Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-121/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kirayə müqaviləsi üzrə pul tələbi) X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclasının katibi İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-146/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh1 (üçüncü şəxs X13 qeyd etməklə) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X2 müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü iln sentyabr ayındək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatası kirayə haqqı olan 8700 manatın və dövlət rüsumu kimi ödədiyi 107 manat X16 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində qeyd olunan tələbi xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X2 müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayındək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatması kirayə haqqı olan 8700 manatın və dövlət rüsumu kimi ödədiyi 107 manat Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən şəhadətnamə verilə miras əmlak ƏMKD-nin yanında DƏDRX-dən real vaxt rejimində əldə edilmiş xx.xx.2021ci il tarixli qeydiyyat nömrəsi **********CT77301 olan arayışa əsasən və ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********91-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi paylı mülkiyyətində olan 0.0548 ha torpaq sahəsinin mərhum X27 məxsus 6/36 hissəsində ibarətdir. Ona verilmiş xx.xx.2021-ci il tarixdə ona verilmiş qanuni üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun adına verilmiş çıxarışda torpaq payın 11/36 hissə qeyd olunmuşdur. X7 adına verilmiş çıxarışda onun torpağa payın 8/36 hissəsi, mənzil isə 5/6 hissə qeyd olunmuşdur. Onun fərdi yaşayış evinə özünə aid hissəsinin yəni 5/6 hissəni xx.xx.2021-ci il tarixdə kirayə müqaviləsinə əsasən X12 verilmişdir. Buna baxmayaraq mənzilin kirayə pulları X24 təqdim olunmuşdur və bu günə kimi də öna ödənilir. Cavabdeh 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində ona çatması kirayə haqqı ola 8700 manat Elşən Abdullayevdən aldığından həmin məbləğ cavabdehin xeyrinə tutulmalıdır.
3. Sonradan Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X18 9000 manat vurulmuş maddi və mənəvi ziyan görə pulun, yəni 7000 manat maddi ziyan və 2000 manat mənəvi ziyan görə pulun və 110 manat dövlət rüsumu xərcinin cəmi 9110 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-2778/2023 saylı mülki iş üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ona qarşı iddia tələbi irəli sürərək ondan 8700 manat ona çatmalı olan kirayə haqqı pulu və dövlət rüsumu kimi ödədiyi 107 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı qarşılıqlı iddia tələbi ilə, cavabdeh İddiaçı ona və ailə üzvlərinə qarşı vurduğu ziyana görə 9000 (doqquz min) manat pul vəsaiti və 110 (bir yüz on) manat tərəfindən ödənilmiş dövlət rüsumu xərcini tələb edir. Onun və ailə üzvləri Cavabdeh2, Cavabdeh1 və X5 şəhəri Şadlinski küçəsi 2 ünvanında yerləşən daşınmaz əmlakda-yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin ünvan onun əsas və daimi yaşayış yeri olmuşdur. Ailə olaraq eyni təsərrüfatı idarə edir. Lakin cavabdeh İddiaçı onların razılığımız olmadan həmin yaşayış sahəsinə dair X20 adlı şəxslə "mənzil kirayə müqaviləsi" bağlanmışdır. Qeyd edi ki, əslində mənzil kirayə müqaviləsi də qanunsuz və əsassız olaraq bağlanmışdır. Çünki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak - yaşayış sahəsi cavabdehin, onun və ailə üzvləri olan yuxarıda adları göstərilən şəxslərin ümumi paylı mülkiyyətinə daxildir. ünvan 3 ünvanında həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair ümumi paylı mülkiyyətçilərin payları Cavabdeh1- torpaq sahəsi 6/36 hissəsi, X19-torpaq sahəsi 6/36 hissəsi, X21torpaq sahəsi 6/36 hissəsi, İddiaçı- yaşayış evi 5/6 hissəsi torpaq sahəsi 8/36, Cavabdeh2 - yaşayış evi 1/6 hissə, torpaq sahəsi 10/36 hissəsidir. ünvan 3 ünvanında həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi tam olaraq cavabdeh İddiaçı mülkiyyətində deyildir. Əslində, cavabdeh İddiaçı üçüncü şəxs X20 ilə mənzil kirayə müqaviləsi bağlamasına, o cümlədən onların ailəvi müvəqqəti olaraq Bakı şəhərində olmağından istifadə edərək, qeyd etdiyim kimi mübahisəli daşınmaz əmlakı- yaşayış sahəsini üçüncü şəxs E.Abdullayevə təhfil vermişdir. Cavabdeh İddiaçı E. Abdullayevlə mənzil kirayə müqaviləsi bağlayarkən onların razılığıını nəzərə alınmamışdır. Məhz buna görə də onlar (onun və ailə üzvləri) Yevlax Rayon Məhkəməsində 2(039)-30/2023 saylı mülki iş üzrə cavabdeh İddiaçı qarşı "evə köçürülmə" tələbinə dair iddia irəli sürdür. Çünki mübahisəli yaşayış sahəsində X20 ailə üzvləri ilə birlikdə yaşayırdır. 2023-cü ilin sentyabr ayının ikinci ongünlüyündə, artıq yaranmış vəziyyətin gərginliyini gördüyündən X20, özü mübahisəli mənzili boşaldaraq ona və ailə üzvlərinə təhfil vermişdir. O, eyni təsərrüfatı idarə etdiyim ailə üzvləri Cavabdeh2, X19 və X21 düz 18 ay müxtəlif ünvanlarda yaşamaq məcburiyyətində olmuşdur. Buna səbəb isə, cavabdeh İddiaçı başqa şəxslə - ilk iddia tələbi üzrə, üçüncü şəxs X20 ilə mənzil kirayə müqavilə bağlaması olmuşdur. Cavabdeh İddiaçı ünvan 3 ünvanına dair X20 ilə mənzil kirayə müqaviləsi bağlayarkən onun və ailə üzvlərinin razılığı alınmamışdır. Halbuki, bu hal birbaşa göstərişdir ki, mənzil kirayə müqaviləsi bağlanılarkən mənzildə qeydiyyatda olan digər hər bir yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan şəxslərin razılığı alınmalıdır. Onu da qeyd edi ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı cavabdeh İddiaçı X1 verərkən, həmin yaşayış sahəsini tam olaraq (həyətyanı torpaq sahəsini tam və fərdi yaşayış evini tam) E. Abdullayevin istifadəsinə və sahibliyinə vermişdir. Halbuki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak-yaşayış sahəsi, ümumi birgə mülkiyyətçisi olduğu şəxslər arasında natura qaydasında bölünməmişdir. Onunla birlikdə eyni təsərrüfatı idarə etdiyi ailə üzvləri Cavabdeh2, X19 və X21 18 ay müddətində daimi yaşayış yeri olmamışdır, tez-tez yaşayış yerini dəyişmək məcburiyyətində olmuş, şəraitsiz mənzillərdə kirayədə yaşayaraq narahat həyat tərzi keçirmişdir. Onlara uyğun olmayan və alışmadığı həyat tərzi-mənzil şəraiti əsəbləri pozmuş və səhhətinin pisləşməsinə səbəb olmuşdur. Bu hal da birbaşa, cavabdeh İddiaçı tərəfindən törədilmiş mülki hüquq pozuntusudur - deliktdir. O, cavabdehdən cəmi 9000 manat, onun tərəfindən vurulmuş maddi və mənəvi ziyana görə pul tələb edir. Həmin məbləğin 7000 (yeddi min) manatı maddi ziyan tələbidir ki, həmin məbləği ona və ailə üzvləri ilə birlikdə kirayə mənzillərə məsrəf etmişdir. 2000 (iki min) manatı isə ona vurulmuş mənəvi zərər olaraq tələb edir. O, ali təhsilli müəllimədir. Yevlax şəhər 2 saylı tam orta məktəbdə müəllimə işləyir. Əsas və daimi yaşayış yeri olan ünvan 2 saylı daşınmaz əmlak- yaşayış sahəri çalışdığıi 2 saylı tam orta məktəbin lap yaxınlığındadır. Eyni zamanda, həmin ünvan kifayət qədər normal şəraitə malikdir. O, və ailə üzvləri isə, ucuz olsun deyə, ucqar və şəraitsiz mənzillərdə kirayədə yaşayırlar. Üstəgəl, şagirdləri arasında fikir formalaşmışdır ki, müəlliməni evdən qovmuşlar və onu evə buraxmırlar. Bütün bu hallar mənəvi olaraq ona ziyan vurmamış deyildir. Onu da qeyd edim ki, "evə köçürmə" barədə irəli sürdüyü iddia tələbini üzrə işin yekunlaşdırılmasını da cavabdeh tərəf süni surətdə uzatmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, kirayəşini qardaşı İsmayıl ilə onun arvadı Könülün tapdığını, kirayə müqaviləsini özünün bağladığını, kirayə haqqının götürülməsini heç kimə tapşırmadığını, lakin kirayə haqqı cavabdehlər tərəfindən alınsa da ona ödənilmədiyini, məhz özünə məxsus hissəni kirayə verdiyini, sonuncu dəfə X20 ilə telefon vasitəsi il danışarkən sonuncu kirayə haqqının 2023-cü ilin avqust ayınadək cavabdehlərə ödənildiyini bildirmiş və məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianı qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər X3 evdə kirayəşin kimi yaşamış və müddət ərzində hər ay 300 manat olmaqla sonuncudan kirayə haqqını əri Cavabdeh2 ilə birgə o almışdır. Həmin pulu onlar özlərinə pay düşən hissəyə görə almış, iddiaçıya hər hansı bir məbləğ ödəməmişlər. Daha sonra 2023-cü ilin sentyabr ayında onlar evlərinə qayıtdığı üçün Elşən müəllimə evdən çıxmasını bildirmiş və o, da həmin mənzildən çıxmışdır. Qarşılıqlı iddia ilə bağlı isə bildirmişdir ki, ötən müddət ərzində ailəsi ilə birgə başqa başqa ünvanlarda kirayə yaşamış və 7000 manat xərci çıxmışdır məsələ bu yerə çatdığı üçün mənəvi zərər çəkmişdir bu sənbəbdən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə casvabdehin-qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi vəkili Vəkil qarşlıqlı iddia tələbini müdafiə edərək, məhkəmədən qarşılıqlı iddia tələbinin təmin edilməsini və ilkin iddianın isə təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 sözügedən evdə yaşamış kirayəşin Elşən Abdullayevi arvadı Cavabdeh1 və onun sifarişi ilə rayonda vasitəçilik ilə məşğul olan bir nəfər tapmış, 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına kimi kirayəşin həmin evdə yaşamış və bu müddət ərzində aylıq 300 manat kirayə haqqını Cavabdeh1 ilə o almışdır. Bu məsələdən bacısı İddiaçı da xəbəri olmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsində onun və arvadının da payı vardır onlar özlərinə məxsus torpağı ev ilə birlikdə Elşən Abdullayevə kirayəyə verdiklərindən həmin pulu almış, lakin həmin puldan Aynura heç bir məbləğ verməmişlər.
9. X6 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, o xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini Əlİddiaçı ilə kirayə müqaviləsi bağlayaraq ayı 300 manata kirayə götürmüş və həmin evdə yaşamaq üçün öncədən Cavabdeh1 və Cavabdeh2lə razılaşmışdır. 2021-ci ilin aprel ayından 2023-cü ilin avqust ayına kimi Cavabdeh1 və Cavabdeh2 hər ay 300 manat kirayə pulu ödəmişdir.
10. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-146/2024 nömrəli qətnaməsi ilə, (hakim K.Əliyev) ilkin iddianın qismən təmin olunması, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 8100 manat məbləğində kirayə haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat pul tələbinə dair ilkin iddiasının təmin edilməsi, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 7000 manat maddi ziyana və 2000 manat mənəvi ziyana görə pulun və 110 manat dövlət rüsumu xərci olmaqla cəmi 9100 manat məbləğində pulun tutulması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Elşən Abdullayev adlı şəxs 2020ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək iddiaçıya məxsus fərdi yaşayış evində kirayəçi olaraq yaşamış və həmin müddət ərzində hər ay 300 manat olmaqla cavabdehlərə buna görə haqq ödəmiş, sözügedən evin kirayəsi ilə bağlı isə iddiaçı ilə kirayəşin arasında 2021-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək aylıq 300 manat ödənilməklə kirayə müqaviləsi bağlanmış, lakin Elşən Abdullayev həmin evdə 2023-cü ilin ayqus ayınadək yaşayaraq həmin vaxtadək kirayə haqqını cavabdehlərə ödəmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Məhkəmə yuxarıda deyilənlərə əsasən qiymət verərək hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması əsası iş materialları ilə təsdiq olunmur.
13. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı-cavabdeh, habelə cavabdeh-iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
14. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə ilkin iddia üzrə görülmüş işlərin müvafiq razılaşma əsasında görülməsi, habelə qarşılıqlı iddia üzrə müəyyən əşyaların veruilməsinə dair sübutetmə yükü hər bir tələb üzrə iddia irəli sürən iddiaçının üzərinə düşür.
15. Beləliklə ilkin iddia üzrə iddiaçı cavabdehlərin onun hesabına əsassız varlandığı 8700 manat məbləğində pul tələb etmiş, 27 ay üçün yəni 2023-cü ilin avqust ayınadək olan müddətdə müvafiq kirayə müqaviləsi əsasında ödənilmiş 8100 manat pulun məhz cavabdehlər tərəfindən alınması onların özlərinin və şahidin izahatı ilə təsdiq olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehdən 9000 manat məbləğində pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
16. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab etmişdir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia üzrə iddia təmin edilə bilməz və qarşılıqlı iddia üzrə tərəfin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.
17. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 101 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə qarşlıqlı iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır.
18. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasınən 127-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 82, 119.1, 217.4, 218.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətlərinin dəlilləri
19. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, üçüncü şəxs Elşən Abdullayev ailə üzvləri ilə birlikdə 2020-ci ilin sentyabr ayından mübahisəli ünvanda yaşayır və aylıq ödənilən 300 manat da məhz Cavabdeh1 və Cavabdeh2lə olan razılaşmaya görə ödənilir. Sonuncuların həmin ünvana dair paylı mülkiyyət hüquqları vardır. Elşən Abdullayev polis zabiti olduğu üçün, mənzil kirayə müqaviləsi bağlamaqla kirayə pulunu Dövlətdən əldə etmək istədiyindən İddiaçı ilə mənzil kirayə müqaviləsi bağlamışdır. E.Abdullayevlə İddiaçı arasında hansı razılaşmanının olduğu onlara məlum deyildir. Elşən Abdullayevin onlara verdiyi aylıq 300 manat İddiaçı çatası məbləğ deyildir. Onların E.Abdullayevlə aralarında olan razılaşmaya görə əldə etdikləri məbləğdir.
21. Yuxarıda qeyd edilən mülki iş üzrə, iddiaşı İddiaçı onlara qarşı iddia tələbi irəli sürərək onlardan 8700 manat ona çatmalı olan kirayə haqqı pulu və dövlət rüsumu kimi ödədiyi 107 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bildirirlər ki, onlar-Cavabdeh2, Cavabdeh1 və qızları Nəsrin və Səbrin ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakda-yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin ünvan onların əsas və daimi yaşayış yerləri olmuşdur. Və İddiaçı onların razılığı olmadan həmin yaşayış sahəsinə dair X20 adlı şəxslə “mənzil kirayə müqaviləsi” bağlanmışdır. Qeyd edir ki, əslində mənzil kirayə müqaviləsi də qanunsuz və əsassız olaraq bağlanmışdır. Çünki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak-yaşayış sahəsi iddiaçının, onun və onun ailə üzvləri olan yuxarıda adları göstərilən şəxslərin ümumi paylı mülkiyyətinə daxildir.
22. Belə ki, ünvan 3 ünvanında həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair ümumi paylı mülkiyyətçilərin payları aşağıdakı kimidir:
23. 1. Cavabdeh1-torpaq sahəsi 6/36 hissə. 2. X19-torpaq sahəsi 6/36 hissə. 3. X21torpaq sahəsi 6/36 hissə. 4.İddiaçı-yaşayış evi 5/6 hissə, torpaq sahəsi 8/36. 5.Cavabdeh2-yaşayış evi 1/6 hissə, torpaq sahəsi 10/36 hissə.
24. Mübahisə ilə bağlı mübahisəyə birtərəfli və səhti yanaşılmışdır. Onlar hansı səbəbdən İddiaçı pul vəsaiti ödəməlidirlər? Ona hansı zərəri vurmuşlar?. Əslində, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin ona vuran şəxsə aid edilməsini nəzərdə tutur. MM-nin 21-ci maddəsində zərərin aid edilməsi ilə bağlı birbaşa qayda yoxdur. Aid edilmə o deməkdir ki, prinsip etibarı ilə yalnız borclunun səbəb olduğu zərərin əvəzi ödənilir. Əgər, İddiaçı, Elşən Abdullayevlə kirayə müqaviləsi bağlayarkən onunla arasında heç bir sövdələşmə olmamışdırsa, bu o demək deyildir ki, onlar ona zərər vurmuşlar və öz yaşayış yerlərini Elşən Abdullayevə verdiklərinə görə, sonuncudan aldıqları məbləği İddiaçı verməlidirlər. Məhkəmə ədalət mühakiməsini həyata keçirərkən qeyd edilənlər nəzərə alınmamışdır.
25. İş üzrə qətnamə qəbul edilərkən məhkəmə iş üzrə müəyyən edilmiş həqiqi hallara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə işin həqiqi hallarına deyil, İddiaçı dediklərinə inandırıcı mövqe nümayiş etdirmişdir. Belə ki, Sual: Mübahisəli fərdi yaşayış evinin faktiki olaraq kirayəyə verilməsi kimlərin arasında razlaşdırılmışdır və hansı tarixdə? Cavab: 2020-ci ilin sentyabr ayında Elşən Abdullayev və Cavabdeh2 arasında. Sual: Elşən Abdullayev və Cavabdeh2 hansı məbləğə razılaşmışlar? Cavab: 300 manata. Sual: Elşən Abdullayev həmin ünvana köçənədək Cavabdeh2 harada yaşayırdı və fərdi yaşayış evini kim E.Abdullayevə təhfil vermişdir? Cavab: Həmin ünvanda Cavabdeh2 yaşayırdı və evi E.Abdullayevə Cavabdeh2 təhfil vermişdir. Sual: ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdurmu ? Cavab: Xeyr. Sual: Elşən Abdullayev ailə üzvləri ilə birlikdə yalnız fərdi yaşayış evinin İddiaçı məxsus hissəsindən istifadə etmişdir? Cavab: Xeyr. Elşən Abdullayev ailə üzvləri ilə birlikdə vahid daşınmaz əmlak olaraq həyətyanı torpaq sahəsindən tam olaraq və fərdi yaşayış evindən tam istifadə etmişdir. Elşən Abdullayevin avtomobili vardır ki, avtomobilini həyətyanı sahədə saxlayır və həyətyanı sahədən özü və ailə üzvləri istifadə edirdi. Sual: İddiaçı 2021-ci ilin aprel ayında Elşən Abdullayevlə mənzil kirayə müqaviləsi bağlayarkən hansı razılaşmaya gəlmişlər? İddiaçı Elşən Abdullayevdən hansı məbləği tələb etmişdir? Axı 300 manat kirayə haqqı Cavabdeh2lə E. Abdullayevin arasında olan razılaşma idi. İddiaçı öz tələblərini hansı səbəbdən Elşən Abdullayevə bildirməmişdir. Birinci instansiya məhkəməsində İddiaçı buna məntiqi və əsaslandırılmış cavabı olmamışdır. Sual: X28 Əsgərova arasında mənzil kirayə müqaviləsi bağlandıqdan sonra, 300 manat kirayə haqqının hansı səbəbdən İddiaçı ödənilməsini, sonuncu Elşən Abdullayevdən tələb etməmişdir? Cavab: Əslində 300 manat Cavabdeh2 haqqı olduğu üçün. Çünki, Cavabdeh2 özü və ailə üzvləri ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın- yaşayış sahəsinin ümumi paylı mülkiyyətçiləridir.
26. Onlar iddia tələbinin yönəldiyi tərəf olmalı deyillərş. Çünki, onlar eyni zamanda övladları iddiaçı tərəf kimi, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın-yaşayış sahəsinin ümumi paylı mülkiyyətçiləridirlər.
27. Məhkəmə ilk iddianı təmin, qarşılıqlı iddia tələbini isə rədd etmişdir. Lakin, ilk iddianın təmin edilməsinə gətirib çıxaran hallar sübut edilməmişdir. X30 Əsgərova arasında mənzil kirayə müqaviləsi rəsmi bağlanmışdır (2021-ci ilin aprel ayında). Və həmin müqavilənin bağlanmasından onların məlumatları olmamışdır və müqavilə bağlanarkən ümumi paylı mülkiyyətçilər olaraq onların ailələri cəlb edilməmişdir. X31 Vəliyev arasında sövdələşmə 2020- ci ilin sentyabr ayında baş tutmuşdur. Və aralarında şərtlər olmuşdur. Onlar öz yaşayış sahələrini Elşən Abdullayev və onun ailəsinə verirlər. O, isə əvəzində onlara aylıq 300 manat pul vəsaiti verir. Əslində, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğundan asılı olmayaraq müəyyən şərtlər olduqda qanunda tələblər nəzərdə tutulur. Bu normalar qanundan irəli gələn iddia tələblərinin qanuni əsasları adlanır, çünki onlar hüquqi əqdə xas olan adi iradə ifadəsi ilə bağlı qərar olmadan bilavasitə qanundan irəli gəlir. Belə hallarda müqavilədən və qanundan irəli gələn iddia tələblərinin qanuni əsasları arasında tələblərin rəqabətindən danışılır. İddiaçı, aylıq 300 manat kirayə haqqına maraqlı idisə, müqavilə bağlanarkən onlar niyə məlumatlandırılmamışlar və onların haqları hansı səbəbdən pozulmuşdur? Notarius, mənzil kirayə müqaviləsi bağlayarkən, hansı səbəbdən digər mülkiyyətçilərin razılığını əldə etməmişdir? Xəlvəti bağlanmış mənzil kirayə müqaviləsinə görə, İddiaçı onlardan 18 aylıq kirayə məbləği tələb edir? Əgər İddiaçı, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın-yaşayış sahəsinin tam mülkiyyətçisi idisə, hansı səbəbdən 2021-ci ilin aprel ayında kirayə haqqının birbaşa özünə verilməsi tələbini kirayəçiyə bildirməmişdir?
28. Üçüncü şəxs Elşən Abdullayev mübahisəli ünvanda 2020-ci ilin sentyabr ayından yaşayır. Aylıq 300 manat, Cavabdeh2 və onun ailə üzvlərinin öz yaşayış yerlərini E. Abdullayevə verdikləri üçün aldıqları haqdır. Həmin məbləğin X30 Əsgərova arasında 2021-ci ilin aprel ayında bağlanmış mənzil kirayə müqaviləsinə heç bir aidiyyəti yoxdur. Əgər, həmin məbləğ İddiaçı çatmalı olan kirayə haqqı idisə, 18 ay ərzində, İddiaçı pulun ona verilməli olduğunu kirayəçiyə bildirərdi.
29. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-146/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmə Kollegiyasından xahiş etmişlər.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-146/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
33. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X19, X22, cavabdehin nümayəndəsi və vəkili Vəkil işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 387.3-cü maddəsinin tələbinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə görə, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
39. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Cavabdehlər apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(039)-146/2024 nömrəli qətnaməsini tam mübahisələndirmişlər. Belə ki, onlar Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-146/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
42. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-146/2024 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
44. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş **********91-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 96.8 m2 sahədən ibarət fərdi yaşayış evi və evin yerləşdiyi 0,0548 ha torpaq sahəsi Cavabdeh1 torpaq sahəsində 6/36 hissə, X10 torpaq sahəsində 6/36 hissə, X11 torpaq sahəsində 6/36 hissə, İddiaçı yaşayış evində 5/6 hissə, torpaq sahəsində 8/36 hissə, Cavabdeh2 yaşayış evində 1/6 hissə, torpaq sahəsində 10/36 hissə olmaqla onların paylı mülkiyyətlərindədir. Kirayəyə verən İddiaçı ilə kirayəçi X20 arasında 19 aprel 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 5/6 hissəsinin aylıq 300 manat müqabilində 19 aprel 2023-cü il tarixədək dövr üçün X1 verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Kirayəyə götürən” X20 “Kirayəyə verən” İddiaçı 300 manat kirayə haqqı ödəyir. Həmçinin eyni fərdi yaşayış evinə dair 2020-ci ilin sentyabr ayından cavbabdeh Cavabdeh2 ilə X20 arasında yazılı qaydada imzalanmamış əmlak kirayəsi münasibəti mövcud olmuş, 19 aprel 2023-cü il tarixdən sonra da, yəni 2023-cü ilin avqust ayınadək X20 tərəfindən Cavabdeh2 eyni fərdi yaşayış evi üzrə kirayə haqqı ödənilmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin X30 Əsgərova arasında mənzil kirayə müqaviləsi bağlandıqdan sonra, 300 manat kirayə haqqının hansı səbəbdən İddiaçı ödənilməsini sonuncunun Elşən Abdullayevdən tələb etməməsi, İddiaçı öz tələblərini hansı səbəbdən Elşən Abdullayevə bildirməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan 19 aprel 2021-ci il tarixdə bağlanmış mənzillərin evlərin bağların müvəqqəti istifadəyə verilməsi (kirayə müqaviləsi) müqaviləsinə əsasən kirayəyə verən İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə özünə məxsus 5/6 hissəsini aylıq 300 manat müqabilində 19 aprel 2023-cü il tarixədək dövr üçün X1 vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən “Kirayəyə götürən” X20 “Kirayəyə verən” İddiaçı aylıq 300 manat kirayə haqqı ödəyir.
48. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi də xx.xx.2021-ci il tarixli kirayə müqaviləsi üzrə X9 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayındək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatmalı kirayə haqqı və dövlət rüsumunun ödənilməsi ilə bağlıdır.
49. İddiaçı ilə X20 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kirayə müqaviləsinin qüvvədə olduğu müddətdə İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən mülkiyyət payı naturada ayrılmamaqla yanaşı, həmin müqavilə üzrə İddiaçı qarşısında kirayə müqaviləsi üzrə üzərinə kirayə haqqının ödənilməsi vəzifəsi düşən şəxs X20 olmuşdur.
50. Belə ki, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinin 5-ci bəndinə əsasən məhz X20 bağladığı kirayə müqaviəsi üzrə kirayəyə verən İddiaçı aylıq 300 manat kirayə haqqını ödəməli idi. Yəni həmin müqavilədə müqavilə üzrə ümumi kirayə haqqının kirayə müqavilə müddətinin sonunda və yaxud daha sonra birdəfəyə ödənilməli olması nəzərdə tutulmadığı halda İddiaçı müqavilə müddəti ərzində aylıq ödənişləri müqavilə tərəfi X8 tələb edilməməsinə iddia ərizəsində, birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında aydınlıq gətirilməmişdir.
51. Kollegiya qeyd edir ki, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsi kirayəyə verən İddiaçı ilə kirayəçi X20 arasında bağlandığından müqavilədən irəli gələn öhdəliklərin icrası da müqavilə tərəfləri olaraq həmin şəxslərə aid edilməlidir.
52. Cavabdehlər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin özlərinə aid hissəsini X1 verdiklərini, fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin özlərinə aid hissəsinin müqabilində X8 aylıq kirayə haqqı əldə etdiklərini göstərmişlər.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin X30 Əsgərova arasında 2021-ci ilin aprel ayında mənzil kirayə müqaviləsinin bağlanmasından onların məlumatlarının olmaması, müqavilə bağlanarkən ümumi paylı mülkiyyətçilər olaraq onların ailələrinin cəlb edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
54. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
55. İş materiallarından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X30 Əsgərova arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kirayə müqaviləsindən əvvəlcədən məlumatlı olmaları, sonradan həmin müqavilə ilə razılaşmaları halı müəyyən edilməmişdir.
56. Həmçinin İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kirayə haqqı olaraq 8700 manatın tələb edilməsinə, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbinin 8100 manat həddində təmin edilməsinə baxmayaraq, 600 manata aid hissədə ilk iddia tələbinin rədd edilmə səbəbləri üzrə heç bir dəyərləndirilmə aparılmamış, xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul məbləği tələb edilirdisə müqavilə müddətinin başa çatmasından sonrakı dövr üçün də cavabdehlərdən müqaviləyə istinadən pulun tutulması səbəbləri aydınlaşdırılmamışdır.
57. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayındək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair ilk iddia tələbi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
58. Belə ki, iş materiallarından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ilə X20 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinin tərəfləri olmadıqları halda birinci instansiya məhkəməsi həmin müqavilə üzrə iddiaçının pul tələbini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qismən təmin etməklə və ilk iddianın təmin edilməmiş hissəsi üzrə heç bir dəyərləndirmə aparılmamaqla maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
59. Halbuki mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
60. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
61. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
62. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayındək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair ilk iddia tələbi hissəsində işin araşdırılması və məhkəmə aktının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.
63. Məhkəmə kollegiyası ilk iddia tələbinə dair hissədə birinci instansiya məhkəməsinin apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşmasa da, qarşılıqlı iddianın rədd edilməsi hissəsində apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.
64. Belə ki, cavabdehlər apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin həmçinin qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində də ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etsələr də qarşılıqlı iddianın təmin edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim etməmişlər.
65. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
66. Beləliklə məhkəmə kollegiyası Cavabdeh1 İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin hissədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, həmin hissədə sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
67. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-146/2024 nömrəli qətnaməsi qismən, yəni, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair ilk iddia tələbi hissəsində ləğv edilməli, Ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023cü ilin sentyabr ayınadək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulması tələbinə dair ilk iddiası təmin edilməməli, qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-146/2024 nömrəli qətnaməsi qismən, yəni, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair ilk iddia tələbi hissəsində ləğv edilsin. Ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət üçün ona çatmalı kirayə haqqı olan 8700 manatın və 107 manat dövlət rüsumunun xeyrinə tutulması tələbinə dair ilk iddiası təmin edilməsin. Qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.