Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1208/2024 17.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 2(019)-138/2024 nömrəli mülki iş üzrə qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinın 12 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 10000 (on min) manat borcun, 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun, 0,4 (qırx qəpik) manat xidmət haqqının alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi,Cavabdeh 10.000 (on min) manat borc pulun və 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu xərcinin alınıb İddiaçı xeyrinə ödənməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Balakən Rayon Məhkəməsinın 12 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli e-2(019)-138/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qərardadının ləğv edilməsi, Cavabdeh Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə həmin qərardaddan şikayət vermişdir. .Şəki Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 29 avqust 2024-cü il tarixli 2(107)-1069/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli , 2(019)-138/2024 saylı qərardadı ləğv edlmiş, yeni qərardad qəbul edilmiş, Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğun yoxlanması üçün mülki işin materialları Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Balakən Rayon Məhkəməsinın 20 sentyabr 2024-cü il tarixli, 2(019)-138/2024 nömrəli qərardadı ilə Cavabdeh Balakən Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinın 12 iyul 2024-cü il tarixli, 2(019)- 138/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qətnaməsinin surəti 08 fevral 2024-cü il tarixdə sifarişli-xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş, Cavabdeh qətnamənin surətini 13 fevral 2024-cü il tarixdə almışdır.Cavabdeh apellyasiya şikayəti 09 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh qətnamənin surətini aldığı gündən dörd ay 25 gün sonra, apellyasiya şikayəti vermə müddətini ötürməklə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya qeyd edir ki, iddia ərizəsində Cavabdeh ünvanı ünvan 1 surəti və məhkəmə bildirişi 02 noyabr 2023-cü il tarixdə sifarişlixəbərnaməli poçt vasitəsi ilə həmin ünvana göndərilmişdir. 04 iyul 2023-cü il tarixdə məhkəmə sənədi Əliyev tərəfindən qəbul edilmişdir. İş üzrə məhkəmə baxışı təyin edilmiş və məhkəmə bildirişi yenidən həmin ünvana göndərilmişdir. Bu dəfə poçt göndərişi “bu ünvanda yaşamır” əsası ilə geri qaytarılmışdır. Bu səbəbdən məhkəmə bildirişinin cavabdehə təqdim edilməsi üçün məhkəmə bildirişi Balakən Rayon İH başçısının şəhər üzrə nümayəndəsinə göndərilmişdir.Balakən Rayon İH başçısının şəhər üzrə nümayəndəsinin 21 dekabr 2023cü il tarixli 387 nömrəli cavab məktubunda Cavabdeh ünvan 2 ünvanda qeydiyyatda olduğu, dəfələrlə əlaqə saxlanmasına baxmayaraq məktubun ona verilməsinin mümkün olmaması qeyd edilmişdir. Bundan sonra cavabdehin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə SMS göndərilmiş və işə mahiyyəti üzrə baxılmışdır.Cavabdeh Əliyev X3 şəhəri, Səməd Vurğun küçəsi 50 saylı ünvanda olmadığından, onun ailə üzvüləri, o cümlədən Balakən Rayon polis Şöbəsində işləyən qardaşı X5 ilə birlikdə yaşadığı ünvan 4 ünvanına göndərilmişdir. Məhkəmə sənədi 13 fevral 2024-cü il tarixdə “Əliyev” tərəfindən qəbul edilmişdir. Bundan başqa, icra sənədi icraya yönəldikdən sonra Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlərə dair sənədər cavabdehin qeydiyyatda olduğu Balakən şəhəri, Nəriman Nərimanov küçəsi, ev 50 ünvana göndərilmiş, həmin sənədlər cavabdeh tərəfindən qəbul edilmişdir. Məcburi icra tədbirlərinin tədbiq edilməsi üçün icra məmuru cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə baxış keçirən zaman cavabdeh yaşadığı ünvanı ünvan 5 cavabdehin və ailə üzvlərinin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Kollegiya qeyd edir ki, birinci məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi olaraq təqdim edilmiş, sonrakı məhkəmə sənədləri “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Sonradan cavabdehin yaşayış ünvanı dəyişdiyi halda, o, bu barədə məhkəməyə məlumat verməli olduğu halda məlumat verməmişdir. Cavabdeh şikayətində ünvan 6 ünvanında yaşadığını iddia edir ki, məhkəməyə qətnaməsinin surətini almaq üçün təqdim etdiyi ərizəsində yaşadığı ünvanı ünvan 7 həmin ünvana çatdırıldıqdan sonra qərardaddan şikayət vermişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hər cür vasitədən istifadə etməklə prosesin gedişatı və yekun nəticəsi barədə cavabdeh tərəfi məlumatlandırmaq üçün zəruri tədbirlər görmüş, hətta cavabdehin yaxın qohumu olan qardaşının yaşadığı ünvana belə yekun məhkəmə aktını təqdim etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə sənədi olan məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinın 12 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinın 12 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinın 12 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1208/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1208/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver