Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1211/2020 22.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdeh iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hаkim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı, Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddiаsı qismən təmin edilmişdir. Həmin qətnаməyə əsаsən Cavabdeh maddi zərərin əvəzi olaraq 1680 (bir min altı yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı özünə aid edilməsi, 15 (on beş) manatın isə Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət оlunmuşdur. işin hаllаrı : İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X12 verdiyi RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,6002 ha torpaq sahəsində və RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,9735 ha torpaq sahəsində əkdiyi fındıq tingləri və meyvə ağaclarının, kanal üçün, habelə 250 metr uzunluğunda çəkdiyi hasarın dəyəri olan cəmi 5000 manat ziyan tələbinin və banka ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd etdiyi məbləğdən əlavə olaraq 10920 manat pulun da cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd etdiyi məbləğdən əlavə olaraq 12233 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə araların olan mübahisə ilə bağlı hər ikisi məhkəmədə iddia qaldıraraq öz tələblərini irəli sürmüşlər. Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-594/2019 nömrəli qətnaməsinə əsasən X6 maddi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, məhkəmə zamanı qarşılıqlı iddiada bəzi xüsusatları unudaraq qeyd etməmişdir. Bildirmək istəyir ki, o, mərhum qardaşı X11 ilə araların şifahi razılaşaraq ona və ailəsinə məxsus pay torpağını onun istifadəsinə vermişdir. Onun və mərhum qardaşının pay torpaq sahələri yan-yana eyni sahədə yerləşir. Onların razılaşmalarına görə o, həmin torpaq sahəsində qoz və fındıq ağacları əkərək, bağa qulluq edərək yetişdirməli və istifadə etməli idi. Bağı geri aldığı zaman qardaşı ona bağa çəkdiyi bütün xərcləri, qoz, fındıq və meyvə ağaclarının bazar qiyməti ilə dəyərini ödəməli idi. Lakin qardaşı rəhmətə gedəndən sonra onun həyat yoldaşı yenicə bar verməyə başlamış bağı, şifahi razılaşmanı pozaraq 2019-cu ilin yanvar ayının 14-də bacısı Cavabdeh adına rəsmiləşdirmişdir. Həmin müddət ərzində o, bağa qulluq etmiş, bağa xərc çəkərək məhsuldarlığı artırmaq üçün gübrə vermişdir, aqrotexniki xidmət göstərmiş və hasar çəkmiş, bundan başqa hər il vergiləri ödəmişdir. RX seriyalı ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.6002 ha olan torpaq sahəsinə 2007-ci ildə 10 gər, 2 ərik, 2 şöftəli və s. olmaqla meyvə ağacları əkmişdir. Bağın ətrafına 42metr+142,65metr+49metr olmaqla, cəmi 233,65 metr uzunluğunda hasar üçün kanal qazdırmışdır. 233.65metr x 3manat=700,95 manat olmaqla xərc çəkmişdir. RX seriyalı ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0,9735 ha olan torpaq sahəsinə 2015-ci ildə 2 cərgə, 1-ci cərgədə 150, 2-ci cərgədə isə 350 ədəd olmaqla fındıq tingi əkmişdir. Hər fındıq tinginin qiyməti 3 manat olmaqla, 500x3=1500 manat xərc çəkmişdir. 2008-ci ildə bağın ətrafına 250 metr uzunluğunda hasar çəkmiş, 140 ədəd gər və başqa zoğal, alça və s. olmaqla meyvə ağacları əkmişdir. RX seriyalı ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.97 olan torpaq sahəsinin 2008-ci ildə mal-qaradan qoruma məqsədi ilə 250 metr ağac materialından ibarət hasar çəkmiş, metrəsi 1 manatdan cəmi 250 manat təşkil edir. Hasarın möhkəmliyi üçün həm də gələcəkdə ipək qurdunun yetişdirilrnəsi üçün 140 ədəd gər, 20 ədəd müxtəlif giləmeyvə ağacları əkmişdir. 160x5m=800 manat. RX seriyalı ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.60 ha torpaq sahəsinə 2007-ci ildə 10 ədəd gər, 2 ərik, 2 şaftalı və hasarın möhkəmliyi üçün bir çox meşə ağacları əkmiş, meyvə və gər ağacının dəyəri 4-5 manatdır. Bağın ətrafına qurunt sularının axıdılması üçün 233 metr kanal qazdırmış, metrəsi 3 manatdan 233x3=700 manat. Kanalın üzərindən bağın malqaradan qorunması üçün hasar çəkdirmiş, metrəsi 1 manatdan 233x1m=233 manat. 14 gər və meyvə ağac x 5=70 manat təşkil edir. Bütün bu işlərin görülməsi üçün zəhmət haqqı olaraq 650 manat hesablamışdır. 2019-cu ildə torpaq X10 adına keçirilsə də, bağdakı onun əmlakı olan qoz və fındıq ağaclarının məhsulu, əmlakının dəyəri ödəmədiyi halda qarşı tərəf yığmışdır. Hətta öz bağının otunu biçən zaman yanaşı olan onun bağının da otunu biçib aparmışdır. Qeyd olunanları nəzərə alaraq cavabdehdən 12333 manat dəymiş ziyanı tələb edir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun vəkili Vəkil isə çıxış edərək iddianı müdafiə etdiklərini bildirdilər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Birinci instansiya məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun 4/5 hissə və mərhum X4 1/5 hissə olmaqla ümumi birgə mülkiyyətində Zaqatala rayonu, Lahıc kəndində 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Qeyd olunan torpaq sahələri üzərində hüquqları xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmişdir. İddiaçı qeyd olunan torpaq sahələrindən onun istifadəsinə, oranı zəbt edərək maneçilik törətmişdir. Məhkəmənin xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən iddiaçı Cavabdeh ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və onun zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması qət edilmişdir. Həmin torpaq sahəsindən 2007- 2008-ci ildən İddiaçı istifadə edir. Həmin torpaq sahələrində olan fındıq, qoz və digər meyvə ağaclarını da iddiaçı əkmişdir. O, hesab edir ki, İddiaçı qeyd olunan torpaq sahəsində X1 ilə (iddiaçının deməsinə görə) fındıq kolları, qoz ağacları və digər meyvə ağacları əkməklə həmin ağacların məsullarından, o cümlədən, həmin sahədə təbii yolla bitən otdan külli miqdarda gəlir əldə etmişdir. İddianı qəbul etmir və hesab edir ki, iddia əsaslı deyil. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apelyasiya şikаyətinin dəlilləri: Cavabdeh apelyasiya şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. O, apelyasiya şikаyətini belə əsаslаndırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz qətnamə qəbul edilmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Qeyd olunan mübahisəyə əvvəllər məhkəmədə baxılmış və Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)- 594/2019 iş nömrəli qətnaməsi ilə iddia və qaşılıqlı iddianin qismən təmin edilməsi, cavabdeh İddiaçı RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakm Dövlət reyestrindən çıxarış"lara əsasən iddiaçı Cavabdeh ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması, iddia tələbinin qalan hissəsi təmin edilməməsi, qarşılıqlı iddia üzrə Cavabdeh qızmdan maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissəsi təmin edilməməsi, iddiaçı Cavabdeh ödədiyi 30 (otuz) manat dövlət rüsumu və cavabdeh İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumu özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 259/2020 iş nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-594/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan torpaq sahəsi və ora çəkilmiş xərclərin (fındıq tingləri, ağaclar, xərclər və s real bazar dəyəri heç 20.000 (iyirmi min) manatdan yüksək deyil. Qeyd olunan məhkəmə qərarlarından belə başa düşülür ki, mən fındıq tingləri və digər ağaclar əkilmiş mülkiyyətimdə olan torpaq sahəsindən çıxması üçün İddiaçı əmlakların (torpaq sahəsi və ağaclar) dəyərindən daha artıq pul ödəməliyəm. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, "...Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən vəsait sərf olunmasına şərait yaratmaqla iddiaçı əsassız varlanmışdır. Cavabdeh tərəfindən tələb edilən həmin məbləğlərin iddiaçıdan cavabdehin xeyrinə tutulması qanuni və əsaslıdır." Halbuki, məhkəmə əvvəlki hüquqi mövqeydində qeyd edir ki, "iddiaçının torpaq sahələrinə mülkiyyət hüququ xx xxxxxx 2019-cu il tarixdə yaranmışdır. O, da öz növbəsində xx xxxxx 2019-cu il tarixdə məhkəməyə cavabdehin torpaq sahəsindən çıxması, onun mülkiyyət hüquqlarının pozulması və cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı ona dəymiş zərərin əvəzini tələb etmişdir." Göründüyü kimi, bir tərəfdən məhkəmə iddiaçının torpaq sahələrinə mülkiyyət hüququnun xx xxxxxx 2019-cu il tarixdə yarandığını və bu səbəbdən də cavabdehin əvvəlki dövürlər üçün əldə etdiyi faydanı ondan tələb edə bilməyəcəyini qeyd etsə də, digər tərəfdən iddiaçının cavabdehə vəsait sərf olunmasına şərait yaratmaqla əsasız varlandığını qeyd etmişdir. Bu isə son nəticədə məhkəmənin tərflərin arqumentlərinə münasibətdəki baxışında kolleziva (bir-birinə zidd olan baxış) olmasını sübut edir. Məhkəmə iclası zamanı cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilk iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, "...Mübahisəli torpaq sahələri mərhum qardaşı Həsən Həsənovun və onun ailəsinin torpaq sahələridir. 2007 və 2008-ci ildə qardaşının tapşırığı ilə həmin torpaq sahələri onun istifadəsinə verilmişdir. Qardaşı ilə danışıqları olmuşdur ki, o, həmin torpaq sahələrinə fındıq və qoz ağacları əkəcək, sahələrin kənarını bağlayacaq və qardaşı həmin bağı ondan geri götürdüyü zaman ağacların indiki bazar qiyməti ilə dəyərini və bağın salınması üçün çəkdiyi xərcləri ödəyəcəkdir." Göründüyü kimi, iş üzrə cavabdeh İddiaçı torpaq sahəsinə fındıq ağaclarının əkilməsinin qardaşının tapşırığı əsasında həyata keçirilməsini "iddia etməsinə" baxmayaraq, həmin ağacların dəyərini iş üzrə iddiaçı Cavabdeh tələb edir. Cavabdeh İddiaçı dediklərinin həqiqət olub-olmamasından asılı olamayaraq, işin mübahisəsiz halı odur ki, iş üzrə cavabdeh İddiaçı iş üzrə iddiaçı Cavabdeh ilə bu barədə danışığı və yaxud razılaşması olmamışdır. Halbuki, məhkəmənin də istinad etdiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1090.2-ci maddəsinə əsasən, işlərin aparmağa qəbul olunması sahibkarm mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarm varlandığı halda tələb edə bilər. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı Cavabdeh iş üzrə cavabdeh İddiaçı qarşısında öhdəlik götürməmişdir ki, sonuncu ümumi paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsində hər hansı bir iş görsün və sonra da görülən işin xərcini ödəsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənini 386.1-cimaddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasmda müqavilə olmalıdır. Qeyd olunan maddi hüquq normalarmm tələblərindən də göründüyü kimi, iş üzrə cavabdeh İddiaçı yalnız belə bir öhdəlik götürdüyü təqdirdə iddiaçıdan görülən işlərin xərclərini tələb edə bilərdi. Zaqatala Rayon Məhkəməsinin qətnaməsindən də göründüyü kimi, məhkəmə torpaq sahəsinin yaxşılaşdırmasına çəkilən xərclərin yalnız iş üzrə iddiaçıdan tutularaq cavabdehə ödənilməsini qət etmişdir. Göründüyü kimi, cavabdehin, öhədəlik götürdüyünü iddia etdiyi mərhum qardaşı Həsən Həsənovun (həm də torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ üzər mülkiyyətçilərindən biri) hüquqi varisləri qalıb bir qıraqda, məhkəmə əsassız varlanma adı altında qeyd etdiyi bütün pulu iş üzrə iddiaçıdan tutulması qərarına gəlmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X14 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-594/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia və qarşılıqlı iddia qismən təmin edilərək, cavabdeh İddiaçı RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən iddiaçı Cavabdeh ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə Cavabdeh maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh ödədiyi 30 (otuz) manat dövlət rüsumu və cavabdeh İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özlərinə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-259/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)594/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilən hallardan görünür ki, həmin torpaq sahəsi 2007-2008-cı ildə boş ərazi şəklində iddiaçıya verilmiş, mübahisəli ərazidə olan ağaclar da məhz iddiaçı tərəfindən əkilib-becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Buradan da göründüyü kimi, iddiaçı artıq həmin ağaclara münasibətdə tam mülkiyyət hüququna malik olan bir şəxsdir. İkincisi, qeyd olunan ərazi iddiaçı tərəfindən zəbt olunmamış, iddiaçının mərhum qardaşı tərəfindən onun istifadəsinə verilmişdir. Sadəcə həmin vaxt tərəflər arasında etimadlı münasibət olduğundan notarial qaydada hər hansı müqavilə rəsmiləşdirilməmişdir. Bundan əlavə cavabdeh tərəf də məhkəmə iclasında həmin ərazinin cavabdehə verilərkən boş olduğunu, sonradan cavabdehin əməyi, zəhməti və xərci sayəsində xeyli sayda fındıq və qoz ağacının əkilib-becərildiyi bildirilmiş, ağaclar bəhər verən vaxtı iddiaçı tərəfindən mübahisələndirildiyi və cavabdehin həmin ərazidən çıxarılması bildirilmişdir. Yuxarıda qeyd olunduğu kimi bu illər ərzində torpağa ağaclara zəhmətlə yanaşı, xeyli məbləğdə xərc çəkmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X16 Azərbaycan Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin xx xxxxxxxx 2019cu il tarixli 15 nömrəli rəyindən görünür ki, RX seriyalı № ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.6002 ha olan torpaq sahəsinə 2007-ci ildə 74 ədəd fındıq kolu əkilmişdir Həmin fındıq kollarına bütün aqrotexniki qulluq vasitələri edilmiş və bir fındıq koluna təqribi 100-105 manat aralığında pul vəsaiti xərclənmişdir. (Cəmi: 7400-7770 AZN). 2007-ci ildə həmin əraziyə fındıq kolundan başqa 20 ədəd qoz ağacı əkilmiş və həmin qoz ağaclarına bütün lazımi aqrotexniki qulluq vasitələri həyata keçirilmişdir. Bir qoz ağacının ərsəyə gəlməsi üçün təqribi 80-90 manat aralığında vəsait xərclənmişdir (Cəmi: 1600-1800AZN). Fındıq ağaclarının hər birinin məhsuldarlığı təqribi 8-10 kq fındıq (Cəmi 592-740 kq), qoz ağaclarının məhsuldarlığı isə təqribi 10-15 kq müəyyən edilə bilər (Cəmi: 200-300 kq). RX seriyalı № ******* saylı çıxarışda qeyd olunmuş, ümumi sahəsi 0.9735 ha olan sahəyə baxış zamanı 2015-ci ildə 2 cərgə- 1-ci cərgədə 150, 2-ci cərgədə isə 350 ədəd olmaqla fındıq tingi əkilmişdir. Tingliyin ərsəyə gəlməsi üçün bütün lazimi aqrotexniki qulluq vasitələrinə əməl edilmiş və bir ting üçün təqribi 2-3 manat pul vəsaiti xərcləmişdir. Findiq tingindən başqa həmin əraziyə 2008-ci ildə 110 ədəd fındıq kolu əkilmişdir. Həmin fındıq kollarına bütün aqrotexniki qulluq vasitələri edilmiş və bir fındıq koluna təqribi 100- 105 manat aralığında pul vəsaiti xərclənmişdir. (Cəmi: 11000-11550 AZN). Fındıq ağaclarının hər birinin məhsuldarlığı təqribi 9-10 kq aralığında dəyişir.(Cəmi: ***-**** kq). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X16 Azərbaycan Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin xx xxxxxx 2020-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, RX seriyalı № ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.6002 ha olan torpaq sahəsində hasar içinə 10 ədəd gər ağacı əkilib, təqribi bazar qiyməti 4-5 manat aralığında dəyişir. RX seriyalı № ******* saylı çıxarışda qeyd olunmuş, ümumi sahəsi 0.9735 ha olan sahəyə baxış zamanı 140 ədəd gər ağacı və 20 ədəd müxtəlif növ meyvə və meyvəsi olmayan hasar içinə əkilmiş ağaclar vardır. Ağacların hər birinin bazar qiyməti 4-5 manat aralığında dəyişir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Lahıc Bələdiyyəsinin xx xxxxx 2019cu il tarixli, 18 nömrəli arayışından görünür ki, İddiaçı mərhum qardaşı X7 DT və XK tərəfindən A443876 və A443877 nömrəli 9735 kv.m. və 6002 kv.m. torpaq sahələrində İddiaçı tərəfindən fındıq bağı salınmışdır. Həmin torpaq sahələrinin vergisini veriləndən hal-hazıradək İddiaçı ödəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli Zaqatala rayonu Lahıc kəndində yerləşən torpaq sahələrinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hazırda mübahisəli torpaq sahəsi üzərinə məhkəmənin qərarı ilə həbs qoyulduğundan iddiaçı tərəfindən istifadə edilmir. Qərardad qüvvəyə minənədək həmin torpaq sahələrindən İddiaçı istifadə etmişdir. Həmin torpaq sahələrində fındıq kolları, fındıq ağacları, qoz ağacları və meyvə ağacları mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X16 Azərbaycan Meyvəçilik və Çayçılıq X3 Dayaq Məntəqəsinin aqronomu Rəşad İbrahimov tərəfindən fındıq, gər və meyvə ağaclarının əkilməsinin hansı müddətə uyğun gəlməsi, həmçinin onların sayının və dəyərinin müəyyən edilməsi məqsədilə baxış keçirildi. Fındıq, gər və meyvə ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayıldı. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Məhkəmə kollegiyası iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh İddiaçı mərhum qardaşı Həsən Həsənovun baldızıdır, yəni arvadının bacısıdır. Zaqatala rayon X5 xx xxxx 1996-cı il tarixli 34 nömrəli qərarı ilə mərhum X7 Zaqatala rayonu Lahıc kəndi ərazisindən 9735 kv.m. və 6002 kv.m.kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrindən İddiaçı və mərhum qardaşı X4 razılığı ilə iddiaçı tərəfindən 2007-ci ildə başlayaraq 2019-cu ilə qədər istifadə edilmişdir. Həmin torpaq sahələrinin vergisi İddiaçı tərəfindən ödənilmişdir. Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,6002 və 0,9735 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahələrinin 4/5 hissəsi Cavabdeh və 1/5 hissəsi mərhum X4 olmaqla paylı mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)594/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən iddiaçı Cavabdeh ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması qət edilmişdir.Həmin torpaq sahələrində olan fındıq kolları, gər və meyvə ağaclarını İddiaçı əkmişdir. İddiaçı RX seriyalı № ******* saylı çıxarışda qeyd olunmuş, ümumi sahəsi 0.9735 ha olan torpaq sahəsində əkdiyi 140 ədəd gər, 20 ədəd müxtəlif giləmeyvə ağacları, 2 cərgə- 1-ci cərgədə 150, 2-ci cərgədə isə 350 ədəd olmaqla fındıq tingi və 250 metr uzunluğunda ağac materialından çəkdiyi hasarın dəyərini, RX seriyalı № ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.6002 ha olan torpaq sahəsində əkdiyi 10 ədəd gər, meyvə ağacları, bağın ətrafına qurunt sularının axıdılması üçün qazılmış kanal, kanalın üzərində tikilmiş hasarın dəyərinin və bunların bu vəziyyətə gətirilməsi üçün zəhmət haqqının cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin “RX seriyalı № ******* saylı çıxarışda qeyd olunmuş, ümumi sahəsi 0.9735 ha olan torpaq sahəsində əkdiyi 140 ədəd gər, 20 ədəd müxtəlif giləmeyvə ağacları, 2 cərgə- 1-ci cərgədə 150, 2-ci cərgədə isə 350 ədəd olmaqla fındıq tingi və 250 metr uzunluğunda ağac materialından çəkdiyi hasarın dəyərinin” cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi iddiaçının istifadəsində olmuş və bu razılıq əsasında iddiaçı 12 il istifadə etdiyi həmin torpağın keyfiyyətini artırılması üçün 140 ədəd gər (biri 4 manat olmaqla), 20 ədəd müxtəlif giləmeyvə ağacları (biri 4 manat olmaqla), 2 cərgə- 1-ci cərgədə 150, 2-ci cərgədə isə 350 ədəd (biri 2 manat olmaqla) olmaqla fındıq tingi əkmiş və nəticədə 1640 manat vəsait sərf etmişdir. Qeyd olunan hal Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X16 Azərbaycan Meyvəçilik və Çayçılıq X3 Dayaq Məntəqəsinin rəyləri ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, 12 il ərzində iddiaçının istifadəsində olmuş torpaq sahəsində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılaraq ağacların əkilməsi və 1640 manat vəsait sərf edilməsinin əsassız və ya şişirdilmiş olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, işin bu hallarını təkzib edən hər hansı bir mötəbər sübut işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, 12 il ərzində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılması, 140 ədəd gər (biri 4 manat olmaqla), 20 ədəd müxtəlif giləmeyvə ağacları (biri 4 manat olmaqla), 2 cərgə- 1-ci cərgədə 150, 2-ci cərgədə isə 350 ədəd (biri 2 manat olmaqla) olmaqla fındıq tinginin əkilməsi və nəticədə 1640 manat vəsaitin sərf edilməsi ağlabatan olmaqla mövcud olmuş xərcləri tam əhatə edir. Məhkəmənin qənaətinə görə, iddia tələbinin “RX seriyalı № ******* saylı çıxarışda qeyd olunmuş, ümumi sahəsi 0.9735 ha olan torpaq sahəsində 250 metr uzunluğunda ağac materialından iddiaçı tərəfindən çəkdiyi hasarın dəyərinin” cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçının özünün izahatından və yerində müayinə protokolundan da görünür ki, həmin tələb etdiyi çəkilmiş hasar fındıq, qoz və meyvə ağaclarının yetişdirilməsi üçün olmuşdur. Həmin ağacların isə hazırda və əvvəlki iş üzrə mütəxəssis tərəfindən müəyyən etdiyi dəyəri ağacların hazırki vəziyyətdə hansı qiymətə olmasından ibarətdir. Ona görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə daha sonra iddia tələbinin “RX seriyalı № ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.6002 ha olan torpaq sahəsində əkdiyi 10 ədəd gər, meyvə ağacları, bağın ətrafına qurunt sularının axıdılması üçün qazılmış kanal, kanalın üzərində tikilmiş hasarın dəyəri və bunların bu vəziyyətə gətirilməsi üçün zəhmət haqqının” cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iddiaçı 12 il istifadə etdiyi həmin torpağın keyfiyyətini artırılması üçün 10 ədəd gər (biri 4 manat olmaqla) ağacları əkmiş və nəticədə 40 manat vəsait sərf etmişdir. Qeyd olunan hal Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X16 Azərbaycan Meyvəçilik və Çayçılıq X3 Dayaq Məntəqəsinin rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, 12 il ərzində iddiaçının istifadəsində olmuş torpaq sahəsində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılaraq ağacların əkilməsi və 40 manat vəsait sərf edilməsinin əsassız və ya şişirdilmiş olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, işin bu hallarını təkzib edən hər hansı bir mötəbər sübut işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, 12 il ərzində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılması, 10 ədəd gər (biri 4 manat olmaqla) ağaclarının əkilməsi və nəticədə 40 manat vəsaitin sərf edilməsi ağlabatan olmaqla mövcud olmuş xərcləri tam əhatə edir. Məhkəmənin qənaətinə görə, iddia tələbinin “RX seriyalı № ******* saylı çıxarışda qeyd olunmuş, ümumi sahəsi 0.6002 ha olan torpaq sahəsində bağın ətrafına qurunt sularının axıdılması üçün qazılmış kanal, kanalın üzərində tikilmiş hasarın dəyəri və bunların bu vəziyyətə gətirilməsi üçün zəhmət haqqının” cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçının özünün izahatından və yerində müayinə protokolundan da görünür ki, həmin tələb etdiyi kanal, kanalın üzərinə çəkilmiş hasar və zəhmət haqqı fındıq, qoz və meyvə ağaclarının yetişdirilməsi üçün olmuşdur. Həmin ağacların isə hazırda və əvvəlki iş üzrə mütəxəssis tərəfindən müəyyən etdiyi dəyəri ağacların hazırki vəziyyətdə hansı qiymətə olmasından ibarətdir. Ona görə də, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ-əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ-əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, əgər iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi fındıq və qoz ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Cavabdehin mülkiyyətində olan 0.9735 ha olan torpaq sahəsinə iddiaçı tərəfindən 1640 manat vəsait və mülkiyyətində olan 0.6002 ha olan torpaq sahəsinə iddiaçı tərəfindən 40 manat vəsait sərf olunmuşdur. İddiaçı tərəfindən tələb edilən həmin məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı, Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddiаsı qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 1680 (bir min altı yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməli, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı özünə aid edilməli, 15 (on beş) manatın isə Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin Cavabdehmünаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1211/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1211/2020
22.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver