Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1204/2022 29.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-31/2021 tаrixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh dəfn xərcləri üçün manat və mənəvi zərərə görə 30.000 manat, ümumilikdə 38.900 manat məbləğində» pul vəsaitinin xeyrinə tutulmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(016)-31/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən dəfn xərcləri üçün 8.900 manat mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(016)-31/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Ağsu Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(016)-31/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh 16 mart 2022-ci il tarixdə şikayət vermə müddətin bərpasına dair ərizə (vəsatət) verməklə yenidən məhkəməyə apellyasiya şikayəti göndərmişdir. Ağsu Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadına əsasən Ağsu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(016)-31/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizənin (vəsatətin) təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadından şikayət vermişdir. Ağsu Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin qaytarılması qərara alınmışdır. Cavabdeh 01 iyul 2022-ci il tarixdə şikayət vermə müddətinin bərpasına dair ərizə (vəsatət) verməklə şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh 17 avqust 2022-ci il tarixdə şikayət verərək, Ağsu Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 2(016)-31/2021 saylı, 25 iyul 2022-ci il tarixli qərardadından şikayət vermə müddətinin buraxılması üzrlü hesab edilərək, həmin qərardaddan şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,məhkəmənin göstərilən hallara əsaslanmaqla buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, Ağsu rayon məhkəməsinin 2(016)-31/2021 saylı, 19 aprel 2022ci il tarixli qərəradadı ona 19 may 2022-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə təqdim edilmiş, lakin həmin qərardaddan şikayəti 08 iyun 2022-ci il tarixdə təqdim etmişdir. Həmin qərardaddan şikayət vermə müddətinin ötürülməsi üzrlüdür. Odur ki, buraxılmış prosessual müddət bərpa olunmalıdır. Belə ki, Ağsu rayon məhkəməsinin 2(016)-31/2021 saylı, 19 aprel 2022-ci il tarixli qərəradadı ona 19 may 2022-ci il tarixdə təqdim edilən kimi, dərhal, yəni 19 may 2022-ci il tarixdə Ağsu rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İnzibati həbs müddətinin 29 may 2019-cu il tarixdə başa çatması ilə əlaqədar azad olunmuşdur. Göstərilənlərə əsasən, Ağsu rayon məhkəməsinin 2(016)- 31/2021 saylı, 19 aprel 2022- ci il tarixli qərəradadı ona 19 may 2022-ci il tarixdə təqdim edilməsi ilə həmin qərardaddan şikayət vermə müddəti başlamış, lakin onun 19 may 2022ci il tarixdə Ağsu rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmağı ilə müddətin axımı dayanmışdır (kəsilmişdir), inzibati həbs müddətinin 29 may 2019-cu il tarixdə başa çatması ilə əlaqədar azad olunmağı nəticəsində müddətin axımı yenidən başlamışdır. Odur ki, həmin qərardaddan şikayət vermə müddətinin ötürülməsi üzrlüdür. Odur ki, buraxılmış prosessual müddət bərpa olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq, Ağsu rayon məhkəməsinin 2(016)-31/2021 saylı, 25 iyul 2022-ci il tarixli qərəradadmm dəğv edilməsi, ərizənin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 2(016)-31/2021 saylı, 25 iyul 2022-ci il tarixli qərardadından şikayət vermə müddətinin buraxılması üzrlü hesab edilərək, həmin qərardaddan şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadı ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(016)- 31/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 128.1 -ci maddəsinə əsasən, prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş oiur. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərardadı 19 may 2022-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə cavabdehə təqdim edilmiş, lakin həmin qərardaddan şikayət 08 iyun 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdeh ərizəsində göstərir ki, onun 19 may 2022-ci il tarixdə inzibati qaydada həbs olunması ilə bağlı müddətin axını dayanmış, 29 may 2022-ci il tarixdə azad olunması ilə bağlı isə müddətin axını yenidən başlamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin həbsi ilə əlaqədar müddətin axını dayanmamışdır. 20 may 2022-ci il tarixdən müddətin axını başlayır və 30 may 2022-ci il tarixi şikayətin verilməsinin son günü olur. Cavabdeh ərizəsində göstərdiyi kimi 29 may 2022-ci il tarixdə həbsdən azad olmuş, lakin nə həmin gün, nə də 30 may 2022-ci il tarixdə Ağsu Rayon Məhkəməsinin 19 aprel 2022ci il tarixli qərardadından şikayət verməmişdir. Beləliklə, Ağsu Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(016)-31/2021 nömrəli qərardadından şikayət verilməsi üçün prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadının əsaslı olduğunu və həmin qərardaddaki Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə hüquqi mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(016)-31/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1204/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1204/2022
29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver