, 36.1, 36.2, 36.3, 36.4 və 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müavfiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır.Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə əsas öhdəliyin və yaxud onun bir hissəsinin icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan tələblərin ödənilməsi üçün tutmanı ipoteka ilə yüklü edilmiş əmlaka (ipoteka predmetinə) yönəldir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir; müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallar istisna olmaqla, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli **********18615 nömrəli təminatlı kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən birinci cavabdehə 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən birinci cavabdeh xx xxxx 2015-ci il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində 24.000 ABŞ dolları əsas borc və 8.845,12 ABŞ dolları faiz borcu cəmi 33.845,12 ABŞ dolları kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə ödəliklərin icrasının təminatı kimi xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin fərdi yaşayış evində qeydiyyatda olan digər şəxslər də fərdi yaşayış evlərinin (0,06 ha torpaq sahəsi ilə birlikdə)ipoteka ilə yüklü edilməsinə etiraz etməmişlər. İpoteka ilə yüklü edilmiş, ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 4 - 2 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi “xxxxxxxxxxxxxx” Konsaltinq şirkətinin 150318 XB nömrəli xx xxxxxx 2015-ci il tarixli hesabatına əsasən ipoteka predmentinin bazar qiyməti 45000 (qırx beş min) manat, likvid dəyəri isə 40.000 (qırx min) manat məbləğində dəyərləndirilmişdir. İpoteka predmeti olan ikinci cavabdehə məxsus İsmayıllı şəhəri H.B.ünvan 4 - 2 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar dəyərləri ilə qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilmiş və “X4” İçtimai Birliyinin xx xxx 2017-ci il tarixli rəyi ilə ipoteka predmetinin bazar qiymətləri ilə dəyəri 52000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh fərdi yaşayış evinin qiymətləndirilməsindən narazı olduğu üçün yenidən qiymətləndirmə keçirilmiş və ipoteka predmeti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyi ilə 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat məbləğində müəyyənləşdirilmişdir. Birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişi qaydalarına riayət etməmişdir. Birinci cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun vaxtında ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, həmçinin borcun ipoteka predmeti hesabına könüllü ödənilməsi üçün rəsmi müraciət etməmişdir. İddiaçı xx xxx 2015-ci il tarixli **********18615 nömrəli təminatlı kredit müqaviləsi üzrə 21.091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1690,48 ABŞ dolları məbləğində penya - cəmi 30.819,88 ABŞ dolları və xx xxxxxx 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manatın birinci cavabdehdən tutulmasını, tutmanın ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində cavabdehlər fərdi yaşayış evini tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı hazırda ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat məbləğində qiymətləndirilməsinə etiraz edir və ipoteka predmentinin likvid dəyərini təkrar qiymətləndirilmə keçirilməklə müəyyən edilməsini xahiş edir. Birinci cavabdeh kredit müqaviləsi üzrə əsas borc və faiz borcu məbləğinin ödənilməsindən imtina etmədiyini, iddiaçıya olan borcun yaxın vaxtlarda onun tərəfindən hissə-hissə ödəniləcəyini, lakin iddiaçı tərəfindən cərimənin həddən artıq yüksək miqdarda hesablandığını bildirərək cərimə borcunu silməklə iddianı həmin hissədə qəbul etdiyini bildirir. Birinci cavabdeh eyni zamanda ipoteka predmentinin ilkin satış qiymətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat məbləğində qiymətləndirilməsinə etiraz etmir. Onun və digər cavabdehlərin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evindən başqa hazırda yaşamağa digər yaşayış sahəsinin olmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci,üçüncü və dördüncü cavabdehlər də məhkəmə iclasında birinci cavabdehin izahatının məzmununa uyğun izahat vermişlər.Digər cavabdehlər məhkəməyə gəlmədiklərinə görə onların iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, xx xxx 2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmetinə yönəldiləcək tutmanın məbləği əsas borc və faiz borcu üzrə hazırki iddia tələbində qeyd edilən məbləğə uyğun olmaqla 21091,24 ABŞ dolları əsas borc və 8038,16 ABŞ dolları faiz borcu miqdarında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən edildi ki, xx xxx 2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə 1690,48 ABŞ dolları penya həmin müqavilənin birinci cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Penyanın yüksək olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbinin xx xxx 2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə xx xxx 2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1690,48 ABŞ dolları penya məbləğinin iddiaçının xeyrinə tutulmasına dair hissəsi qismən - 100.00 ABŞ dolları həddində təmin edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, xx xxx 2015ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmeti hesabına iddiaçının xeyrinə tutulmasını tələb etməklə iddiaçı qeyri-müəyyən müddət üçün və dəqiq hesablanması mümkün olmayan tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbinin xx xxx 2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmeti hesabına iddiaçının xeyrinə tutulmasına dair hissəsi rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qanunla müəyyən edilən qaydalara əməl etdiyindən iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsinə və ipoteka predmetinin açıq hərracda satılması,satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair hissələri təmin edilməlidir. İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xx xxx 2015-ci il tarixli **********18615 nömrəli təminatlı kredit müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğundan iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra cavabdehlər fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına dair hissəsi də təmin edilməlidir. Birinci instansiya məhkəməsi ipoteka ilə yüklü edilmiş, ikinci cavabdehə məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ev11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyərinin “xxxxxxxxxxxxxx” Konsaltinq şirkətinin 150318 XB nömrəli və xx xxxxxx 2015-ci il tarixli hesabatı əsasında 40.000 (qırx min) manat məbləğində dəyərləndirilməsi ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyi ilə ipoteka predmetinin hazırki likvid bazar qiyməti ilə dəyərinin 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat məbləğində qiymətləndirilməsinə münasibət bildirərək qeyd etmişdir ki, ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü ediləndən hazırkı vaxtadək olan müddət ərzində ikinci cavabdeh tərəfindən ona məxsus İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evində xeyli təmir yenidən qurma işləri aparılmasını və iş üzrə toplanmış sübutları məcmu halında araşdıraraq ipoteka predmetinin ilkin satış qiymətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyi 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat məbləğində qiymətləndirilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,00 manat dövlət rüsumunun, 20,00 manat xidmət haqqının və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğinin birinci cavabdehdən tutulmasına dair hissələri də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 HaqqındaKonvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinin tələbinə görə ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və eyni zamanda borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə həmçinin, icra mümkünsüzlüyünön nəticələri üçün borclu kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qеyd еdilir ki, öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnu təsbit edən konstitusiya normaları çərçivəsində əmlakla bağlı hüquqların reallaşdırılması isə mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı kimi hüquq prinsipləri üzərində qurulur. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi).Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmiş olsa da, tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiymətini 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat müəyyən etməkdə haqlı olmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tаrixli, 2(107)-1923/2018 nömrəli qərаrdаdı ilə xx xxx 2015-ci il tarixli **********8615/ip nömrəli ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə qiymətləndirilməsi və ipotekа predmetinin qiymətləndirilməsinin “HEBA Consulting”ə həvаlə edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxxx 2019-cu ildə “HEBA Consulting” tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli Ç-702 nömrəli rəy Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, İsmayıllı şəhəri H.B.ünvan 4 2-də, Cavabdeh2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 6 otaqlı 230.5 m2 ümumi, 119,0 m2 yaşayış, 111.5 m2 yardımçı sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin hal-hazırda qiyməti 55 000 (əlli beş min) manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı verilmiş rəylərdəki qiymətlərlə “HEBA Consulting” tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli Ç-702 nömrəli rəydəki qiymət arasında kəskin fərqlər olduğundan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tаrixli, 2(107)-72/2019 nömrəli qərаrdаdı ilə 20. xx xxx 2015-ci il tarixli **********8615/ip nömrəli ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə təkrarən qiymətləndirilməsi və ipotekа predmetinin qiymətləndirilməsinin «xxxxxxx» MMC-yə həvаlə edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxx 2020-ci ildə «xxxxxxx» MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 05 nömrəli rəy Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmi rəydə göstərilmişdir ki, İsmayıllı şəhəri H.B.ünvan 1, ev 11ünvanda yerləşən fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 62 000 (altmış iki min) manat təşkil edir. Məhkəmə kollegiyası «xxxxxxx» MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 05 nömrəli rəyi sübut kimi qəbul edir və hesab edir ki həmin rəydə göstərilən qiymət reallığa daha uyğun gəldiyindən, ipoteka predmeti olan, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62 000 (altmış iki min) manat müəyyən edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X14 Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsi dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməli və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyаinstаnsiyаsıMəhkəməsiqətnаmənidəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. X14 Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi X7 tərəfindən verilmişapelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsi dəyişdirilsin. xx xxx 2015-ci il tarixli **********8615/ip nömrəli ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh2 məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62000 (altmış iki min) manat məbləğində müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmənin xidmət haqqı kimi 200 (iki yüz) manat Cavabdeh2 alınaraq Azərbаycаn Respublikаsı Respublika Xammal və Əmtəə Birjası «xxxxxxx» MMC-yə verilsin. (icraçının VÖENi **********, İcraçının hesablaşma hesabı H/HAZ61AİİB********************; “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı M/H: AZ37NABZ**********000001944, Kod 200093, Bankın VÖENi **********, SWİFT AİİBAZ2X). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-12/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-12/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver