Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1212/2025 04.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borc pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X21 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 2(035)-464/2025 saylı qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı bacısı oğlu X27 məxsus Novxanı adlanan ərazidə yerləşən evi banka girov qoyaraq götürüb Cavabdeh1 verdiyi 40000 (qırx min) manat pulun, həmin pula görə ödənilmiş 20000 manat faizin, Cavabdeh1 verdiyi 20000 (iyirmi min) manat nəğd pulun, 146 qram 750 əyyar qızıl zinət əşyasının dəyəri olan 20000 (iyirmi min) manat pulu və Abşeron rayonu, Xırdalan şəhərində Əziz Əliyev küçəsi 120 nömrəli evə çıxarış əldə olunması üçün çəkilən 7000 manat məbləğində xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 müştərək olaraq 107000 (bir yüz yeddi min) manat pulun və 397 (üç yüz doxsan yeddi) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2016-cı ildə tanış olmuşdur. Cavabdeh1 Finex kredit təşkilatında kredit mütəxəssisi vəzifəsində çalışdığından kredit götürmək üçün ona müraciət etmişdir. Cavabdeh1 ona bu məsələdə köməklik etmiş və bununla da onlar arasında yaxın dostluq münasibətləri formalaşmışdır. 2019-2020-ci illərdə Cavabdeh1 işində problemləri olduğu üçün ondan 40000 (qırx min) manat pul istəmiş o isə bacısı oğlu Sübhana məxsus Novxanı adlanan ərazidə yerləşən mənzili banka girov qoyaraq 40000 (qırx min) manat pul götürmüş və Cavabdeh1 vermişdir. Bundan sonra Cavabdeh1 ondan 20000 (iyirmi min) manat nəğd pul və 10 gün sonra isə 20000 (iyirmi min) manat dəyərində 146 qram 750 əyyar qızıl zinət əşyası almışdır. Cavabdehlər borcun qarşılığında Abşeron Rayonu, Xırdalan şəhərində Əziz Əliyev küçəsi 120 nömrəli evə çıxarış əldə etdikdən sonra həmin mənzili iddiaçının dostu X9 adına keçirmişdir. Çıxarışın əldə olunması üçün çəkilən 8000 manat xərc isə iddiaçı tərəfindən ödənilmişdir. Lakin sonradan cavabdehlər xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati məhkəməsində həmin mənzilin yerləşdiyi 217 kv.m olan torpaq sahəsinin X2 barədə Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli 07 saylı iclasın 03 saylı inzibati qərarının ləğv edilməsi barədə iddia qaldırmışdılar. Məhs bu zaman cavabdehlərin onu aldatdığını anlamışdır. Cavabdehlərlə görüşüb onlara verdiyi pulu geri tələb etsədə lakin müsbət nəticə əldə edə bilməmişdir. Buna əsasən hazırki, iddia ilə məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh və digər cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdilər ki, pulun verildiyi tarixdən 5 il 5 ay, Cavabdeh1 həbsə alındığı tarixdən isə 4 il 1 ay vaxt keçmişdir. Bununla da məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunmuş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Buna əsasən məhkəmədən iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın təmin olunmamasını xahiş edirlər.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdilər ki, İddiaçı iddia ərizəsində bacısı oğlu Sübhanın Novxanıda yerləşən evini "xxxx" Bank olmayan kredit təşkilatına girov qoyub götürdüyü 40 min manatın xx.xx.2019cu il tarixdə cavabdehlərə verildiyini, həmin krediti ödəmədiklərini, faiz və dəbbə pulunun artaraq 60000 (altmış min) təşkil etdiyini bildirib. Halbuki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-247/2022 saylı qətnaməsindən görünür ki, iddiaçının pul verdiyini bildirdiyi vaxtdan 2 ay sonra, xx.xx.2020-ci il tarixdə "xxxx" BOKT ASC ilə iddiaçının bacısı oğlu X35 arasında 3044/20 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında ona illik faiz dərəcəsi 30%, güzəşt müddəti 35 ay olmaqla 40000 (qırx min) manat məbləğində pul ayrılmışdır. Göründüyü kimi kredit müqaviləsindən əvvəl iddiaçı cavabdehlərə xx.xx.2020-cu il tarixdə 40000 (qırx min) manat pul verməmişdir. Sübhan Baxışov məhkəməyə izahat verərkən və apellyasiya şikayətində 40000 (qırx min) manat krediti götürmədiyini, həmin pulu ASC-nin İdarə Heyətinin üzvü Cavabdeh1 götürdüyünü bildirsə də, bunu hər hansı bir sübutla əsaslandırmamışdır. Həmin qətnamədən görünən odur ki, o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ilə 40000 (qırx min) manat məbləğində əsas borc, 12 431,99 (on iki min dörd yüz otuz bir manat doxsan doqquz qəpik) manat məbləğində faiz borcu hissəsi ilə razılaşmış, qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. Sübhan Baxışovdan fərqli olaraq iddiaçı Sübhana ayrılmış kredit məbləğini özü götürüb cavabdehlərə verdiyini bildirsə də, cavabdehlərə 40000 (qırx min) manat pul verdiyi tarixi, yeri və qaytaracağı vaxtı göstərməmiş, ərizəsində həmin məbləğdə pulu verməsini və Sübhanın əvəzinə kredit götürməsini təsdiq edən hər hansı bir sübut əlavə etməmişdir. İddiaçı bundan sonra da cavabdehlərin ondan 20000 (iyirmi min) manat pul aldığını, həmin pulu ona X22 gətirərək, Xırdalandakı cənub restoranında X10 iştirakı ilə Müslümə verdiyini göstərmişdir. Pulu Müslümə versədə lakin hansı əsasla Cavabdeh2 cavabdeh qismində göstərməsinin səbəbini izah etməmişdir. İddia ərizəsində həmçinin bundan 10 gün sonra yenə də X18 20000 (iyirmi min) manat dəyərində pul əvəzi 146 qram,750 əyyar olan qızıl zinət əşyalarını X23 və X14 iştirakı ilə Müslümə verdiyini göstərsədə qızıl-zinət əşyalarının adlarını,onların göstərilən çəkidə və əyyarda olmasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddia əsassız olduğundan iddianın rədd olunmasını məhkəmədən xahiş edirlər.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə 2016-cı ildə tanış olmuşdur. Cavabdeh1 Finex kredit təşkilatında kredit mütəxəssisi vəzifəsində çalışdığından kredit götürmək üçün ona müraciət etmişdir. Cavabdeh1 ona bu məsələdə köməklik etmiş və bununlada onlar arasında yaxın dostluq münasibətləri formalaşmışdır. 2019-2020-ci illərdə Cavabdeh1 işində problemləri olduğu üçün ondan 40000 (qırx min) manat pul istəmiş o isə bacısı oğlu Sübhana məxsus Novxanı adlanan ərazidə yerləşən mənzilini banka girov qoyaraq 40000 (qırx min) manat pul götürmüş və Cavabdeh1 vermişdir. Bundan sonra Cavabdeh1 ondan 20000 (iyirmi min) manat nəğd pul və 10 gün sonra isə 20000 (iyirmi min) manat dəyərində 146 qram 750 əyyar qızıl zinət əşyası almışdır. Cavabdehlər borcun qarşılığında Abşeron Rayonu,Xırdalan şəhərində Əziz Əliyev küçəsi 120 nömrəli evə çıxarış əldə etdikdən sonra həmin mənzili onun dostu X9 adına keçirmişdir. Çıxarışın əldə olunması üçün çəkilən 8000 (səkkiz min) manat xərc isə onun tərəfindən ödənilmişdir. Lakin sonradan cavabdehlər xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati məhkəməsinə həmin mənzilin yerləşdiyi 217 kv.m olan torpaq sahəsinin X3 barədə Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci iltarixli 07 saylı iclasın 03 saylı inzibati qərarının ləğv edilməsi barədə iddia qaldırmışdılar. Məhs bu zaman cavabdehlərin onu aldatdığını anlamışdır. Cavabdehlərlə görüşüb onlara verdiyi pulu geri tələb etsədə lakin müsbət nəticə əldə edə bilməmişdir. Buna əsasən hazır ki, iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 iddiaçının izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-Vəkil1 izahatında bildirmişdir ki, Abşeron Rayonu Xırdalan şəhərində Əziz Əliyev küçəsi 120 nömrəli ev podrat müqaviləsi əsasında cavabdehlər tərəfindən alınmışdır. Cavabdehlər hazır ki,vaxta kimi həmin mənzildə yaşayırlar. Cavabdehlərin xəbəri olmadan X24 həmin mənzili və torpaq sahəsini öz adına keçirmişdir. Bundan sonra cavabdehlər Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli 07 nömrəli iclasının 03 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdirlər. Ali Məhkəmənin yekun məhkəmə aktı ilə sözü gedən qərar ləğv olunmuşdur. Digər məsələlərə münasibətdə isə bildirmişdir ki,pulun və qızıl zinət əşyasının verilməsinə dair heç bir sübut yoxdur. Qızılların əyyarı və istehsal olunduğu ölkə müəyyən olunmamışdır. Eyni zamanda iddia üçün müəyyən olunmuş prosessual müddət ötürülmüşdür. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X28 izahat verərək bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətləri var. Cavabdeh1 iddiaçıya görə tanımış və onunlada yaxın münasibətləri yaranmışdır. İddiaçının tələb etdiyi pullar cavabddehə verilən zaman o, orada olmasada amma söhbət əsnasında cavabdehin iddiaçıdan borc pul alması ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X23 izahat verərək bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətləri var. Cavabdeh1 iddiaçıya görə tanımış və onunlada yaxın münasibətləri yaranmışdır. 40000 manat pulun verilməsində bir başa iştirak etməsədə lakin tərəflər arasında olan söhbətlərdən ona məlum olmuşdur ki, iddiaçı bacısı oğlu Sübhanın Novxanıda yerləşən mənzilini banka qoyaraq 40000 (qırx min) manat kredit götürüb və cavabdehə vermişdir. 20000 (iyirmi min) manat pul isə onun yanında bağ evində iddiaçı tərəfindən Cavabdeh1 verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X24 izahat verərək bildirmişdir ki,iddiaçı onun iş yoldaşıdır. Digər cavabdehlərlə isə İddiaçı vasitəçiliyi ilə tanış olmuşdur. İddiaçı ondan 20000 (iyirmi min) manat pul istəmişdir. Oda 20000 (iyirmi min) pulu gətirərək İddiaçı vermişdir. Sonradan onda olan məlumata görə İddiaçı bacısı oğlu Sübhanın evinidə girov qoyaraq əldə etdiyi 40000 (qırx min) manat pulu və ondan aldığı 20000 (iyirmi min) manat pulu cavabdehlərə vermişdir. Bundan sonra isə tərəflər razılığa gəlmişdir ki, borcun qarşılığında cavabdehlərə məxsus mənzili İddiaçı versinlər. Lakin mənzilin və torpaq sahəsinin heç bir sənədi olmadığından ona sənəd düzəltmək üçün Abşeron ərazisində qeydiyyatda olan şəxsə ehtiyac yaranmışdır. Özü Abşeron ərazisində qeydiyyatda olduğundan bələdiyyədən onun adına qərar alınmışdır. Bütün bu proseslər cavabdehlərin razılığı ilə həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X35 izahatında göstərmişdir ki, iddiaçı onun dayısıdır. Cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur. Dayısının xahişi əsasında özünə məxsus mənzilini girov qoyaraq 40000 (qırx min) pul əldə etmiş və əldə etdiyi pulu iddiaçının yanında Cavabdeh1 vermişdir. Bir müddət sonra Müslümün krediti ödəmədiyindən xəbər tutmuşdur. Atası ilə birlikdə cavabdehlərin yaşadığı mənzilə getmişdirlər. Həmin vaxtı cavabdehlər borcun qarşılığında yaşadıqları mənzili verməyə razı olduqlarını bilmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, tərəflər arasında borc münasibətləri 2019-cu ildən yaranmağa başlamışdır. Lakin buna baxmayaraq məhkəmə cavabdehin vəkili tərəfindən verilmiş müddətin tədbiqi barədə ərizəni əsaslı hesab etmir. Belə ki, MM-nin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə hesab edir ki, hazır ki, işdə iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2149/2024 saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalıdır. Belə ki, şəxsin işin məhkəmədə olduğu müddət ərzində məhkəmədən gözlənti hüququ olmuşdur. “Məhkəmədən gözlənti hüququ” anlayışı isə hüquqi dövlət prinsiplərindən irəli gəlir. Bu, hər bir şəxsin məhkəmədən ədalətli qərar gözləmək, işinin obyektiv araşdırılacağına inanmaq və qanun qarşısında bərabər münasibət görmək hüququdur. Başqa sözlə, bu, məhkəmə ədalətinə olan qanuni və mənəvi gözləntidir.
8. Məhkəmə bildirmişdir ki, iddia ərizəsindən, tərəflərin və şahidlərin ifadələrindən müəyyən olunur ki, İddiaçı bacısı oğlu Sübhana məxsus mənzili girov qoyaraq əldə etdiyi 40000 (qırx min) manat pulu və 20000 (iyirmi min) pulu Cavabdeh1 vermişdir. Eyni zamanda məhkəmə digər Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasına münasibətdə isə bildirir ki, Cavabdeh2 borcun alınmasında birbaşa iştirak etməsədə lakin nəzərə almaq lazımdır ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, yaranmış borcun ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, işin hallarından müəyyən olunur ki, əldə olunmuş borc pulla tərəflərin hazırda yaşadığı ünvan 1 nömrəli ev əldə olunmuşdur. Bununlada məhkəmə qeyd edir ki, nikah dövründə əldə olunmuş borc tərəflərin birgə məqsədləri üçün xərclənmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, yaranmış borcun qarşılığında ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının adına keçirilməsi verilmiş etibarnamə, qaz,işıq və su abonent kodlarının dəyişdirilməsi və iş materiallarına əlavə edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır.
9. İddiaçının 20000 (iyirmi min) manat dəyərində qızıl zinət əşyası və Lombard tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa münasibətdə isə məhkəmə bildirmişdir ki, həmin hissədə iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında sözü gedən qızıl əşyalarının konkret çəkisi,əyyarı və istehsal olunduğu ölkə müəyyən olunmamışdır. Məhkəmə Lombard tərəfindən verilmiş arayışa da tənqidi yanaşaraq bildirir ki, cavabdehlərin vəkillərinin etirazı bu hissədə əsaslıdır. Belə ki, sözü gedən Arayışın mötəbərliyi şübhə doğurmaqla yanaşı eyni zamanda iş üçün xüsusi əhəmiyyət kəsb etmir. İddiaçı 40000 (qırx min) kredit borcuna görə tələb etdiyi 20000 (iyirmi min) faiz pulu və 7000 (yeddi min) manat çıxarışın alınmasına xərclənmiş pul tələbinə münasibətdə isə məhkəmə bildirmişdir ki, iddia tələbi bu hissədədə əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı 40000 (qırx min) manata görə əlavə 20000 (iyirmi min) manat faiz və çıxarışın əldə olunmasına görə 7000 (yeddi min) manat xərclədiyini bildirsə də, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və bu hissədə iddiasını formal sözlərlə əsaslandırmağa çalışmışdır.
10. Zərdab Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 2(035)-464/2025 saylı qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 60000 (altmış min) manat pul və 397 manat (üç yüz doxsan yeddi) manat dövlət rüsumu olmaqla cəmi 60397 (altmış min üç yüz doxsan yeddi) manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 372.1, 373.2, 377.1, 385.1, 425.1, 442, 739.1-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli № 2-1(118)- 1898/2023-cü il tarixli qərarı; Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(105)-128/2024 saylı qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2149/2024 saylı qərarı; Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli № 2(105)-247/2022 nömrəli qətnaməsi; “Azərişıq “ASC, "xxxx" ASC və Bakı Regional Qazın Satışı Departamenti tərəfindən vəkil sorğusuna verilmiş cavablar; Xitam verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə; Vəkil orderi; Mədaxil qəbzləri.
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, iddia ərizəsi ilə Zərdab Rayon məhkəməsinə müraciət edərək göstərmişdir ki, 2016-cı ildən Cavabdeh1 ilə tanış olmuşdur, o, Finex kredit təşkilatında kredit mütəxəsisi vəzifəsində işləyirdi. Ona kredit lazım idi və o ona müraciət edərək kredit götürməsinə köməklik etmişdir. Cavabdehin 2019-2020-ci illərdə işində problemləri olduğundan vəziyyətdən çıxmaq üçün ondan 40000(qırx min) manat pul istəmişdir və o bildirəndə ki, yoxudur ona demişdir ki, əmlak olsa onun işlədiyi Finex kredit təşkilatında kreditə qoyub pulu çıxardardı və bütün xərc və faizləri o ödəyərdi. O da ona inandığından və onun pis vəziyyətdən çıxması üçün bacısı oğlu Sübhanın Novxanıda yerləşən evini xx.xx.2019-cu il tarixdə kreditə 40000(qırx min) manat pul kreditə götürərək cavabdehlərə vermişdir. Bundan sonra da ondan 20000(iyirmi min) manat pul aldılar, həmin pulu X24 gətirərək X18 X10 iştirakı ilə Cavabdeh1 vermişdir və 10 gün sonra 2020-ci ildə də 20000 (iyirmi min) manat dəyərində 146 qram, 750 əyyar olan qızıl zinyət əşyalarını pul əvəzi götürərək bildirdi ki, işləri qaydasına düşsün pullarını qaytaracaq. Qızılları X18 X10 və X14 iştirakı ilə Cavabdeh1 vermişdir. X23 və X28, X24 məhkəmə iclasında şahid qismində ifadə verməyə hazırdılar.Cavabdehlərlə onun arasında olan bir çox danışıqların səs yazıları var, həmin səs yazılarında ona verəcəkləri pulları təsdiq edirlər. Həmin səs yazılarını məhkəmə hazırlıq iclasında təqdim edəcəkdir. Səmimi münasibətləri olduğuna görə cavabdehlərə çox inanırdı. Bir müddət keçdikdən sonra cavabdehlər ondan aldıqları pulları geri qaytarmırdılar və sonra öyrəndi ki, ona krediti ödəyəcəklərini bildirən cavabdehlər həmin krediti belə ödəməmişlər, faiz və dəbbə artaraq 60000(altmış min) manat olmuşdur. Bundan sonra Müslümlə və həyat yoldaşı digər cavabdeh Ülviyyə ilə görüşəndə bildirdilər ki, Abşeron rayonu Xırdalan şəhərində Əziz Əliyev küçəsi 120 nömrəli evin çıxarışı yoxdur, çıxarışını alıb bacısı oğlunun girovda olan Novxanıdakı evinin əvəzinə girova qoyub ondan aldığı pulları geri verəcəkdir. Bir müddətdən sonra bunu edə bilmədi və sonra onunla cavabdehlər razılaşdılar ki, həmin evin kupça xərclərini o çəkib hazırlasın, sonra həmin evi onun yaxını olan X15 adına keçirsinlər, sənədləşdirmək üçün Bələdiyəyə müraciət etsinlər. Bələdiyyəyə müraciət etdilər və o çıxarışın alınması üçün ümumilikdə 8000 manat pul xərclədi və həmin evə dair onun yaxını olan X15 adına mülkiyyət hüququna dair çıxarış aldı. Lakin sonradan həmin evlə bağlı cavabdehlər xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati məhkəməsinə həmin evin yerləşdiyi 217 kvm olan torpaq sahəsinin onun yaxını olan X3 barədə Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli 07 saylı iclasın 03 saylı inzibati qərarının ləğv edilməsi barədə iddia vermişlər və bu zaman bilmişdir ki, cavabdehlər onun pulunu qaytarmaq istəmirlər və bu andan başa düşmüşdür ki, pullarının əvəzinə ona verilən evi belə əlindən almaq niyyətləri var. Bundan sonra məhkəmə mübahisələri davam etmişdir və mübahisəli mənzilə dair çıxarış ləğv edilmiş və buna baxmayaraq cavabdehlərdən pulunu ala bilmir. Qeyd etmişdir ki, onun iddia müddəti xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati məhkəməsinə cavabdehlərin iddia ilə müraciətlərindən sonra başlanmışdır. Onlara demişdir ki, gəlin evi satıb onun pullarını versinlər, lakin Müslim dedi ki, ancaq evi 60000 manat dəyərində kredit götürək girov qoyaq verim sənə bacın oğlunun Novxanıda olan evini girovdan çıxartmaq üçün krediti bağla. O da buna razı olmamış, cavabdehlərlə 2023-cü ilin iyul ayında görüşüb onlara verdiyi ümumilikdə 107.000(yüz yeddi min) manat pulunu tələb etmişdir, yenə onu aldatdılar ki, ev sizindir. Bir neçə müddət onun vaxtını aldıqdan sonra pulunu vermədilər və bu günə qədər onlardan pulunu ala bilmir. Zərdab Rayon Məhkəməsi tərəfindən iddia tələbinə baxaraq iddia qismən təmin olunaraq cavabdehlərdən 60000 manat pul və 397 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə xx.xx.2025-ci il tarixdə qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı onun bacısı oğlu Sübhana məxsus Novxanı qəsəbəsində yerləşən bağ evini xx.xx.2019-cu il tarixdə Finex kredit təşkilatında girov qoymaqla 40000(qırx min) manat pul kreditə götürərək Cavabdeh1 vermişdir və cavabdeh söz vermişdir ki, həmin kreditin faizlərini də özü ödəyəcək, lakin sonradan məlum olub ki, cavabdeh nə krediti nə də ona hesablanmış 20000 manata qədər olan faizləri ödəməmişdir və bu səbəbdən də həmin girovda olan Novxanı qəsəbəsində yerləşən bağ evi hərraca çıxarılıb satılacaqdır (bu barədə müvafiq rəsmi sənədləri birinci instansiya məhkəməsinə vermişlər). Bunu iddiaçı bildikdən sonra həmin bağ evinin hərracda ucuz qiymətə satılmaması üçün məcbur olub 40000 manat əsas borcu və 20000 manat faiz borcunu ödəməyə məcbur olmuşdur. Lakin məhkəmə iddiaçı tərəfindən cavabdehin məsuliyyətsizliyi ucbatından yığılmış 20000 manat pulu cavabdehdən tutulması hissəsinə hüquqi qiymət verməmişdir. Eyni zamanda bildirir ki, məhkəmə 20000 manat dəyərində qızıl əşyalarla da bağlı hissədə əsassız olaraq iddia tələbi rədd edilmişdir. Qeyd edir ki, məhkəməyə təqdim etdikləri səs yazılarında bir neçə yerdə cavabdehlər 20000 manat dəyərində olan qızıl zinət əşyalarını onlara iddiaçı tərəfindən verilməsini təsdiq edirlər. Həmçinin məhkəmə iclasında dindirilən şahid ifadələrindən və həmin qızılların götürüldüyü Lombard tərəfindən məhkəməyə təqdim edilmiş Arayışdan da sübut olunur ki, həmin dəyərdə qızıl əşyaları iddiaçı tərəfindən cavabdehə verilmişdir. Eyni zamanda məhkəməyə təqdim etdikləri səs yazılarından aydın olur ki, Bələdiyyədən torpaq üçün alınacaq torpağa dair sənədlərə və mülkiyyət hüququna dair çıxarışların alınması üçün xərclər tələb olunur və həmin xərclər iddiaçı tərəfindən ödənilmişdir.
15. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(035)- 464/2025 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin 20000 manat kreditə görə ödənilmiş faiz, 20000 manat dəyərində qızıl zinyət əşyalar və 7000 manat torpaq və evin sənədləri üçün çəkilən pulun təmin olunmaması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması ilə bağlı yeni qətnamə çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir.
16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, işə baxan məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmadan, həmçinin tərəflərindən verilmiş müddətin tətbiqi barədə ərizədə onun tətbiq olunmasını zəruri hesab etdikləri işin faktiki hallarına hüquqi qiymət verməmiş, dəlilləri ilə onu rədd etməmişdir. Belə ki, işin müəyyən etdiyi halları heç bir sübutla əsaslandırmamış, iddia müddətinin tətbiq edilməsi barədə işin halını və onu təsdiq edən rədd etmək üçün dəlillər gətirməmişdir. Həmçinin qətnamədə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 2149/2024 saylı qərarının, iddiaçının hazırkı tələbi ilə əlaqəsini əsaslandırmadığı üçün onun məhkəmə gözlənti hüququnun qorumasının səbəbi aydın deyil. Göründüyü kimi məhkəmənin müddətin tətbiqi barədə ərizəni əsaslı hesab etməməsi barədə nəticəsi faktlara əsaslanmır, məhkəmə sübutetməsini həyata keçirməmişdir. Belə ki, İddiaçı göstərişi ilə iddia ərizəsində öz yaxını adlandırdığı Elnur Əhmədov, 2021-ci ilin iyul ayının 06-da evlərinin yerləşdiyi topaq sahəsini, avqust ayının 03-də isə dəyərini ödədikləri üzərindəki fərdi yaşayış evlərini xüsusi mülkiyyətinə keçirib hər iki daşınmaz əmlaka çıxarış almışdır. Yenə də iddiaçının göstərişi ilə xx.xx.2022-ci il tarixdə, ailə üzvlərinin evdən çıxarılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, İddiaçı onun müdiri olduğunu, onun xahişi ilə Cavabdeh1 ailə üzvlərinə evində müvəqqəti yaşamasına icazə verdiyini göstərmişdir. Məhkəmədən iddia ərizəsini aldıqdan sonra Elnur Əhmədovun yaşadıqları evi və onun yerləşdiyi torpaq sahəsini xüsusi mülkiyyətinə keçirdiyi onlara məlum olmuşdur. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olması elektron məhkəmə informasiya sistemində qeydə alınmışdır. Ərizənin həmin gün məhkəməyə daxil olmasını sübut etmək məqsədilə nümayəndələri vəkil kabinetindən fotoşəklini çəkib hazırkı mübahisəyə baxan hakimin görə bilməsi üçün həmin sistemin sənədlər bölümündə 13-cü sırada yerləşdirmişdir. Borc verib geri almadığını göstərən iddiaçının öz hüququnun pozulduğunu yəqin bildiyi gün, 18.03 2022-ci il tarixdə Elnur Əhmədovun iddia ərizəsinin Abşeron Rayon Məhkəməsinə daxil olduğu gündür. Həmin sistemdən görünür ki, İddiaçı iddia ərizəsi 24 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı da iştirak etdiyi məhkəmə iclasında, Elnur Əhmədov yaşadıqları evin xüsusi mülkiyyətçisi olduğunu, lakin kimdən, nə vaxt və hansı qiymətə aldığı barədə nümayəndəsinin sualına yadına düşmədiyini bildirmişdir. Bundan sonrakı iclaslarda İddiaçı yalnız özü iştirak etmiş, yaşadıqları evdəki məişət əşyalarının Elnur Əhmədova məxsus olması barədə iddia ərizəsinə dəyişiklik etdirmiş, məhkəmənin qərardadı ilə üzərinə həbs qoydurmuşdur. Yaşadıqları evi almaqlarını təsdiq edən notariat qaydada təsdiq olunmuş podrat müqaviləsini, evin əvvəlki sahibinə 52000 manat dəyərini bank vasitəsilə ödədikləri qəbzi və evi aldıqları xx.xx.2020-ci il tarixdən ailə üzvləri ilə həmin evdə yaşadıqlarını təsdiq edən qonşuların notarial təsdiq olunmuş ərizələrini, 4 saylı Ərazi İdarəsinin Elnur X12 ilə evlərinin yerləşdiyi torpaq sahəsinə dair alğı-satqı müqaviləsini məhkəməyə təqdim etdikdən sonra işə baxan hakim çıxarışların ləğv edilməsi məqsədilə sübutlar toplanması üçün iclası başqa vaxta təxirə aldı. Xırdalan Bələdiyyəsinin 10 iyun 2021-ci il tarixli inzibati qərarı ilə yaşadıqları evin yerləşdiyi torpaq sahəsini qanunsuz Elnur Əhmədova satması barədə kifayət qədər sübutlar toplayıb 27 iyul 2022-ci il tarixdə həmin qərarın ləğv edilməsi barədə iddia ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. İddiaçı verdiyi etibarnaməni xx.xx.2021-ci il tarixdə notariat ofisinə ərizə yazıb ləğv etmişdir, Elnur Əhmədova isə həmin gün 1 ay müddətinə verdiyi etibarnamənin müddəti bitdiyinə görə onun ləğv edilməsinə zərurət olmamışdır. Elvinin də bundan xəbəri var idi. Özü də birinci instansiya məhkəməsinə disk təqdim edərək, 2021-ci ildə ailə üzvləri ilə danışıqlarını yazmasını, səs yazıların onlara məxsus olmasını, evin onun adına keçirilməsinə razılıq vermədiklərini bildirmişdir. 2021-ci ilin aprel ayının 07-də həbsdən iki gün əvvəl Elvinə verdiyi etibarnaməni ləğv etməsi evin Elnurun adına keçməsini istəmədiyini təsdiq edir. Ailə üzvlərinin də razı olmadığını iddiaçı özü məhkəmədə təsdiq etmişdir. İddiaçı sifarişini yerinə yetirən Xırdalan Bələdiyyəsi və 4 saylı Ərazi İdarəsinin vəzifəli şəxsləri Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 11,14 və 15-ci bəndlərinin tələbinə zidd olaraq, Elnur Əhmədov ərizə ilə rəsmi müraciət etmədən Xırdalan Bələdiyyəsi 05 mart 2021-ci il tarixdə torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlamış, illərlə vətəndaşlar memarlıq şöbəsindən rəy ala bilmədikləri halda Abşeron rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi 29 mart 2021-ci il tarixdə torpağın satılmasına razılığına dair rəy vermiş, Elnur Əhmədovun ərizəsi xx.xx.2021-ci il tarixdən əvvəl Xırdalan Bələdiyyəsinə yazılmalı olduğu halda, bundan 1 ay sonra 02 aprel 2021- ci il tarixdə də Xırdalan bələdiyyəsinə yazılmamış, notariat ofisində təsdiq olunaraq səlahiyyətli orqanlara ünvanlanmış, Bələdiyyə xx.xx.2021-ci il tarixli inzibati qərarında Elnur Əhmədovun torpaqdan istifadə etməsi, həmin torpaq sahəsi ona fərdi yaşayış evi tikmək məqsədilə, yəni boş sahə kimi verilmiş, (həmin ərazidə satılmalı torpaq sahəsi yoxdur) ərizəyə 15 gün müddətində müraciət edən şəxsin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirməmiş, yalnız DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən 13 aprel 2021-ci il tarixli müraciəti daxil olduqdan sonra, 20 aprel 2021-ci il tarixdə onun icrası ilə əlaqədar evdə faktiki yaşayan iddiaçı Ülviyyə Fəziyevanın və Elnur Əhmədovun iştirakı olmadan bir nəfər bələdiyyə və iki nəfər 4 saylı Ərazi İdarəsin nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin faktiki və texniki vəziyyətini əks etdirən baxış aktı tərtib edilmişdir. Həmin aktda onu tərtib etmiş vəzifəli şəxslər yerinə baxış keçirmədən, yaşadıqları evin yerləşdiyi 217 kv.m torpaq sahəsinin Elnur Əhmədov tərəfindən istifadə olunaraq hasara alınmasını, üzərindəki ev və tikilinin ona məxsus olmasını göstərərək, bilə-bilə rəsmi sənədə yalan məlumat daxil etmişlər. Halbuki yaşadıqları ev Ağdam rayonundan məcburi köçkün Validə Fətaliyeva tərəfindən 1990-cı illərdə inşa edilmişdir. Beləliklə İddiaçı Xırdalan bələdiyyəsinin vəzifəli şəxsləri ilə əlbir olub evin dəyərini sahibinə ödədikləri halda Elnur Əhmədovu qanunsuz (“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən torpaq yalnız ondan istifadə edən şəxslərin mülkiyyətinə verilə bilər) əvvəl evlərinin yerləşdiyi torpaq sahəsinin, daha sonra evlərinin mülkiyyətçisi etmişlər. İddiaçı 2021-ci ilin iyul-avqust ayında ailə üzvlərinin razılığı olmadan qanunsuz yaşadıqları evin yerləşdiyi torpaq sahəsinə və evə Elnur Əhmədovun adına çıxarış aldığını bilirdi. 2022-ci ilin mart ayının 18-də Elnur Əhmədov onun göstərişi ilə ailə üzvlərinin yaşadıqları evdən çıxarılması barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi İddiaçı və X45 Bələdiyyəsi və 4 saylı Ərazi İdarəsinin vəzifəli şəxsləri ilə əlbir olub öncə bildirdiyi hüquqi aktların tələblərinin pozulması ilə və evdə yaşayan ailə üzvlərinin razılığı olmadığını bildiyi halda E.Əhmədov əvvəl qanunsuz evlərinin yerləşdiyi torpaq sahəsinin, sonra dəyərini ödəmədiyi evlərinin xüsusi mülkiyyətçisi olmuş, bununla kifayətlənməyək, evdəki məişət əşyalarının ona məxsus olduğu barədə iddia ərizəsinə dəyişiklik etmişdir.(Məişət əşyalarının qızları tərəfindən alınmasını təsdiq edən sənədlər vəkil kabinetində yerləşdirilmişdir) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-128/2024 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2- 1(118)-1898/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 07 nömrəli iclasının 03 nömrəli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2149/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Elnur Əhmədovun kassasiya şikayəti əsassız hesab edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)- 128/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlərə xx.xx.2019-cu il tarixdə 40000 manat borc pul verdiyini bildirir. 2021-ci iln aprel ayının 07-də ona verdiyi etibarnamənin ləğv edilməsini və ailə üzvlərinin evin E.Əhmədovun adına keçməsinə razı olmadıqlarını bilərək, evlərinin yerləşdiyi torpaq sahəsini və sonra dəyərini ödədikləri evin sonuncunun adına qanunsuz çıxarış alır. Elnur Əhmədov və iddiaçı borc ödənmədiyini bildirərək ailə üzvlərinin evdən çıxarılma tələbi ilə məhkəməyə müraciət edirlər. İşə baxan hakim hüquqi dövlətin prinsipindən irəli gələn iddiaçının məhkəmədən gözlənti hüququ olduğuna əsaslanaraq, MM-nin 377.1-ci maddəsinə əsasən iddiaçının hüququnun pozulduğunu bildiyi günü, iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2149/2024 saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalı olması nəticəsinə gəlmişdır. Elnur Əhmədov məhkəmə iclaslarında Cavabdeh1 müdirinə olan borcu qaytarmadığına görə çıxarışların alınmasını mənzildən çıxarma tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Burda başqa səbəb olması mümkün deyil, axtarılması normal ağla sığmır, belə mühakimə qüsurlu hesab edilməlidir. 2022-ci ilin mart ayının 18 ailə üzvlərimi evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gün hüquqlarının pozulduğunu yəqin bildiyi gündür. Digər tərəfdən İddiaçı öz yaxını, işçisi Elnur Əhmədovla birlikdə Xırdalan Bələdiyyəsi və daşınmaz əmlakın vəzifəli şəxsləri ilə əlbir olub yaşadıqları evi ələ keçirdiyi bilə-bilə 2022-ci ilin mart ayının 18-dən başlayaraq 3 il 8 aydır bizi əsassız məhkəmə çəkişməsinə cəlb etmiş, belə vəziyyət hələ də davam edir. Sumqayıt Apellyasiya Məhkəməsinin X32 Əhmədovun, Xırdalan Bələdiyəsinin və 4 saylı Ərazi İdarəsinin vəzifəli şəxslərin qanunsuz əməlləri nəticəsində ona çıxarışlar verməyə əsas verən bələdiyyənin torpaq sahəsinin Elnur Əhmədova satılması barədə inzibati qərarı, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə Elnur Əhmədovun adına torpaq sahəsinə və evə dair verilmiş çıxarışlar ləğv edilmişdir. Yuxarıda qeyd edilən məhkəmələrin qərarları vəkil kabinetində yerləşdirilmişdir. Elvin X16suz yolla əmlaklarını ələ keçirib, belə olan vəziyyətdə məhkəmədən hansısa ədalətli qərar gözləmək normal ağla sığmır. Evlərini ələ keçirən iddiaçını məhkəmə çəkişmələri müddətində ədalət qərar gözləməsini yazması normal ağla sığmır, mühakimənin qərəzli və qüsurlu olduğunu göstərir. İddia müddətinin axımın başlandığını düzgün müəyyən etməmiş, müddətin tətbiqi barədə ərizədə iddia müddətinin başlanmasını xx.xx.2022-ci il tarixdən hesablanmalı olmasına hüquqi qiymət verməmiş, heç bir dəlili ilə istinad etdiyi işin faktiki halını və onu təsdiq edən sübutları rədd etməmişdir. Belə ki, iş materiallarında sözü gedən qızıl əşyalarının konkret çəkisi, əyyarı və istehsal olunduğu ölkə müəyyən olunmamışdır. Qətnamədən görünür ki, iddia tələbi ilə bağlı işə baxan hakimin yazdığı nümayəndələrinin izahatı aşağıdakı iki cümlədən ibarətdir. Cavabdehlərin nümayəndəsi digər məsələlərə münasibətdə isə bildirmişdir ki, pulun və qızıl zinət əşyasının verilməsinə dair heç bir sübut yoxdur. Qızılların əyarı və istehsal olunduğu ölkə müəyyən olunmamışdır. Halbuki nümayəndəsi məhkəmə iclasında İddiaçı iddia ərizəsində bacısı oğlu Sübhanın Novxanıda yerləşən evini "xxxx" Bank olmayan kredit təşkilatına girov qoyub götürdüyü 40000 manatı xx.xx.2019-cu il tarixdə cavabdehlərə verdiyini, məhkəmə iclasında isə ifadəsini dəyişərək Xırdalan şəhərində musiqi məktəbinin qarşısında Cavabdeh1 verdiyini bildirmişdir. Daha sonra o, göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-247/2022 saylı qətnaməsindən görünür ki, iddiaçını pul verdiyini bildirdiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən 2 ay sonra, xx.xx.2020-ci il tarixdə "xxxx" BOKT ASC ilə iddiaçının bacısı oğlu X35 arasında 3044/20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 30%, güzəşt müddəti 35 ay olmaqla 40000 min manat məbləğində pul ayrılmışdır. Göründüyü kimi kredit müqaviləsindən əvvəl iddiaçı cavabdehlərə xx.xx.2020-ci il tarixdə 40000 manat pul verməmişdir, verilməsi də mümkün deyil, müqavilə bağlandıqdan sonra kredit məbləği şəxsin özünə, yaxud bank hesabına köçürülür, iidia tələbinin əsassız olmasını yuxarıda qeyd olunan məhkəmə aktı təsdiq edir. Göründüyü kimi işə baxan hakim nümayəndənin iddiaçını məhkəmə qərarı ilə ifşa etdiyini qərəzli və məqsədli olaraq qətnamədə göstərməmişdir. Halbuki, iddia tələbinə qarşı etirazının bu əsasını xx.xx.2025-ci il tarixdə etiraz ərizəsində yazılmış münasibətdə bildirmişdir. Həmin sənədlər-etiraz elektron məhkəmə sistemində hazırlıq iclasından əvvəl, xx.xx.2025-ci il tarixdə 4-cü sırada və münasibət isə 61-ci sırada, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi isə xx.xx.2025-ci il tarixdə 69-cu sırada yerləşdirilmişdir. X33 Məhkəməsində izahat verərkən və apellyasiya şikayətində 40000 manat krediti götürmədiyini, həmin pul məbləğini ASCnin İdarə Heyətinin üzvü Cavabdeh1 götürdüyünü bildirsə də, etirazının əsasını təşkil edən bu dəlilini heç bir sübutla əsaslandırmamışdır. Həmin qətnamədən həmçinin görünür ki, o, müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin 40000 manat məbləğində əsas borc, 12431,99 manat məbləğində faiz borcu hissəsi ilə razılaşmış, qətnaməsini yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. İddiaçının elektron məhkəmə sistemində 48-ci sırada yerləşdirdiyi özünü eyni zamanda şahid qismində dindirilmiş X29 ifşa edən X46 bankda açılmış kart hesabından görünür ki, “Finex Kredit» BOKT ASC ilə kredit müqaviləsinin bağladığı xx.xx.2020-ci il tarixdə, onun bank hesabına 40000 manat pul daxil olmuş, həmin gün pul məbləği hesabından çıxarılmamışdır. Öncə qeyd olunan Apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, o, kredit məbləğini götürdükdən sonra müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Sübhan Baxışov birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilərkən apellyasiya məhkəməsində verdiyi izahatı dəyişərək "xxxx" BOKT ASC-dən xx.xx.2020-ci il tarixdə götürdüyü 40000 manat kredit məbləğini İddiaçı iştirakı ilə Xırdalan şəhərində musiqi məktəbinin qarşısında Cavabdeh1 verdiyini bildirmişdir. İddiaçı Cavabdeh1 borc məbləğini özü, bacısı oğlu şahid qismində dindirilmiş Sübhan Baxışov isə hesabından çıxardığı pul məbləğini iddiaçı deyil, özü Müslümə verdiyini bildirmişdir. Göründüyü kimi kimi iddiaçının cavabdehlərə qarşı hazırkı iddianı qaldrmaq üçün subyektiv hüquqa malik olmamışdır. Müxtəlif məhkəmələrdə fərqli izahatlar verirlər, harada hansı yalanı uydurduqlarını unudurlar. Belə olan vəziyyətdə məhkəmə iddia tələbinin bu hissəsini rədd etmək əvəzinə əsassız olaraq təmin etmişdir. Göründüyü kimi nümayəndələri iddiaçının 40000 manat tələbinin əsassız olduğunu məhkəmə iclaslarında deməklə kifayətlənməmiş, elektron məhkəmə sistemində yaradılmış vəkil kabinetində məhkəmənin tanış olması üçün hazırlıq iclasından əvvəl etirazı, işin baxıldığı müddətdə mülahizə və münasibəti yerləşdirilmişdir. Məhkəmə isə iddiaçının tələbinin əsaslarını təkzib edən həmin sübutdan istifadə etməmiş, digər sübutlarla yanaşı qiymətləndiməmiş, işin bu faktiki halını və onu təsdiq edən mötəbər sübutları rədd etmək üçün dəlillər gətirməmişdir. Barəsində başlanmış cinayət işi ilə əlaqədar 2022-ci ildə istər ibtidai istintaqın gedişində, istərsə də 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş İddiaçı ifadəsində bacısı oğlu Sübhanın evini girov qoyub Cavabdeh1 40000 manat pul verdiyini, daha sonra ona 20000 manat və həmin dəyərdə qızıl zinət əşyaları verməsini bildirməmişdir. Bu faktı təsdiq etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünü xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemində 73-cü sırada yerləşdirilmişdir. Yaşadıqları fərdi yaşayış evi Sübhan Baxışovun “Finex Kredit» BOKT ASC-dən kredit götürdüyü xx.xx.2020-ci il tarixdən 1 ay 18 gün əvvəl, xx.xx.2020-ci il tarixdə alınmışdır. Evin həmin tarixdə alınmasını xx.xx.2020ci il tarixli notarial qaydada təsdiq olunmuş podrat müqaviləsi təsdiq edir. Öna görə də əldə olunmuş borc pulla tərəflərin hazırda yaşadığı ünvan 1 nömrəli ev əldə olunması, nikah dövründə əldə olunmuş borc tərəflərin birgə məqsədləri üçün xərclənməsi barədə məhkəmənin iş üzrə nəticəsi düzgün deyil, Cavabdeh1 bundan başqa da daşınmaz əmlak almaq imkanına malik olmuşdur. Cavabdeh1 Finex Kredit» BOKT ASC-də kredit vermək səlahiyyətinə malik və imkanlı olduğu üçün iddiaçı onunla dostluq etmişdir. İşə baxan hakim məhkəmədə şahid kimi dindirdiyi X28, X23 və X30 ifadələrini qərəzli olaraq məhkəmədə səsləndirdikləri kimi qətnamədə qeyd etməmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş X8 və Müslümlə restoranda olarkən qızıl zinət əşyalarını X23 gətirdiyini bildirmiş, lakin onun Müslümə verildiyini görməmişdir. X23 isə izahatında qızılları restorana aparmadığını, Elvinin lombarda qoyduğu qızıl əşyalarını oranın müdiri tanış olduğuna görə ona, o, da öz növbəsində Elvinin qaynı Ceyhuna verdiyini bildirmişdir. Öncədən bildirdiyi kimi Elvinin Müslümə 20000 manat pul və qızıl zinət əşyası verməsi həqiqət olmadığına görə şahidlərin izahatları da ziddiyyətlidir, biri digərini ifşa edir. Qızıl zinət əşyaları lombarddan onu qoyan şəxsə, eləcə də etibarnaməyə əsasən əşyaları lombarddan götürmək səlahiyyəti verdiyi şəxsə verilə bilər. Elnur Əhmədov əvəlki inzibati məhkəmədə çəkişmələri zamanı 20000 manat dəyərində qızıl zinət əşyalarının onun özünə məxsus olmasını bildirmişdir. Bu məzmunda izahat verdiyini sübut etmək üçün Sumqayıt İnzibati Məhkəməsinin qərarını elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Hər iksinin ifadəsi qızılların verilməsi hissəsində ziddiyyətli, biri digərini ifşa etdiyi üçün həmin əşyaların Cavabdeh1 verilmədiyini göstərir. Elvinin Müslümə 20000 manat dəyərində qızıl zinət əşyası verməsi kimi 20000 manat pul verməsi də həqiqəti əks etdirmir. Belə ki, iddiaçı məhkəmə iclasında Cavabdeh1lə Xırdalan şəhərində Cənub restoranında olarkən Elnur Əhmədov ora gələrək ona verdiyi 20000 manat pulu şahid X10 yanında Müslümə verdiyini bildirmiş, şahid Elnur Əhmədov da həmin məzmunda ifadə vermişdir. Lakin qətnamədən görünür ki, şahid kimi məhkəmədə dindirilmiş X23 20000 (iyirmi min) manat pulun isə onun yanında bağ evində iddiaçı tərəfindən Cavabdeh1 verilmişdir. Göründüyü kimi iddiaçının vəsatəti əsasında dindirilmiş şahid Zahir Mahmudov onun ifadəsini təsdiq etmir, iddiaçının yalan izahat verdiyini, Zahir Mahmudov kimi məhkəmədə dindirilmiş digər şahidlər də öyrədilmiş şahidlərdir, qızıl və 20000 manat pulun verilməsinin şahidləri olmadığı X47 əvvəlki məhkəmə çəkişmələrimiz zamanı özündə yalan məlumatlar əks etdirən prosessual sənədləri imzalayan, izahatını təsdiq edən məhkəmə aktlarını məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə onun ifadəsinə tənqidi yanaşmamışdır. Elnur Əhmədov iddiaçının işçisi, evlərində qapı pəncərə dəyişən usta, məhkəmə iclasında evlərini pul verib aldığını, məişət əşyalarının özünə məxsus olduğunu, bu barədə məhkəməyə saxta arayış təqdim və sonda İddiaçı göstərişi ilə evlərinin dəyərini ödəmədən Bələdiyyə ilə birləşib qanunsuz ələ keçirən şəxsdir. Cavabdeh1 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qanunsuz Elnur Əhmədova satılması barədə Xırdalan Bələdiyyəsinin inzibati qərarı ləğv edilmiş və bu barədə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırda Abşeron Rayon Məhkəməsində onun adına verilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə dair çıxarışların ləğv edilməsi tələbinə dair cavabdehlərin iddia ərizələrinə baxılır. 3 ildən artıq müddətdə iddiaçı və onun şəriki Elnur Əhmədov ailənin yeganə yaşayış evlərinin əlindən almasına çalışmışlar. Həmin evin 52 min manat məbləğinə alınmasını prosessual sənədlərdən və qəbul edilmiş məhkəmə aktlarından idddiaçı İddiaçı və Elnur Əhmədova yaxşı məlum olmuşdur. Cavabdehlərin fərdi yaşayış evlərini ələ keçirməklə kifayətlənərək, bu illər ərzində verilən borc məbləği 100 min manat olduğu halda, evin dəyərindən artıq 48 min manat pulu tələb etməməsi 100 min manat məbləğində iddiaçının Müslümə borc vermədiyini təsdiq edir.
17. Ona görə də Zərdab Rayon məhkəməsinin 2(035)-464/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 107000 manat borc pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı və onun nümayəndəsi Vəkil2 cavabdehlərin apellyasiya şikayətinə qarşı məhkəməyə ərizə (etiraz) göndərərək Cavabdeh1 etiraflarını nəzərə almaqla onların apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların nümayəndəsi olan Vəkil1 iddiaçının apellyasiya şikayətinə qarşı etiraz göndərərək İddiaçı və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın isə rədd edilməsini xahiş etmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişlər.
21. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
24. Qərarlar “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. İddiaçı Zərdab Rayon məhkəməsinin 2(035)-464/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməmiş hissəsində, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə tam ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini və cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin dəlillərini isə qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə iddianın təmin olunmuş hissəsinə münasibətdə qismən razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
30. İşin hallarından göründüyü kimi iddia tələbi özündə 5 tələbi birləşdirir: iddiaçının bacısı oğlu X27 məxsus Novxanı adlanan ərazidə yerləşən mənzili banka girov qoyaraq götürüb Cavabdeh1 verdiyi 40000 (qırx min) manat pul; 40000 manat kreditə görə hesablanmış 20000 manat məbləğində faiz borcu; iddiaçının Cavabdeh1 verdiyi 20000 (iyirmi min) manat nəğd pul; 20000 (iyirmi min) manat dəyərində 146 qram 750 əyyar qızıl zinət əşyası və Abşeron rayonu, Xırdalan şəhərində Əziz Əliyev küçəsi 120 nömrəli evə çıxarış əldə olunması üçün çəkilən 8000 manat məbləğində xərc.
31. xx.xx.2019-cu il tarixli 0912892/19 nömrəli kredit müqaviləsinə əsasən 40000 manat kreditin 39801 manatı xx.xx.2019-cu ildə X35 tərəfindən “Günay” bankdan çıxarılmışdır.
32. İşdə olan sənədlərdən görünür ki, cavabdeh Fəziyev X26 rayonu, Xırdalan şəhəri, Əzim Əzimzadə küçəsi, ev 54 ünvanında yerləşən evi xx.xx.2020-ci ildə podrat müqaviləsi ilə 52000 manata X7 alıb, pulu Muğanbankdakı hesabına qoyulmuşdur. (İ cild, i/v 178)
33. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci ildə lombarda 146 qram qızıl qoymuş və xx.xx.2020-ci ildə Mahmudov Zahirin vasitəçiliyi ilə götürülmüşdür. (İİ cild, i/v 127)
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-247/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" BOKT ASC və X35 arasında kredit və ipoteka müqaviləsi xx.xx.2020-ci ildə bağlanmışdır. (İ cild, i/v 84)
35. “Elektron notariat” X1 çıxarışlardan görünür ki, Cavabdeh1 **********48090 saylı qaz abonent kodunun və **********01711 saylı işıq abonent kodunun X11 adına sənədləşməsinə etiraz etməmişdir. Həmçinin abonent Cavabdeh1 xx.xx.2021-ci il tarixli müraciəti əsasında **********008 saylı su abonent kodu X11 adına dəyişdirilərək sonuncu ilə müqavilə bağlanmışdır. (İİ cild, i/v 122-126)
36. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan bələdiyyəsinin 29 mart 2021-ci il tarixli 244 nömrəli müraciətinə əsasən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasına dair 29 mart 2021-ci il tarixli rəyindən görünür ki, 0,0217 ha torpaq sahəsinə yerində baxış keçirilmiş, vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir. Rəydə 0,0217 ha torpaq sahəsinin satılması məqsədilə mülkiyyət hüququnun qeydiyyata alınmasına sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində mühəndis kommunikasiya xətlərinin keçib-keçməməsinin dəqiqləşdirilməsi məqsədilə planda göstərilən torpaq sahəsinin aidiyyatı təşkilatlarla razılaşdırılması, qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyinin alınması və sənədləşdirilən torpaq sahəsində kommunikasiya xətti keçərsə və mövcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa həmin xətt Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırıldıqdan sonra sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırılması şərtləri daxilində etiraz edilmədiyi qeyd edilmişdir. (İ cild, i/v 213)
37. X4 bələdiyyəsindən xx.xx.2021-ci ildə 0,0217 ha torpaq sahəsini almış və xx.xx.2021-ci ildə həmin torpaq sahəsinə və onun üzərində olan evə çıxarış almışdır. (İ cild, i/v 225) Abşeron rayonu Xırdalan bələdiyyəsinin X13 xx.xx.2021-ci ildə satdığı 0,0217 ha torpaq sahəsinin ayrılması ilə bağlı olan 11 iyun 2021-ci il tarixli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hal-hazırda qüvvədə olan 19 mart 2024cü il tarixli qərarı ilə ləğv edilmişdir.
38. İşdə olan texniki pasportdan görünür ki, reyestr nömrəsi **********51-10301, inventar nömrəsi 7970 olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti qismində X24 göstərilmişdir. (İ cild, i/v 224)
39. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, reyestr nömrəsi **********51-10301 olan, ünvan 3 ünvanında 0,0217 ha torpaq sahəsi üzərində yerləşən 149,3 kvm fərdi yaşayış evi xüsusi mülkiyyət növü əsasında X11 adına daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. (İ cild, i/v 225)
40. İşdən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixində barəsində olan cinayət işi ilə bağlı həbs edilmiş, 4 il 6 ay 7 gündən sonra, xx.xx.2025-ci ildə həbsdən buraxılmışdır.
41. İşin hallarından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixində Vəkil1 Bakı İstintaq Təcridxanasında olarkən 5 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnamə xx.xx.2027-ci il tarixinədək qüvvədədir.(İ cild, i/v 49)
42. Zərdab Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, X23 ifadəsində 40000 manat pulun verilməsində birbaşa iştirak etməsə də, tərəflər arasında olan söhbətlərdən iddiaçının bacısı oğlu X25 Novxanıda yerləşən mənzilini banka qoyaraq 40000 manat kredit götürüb cavabdehə verdiyinin ona məlum olduğunu, 20000 manat pulun isə onun yanında bağ evində iddiaçı tərəfindən Cavabdeh1 verildiyini bildirmişdir. X6 ifadəsində iddiaçının tələb etdiyi pulları cavabdehə verilən zaman orda olmasa da, söhbət əsnasında cavabdehin iddiaçıdan pul almasının ona məlum olduğunu bildirmişdir. (İ cild, i/v 255-256)
43. Həmin məhkəmənin 15 sentyabr 2025-ci il tarixli iclas protokolundan görünür ki, X35 ifadəsində dayısı İddiaçı xahişi ilə özünə məxsus mənzilini girov qoyaraq 40000 manat pul əldə etdiyini və əldə etdiyi pulu iddiaçının yanında Cavabdeh1 verdiyini bildirmişdir. (İİ cild, i/v 132)
44. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, iddia ərizəsindən, tərəflərin və şahidlərin ifadələrindən müəyyən olunur ki, İddiaçı bacısı oğlu X27 məxsus mənzili girov qoyaraq əldə etdiyi 40000 (qırx min) manat pulu və 20000 (iyirmi min) pulu Cavabdeh1 vermişdir. Eyni zamanda məhkəmə digər Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasına münasibətdə isə bildirmişdir ki, Cavabdeh2 borcun alınmasında birbaşa iştirak etməsə də, lakin nəzərə almaq lazımdır ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, yaranmış borcun ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, işin hallarından müəyyən olunur ki, əldə olunmuş borc pulla tərəflərin hazırda yaşadığı ünvan 1 nömrəli ev əldə olunmuşdur. Bununla da məhkəmə qeyd etmişdir ki, nikah dövründə əldə olunmuş borc tərəflərin birgə məqsədləri üçün xərclənmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, yaranmış borcun qarşılığında ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının adına keçirilməsi verilmiş etibarnamə, qaz, işıq və su abonent kodlarının dəyişdirilməsi və iş materiallarına əlavə edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır.
45. İddiaçının 20000 (iyirmi min) manat dəyərində qızıl zinət əşyası və Lombard tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa münasibətdə isə məhkəmə bildirmişdir ki, həmin hissədə iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında sözügedən qızıl əşyalarının konkret çəkisi, əyyarı və istehsal olunduğu ölkə müəyyən olunmamışdır. Məhkəmə Lombard tərəfindən verilmiş arayışa da tənqidi yanaşaraq bildirmişdir ki, cavabdehlərin vəkillərinin etirazı bu hissədə əsaslıdır. Belə ki, sözügedən arayışın mötəbərliyi şübhə doğurmaqla yanaşı eyni zamanda iş üçün xüsusi əhəmiyyət kəsb etmir.
46. İddiaçı 40000 (qırx min) kredit borcuna görə tələb etdiyi 20000 (iyirmi min) faiz pulu və 7000 (yeddi min) manat çıxarışın alınmasına xərclənmiş pul tələbinə münasibətdə isə məhkəmə bildirmişdir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı 40000 (qırx min) manata görə əlavə 20000 (iyirmi min) manat faiz və çıxarışın əldə olunmasına görə 7000 (yeddi min) manat xərclədiyini bildirsə də, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və bu hissədə iddiasını formal sözlərlə əsaslandırmağa çalışmışdır.
47. Buna görə də birinci instansiya məhkəməsi cavabdehlərdən müştərək qaydada 60000 (altmış min) manat pulun alınaraq iddiaçıya verilməli olması nəticəsinə gəlmişdir.
48. İddiaçının apellyasiya şikayətinin hazırki qətnamənin 14-cü bəndində qeyd edilmiş dəlillərinin məzmunundan göründüyü kimi o, qətnamənin iddianın təmin edilməmiş 20000 (iyirmi min) faiz pulu, 146 qram 750 əyyar qızıl zinət əşyasının dəyəri olan 20000 (iyirmi min) manat pul və 7000 (yeddi min) manat çıxarışın alınmasına xərclənmiş pul tələbinə dair hissəsi ilə razı deyil və iddianın təmin edilməmiş həmin hissələrinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində çıxarışın alınmasına 8000 (səkkiz min) manat xərclədiyi pulu tələb etsə də, sonradan həmin pulun məbləği 7000 (yeddi min) manat həcmində qeyd edilmiş və həmin məbləğdə pul tələbi təmin edilməmişdir. Qeyd olunan hal iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir.
49. Məhkəmə kollegiyası cavabdeh tərəfin mübahisələndirdiyi birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsi sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin iddia tələbinin qalan hissəsinin sübutlarla təsdiqini tapmadığı da işin müəyyən edilmiş halıdır. Buna görə apellyasiya şikayətinin 20000 (iyirmi min) faiz pulu, 146 qram 750 əyyar qızıl zinət əşyasının dəyəri olan 20000 (iyirmi min) manat pul və 7000 (yeddi min) manat çıxarışın alınmasına xərclənmiş pul tələbinə aid hissəsi ilə bağlı dəlilləri əsassızdır və apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz.
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli olduğundan iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini xahiş etdiyinə görə apellyasiya şikayəti qətnamənin ləğv edilməsi ilə bağlı hissəsində təmin edilməlidir.
51. İddiaçı iddia tələbini götürülmüş pulların mənbəyinə istinad etməklə əsaslandırmışdır. Lakin qeyd etmək lazımdır ki, 40000 manat kredit və həmin kreditə görə hesablanmış faiz məbləğinə münasibətdə bankın və bankdan kredit götürənin qarşısında cavabdehlərin öhdəliyi müəyyən edilməmişdir.
52. 146 qram 750 əyyar qızıl zinət əşyasının dəyəri olan 20000 (iyirmi min) manat pul tələbinə dair hissə ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin qızıllarla bağlı arayış təqdim edilmişdir ki, arayışda İddiaçı xx.xx.2020-ci ildə lombarda 146 qram qızıl qoyduğu və xx.xx.2020-ci ildə Mahmudov Zahirin vasitəçiliyi ilə götürüldüyü qeyd edilmişdir. İş üçün heç bir əhəmiyyət kəsb etməməsinə baxmayaraq həmin qızılların hansı şərtlərlə lombarda qoyulmuş olması, həmin qızılların müqabilində hansı məbləğdə pulun götürülmüş olması və hansı məbləğdə pulun ödənilərək qızılların lombarddan götürülməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.
53. 21 yanvar 2026-cı il və 17 fevral 2026-cı il tarixli məhkəmə iclaslarında İddiaçı və onun nümayəndəsi Vəkil2 Cavabdeh1 etirafını özündə əks etdirən videoyazıları və qəbzi təqdim etmişlər. (Əsilləri məhkəmənin dəftərxanası vasitəsilə göndərilmişdir.) Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi iddiaçının vəkilinin bildirdiyinə görə onun vəsatəti əsasında 19 yanvar 2026-cı il tarixli məktubla Cavabdeh1 izahatının surətini məhkəməyə göndərmişdir. Həmin izahatın surətindən görünür ki, Cavabdeh1 iddia tələbində göstərilmiş tələb edilən 107000 manat pulun hər bir hissəsini ayrı-ayrılıqda qeyd etməklə etiraf edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən Şəki Apellyasiya Məhkəməsinin sorğusuna verilmiş cavabdan görünür ki, İddiaçı şikayəti əsasında Cavabdeh1 və Cavabdeh2 barəsində toplanmış material üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma davam etdirilir və qeyd olunan material halhazırda icraatdadır.
54. Cavabdeh1 21 yanvar 2026-cı il tarixində etirafın təkzibi üçün vəsatət yollayaraq təhdid edildiyini, həbsdən yayınmaq üçün etirafedici ifadə verdiyini, iddiaçının etirafla bağlı təqdim etdiyi sənədlərin sübut kimi qəbul edilməməsini məhkəmədən xahiş etmişdir.
55. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və həmin faktlar ümumi qaydada sübut edilməlidir.
56. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 təhdid edilirdisə, bu vaxta qədər niyə aidiyyəti qurumlara şikayət vermədiyi barədə verilən suala məhkəmənin gəldiyi nəticədən asılı olaraq həmin məsələni mübahisələndirəcəyini bildirmişdir. Həmçinin son vaxtlar ayrı-ayrı qurumlara şikayət etdiyini də qeyd etmişdir.
57. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 16-cı bəndində sadalanmışdır. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin sübutlar olmadığına görə iddianın rədd edilməsini, əks halda iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdehlərin verdiyi apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, həmin apellyasiya şikayəti təmin edilməlidir. Cavabdehlər iddiaçının 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə bacısı oğlu X25 Novxanı adlanan ərazidə yerləşən evini "xxxx" Bank olmayan kredit təşkilatına girov qoyub 40000 manat kredit götürüb cavabdehlərə verilməsi halını mübahisələndirmişlər. İş materiallarından müəyyən edilmişdir ki, X27 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 40000 manat kredit ayrılmışdır ki, o da həmin krediti xx.xx.2019-cu il tarixdə “Günay” Bankdan götürmüşdür. O daha sonra xx.xx.2020-ci il tarixdə "xxxx" BOKT ASC ilə 3044/20 saylı kredit müqaviləsi bağlamış, ona illik faiz dərəcəsi 30%, güzəşt müddəti 35 ay olmaqla 40000 min manat məbləğində pul ayrılmışdır. O həmin müqavilə üzrə Novxanı adlanan ərazidə yerləşən evini ipoteka qoymuşdur. İddiaçının Cavabdeh1 bacısı oğlu X20 40000 manat pul alıb verməsi sübuta yetirilmişdir. Həmin pulun mənbəyinin hansı müqavilə üzrə əldə olunmuş pul olması iş üçün əhəmiyyət kəsb etmir.
58. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü vurğulamış, birinci instansiya məhkəməsi isə iddianı tam rədd etməli olduğu halda işin hallarına düzgün hüquqi qiymət vermədən iddianı qismən təmin etdiyini qeyd etmişlər. İşin hallarından da göründüyü kimi cavabdehlər müddətin tətbiqi barədə ərizə verərək pulun verildiyi tarixdən 5 il 5 ay, Cavabdeh1 həbsə alındığı tarixdən isə 4 il 1 ay vaxt keçdiyini, bununla da məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunmuş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü, buna əsasən məhkəmədən iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın təmin olunmamasını xahiş etmişlər.
59. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında borc münasibətləri 2019-cu ildən yaranmağa başlamışdır. Lakin buna baxmayaraq məhkəmə cavabdehin vəkili tərəfindən verilmiş müddətin tətbiqi barədə ərizəni əsaslı hesab etmir. Belə ki, MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə hesab etmişdir ki, hazırki işdə iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2149/2024 saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalıdır. Belə ki, şəxsin işin məhkəmədə olduğu müddət ərzində məhkəmədən gözlənti hüququ olmuşdur. “Məhkəmədən gözlənti hüququ” anlayışı isə hüquqi dövlət prinsiplərindən irəli gəlir. Bu, hər bir şəxsin məhkəmədən ədalətli qərar gözləmək, işinin obyektiv araşdırılacağına inanmaq və qanun qarşısında bərabər münasibət görmək hüququdur. Başqa sözlə, bu, məhkəmə ədalətinə olan qanuni və mənəvi gözləntidir.
60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, maddi hüquq normasının tətbiqində səhvə yol verib. Əvvəla işdən görünür ki, iddiaçı cavabdehlərə 107000 manat pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmayıb. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsindən göründüyü kimi borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki iş üzrə tələb edilmiş məbləğ 107000 manat, yəni maddədə qeyd edilmiş məbləğdən dəfələrlə çox olmasına baxmayaraq tərəflərin arasında yazılı müqavilə mövcud deyildir. Bu halda tərəflər arasında borc münasibətlərindən söhbət gedə bilməz. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə onlar arasında yaranmış mülki hüquqi münasibətlərin xarakterini, məzmununu, onların iradə ifadələrinin həqiqi mənasını, habelə işin bütün müvafiq hallarını, o cümlədən onlar arasında yaranmış şəxsi münasibətləri, bu münasibətlər yaranarkən onlar arasında olan danışıqları, yazışmaları və onların sonrakı hərəkətlərini nəzərə almadan tərəflər arasında borc hüquqi münasibətlərinin olduğu qənaətinə gəlib. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehlərin qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığını nəzərə almayıb.
61. İşin halları ilə müəyyən edilmişdir ki, cavabdeh qismində çıxış edən Cavabdeh2 İddiaçı pulun alınmasından, verilməsindən məlumatı olmayıb. İddiaçı pulu istəmək üçün onların evinə getdiyi zaman Cavabdeh2 həmin puldan xəbəri olmadığını, lakin pulun ödənilməsinə kömək edəcəyini bildirmişdir. Bununla belə İddiaçı alınmış pulla cavabdehlərin birgə nikah dövründə ev alındığından ,həmin evdə təmir-tikinti işləri aparıldığından cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh2 da əsassız varlanmış hesab edilməlidir. Cavabdeh2 da özünün cavabdehliyinə etiraz etməmiş, məhkəməyə iddianın rədd edilməsi üçün iddia müdddəti tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında etibarsız əqd, ziyan, əldən çıxmış fayda və əsassız varlanma ilə bağlı müddəalar tətbiq edilməlidir. Əhəmiyyətsiz əqd əsasında qazanılmış əmlak müqavilə və ya qanuni əsas olmadan əldə edildiyi üçün əsassız varlanma təşkil edir. Etibarsız əqd əsasında əldə edilənlər qaytarılmaqla tərəflər qarşılıqlı olaraq əvvəlki vəziyyətə gətirilməlidirlər (ikitərəfli restitusiya). Bu qaydalar Mülki Məcəllənin 337-ci maddəsində aşağıdakı kimi göstərilmişdir: “Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir” Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Normanın məzmunundan göründüyü kimi, tələbin əsassız varlanma qaydasında təmin edilməsi üçün cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn əsasın olmaması zəruridir. Mülki Məcəllənin 16.1-ci və 560.3.4-cü maddələrinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
63. Digər bir hal isə iddia müddəti ilə bağlı məsələnin həllidir ki, birinci instansiya məhkəməsi hazırki işdə iddia müddətinin axımının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2149/2024 saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalı olduğunu, şəxsin işin məhkəmədə olduğu müddət ərzində məhkəmədən gözlənti hüququ olduğunu bildirmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki işin İİ cildinin 56-70-ci vərəqlərində yer alan 25 avqust 2025 və 15 sentyabr 2025-ci il tarixlərində məhkəmə iclaslarında cavabdehlərin nümayəndəsi Vəkil1 iştirakı ilə tədqiq edilmiş və cavabdehlər tərəfindən mübahisələndirilməyən (apellyasiya şikayətinin dəlillərində qeyd edilmişdir) mobil telefonda diktofon vasitəsilə qeydə alınmış səs yazılarından görünür ki, İddiaçı 2021-ci il fevral ayından Cavabdeh1 borcu qaytara bilməyəcəyi, yalnız evin ipotekaya qoyulması halında borcu qaytara biləcəyi məlum idi. Həmin səs yazılarından, o cümlədən mülki işin 59-cu vərəqində yer alan Vəzir Baxışovun dediyi “Bu insan deyir ki, konkret sizi aldatmışam, evi həmin puldan almışam, onsuz da məni tutacaqlar, evi olsun mən də gedim içəri, ailəmin uşağın evi olsun.” sözləri də onu göstərir ki, iddiaçının hüquqlarının pozulması həmin andan ona məlum olmuşdur. Abşeron rayonu Xırdalan bələdiyyəsindən İddiaçı qeyri-rəsmi nümayəndəsi kimi çıxış edən X11 xx.xx.2021-ci ildə torpaq sahəsini alana qədər gedən proseslər zamanı da iddiaçıya hüquqlarının pozulması məlum olmuşdur. X24 cavabdehlərin onun adına qeydiyyata alınmış evdən çıxarılma iddiası ilə 18 mart 2022-ci il tarixində məhkəməyə müraciət etdiyi zaman da iddiaçıya hüquqlarının pozulması məlum olmuşdur. X5 hər iki halda hazırki iş üzrə iddiaçı olan İddiaçı göstərişləri üzrə hərəkət etmişdir ki, bu hal həmin şəxslərin iş üzrə verdiyi izahatlar və digər sübutlarla təsdiq edilmişdir. Həm də mübahisələndirilməmişdir. İddiaçı cavabdehlərə verdiyi pulları, qızıl-zinət əşyalarını onlardan iddia tələbində göstərdiyi qaydada pul kimi geri qaytarmaları barədə razılığa gəldiyini göstərmişdir. Baş verən sonraki prosesdə isə cavabdehlərin pulu qaytarmamaları səbəbindən baş vermişdir. Yəni cavabdehlərin aldıqları iddia olunan pulu tələb etmək üçün iddiaçı tərəfin qohumları ilə birlikdə cavabdehlərin ailə üzvləri ilə birlikdə yaşadıqları evə getmələri, orada baş verən danışıq və proseslərin telefon vasitəsilə yazıya alınması, Cavabdeh1 ayrı-ayrı təyinatlar üzrə eyni məqsədə çatmaq üçün X13 və İddiaçı etibarnamələr verməsi, X11 Xırdalan bələdiyyəsindən torpaq sahəsi və daha sonra həmin torpaq sahəsində və onun üzərində yerləşən evə çıxarış alması, nəticədə cavabdehlərin həmin evdən çıxarılmaları barədə məhkəməyə iddia ilə müraciət etməsi baş vermişdir. Cavabdehlər iddiaçının tələb etdiyi pulları razılaşdırdıqları qaydada qaytaracaqları təqdirdə yuxarıda göstərilən hallardan heç biri baş verməyəcəkdi. Göründüyü kimi iddiaçı hal-hazırda iddia etdiyi pulların geri qaytarılmadığını və qaytarıla bilməyəcəyini tam əminliklə müəyyən etdikdən sonra yuxarıda göstərilən tədbirləri həyata keçirmişdir. Hazırki işə əsassız varlanma ilə bağlı müddəalar şamil edildiyindən Mülki Məcəllənin 1095-ci maddəsini nəzərə alaraq iddiaçıya hüququnun pozulduğu 2021-ci ilin fevral ayından məlum olduğu üçün iddia müddəti həmin tarixdən 2 il sonra, yəni 2023-cü ilin fevral ayının sonunda bitmişdi. Lakin iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində müraciət etdiyindən iddia müddətini ötürmüşdür.
65. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür.
66. Məhkəmə kollegiyasının əvvəldə də qeyd etdiyi kimi birinci instansiya məhkəməsinin iddia tələbinin təmin etmiş olduğu hissəsi sübutlarla öz təsdiqini tapmışdır və iddianın həmin hissədə haqlı olduğu sübut olunduğundan həmin hissədə cavabdehin verdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə baxıla bilər. Ona görə də, iddia tələbinin həmin hissəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
67. Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrı-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
68. Belə olan halda, iddia tələbi qalan hissələrdə sübut edilmədiyindən əsassızdır və ona görə də, həmin hissələrdə işə iddia müddətinin tətbiq edilməsinə zərurət qalmır. Həmin hissələrdə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında və “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında göstərilənlərlə uyğunluq təşkil edir. Həmin qərarlarda qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
69. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 2(035)-464/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 107000 manat pul tələbinə dair iddiası rədd edilməlidir.
70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 2(035)-464/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 107000 manat pul tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.