Məhkəmə qərarları › İş №2(107)-1203/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1203/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1203/2023 12.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, eyni zamanda cavabdehin digər nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tаrixli, 2(051)-992/2023 saylı qətnаməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İşdə olan əlyazmadan (qəbzdən) görünür ki, Cavabdeh İddiaçı 100000 (yüz min) ABŞ dolları məbləğində borcu yaranmışdır.

2. İşdə olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 85000 (səksən beş min) manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür.

3. İşdə olan sorğu ilə əldə edilmiş HK-1/2162 saylı işin materiallarında olan 14 avqust 2022-ci il tarixli raportdan görünür ki, İddiaçı həmin saat 12:46-da 102 zəng xidməti mərkəzinə zəng edərək, Cavabdeh birgə iş qurmaq adı ilə ondan 50.000 ABŞ dolları alması, 05 aprel 2021-ci il tarixdən etibarən Cavabdeh kartına vəsaitlər köçürməsi, lakin həmin şəxsin vədinə əməl etməməsi bildirilmişdir.

4. Həmin HK-1/2162 saylı işin materiallarında olan İddiaçı Masallı PŞ-nin rəisinin adına yazdığı 14 avqust 2022-ci il tarixli ərizədə göstərir ki, Rusiya Federasiyasında yaşayan tanışı birgə iş qurmaq adıyla ondan 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayınadək 50.000 ABŞ dolları pul almışdır.

5. Həmin HK-1/2162 saylı işin materiallarında olan İddiaçı izahatından görünür ki, o, Rusiya Federasiyasında yaşayan Cavabdeh 05 aprel 2021-ci il tarixdə 5.000 ABŞ dolları, 2021-ci ilin iyun ayınadək hissə-hissə 29.000 ABŞ dolları, 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayınadək hissə-hissə olaraq 16.000 ABŞ dolları borc pul vermişdir. Rövşənə göndərdiyi pulların bir hissəsini özü, müəyyən hissəsini isə onun xahişi ilə Rusiya Federasiyasında yaşayan dostları Rövşənin kart hesabına göndərmişlər. Rövşənin bütün pulları geri qaytarılmasını xahiş edir.

6. Həmin HK-1/2162 saylı işin materiallarında olan Cavabdeh izahatından görünür ki, o, ümumilikdə İddiaçı 50.000 ABŞ dolları pul almış, həmin 50.000 ABŞ dolları pulun qarşılığında tender təşkilatının ona ödəyəcəyi puldan Afəddinə aylıq qazanc 15% gələcəkdi.Lakin tender şirkəti ödənişi uzatdığı üüçün Afəddin narazılıq edirdi, ona görə də məcbur olub Afəddinə 100.000 ABŞ dolları məbləğində borcpulu qaytaracağına əlyazma ilə yazıb göndərmişdir. Özü də 200.000 ABŞ dolları ziyan etmişdir. Hazırda onun Afəddinə borcu yoxdur. Lakin ortada özü qaldığı və Afəddin ondan pulunu tələb etdiyi üçün onun 50.000 dollar pulunu özü qaytaracaqdır.Əgər Tender şirkəti onların pullarını ödəsə, Afəddinə 50.000 dollara görə əlavə 15% qazancları da qaytaracaqdır.

7. İş materiallarında olan 05 aprel 2021-ci il tarixli 5 nömrəli kredit müqaviləsinə əsasən 5.000 ABŞ dolları, 07 aprel 2021-ci il tarixli 5/a nömrəli kredit müqaviləsinə əsasən Babayev X1 Rövşən Məmməd oğluna 4500 ABŞ dolları, 08 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1.000.000 Rus publu, 09 may 2021-ci il tarixli 22 nömrəli kredit müqaviləsinə əsasən 500.000 Rus rublu məbləğində borc pul vermişdir

8. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 100.000 ABŞ dolları, 85.000 manat məbləğində pulun və 545 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Rafəddin Ukrayna Respublikasında təhsil alarkən cavabdehin oğlu Orxanla otaq yoldaşı olmuşdur. Övladlarının tanışlığından sonra onlar valideyinlər tanış olmuş və münasibətləri normal şəkildə inkişaf etmişdir. Cavabdeh özünün biznesinin olduğunu və tikinti işləri ilə məşğul olduğunu bildirmişdir. Ona demişdir ki, “səndə pul yatır mənim şirkətimə və sənə də normal pul qazandırım”. O, cavabdehə inanaraq müəyyən müddət ərzində onun adına Rusiya Federasiyasına pullar göndərmişdir. İlk iki ayı oğlu Ukraynada olarkən ona pul vermişdir. Sonradan hesabına qadağa qoyulduğunu bəhanə gətirərək ona pul verməmişdir. Ondan dəfələrlə pullarını tələb etdikdən sonra ona zəng edərək şirkətə əlavə pul yatırmasını xahiş etmiş və qazancın daha yüksək olacağını bildirmşdir. İlk öncə ona inanmamış və ona pul göndərməyəcəyini bildirmişdir. Dəfələrlə ona yalvarış mesajları yazaraq (anasının canına və namusuna and içərək) ona olan borcunu qaytaracağına söz vermiş və bu barədə ona öz xətti ilə yazdığı 100 min ABŞ dollara dair qəbzin şəklini göndərmişdir. O da inanaraq və həm də əvvəlki pullarını geri almaq üçün yenə də onun adına Rusiya Federasiyasına pullar göndərmişdir. Yenə də bəhanələr gətirərək nə qazancı nə də ki, ona verdiyi pulları geri qaytarmamışdır. Dəfələrlə pullarını istəsədə heç bir nəticəsi olmamışdır. Ona yalan vədlər yerərək, onu aldatmışdır. Cavabdehdən Masallı RPŞ-yə şikayət etmişdir. İş polis şöbəsində araşdırılaraq mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh polis şöbəsində izahat verərək ona olan borclarını etiraf etmiş 100 min dolların qəbzi onda olduğundan, o, polisdə sonrakı borcu barəsində 85.000 manatlıq qəbz yazmış və borcunu hisə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. Üzərindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmır. Cavabdehin ümumilikdə ona borcu 100.000 dollar və 85000 manatdır. Odur ki, məhkəməyə müraciət etməyə məcbur qalmışdır.

10. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq Cavabdeh ona borclu olduğu 100.000 ABŞ dolları və 85.000 manat məbləğində pulun və 545 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sonradan iddiaçı iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 97.750 ABŞ dolları və 85.000 manat məbləğində pulun və 545 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəf iddia irəli sürmüşdür ki, guya ki, cavabdeh tərəfə 100.000 ABŞ dolları və 85.000 manat məbləğində borca pul vermişdir və həmin pullarını geri, eyni zamanda, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 545 manat pulu cavabdehdən almaq istəyir. Cavabdeh tərəf iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün 545 manat məbləğində dövlət rüsumunu ödəməsindən şübhə etmir, lakin iddiaçı tərəf cavabdehə 100.000 ABŞ dolları və 85.000 manat məbləğində pulları qətiyyən verməmişdir (əgər vermişdirsə, iddiaçı qanuna müvafiq dəlillərini-həmin pulların verilməsini təsdiq edə biləcək maliyyə sənədlərini, hədə-qorxu gəlməklə əldə etdiklərini deyil, əsl sübutlarını, məsələn göndəriş qəbzlərini və ya notariat sənədlərini məhkəməyə təqdim etsin) və bu səbəbdən də cavabdeh tərəfdən nə 100.000 ABŞ dolları, nə 85.000 manat məbləğində pulu və bu səbəblərdən də, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 545 manat pulu tələb etməyə heç bir haqqı vardır, yəni onun iddiası tamamilə əsassızdır. - Dəfələrlə bildiriblər ki, cavabdeh tərəf, iddiaçı ilə 05 aprel 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 5.000 ABŞ dolları, 07 aprel 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 4.500 ABŞ dolları, 08 may 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 1.000.000 rubl, müvafiq kursla 13.488,50 ABŞ dollar, 09 may 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 500.000 rubl, müvafiq kursla 6.744,25 ABŞ dolları məbləğində, Rusiya Federasiyasının Novosibirsk şəhərində Rusiya Federasiyasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq, borc müqavilələri bağlamış və həmin 4 ədəd borc müqavilələri əsasında İddiaçı Cavabdeh cəmi 29732.75 ABŞ dolları məbləğində mənfəət naminə biznes işlərinin təşkilinə görə borc verməli olduğu müəyyən olunur. Əslində isə həmin pullar, iddiaçının da mənfəət götürəcəyi birgə biznes fəaliyyəti üçün verilməsi nəzərdə tutulmuş, həmçinin aylıq faizlərlə geri qaytarılmalı olduğu da müqavilənin mətnindən görünsə də, lakin qeyd olunan məbləğlərdə olan bu pullar faktiki olaraq, iddiaçının tərəfindən cavabdehə verilməmişdir. Lakin cavabdeh həmin müqavilələri imzaladığından və iddiaçının real hədə-qorxularından ailə üzvlərini qorumaq üçün məcburən həmin pulları ödəməyi öhdəsinə götürmüşdür. Həmin 4 müqavilələrə əsasən cavabdeh iddiaçıya 05 aprel 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pul məbləğinin 20 faizi, 07 aprel 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pulun 10 faizi, 08 may 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pulun 15 faizi, 09 may 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pulun 15 faizi məbləğində hər ay əlavə pul verməli idi. Aşağıdakı səbəblərə görə iddia tamamilə əsassızdır və həmin iddiaya nəinki Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilməz, əgər hətta baxılmağı mümkün olsa idi belə iddiaçının bu iddia ərizəsi qeyd olunan hissədə və hətta Rusiya Federasiyasının məhkəmələrində baxılsa da belə, təmin edilə bilməz; - 1) Tərəflər aralarındakı yuxarıda qeyd edilən, cəmi 29.732,75 ABŞ dolları məbləğindəki 4 ədəd borc müqavilələrini Rusiya Federasiyasının Novosibirsk şəhərində bağlamışlar və həmin müqavilələrin 5-ci maddəsinin (tərəflərin məsuliyyəti) 5.1-ci bəndində xüsusi olaraq qeyd olunmuşdur ki, tərəflər arasındakı mübahisələrə Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində baxıla bilər, yəni yalnız Rusiya Federasiyasında və Rusiya Federasiyasının məhkəmələri tərəfindən baxıla bilər. Həmin müqavilələrdə əks olunmuş məbləğlərin sonradan iddiaçı tərəfindən cavabdehə göndərilməsi vəd olunsa da faktiki göndərilməmişdir. - 2) İddiaçıdan alınmış pul, əslində isə cavabdehin özü tərəfindən qoyulmuş pul məbləği (iddiaçı and içə bilər ki, cəmi bircə dəfə 22 sentyabr 2021-ci il tarixində 235 manat məbləğində pulu kart vasitəsi ilə cavabdehə göndəribdir) Rusiya Federasiyası ilə Ukrayna Respublikasının sərhədləri çərçivələrində ticarət və digər kommersiya işlərinə qoyulmuşdu ki, gəlir əldə olunsun, yəni bu hal ilkin olaraq belə nəzərdə tutulmuş, planlaşdırılmışdır. Əldə olunmuş gəlir isə iddiaçı da pul verdikdən sonra, hər ikisinin arasında bölüşdürülməli idi. - Lakin həmin vaxtlarda müharibə gərginliklərinin yaranması və hazırda da Rusiya Federasiyası və Ukrayna Respublikası arasında müharibə baş verməsi səbəbindən və hal-hazırda da bu müharibənin davam etməsi səbəbindən, həmin pulların qoyulduğu sahədə ağır maddi itkilər baş vermiş, cavabdehin şəxsi pulları da daxil olmaqla bütün pullar batmışdır, yəni iddiаçı İddiaçı və cаvаbdеh Cavabdeh arasında Rusiya Federasiyasının Novosibirsk şəhərində bağlanmış olan 05 aprel 2021-ci il tarixli, 07 aprel 2021-ci il tarixli, 08 may 2021-ci il tarixli, 09 may 2021-ci il tarixli borc müqavilələrinin şərtlərində əks olunmuş fors-major hadisəsi baş vermişdir, yəni həmin müqavilələrin 4-cü maddəsinin (Fors-major) 4.1-ci bəndində xüsusi olaraq qeyd olunmuş olan müharibə və müharibə hərəkətləri baş vermişdir. Bu fors-major hadisəsinin sübutları isə hamının gözü qarşısındadır, bu hal, sübutu tələb olunmayan hamıya məlum faktiki prosesdir. - Bu səbəbdən də müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zərurəti aradan qalxmışdır. Cаvаbdеh öz nümayəndəsi olan vəkilinə bildirmişdir ki, cavabdeh iddiaçının onun oğlu ilə bağlı etdiyi real hədə-qorxuları qarşısında, 3.350ABŞ dolları məbləğində faktiki olmayan, lakin iddiaçının tələb etdiyi borcu nəğd şəkildə iddiaçıya İddiaçı 2021-ci ilin may və avqust aylarında və 2022-ci ilin noyabr ayında artıq qaytarmışdır. İddiaçının heç bir vəsait qoymadığı vəziyyətdə, birgə biznesdəki itkilərə şərik olmasından qəti imtina etməsi halı da nəzərə alınarsa, yəni bütün itkilər cavabdehin üzərinə düşərsə, hazırda cavabdehin iddiaçıya, əslində faktiki də olmayan, ancaq imzalanmış müqavilələrə görə əsaslansaq, 26.382,75 (29.732,75-3.350=26.382,75) ABŞ dolları məbləğində faktiki olmayan borcu qalmışdır. Müharibə səbəbindən biznes tamamilə batdığından, cavabdeh müflis (bankrot) olduğundan, iddiaçının real hədə-qorxularına belə baxmayaraq, faktiki olmayan, borcun dərhal qaytarılması mümkün olmamışdır. - Lakin cavabdehə ilkin olaraq, birgə biznesin inkişafına guya ki, iddiaçı tərəfindən qoyulduğunu iddia etdiyi - fərz edilən 29.732,75 ABŞ dolları məbləğində faktiki olmayan borca görə müqavilələrə müvafiq faiz hesablanmışdır və bir müddətdən sonra iddiaçıya cavabdeh tərəfindən həmin hesablanmış faiz verilə bilmədiyindən, iddiaçı 29.732,75 ABŞ dolları məbləğində faktiki olmasa da, müqavilələrlə nəzərdə tutulmuş, lakin iddiaçının faktiki göndərmədiyi- vermədiyi, elə buna görə də ola da bilməyəcək ödəniş qəbzlərinin yoxluğu səbəblərindən təsdiqlənməyən “borca” görə, gələcək ödənilməli faizləri də hesablayıb nəzərə almaqla, cavabdehdən ümumilikdə 100.000 ABŞ dolları məbləğində pul tələb etmişdir. - Cavabdeh isə iddiaçıya bu məbləğdə, ümimiyyətlə (faktiki olmayan) borcu olmadığı halda, onun, yəni cavabdehin Ukraynada o vaxt tələbə olan oğlu X3 iddiaçının öldürtməklə təhdid etməsi səbəbindən, oğlunu öldürməsinlər və ya ona xəsarət yetirməsinlər deyə, bu məbləğdə borc barədə əlyazma arayış yazıb ona, iddiaçıya telefonla göndərməyə məcbur olmuşdur. Bundan sonra, iddiaçı cavabdehdən tələb etmişdir ki, o telefonda dediyi sözləri, cavabdeh təkrarlasın ki, bunun müqabilində iddiaçı da onun ailə üzvlərinə xətər yetirməsin. Müqavilələrdə göstərilmiş borc məbləğləri müqabilində hesablanmış faizlər də nəzərə alınmaqla cəmi 100.000 ABŞ dolları məbləğində pul qaytaracağı barədə əlyazma arayışın surətini də cavabdeh məcbur qalıb, iddiaçıya ona görə göndərmişdir ki, iddiaçı onun, yəni cavabdehin Ukraynada o vaxt tələbə olan oğlunu bu pulu və əlavə hesabladığı faizlərlə verəcəyini vəd etməsi müqabilində öldürtməyəcəkdir. İddiaçı cavabdehin ailə üzvünü-oğlunu öldürtməklə dəfələrlə hədələmiş və ailə üzvünü öldürtməyəcəyi şərti müqabilində, ondan qeyd olunan pulların veriləcəyi vədlərini almışdır. İddiaçını bu cür qara fikirlərini reallaşdırmasından çəkindirmək üçün, cavabdeh məcbur qalıb, iddiaçının tələb etdiyi və istədiyi bütün hərəkətləri etmişdir. - Cavabdeh iddiaçını bu cinayət xarakterli fikirlərindən daşındırsın deyə, qeyd olunan məbləğdə borc pul barədə qəbz yazmaq hərəkətlərini etməyə məcbur qalmışdır. Məqsəd ondan ibarət olmuşdur ki, iddiaçı bu real hədə-qorxu hərəkətlərini həyata keçirtməsin, yəni cinayətkar fikirlərindən daşınsın. İddiaçının cavabdehə, onun oğlunun həyatı ilə bağlı hədə-qorxular gəlməsi nəticəsində, cavabdehin yaşadığı stresslər səbəbindən cavabdehin sağlamlığına ağır zərərlər dəymişdir. Buna görə də, 2022-ci ilin yayında Rusiya Federasiyasından Azərbaycana xəstə anasını görmək məqsədi ilə qayıtdıqdan sonra, iddiaçı tərəfindən ona gəlinmiş real hədə-qorxuların nəticəsində, onun səhhətində ağır problemlərin olduğu aşkar olunmuş və cavabdeh məcbur qalıb, həkimə müraciət etmişdir. - Nəticədə, Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 29 sentyabr 2022-ci il tarixli, 081714 saylı xəstəlik tarixçəsindən çıxarışdan da göründüyü kimi cavabdeh güclü streslərlər keçirmiş, onun psixikası tamamilə pozulmuş və nəticədə, 15 avqust 2022-ci il tarixdə o, həkimə müraciətindən sonra, sağlamlıq durumunun pis olması səbəbindən Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. Cavabdeh 15 avqust 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixə kimi Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında əvvəl stasionar, sonra ambulator müalicədə olmuş, sonuncu tarixdə sahə həkimi tərəfindən xüsusi nəzarətə götürülməsi şərti ilə evə yazılmışdır. Аzərbаycаn Rеspublikаsı MM-nin 339.4-scü mаddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. - Azərbaycan Respublikasının MM-nin 340-cı maddəsinə əsasən, “Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” Azərbaycan Respublikasının MM-nin 351-ci maddəsinə əsasən, “Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır... 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.” Cavabdeh 2022-ci ilin yayında Azərbaycana, xəstə anasını görmək üçün gəlmiş, iddiaçı bundan xəbər tutub, 2022-ci ilin iyul ayında öz qardaşları və digər bir neçə nəfərlə cavabdehin pasport qeydiyyatı üzrə olan ünvanına gəlmiş, orada cavabdehin böyük qardaşına məsələ barədə yalan məlumatlar vermiş, o isə öz növbəsində bu işlərdən məlumatsız olduğunu, məsələni araşdırdıqdan sonra onlara bir məlumat verəcəyini iddiaçının qardaşına demiş, bir müddət onu gözləməyi xahiş etmişdir.Lakin iddiaçı isə 2022-ci ilin avqust ayının 14 və 23 tarixlərində Masallı RPŞ-yə şikayət ərizələri ilə müraciətlər edib, 2021-ci iln aprel ayından 2022-ci iln aprel ayına kimi cavabdehə banklar vasitəsi ilə (müvafiq qəbzləri təqdim etsəydi sübut oluna bilərdi, lakin yalan olma səbəblərindən həmin qəbzləri təqdim edə bilməz) hissə-hissə 50.000 (əlli min) ABŞ dolları (yəni 85 min manat) məbləğində borc verdiyini - pul göndərdiyini tamamilə əsasız olaraq, iddia etmiş və cavabdehin dələduzluq cinayətini törətməsini iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdir. 14 avqust 2022-ci il tarixli Masallı RPŞ-yə ünvanladığı ərizəsində iddiaçı cavabdehin ona 1.500 ABŞ dolları məbləğində pul göndərməsini qeyd edir. İddiaçı Masallı RPŞ-yə vermiş olduğu izahatında 05 aprel 2021-ci il tarixdə cavabdehin “Sberbank” kartına 5.000 ABŞ dolları məbləğində pul göndərməsini qeyd edir, dalınca isə cavabdehin isə 2021-ci ilin may ayında iddiaçının oğlu Rafəddinə 1000 ABŞ dolları, iki ay sonra isə 500 ABŞ dolları məbləğində pul verməsini etiraf edir. İddiaçı Masallı RPŞ-yə verdiyi izahatında göstərir ki, 2021-ci iln iyun ayından 2022-ci ilin iyun ayına kimi cavabdehə hansı vasitə ilə olmasını qeyd etməməklə (müvafiq qəbzləri təqdim etsəydi sübut oluna bilərdi, lakin yalan olma səbəblərindən həmin qəbzləri təqdim edə bilməz) hissə-hissə 16.000 ABŞ dolları məbləğində borc verdiyini - pul göndərdiyini göstərir. - Burada xüsusi olaraq qeyd edilməlidir ki, 14 və 23 tarixlərində iddiaçı Masallı RPŞyə şikayət ərizələri ilə müraciətlər edib, 2021-ci iln aprel ayından 2022-ci iln aprel ayına kimi cavabdehə banklar vasitəsi ilə hissə-hissə 50.000 ABŞ dolları (yəni 85.000 manat) məbləğində borc verdiyini - pul göndərdiyini sözdə göstərmişdir. İddiaçının elə özünün Masallı RPŞ-yə ünvanladığı şikayət ərizələrində və Masallı RPŞ-də verdiyi izahatında qeyd etdikləri ziddiyyətlərlə dolu olduğundan, bu hallar onu sübut edir ki, iddiaçı iddia ərizəsində tamamilə yalan iddialar irəli sürmüşdür. 2022-ci ilin avqust ayında Masallı RPŞdə tərəflərin iştirakları ilə onların aralarında olan pul məsələləri barədə iddialar həmin şöbədə geniş şəkildə araşdırılmışdır və bu məsələdə cinayət tərkibinin olmadığından mülki qaydada məhkəmə icraatının mümkünlüyü barədə qərar qəbul edilərək iddiaçıya müvafiq hüququ izah olunmuşdur. - Cavabdeh digər faizləri nəzərə almaqla, iddiaçı tərəfindən ona və ailə üzvünə qarşı başqa qanuna zidd hərəkətlər olmasın deyə və bu barədə Masallı RPŞ-yə hər hansı bir məlumat vermədən, iddiaçıya faktiki ümumiyyətlə borclu olmadığı halda, iddiaçının hədə qorxularından canını qurtarmaq və ailə üzvlərini real təhlükədən qorumaq üçün faktiki borclu olmadığı 50.000 ABŞ dolları (yəni 85 min manat) məbləğində pulu hissə-hissə 31 may 2023-cü il tarixədək iddiaçıya qaytaracaqını öhdəsinə götürmüşdür. Masallı RPŞ-də araşdırma zamanı əlavə 100.000 ABŞ dolları məbləğində və ya digər hər hansı borc pulun olması barədə məsələ, belə bir halın qətiyyən olmaması səbəblərindən, haqlı olaraq heç müzakirə belə olunmamışdır. Cavabdeh isə iddiaçının heç bir əsas olmadığı halda, iddia etdiyi 50.000 ABŞ dollarını (85 min manat) hissə-hissə 31 may 2023-cü il tarixədək qaytarmaq öhdəliyini yerinə yetirmək məqsədilə, cavabdehin özünün ağır sağlamlıq problemləri olmasına baxmayaraq, Novosibirsk şəhərinə qayıtmış və oradan 2022-ci ilin noyabr ayında 1.000 ABŞ dolları (1.710 manat) məbləğində pulu iddiaçının bank kartına göndərmişdir (müvafiq qəbz əlavə olunur). İddiaçı bir müddət sonra, əsassız olaraq, hətta cavabdehin ona faktiki, real olaraq heç bir borcu olmadığı halda, 50.000 ABŞ dolları məbləğində olan əsassız tələb irəli sürməsini özü üçün çox az hesab etmiş, bununla kifayətlənməyərək, hələ Rusiyada olarkən cavabdehi, onun Ukraynada yaşayan oğlunu öldürtməklə dəfələrlə hədələyib, müqabilində aldığı, ümumilikdə guya ki, cavabdehə borc verib, həmin məbləği indi geri qaytaracağını təsdiq arayışını, əslində isə hədə-qorxu ilə aldığı 100.000 ABŞ dolları məbləğində borc arayışını da ayrıca, əlavə borc kimi təqdim edərək, yəni, iddiaçı yalnız 100.000 ABŞ dolları məbləği barədə iddia ilə də kifayətlənməyərək, cavabdehə qarşı ümumilikdə 100.000 ABŞ dolları və 85.000 AZN məbləğində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf iddialarını hansı səbəblərdən gündən günə böyütməsinin səbəblərini göstərməli, birinci növbədə sübut etməlidir ki, iddia ərizəsində əks etdirdiyi pulları cavabdehə necə və hansı qəbzlərlə və ya yollarla vermişdir. - Cavabdehin iddiaçıya müqavilələrdən görünən və ödəniş qəbzləri ilə təsdiqlənməyən, faktiki cavabdehə verilməyən, cəmi 29.732,75 ABŞ dolları məbləğində olan puldan nəğd şəkildə ödədiyi 3.350 ABŞ dolları məbləğində geri ödəməni çıxdıqdan sonra, qalıq qalan, lakin faktiki borc olmayan 26.382,75 ABŞ dolları məbləğində borcunun, yalniz müqavilə sənədlərdə əks olduğu halda, bu məbləğlərə münasibətdə iddiaçının cəmisi 235 manat pul qoyduğu halda, birgə biznes işlərinin batması nəticəsində isə itkilərin hamısını cavabdehin yalnız öz üzərinə götürməsi nəticəsində yarandığı halda, iddiaçı Masallı RPŞ-yə ünvanladığı şikayətində həmin borcun 50.000 ABŞ dolları məbləğində olduğunu iddia etmişdir. - Yuxarıda qeyd olunanlarla əsasən, cavabdeh tərəf məhkəmədən xahiş edir ki, cavabdehin iddiaçıya 26.382,75 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etməyə məcbur qalsa da, faktiki olaraq heç bir borcunun olmaması, eyni zamanda iddiaçının bu borcu təsdiq edən maliyyə sənədlərini təqdim edə bilməməsi səbəblərindən iddia tələbləri tamamilə əsassız və böhtan olduğundan rədd olunmalıdır.

13. İddiaçı birinci instansiya məhkəməsinə etiraz ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh qarşı pul tələbi barədə iddia qaldırmışdır. İddia tələbini tam şəkildə müdafiə edir. Cavabdehin iddia ərizəsinə etiraz ərizəsi tam əsassızdır və onun əsassızlığını aşağıdakı fikirləri ilə sübüt edəcəkdir. O, cavabdehlə müqaviləni Azərbaycanda olarkən bağlamışdır. Cavabdeh qeyd edir ki, müharibə səbəbindən götürdüyü pulları qaytara bilməmiş, qurmuş olduğu biznes çökmüşdür. O, cavabdehə pulları göndərəndə Rusiya-Ukrayna müharibəsi başlamamışdır. Həmin dövrdə də cavabdeh ona pul qaytarmamışdır. Ümumiyyətlə, cavabdehin biznesi olmamış və onu aldatmışdır. Müqavilələrin müddəti 6 ay olmuş, lakin üzərindən 1 il keçdikdən sonra müharibə başlamışdır. Ona müqavilədən əlavə digər bizneslərin qurulmasından ötrü çoxlu pullar göndərmişdir. Həmin pulları cavabdeh birinci qəbzində təsdiq etdikdən sonra ona ikinci dəfə pullar göndərmişdir. Cavabdeh ərizəsində iddiaçı onu oğlunu öldürməklə hədələdiyinə görə 100.000 ABŞ dolları qəbzi məcbur qalaraq iddiaçıya göndərdiyini göstərir. Cavabdeh ona şər və böhtan atır. O, heç vaxt cavabdehi və ailəsini ölümlə hədələməmişdir. Cavabdehin oğlanları onun Masallıdakı evində günlərlə qonaq qalıblar. O, cavabdehə göndərdiyi pulları ala bilmədikdə cavabdeh ondan təkrar pul istəmişdir. O, öz növbəsində cavabdehə pul göndərməmişdir. Cavabdeh dəfələrlə ondan xahiş edərək yenidən pul istədiyini, köhnə borcunu da tez bir zamanda qaytaracağını və bu barədə ona yazılı qəbz verəcəyini bildirmişdir. Votsap üzərindən onlayn danışaraq özü xətti ilə ona qəbzi yazıb göndərmişdir. Daha sonra ona yenidən Rusiya Federasiyasına pullar göndərmişdir və Mingəçevirdə olan ailəsinə də cavabdehin xahişi ilə pul vermişdir. Qəbzi təsir altında yazmağı barədə və onu hədələməsi barədə hər hansı bir sübutu varsa, məhkəməyə təqdim etsin. Cavabdehdən etdiyi şikayət əsasında Masallı RPŞ-də araşdırma aparılmış və cavabdeh ona ikinci bir qəbz yazaraq 85.000 manat borclu olduğunu etiraf etmişdir. Hər ay hissə-hissə ödəyəcəyinə söz versə də keçmiş müddət ərzində cəmi kartına 1710 manat pul ödəmişdir. Dəfələrlə cavabdehə borcun qaytarılması barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq onu qeyd etmişdir ki, cavabdeh tərəf onu aldatmışdır, ondan borc pulu həm özünün, həm də onun əlavə gəlir əldə etməsi üçün almışdır. Lakin, uzun müddət keçməsinə baxmayaraq cavabdeh nə iş görmüşdür, nə də pulu qaytarmışdır. Cavabdeh borcundan yalnız 2250 ABS dolları ödəmişdir, iddianın qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin qəbzlər, eyni zamanda polis bölməsində yazılan qəbzdə cavabdeh tərəfindən yazılsa da, hədə qorxu altında yazılmışdır, ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir.

16. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 05 iyul 2023-cü il tаrixli, 2(051)-992/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 97750 (doxsan yeddi min yeddi yüz əlli) ABŞ dolları və 85000 (səksən beş min) manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 545 məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tərəflər arasında öhdəlik hüquq münasibəti yarandığından cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıdığından iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 427, 442.1, 448.2, 739.1, 740.1 və 740.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Mingəçevir Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tаrixli, 2(051)-992/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunlu olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, iddiaçı düşünülmüş şəkildə doğru olmayan iddia tələbi ilə məhkəməyə müraciət edərək, tamamilə qanunsuz və əsassız qətnamənin çıxarılmasına nail olmuşdur. Cavabdehin Masallı RPŞ-də verdiyi izahatının mətnini oxuduqda, onun 100.000 borcu və 85.000 manat borcunu etiraf etmədiyi tam aydın olaraq başa düşülür. Məhkəmə əlində həmin izahat ola-ola, onun mətnindən aydın olan ifadəni düzgün qeyd etməmiş, öz qətnaməsində iddiaçının ifadələrini nəticədə qəbul edəcəyi qətnaməyə uyğun təhrif etmişdir. Həmin Masallı RPŞ-də verdiyi izahatda cavabdeh qeyd edir: “50.000 ABŞ dolları pulun qarşılığında tender şirkətinin bizə ödəyəcəyi puldan Afəddinə aylıq qazanc gələcəkdi. Lakin tender şirkəti ödənişi uzatdığı üçün Afəddin narazılıq edirdi, mən məcbur olub özüm Afəddinə 100.000 ABŞ dolları borc qaytaracağımı əlyazma ilə yazıb şəkilini göndərdim ...Hazırda Afəddinə borcum yoxdur, lakin ortada mən qaldığım üçün, Afəddin məndən pulunu tələb etdiyi üçün ona 50.000 ABŞ dollar pulu özüm qaytaracam”. Göründüyü kimi cavabdehin bu ifadəsi heç də 100.000 və 85.000 manat borcu təsdiq etmək demək deyildir. Bu faktiki hal məhkəmə tərəfindən qəsdən düzgün qəbul olunmamışdır. Bundan əlavə, işə baxan məhkəmə “100.000 ABŞ dollarının qəbzi”nin tarixini də nəzərə almamışdır. Həmin qəbz adlandırılan yalnız tək imzalı əlyazma arayışın surətindən göründüyü kimi həmin “qəbzin” tarixi 07 mart 2022-ci il kimi qeyd olunubdur. Masallı RPŞyə İddiaçı verdiyi ərizələrinin tarixləri isə 14 və 23 avqust 2022-ci il tarixləridir. Həmin tarixli ərizələrində iddiaçı cavabdehin ona yalnız 50.000 ABŞ dolları borclu olduğunu iddia edir. Həmin 23 avqust 2022-ci il tarixdə Masallı RPŞ-yə yazaraq verdiyi izahatında iddiaçı özü qeyd edir ki, “...mən Rövşənə hissə-hissə olaraq 2021-ci ilin iyun ayınadək 29.000 ABŞ dolları pul göndərmişəm”. İzahatının davamında isə qeyd edir: “...ona 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayınadək hissə-hissə 16000 ABŞ dolları borca pul verdim, ...göndərdiyim pulların bir hissəsini Masallı rayon ərazisindən özüm göndərmişəm, müəyyən hissəsini isə Rusiya Federasiyasında yaşayan dostlarımdan xahiş etmişəm Rövşənin kart hesabına göndərmişlər.” Məhkəmə işin bu faktiki hallarını nəzərə almaq istəməmiş, iddiaçının öz ifadəsində 2022-ci ilin iyun ayınadək 45.000 ABŞ dolları göndərməsini iddia etməsi aydın göründüyü halda, nədənsə iddiaçının iddiasında cabdehdən 100 min ABŞ dolları və 85.000 manat borc tələb etməsi məhkəməni nəinki təccübləndirməmiş, hətta maraqlandırmamışdır. Həmçinin Məhkəmə İddiaçı məhkəməyə iddia ilə müraciətindən əvvəl X6 yazdığı 14 avqust 2022-ci il tarixli və 23 avqust 2022-ci il tarixli şikayət ərizələrində cavabdehə 2021-2022-ci illərin iyun ayı deyil, 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayınadək olan zaman aralığında 50.000 ABŞ dollarını hissəhissə göndərdiyini qeyd etdiyini göstərdiyini nəzərə almamış və belə olan halda, iddiaçının cavabdehə 100.000 ABŞ dollarını hansı müqavilə əsasında, nə vaxt və necə göndərməsi də məhkəməni maraqlandırmamışdır, araşdırmamışdır. Cavabdeh işin faktiki halları barədə vəkilinə verdiyi məlumatda demişdir ki, o, son 5 il müddətində Rusiya Federasiyasında kommersiya fəaliyyətilə məşğul olmuşdur və olur. 2021ci ilin yazında, Rusiya Federasiyasının Novosibirsk şəhərində işləyərkən, o zaman Ukraynada tələbə olan oğlu Orxanın otaq yoldaşı Rafəddinin atası, əvvəllər tanımadığı, Аzərbаycаn Rеspublikаsının vətəndaşı İddiaçı оğlu özü cavabdehə zəng edərək, maliyyə vəziyyətinin ağır olduğunu söyləyib, onun da mənfəət əldə etmək üçün cavabdehlə birgə kommersiya işi görmək fikrini bildirmişdir. Cavabdeh bu adamı-iddiaçını tanımadığından əvvəl bu məsələdə tərəddüd etsə də, onun bir neçə dəfə zəng edərək təkid etməsindən və oğlu Orxanın xahişlərindən sonra razılaşmışdır. Cavabdeh işin halları barədə vəkilinə məlumatında qeyd edir ki, ”2021-ci ilin aprel ayında öz şəxsi vəsaiti və uzun müddət birgə biznes fəaliyyəti ilə məşğul olduğu partnyorlarının vəsaitləri ilə də payçısı olduqları kommersiya işinə İddiaçı da cəlb etmişdir. Kommersiya işlərini görmək üçün, o zaman elektron vasitələrlə, Rusiya Federasiyasında, Rusiya Federasiyasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı ilə 2021-ci ilin aprel-may aylarında xx.xx.2021 ci il tarixədək müddətə qüvvəsi olan 4 borc müqavilələri bağlayıblar. (05 aprel 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 5.000 ABŞ dolları, 07 aprel 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 4.500 ABŞ dolları, 08 may 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən bir milyon rubl, müvafiq kursla 13.488,50 ABŞ dolları, 09 may 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən beş yüz min rubl, müvafiq kursla 6.744,25 ABŞ dolları olan məbləğdə, cəmi 29.732,75 ABŞ dolları məbləğində olmaqla). Müqavilələrin surətləri məhkəməyə təqdim edilmişdir. Bu müqavilələr məhkəməyə təqdim olunduqları halda, məhkəmə hansı səbəbdən iddianın 100.000 ABŞ dolları, 85.000 manat məbləğində pul tələbi ilə olmasını araşdırmamışdır. İddiaçının getdikcə artan qanunsuz gəlir əldə etmək iddiasını nəzərə almayaraq, şər və hədə-qorxu ilə tələb edib əldə etdiyi, forma və məzmunca tamamilə saxta olan qəbzlərə inanmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tаrixli, 2(051)-992/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin digər nümayəndəsi X5 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək verərək onun təmin edilməsini xahiş etdilər.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tаrixli, 2(051)-992/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır.

28. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

29. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 427. Öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

32. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür.

33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

34. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 740.1 (köhnə redaksiyada). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

36. Maddə 740.2 (köhnə redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

VI. Apellyasiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tаrixli, 2(051)-992/2023 saylı qətnaməsi qismən ləğv edilməlidir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

51. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsində göstərilir ki, bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.

52. Eləcə də, həmin Qanunun 25-ci maddəsində nəzərdə tutulmuşdur ki, müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: alqı-satqı müqaviləsində - satıcının; bağışlama müqaviləsində - hədiyyə edənin; əmlak kirayəsi müqaviləsində - icarəyə verənin və ya kirayəçinin; əvəzsiz istifadə müqaviləsində - əvəzsiz istifadəyə verən şəxsin; borc müqaviləsində - borc verənin; podrat müqaviləsində-podratçının; tapşırıq müqaviləsində vəkaləti alanın; komissiya müqaviləsində - komissiyonçunun; saxlama müqaviləsində saxlayıcının; daşıma müqaviləsində - daşıyıcının; sığorta müqaviləsində-sığortaçının; girov müqaviləsində - girov qoyanın; zaminlik müqaviləsində - zaminin; qarantiya müqaviləsində -qarantın. Müqavilə tərəfləri arasında, müqavilə ilə bağlı tətbiq olunmalı hüquq barədə razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin müddəalarından asılı olmayaraq daşınmaz əmlak barədə müqaviləyə - əmlakın olduğu ölkənin hüququ; birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ; auksionda, müsabiqədə və ya birjada bağlanan müqavilələrə - auksionun, müsabiqənin keçirildiyi və ya birjanın yerləşdiyi ölkənin hüququ tətbiq edilir. Bu Qanunun 25.1-ci və 25.2-ci maddələrində nəzərdə tutulmayan müqavilələrə, tərəflər arasında tətbiq edilməli hüquq barədə razılaşma olmadığı halda, belə müqavilənin daha sıx bağlı olduğu ölkənin hüququ tətbiq edilir. Müqavilənin icra üsullarına və prosedurlarına, habelə onun lazımi qaydada icra edilməməsi ilə əlaqədar görülən tədbirlərə münasibətdə tətbiq olunan hüquqdan əlavə icranın keçirildiyi ölkənin hüququ da nəzərə alınmalıdır.

53. Əgər tərəflərin istinad etdikləri borc müqavilələrinə nəzər salsaq həmin müqavilələrin Rusiya Federasiyasının Mülki Məcələsinin müddəları əsas götürülməklə bağlandığı müəyyən edilir.

54. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflərin hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğundan iddiaçı hazırkı iddianı cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə vermişdir. Birinci instansiya məhkəməsi də iddia ərizəsini icraata götürüb mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur. Yəni müqavilədə tətbiq olunmalı hüquq barədə razılaşma olsa da, tərəflər Azərbaycan Resublikasının vətəndaşları olmaqla hazırda öz vətənində yaşayırlar. Cavabdeh sözü gedən müqavilələrdən çıxış edərək borcun ödənilməsinə dair öhdəliyini Azərbaycan Respublikasında yeniləmişdir (pulun alınmasına dair qəbz)

55. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası mülki qanunvericiliyinin müddəları tətbiq edilməlidir.

56. Birinci instansiya məhkəməsi iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında razılaşma olmuşdur. Razılaşmaya əsasən cavabdeh tərəf həm özünün, həm də iddiaçının, əlavə gəlir əldə etməsi üçün ondan borc pul almışdır. Lakin, uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəf nə iş görmüşdür, nə də pulu qaytarmışdır. Lakin, sonradan iddiaçı pulunu tələb etdikdən sonra cavabdeh bu barədə iki ayrı qəbzlər imzalamaqla (85.000 manat və 100.000 ABŞ dolları) iddiaçıya olan borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasında borc münasibətlərinin olması barədə qənaəti ilə razılaşsa da, qeyd edir ki, məhkəmə borc məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir.

58. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh polis şöbəsində izahat verərək ona olan borclarını etiraf etmiş 100.000 ABŞ dollarının qəbzi onda olduğundan, o, polisdə sonrakı borcu barəsində 85.000 manatlıq “qəbz” yazmış və borcunu hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçının iddia ərizəsindəki bu bəyanı işin aşağıda göstərilən hallarına uyğun deyildir.

59. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı 102 zəng xidməti mərkəzinə müraciətində, polis şöbəsində yazmış olduğu ərizəsində və izahatında da cavabdehə ayrıayrı vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 50.000 ABŞ dolları verdiyini göstərmişdir.

60. Cavabdeh də polis şöbəsində vermiş olduğu izahatında iddiaçının ona 50.000 ABŞ dolları verdiyini etiraf edərək həmin məbləği qaytaracağını və üstəlik işləri rəvan getdiyi təqdirdə əlavə qazanc olaraq iddiaçıya 50.000 ABŞ dolları da verəcəyini göstərmişdir.

61. Göründüyü kimi, nə iddiaçının 102 zəng xidməti mərkəzinə müraciətində, nə polis şöbəsində yazdığı ərizəsində, nə də vermiş olduğu izahatında 85.000 manatdan bəhs edir.

62. Cavabdeh isə polis şöbəsində 85.000 manata dair qəbz yazmamışdır. Polis şöbəsində araşdırma 24 avqust 2022-ci ildə qurtardığı halda, 85.000 manatla bağlı “qəbz”in yazılma tarixi isə 02 sentyabr 2022-ci ildir.

63. İşdə olan 100.000 ABŞ dollarına dair “qəbz”in tarixi 07 mart 2022-ci il kimi qeyd olunmuşdur. İddiaçı Masallı RPŞ-yə ərizə və izahatı isə 14 və 23 avqust 2022-ci il tarixdə vermişdir.

64. Məhkəmə kollegiyasının iclasında iddiaçı onda cavabdehin 100.000 ABŞ dolları ilə bağlı “qəbz”i olduğu halda, nə üçün polisə 50.000 ABŞ dolları ilə bağlı müraciət etdiyinin inandırıcı və ağlabatan izahını verə bilməmişdir.

65. İş materiallarından görünür ki, tərəflər elektron vasitələrlə 2021-ci ilin aprel-may aylarında xx.xx.2021-ci il tarixədək müddətə qüvvəsi olan ayrı-ayrılıqda 4 borc müqaviləsi bağlayıblar. Həmin müqavilələr xarici valyutada ABŞ dolları və Rus publu ilə bağlanmış, həmin müqavilələrin ümumi məbləği ABŞ dolları kursu ilə cəmi 29.732,75 ABŞ dolları təşkil etmişdir.

66. İddiaçı cavabdehə həmin məbləğdən əlavə pul verdiyini təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmiş, tələb etdiyi 100.000 ABŞ dolları və 85.000 manat borcun yaranma mexanizminin ağlabatan izahını verə bilməmişdir.

67. İddiaçı cavabdehin 100.000 ABŞ dolları borcu olduğu və həmin borcu qaytarmadığı halda, yenidən cavabdehə 85.000 manat verməsinin də inandıırıcı və ağlabatan izahını verə bilməmiş, həmin borcun olmasını sadəcə bəyan etməklə kifayətlənmişdir.

68. Məhkəmə kollegiyası işin faktiki hallarına, tərəflərin qarşılıqlı münasibətinə əsasən hesab edir ki, cavabdehin iddiaçıya olan borcu 50.000 ABŞ dolları təşkil edir. Kollegiya öz qənaətini belə əsaslandırır ki, cavabdehin 100.000 ABŞ dolları borclu olmasına dair qəbzin 50.000 ABŞ dolları onun borcunun etirafıdır, 50.000 dolları isə işlərinin normal getməsi müqabilində iddiaçıya vəd etdiyi əlavə məbləğdir. Cavabdehin sonradan yazmış olduğu 85.000 manatla bağlı qəbz isə 50.000 ABŞ dollarının Azərbaycan manatına ekvalentidir. Kollegiya bu nəticəyə gələrkən cavabdehin 50.000 ABŞ dolları borcunun olması barədə etirafına əsaslanmışdır.

69. Ona görə də qətnamə qismən ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır.

70. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

71. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

72. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tаrixli, 2(051)-992/2023 saylı qətnaməsi qismən - “iddia tələbinin cavabdehdən 47.750 ABŞ dolları və 85.000 manat tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxardılaraq həmin hissədə iddia rədd edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tаrixli, 2(051)-992/2023 saylı qətnaməsi qismən - “iddia tələbi Cavabdeh 47750 ABŞ dolları və 85.000 manat tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 345 manatı cavabdehə aid edilsin. Cavabdeh 345 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar