Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1212/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh İB-nin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-417/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən akt əsasında hesablanmış qaz sərfiyyatının və **********000010 abonent koduna vurulmuş 907,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 01.03.2021-ci il tarixdə Cavabdeh İB-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, Cavabdeh İB-nin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı 907,10 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının, ümumilikdə 937,50 manat borcun tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-417/2021 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış qaz sərfiyyatının və **********000010 abonent koduna vurulmuş 907,20 manat borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi, Qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı 907,10 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı, ümumilikdə 937,50 manat borc tutularaq Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-417/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanında yaşayır. İddiaçı istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişdir. Cavabdeh təşkilatın nümayəndələri 11 yanvar 2021-ci tarixdə ******* nömrəli akt tərtib edərək aktda göstərilmişdir ki, sayğaca baxış keçirərən zaman sayğacın giriş hissəsində olan membranı hərəkətə gətirən qolların qarşısında məftil parçası aşkarlanmışdır, bu o deməkdir ki, sayğacdan keçən qazın sərfi qeydə alınmır. Cavabdeh təşkilatın nümayəndələri iddiaçının yaşlı olmasından sui istifadə edərək və onu aldadaraq akta onu imza etdirmişlər. Lakin iddiaçıya nəyə imza etməyini, imzanın hansı hüquqi nəticələr doğuracağı iddiaçıya izah edilməmişdir. Buna görə iddiaçı akta imza etməyin əsaslarını bilmədən həmin aktı imzalamışdır. Belə ki, cavabdeh təşkilat həyətindən təxminən 20 metr aralıda küçədə olan və sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş sayğaca baxış keçirərkən telefon vasitəsi ilə çəkiliş etmişlər. Həmin çəkilişdən də göründüyü ki, cavabdeh təşkilat sayğacın zavod plombunu necə açmaları çəkilişə düşməmişdir. Sadəcə sayğacı açaraq içərsindən məftil aşkar edildiyini nümayiş etdirmişlər. Göstərmişdir ki, iddiaçının 80 yaşı var. İddiaçı heç vaxt sayğacın içərisindən aşkar edilən metal naqilin sayğaca necə taxılmalı olmasını bilə bilməzdi. Hesab etmişdir ki, həmin metal naqili cavabdeh təşkilatın nümayəndələri özü sayğacın müvafiq hissəsinə keçirmişlər. Sadəcə cavabdeh təşkilatın işçiləri özləri bunu qəsədən etmişlər. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin akt tamamilə qanunsuz və əsassızdır. Bundan sonra cavabdeh təşkilat əsassız və qanunsuz olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 907,20 manat məbləğində cərimə yazmışlar. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qanunsuz olaraq cərimə yazmışlar. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuş və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə abonetin saldosundan da göründüyü kimi iddiaçının cavabdeh təşkilata 2020-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayına kimi hər hansı borcu olmamış və vaxtı vaxtında ödəniş olunmuşdur. Sadəcə 2020-ci ilin dekabr ayına iddiaçıya 9072 kub metr qaz sərfi yazılmışdır. Cavabdeh təşkilatın nümayəndələri 11 yanvar 2021-ci tarixdə ******* nömrəli aktda göstərmişlər ki, sayğaca baxış keçirən zaman sayğacın giriş hissəsində olan membranı hərəkətə gətirən qolların qarşısında məftil parçası aşkarlanmışdır, bu o deməkdir ki, sayğacdan keçən qazın sərfi qeydə alınmır.Yaşayış sahəsinə aid qaz sayğacı həyət divarından çöl tərəfdə təxminən 20 metr aralıda quraşdırılmışdır. Həmçinin sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə istehlakçı cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməli və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Qarşılıqlı iddianı qəbul etmədiyini göstərmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda **********00010 saylı qaz hesabında 907,10 manat borc vardır. Həmin 907.10 manat dəymiş ziyana görə hesablanmış borc məbləğidir və iddiaçı tərəf də məhz həmin hissəni mübahisələndirməkdədir. Belə ki, "Cavabdeh" İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 11 yanvar 2021-ci ildə Şəki XS üzrə istehlakçı kimi qeydiyyatda olan xx.xx.1941-ci il təvəllüdlü Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11/4-də yaşayan İddiaçı ünvanında quraşdırılmış G-4 markalı 10571004 saylı sayğaca video çəkilişlə və abonentin iştirakı ilə baxış keçirilmişdir. Video çəkilişlə baxışda vətəndaşın iştirakı ilə sayğac açılmış və sayğacın giriş borusunda membranı hərəkətə gətirən qolların hərəkətini məhdudlaşıdırılması və bu üsul ilə faktiki qaz sərfiyatnı qeydə alınmasının dayandırılması məqsədilə dəmir məftil aşkar edilmişdir. Çəkilişdən də göründüyü kimi sayğaca kənar müdaxilənin edilməməsi məqsədilə müəssisə tərəfindən 12.05.2020-ci ildə vurulmuş 10529708 saylı plomb onun üzərində aşkar edilməmişdir. Aşkar edilmiş nöqsana görə qaz sayğacı şəbəkədən açılaraq yeni **********5 nömrəli qaz sayğacı ilə əvəzlənmiş və çıxarılmış qaz sayğacı müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Vizual müşahidə edilən müdaxilə halı mövcud olduğundan istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə qaydalarının pozulması haqqında 11.01.2021ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 14.01.2021-ci il tarixli tələbnaməsinə əsasən 9072 m3 (və ya 907.20 manat) həcmində müəyyən edilmişdir. İddiaçı ünvanında qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı tərtib edilmiş aktlar istehlakçı tərəfindən şəxsən imzalanmaqla təsdiq edilmişdir. Abonent saldosundan da göründüyü kimi həmin ünvanda uzun müddətdir yaşayış olmasına, həmçinin mənzildə 1 ədəd PQ4 və 1 ədəd Kombi istismarda olmasına və hazırda qış mövsümü ilə əlaqədar havaların soyuq keçməsinə baxmayaraq sayğac faktiki qaz sərfini qeydə almamış və ya az qeydiyyat aparmışdır. Nəticə etibarilə qazdan bu şəkildə qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsdən irəli gəlir. Odur ki, iddianın rədd edilməsi və qarşılıqlı iddianən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o həyat yoldaşı ilə həmin ünvanda yaşayır. Yaşlı olduqları üçün zamanının çoxunu nəvəsinin ailəsinin və Şəkidən kənarda yaşayan övladlarının yanında keçirirlər. Onun yaşadığı ünvanda ayrı-ayrı kodlar altında 2 ədəd qaz sayğacı vardır. Sözügedən bu sayğacda göstərilən qaz sərfiyyatının da az olması normal haldır. Qaz sayğaçı evdən 20 m aralıda yerləşir. O evdəki cihazlara baxış keçirib qayıtdığında sayğacın üzərində olan 10529708 saylı zavod plombunun onun iştirakı olmadan idarənin əməkdaşları tərəfindən qırıldığını görmüşdür. Onun yaşlı olmasından və gözlərində olan zəiflikdən istifadə edərək hər iki akta imza etdirmişlər və imzasının hansı hüquqi nəticələr doğura biləcəyi barədə ona izah etməmişlər. Bundan başqa onlara ayda iki dəfə bildiriş təqdim edilir. Əgər sayğaca müdaxilə olsaydı nəzərətçilər dərhal məlumat verərdilər. Odur ki, Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-417/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-417/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X5 bildirdi ki, verilmiş apellyasiya şikayəti əsassızdır. Aşşar olunmuş faktla bağlı İddiaçı İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-417/2021 nömrəli qətnaməsinin qüvvədə qalmasını xahiş edirəm Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-417/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 20 sentyabr 2012-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 12 may 2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli G4 markalı 10571004 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Elestr” tipli G4 markalı 10571004 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11 yanvar 2021-ci il il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, sayğaca baxış keçirən zaman sayğacın giriş hissəsində olan membranı hərəkətə gətirən qolların arasında məftil parçası aşkarlanmışdır. Bu o deməkdir ki, sayğacdan keçən qazın sərfi qeydə alınmır. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki şəhəri, Rəsulzadə küçəsində yerləşən evində qaz işlədicilərindən PQ-4-nin maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün: 28-kv kombinin maksimal saatlıq qaz sərfi 3 m3/ saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 9072 m3 müəyyən edilərək onun dəyəri olan 907,20 manat məbləğdə ziyan (9072 m3 x 0.10 man = 907,20 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X6 fialalı tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında ptotokol əsasında qəbul edilmiş 24 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı 12.01.2021-ci il tarixdə ünvan 5 ünvanında qaz sayğacına müdaxilə etməklə təbii qazın talanması nəticəsində 1296 manat ziyan vurduğuna görə İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materialına əlavə edilmiş iddiaçının ünvanında yerləşən sayğaca keçirilən baxış zamanı lentə alınmış CD diskdən görünür ki, sayğacın giriş hissəsində olan membranı hərəkətə gətirən qolların arasında məftil parçası aşkarlanmışdır. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9-cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir MM-in 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. MM-in 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. MM-in 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 4-cü bənində əsasən, istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda **********00010 saylı kod altında qeydiyyatdadır. İşdə olan Diskə baxış zamanı aydın olmuşdur ki, sayğacın giriş borusunda membranı hərəkətə gətirən qolların hərəkətini məhdudlaşıdırılması və bu üsul ilə faktiki qaz sərfiyatını qeydə alınmasını dayandırılması məqsədilə sayğaca dəmir məftil taxıldığı müəyyən olunmuşdur. Bunun nəticəsində nəticəsində itirilmiş qaz sərfiyyatı kimi 907,20 manat müəyyən edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilən CD disk baxış keçirilərkən, çəkilişdəki sayğacın iddiaçıya məxsus olduğunu, görüntülərdə əksini tapan evin və həyətin də iddiaçıya aid olduğunu bildirmişdir. Lakin metal məftilin sayğacın içərisinə cavabdeh təşkilatın özü tərəfindən qoyulduğunu iddia etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində nümayiş etdirilmiş CD diskdən görünür ki, həmin vaxt giriş borusunda membranı hərəkətə gətirən qolların hərəkətini məhdudlaşıdırılması və bu üsul ilə faktiki qaz sərfiyatını qeydə alınmasını dayandırılması məqsədilə dəmir məftil aşkar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı abonent faktiki qaz sərfiyatını qeydə alınmasını dayandırmaqla qanunsuz olaraq qazdan istifadə etmişdir. MPM-in 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən bundan başqa işdə olan Abonentin saldosundan görünür ki, son iki il ərizində abonentin sayğacı 6 dəfə dəyişdirilmişdir. Belə ki, həmin ünvana 10.01.2018-ci (akt- 3063775), 14.03.2018-ci (akt-3103959), 03.06.2019-cu (akt-3438234), 12.06.2019-cu (akt- 3590579), 12.05.2020-ci (akt-3887082) və 11.01.2021-ci (akt-0007809)il tarixlərində yeni sayğac qoyulmuşdur. Saldoya nəzər saldıqda məlum olur ki, hər sayğac dəyişikliyi edildikdə ilk günlərdə sayğac daha çox qaz sərfiyyatı qeydə almış, zaman keçdikcə sərfiyyat azalmışdır. Bu halın özü də onu deməyə əsas verir ki, iddiaçı qazdan qeyriqanuni istifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddin artıq yüksək məbləğ müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki , apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-417/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-417/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1212/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1212/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver